F
ya dövlət xərclərini artırmaq “zəiflədilmiş fiskal siyasətə” istinad edir.
Yüksək vergi dərəcələri və dövlət xərclərinin azaldılması fiskal siyasəti
gərginləşdirir. Fiskal siyasətin iqtisadi idarəetmədə müvafiq çəkisi ilə
bağlı əhəmiyyətli ziddiyyət fiskal siyasətlə əlaqəlidir. Fiskal siyasətdən
qısa müddət ərzində iqtisadiyyatı tənzimləmək üçün istifadə olunur və
onun yaxın məqsədi borc almağın münasib səviyyəsinin qorunmasının
saxlanmasına və qızıl qayda, sabitlik və artım paktı qaydalarına
istiqamətlənmişdir.
Fiziki şəxs (physical person) – rəsmi qanunvericiliyə əsasən,
Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı
olmayan şəxs.
Fiziki şəxslərin gəlir vergisi (income tax of physical person) –
rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridir.
Rezident fiziki şəxslərin gəliri onun Azərbaycan Respublikasında
və onun hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası
mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Gəlirlərə aşağıdakılar
aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan
fəaliyyətdən əldə edilən gəlir; vergidən azad edilən gəlirlərdən başqa
bütün digər gəlirlər. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi
ili üçün bütün gəlirlərlə həmin dövr üçün müəyyənləşdirilən gəlirdən
çıxılan məbləğ arasındakı fərqdən, yəni vergiyə cəlb edilən gəlirdən
ibarətdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti
vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikasında daimi
nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin vergiyə
cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nümayəndəliklə
bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi
ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə
bərabərdir. Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi
gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində
vergitutma obyektidir.
Forvard kontraktı (forward contract) – şəxsin qiymətli kağızlar, mallar
və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə
bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə
etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilədir.
Fövqəladə büdcə xətti (emergency budget line) – bəzi federativ
ölkələrdə büdcədən maliyyə əldə etmək üçün istifadə edilən xüsusi
tapşırıq kanalı. Belə vəsaitlər milli təhlükəsizlik və fövqəladə hallar
üzrə xərclənməlidir. Bu xətlə əldə edilən vəsaitin auditi adətən məcburi
olmur və ona nəzarət imkanı çətinləşir. ABŞ İraq müharibəsi üçün
F
sərf etdiyi vəsaiti federal büdcədən fövqəladə büdcə xətti ilə əldə
edir və bu vəsaitin xərclənməsi üzərində Konqresin nəzarət imkanları
məhduddur.
Fövqəladə kömək ehtiyatı (emergency aid reserve) – əvvəlcədən
müəyyənləşdirilmiş büdcədə bloklaşdırılmış ehtiyat tərəfindən
maliyyələşdirilir, fövqəladə hal və böhranlar zamanı büdcə
hakimiyyətinin razılığı ilə transfer oluna bilər.
Funksional təsnifat (functional classification) – hazırkı BVF-in
Dövlət Maliyyəsi Statistikası Təlimatı (GFS Manual) xüsusi olaraq
razılaşmaların təşəbbüsü olan geniş məqsədlərə görə dövlət xərclərinin
təsnifatı üçün beynəlxalq standart – Dövlət Funksiyalarının Təsnifatına
istinad edir. Ümumiyyətlə, termin dövlət tərəfindən müxtəlif məqsəd və
fəaliyyətlərin (məsələn, səhiyyə, təhsil, nəqliyyat, kommunikasiya və s.)
təşviqi üçün resursların bölüşdürülməsini müəyyənləşdirməkdən ötrü
istifadə edilir.
G
G
Gəlir effekti (income effect) – qiymət dəyişikliyi istehlakçını daha
yüksək və ya daha aşağı birtərəflilik əyrisinə keçirdikdə alıcının real
gəlirində baş verən dəyişiklik.
Gəlirlərin Haiq-Simons tərifi (Haig-Simons definition of income) –
müəyyən dövrdə fərdi gücün sərfində xalis artımın dəyəri.
Gəlirlərin ilкin bölüşdürülməsi hesаbı (incomes preliminary
distribution account) – rezidentlər аrаsındа (institusiоnаl vаhid və yа
sаhələr üzrə) istehsаl fəаliyyətindən və mülкiyyətdən аlınmış gəlirlərin
ilкin bölüşdürülməsini хаrакterizə edir.
Gəlirlərin təкrаr bölüşdürülməsi hesаbı (incomes redistribution
account) – dахil оlunmuş və verilmiş cаri trаnsferlər nəticəsində
institusiоnаl vаhidin və yа seкtоrun ilкin gəlirlərinin sаldоsunun
sərəncаmdа оlаn gəlirinə çevrilməsini əкs etdirir.
Gəlirlərin yаrаnmаsı hesаbı (incomes generating account) –
vаhidlərin – məhsul və хidmətlərin istehsаlındа bilаvаsitə iştirак edən
rezidentlərin ilкin gəlirlərinin ödənilməsini əкs etdirir. Hər hаnsı bir
ölкənin ərаzisində iqtisаdi mаrаqlаrı оlаn institusiоnаl vаhidlər həmin
ölкə iqtisаdiyyаtının rezidentləri hesаb оlunur, оnlаr iqtisаdi fəаliyyətin
hər hаnsı bir növü ilə məşğul оlur və yа məşğul оlmаğа hаzırlаşırlаr,
yахud uzun dövr ərzində (аdətən bir ildən аrtıq) əməliyyаtlаr аpаrırlаr.
Gizli iqtisadiyyat (underground/shadow economy) – belə
iqtisadi fəaliyyətlər ya qeyri-qanunidir, ya da qanuni olsa belə vergi
orqanlarından gizli fəaliyyət göstərir.
Gömrük dəyərinin müəyyən edilməsi üsulları (determination
methods of custom value) – rəsmi qanunvericiliyə əsasən,
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların
gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: gətirilən malların
sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli
malların sövdələşmə qiyməti ilə; dəyərin toplanması üsulu ilə; dəyərin
çıxılması üsulu ilə; ehtiyat üsulu ilə. Gətirilən malların sövdələşmə
qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən
edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə edilə bilinmədiyi halda
bu maddənin 1-ci bəndində göstərilən üsullardan hər biri ardıcıl olaraq
tətbiq edilir. Bu zaman hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini
Dostları ilə paylaş: |