LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   22   23   24   25   26   27   28   29   ...   53


G
əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir. Dəyərin 
çıxılması və toplanması üsullarından istənilən ardıcıllıqla istifadə edilə 
bilər.
Gömrük ərazisi (custom territory) – gömrük işi sahəsində müəyyən 
dövlətin müstəsna yurisdiksiyasında olan ərazidir. Gömrük sərhədi isə 
müəyyən dövlətin gömrük ərazisinin sərhədidir.
Gömrük rüsumu (custom duty) – ölkənin gömrük orqanları tərəfindən 
həmin ölkənin gömrük ərazisində idxal, tranzit və ixrac məhsullarından, 
əmlakdan  və  qiymətli  əşyalardan  alınan  ödənişlərdir.  Azərbaycan 
Respublikasında  gömrük  rüsumu  mallar  ölkənin  gömrük  ərazisinə 
gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının 
gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu 
cür idxal və ixracın mühüm şərtidir. 
Gömrük  rüsumu  dərəcələri  və  onların  müəyyən  edilməsi 
qaydaları  (levels  of  state  custom  and  their  determination 
rules)  –  rəsmi  qanunvericiliyə  əsasən,  qanunvericiliklə  nəzərdə 
tutulan  hallar  istisna  olmaqla,  gömrük  rüsum  dərəcələri  Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  mal  keçirən  hüquqi  və  fiziki 
şəxslərdən,  sövdələşmə  növlərindən  və  digər  amillərdən  asılı  olaraq 
dəyişdirilə  bilməz.  İdxal  gömrük  rüsumlarının  dərəcələri  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təyin  edilir.  Azərbaycan 
Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin  malları 
üçün  idxal  gömrük  rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan 
Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Bu qanunun 
müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif 
imtiyazları  verildiyi  hallar  istisna  olmaqla,  əlverişli  ticarət  rejimi  tətbiq 
olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən 
mallara  idxal  gömrük  rüsumlarının  dərəcələri  iki  dəfə  artırılır.  İxrac 
gömrük  rüsumlarının  dərəcələri  və  onların  tətbiq  olunduğu  malların 
siyahısı,  həmçinin  xarici  iqtisadi  tənzimlənmənin  qeyri-tarif  tədbirləri 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən 
olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi 
ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.
Gömrük  rüsumunun  növləri  (types  of  custom  duties)  –  rəsmi 
qanunvericiliyə  əsasən,  Azərbaycan  Respublikasında  aşağıdakı 
gömrük  rüsumları  tətbiq  edilir:  advalor  –  malların  gömrük  dəyərinə 
görə faizlə hesablanan; spesifik – mal vahidinə görə müəyyən olunmuş 
dəyərlə  hesablanan;  kombinə  edilmiş  –  hər  iki  növü  birləşdirməklə 
hesablanan. 



G
Gömrük tarifi (custom duty) – gömrük sərhədindən keçirilən mallara 
tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun 
olaraq  sistemləşdirilmiş  gömrük  rüsumu  dərəcələrinin  məcmusudur. 
Gömrük tarifi məhsulun kodunu, malın qısa adını, gömrük rüsumu və 
rüsum dərəcələri ilə tətbiqi vahidini özündə əks etdirir.
Gözlənilən  pensiya  ödənişi  müddəti  (expected  pension  payment 
duration)  –  müəyyən  məqsədlər  üçün  müəyyən  edilən  və  əmək 
pensiyasının  sığorta  və  yığım  hissələrinin  hesablanmasında  istifadə 
olunan göstəricidir.
Gözlənilməyən hallar üçün fondlar və rezervlər (contingency funds/
reserves) – ayrılmış fond və ya büdcə şərti yığımı büdcə ilində arta 
bilən, kənardan gözlənilməyən və labüd tələbləri qarşılamaq üçün şərti 
olaraq  kənarda  yaradılır.  Borc  zəmanət  öhdəliklərinin  qarşılanması 
kimi  gözlənilməzliklərin  tipləri  belə  fondlardan  potensial  istifadəni 
müəyyənləşdirir.
GRECO  (The  Group  of  States  against  Corruption)  –  1999-cu  ildə 
Avropa  Şurası  tərəfindən  üzv  ölkələrin  təşkilatın  antikorrupsiya 
standartlarına  uyğunluğunu  monitorinq  etmək  üçün  yaradılan 
köməkçi  təşkilat.  GRECO-nun  əsas  məqsədi  dinamik  proses  olan 
qarşılıqlı qiymətləndirmə və təzyiq yolu ilə üzv ölkələrin korrupsiya ilə 
mübarizə  imkanlarını  və  iradəsini  yüksəltməkdir.  GRECO-ya  üzvlük 
AŞ-yə üzvlüklə tam üst-üstə düşməyə bilər. GRECO-ya AŞ Baş katibi 
tərəfindən təyin edilən icraçı katib rəhbərlik edir və təşkilatın katibliyi 
Strasburq şəhərində yerləşir.



H
H
Haavelmo teoremi (Haavelmo theorem) – dövlət xərclərinin büdcəni 
balanslaşdırmaq  üçün  vergi  artımı  ilə  müşayiət  olunan  proporsional 
artımı  gəlirlərin  də  elə  bir  o  qədər  artımına  gətirib  çıxarır.  Belə  olan 
halda  balanslaşdırılmış  büdcə  multiplikatoru  orta  istehlak  meylinin 
səviyyəsindən asılı olmayaraq vahidə bərabər olur.
Hamilik  (patronage)  –  hamilik  hami  tərəfindən  sponsorluğa  istinad 
edir.  Dövlət  qulluğuna  təyinatda,  promoşn  işlərində  və  işə  görə 
müqavilələrdə hamilikdən istifadə olunur. İstənilən halda pulsuz nahar 
yoxdur:  əksər  havadarları  stimullaşdıran  amil  güc,  status,  var-dövlət 
qazanmaq arzusudur. Hamilik qanuni siyasi təsirin sərhədlərini, ləyaqət 
və rəqabət prinsiplərini pozur.
Hasilatin  pay  bölgüsü  sazisi  (production  sharing  agreement)  
hazırda  bazar  iqtisadiyyatının  yenicə  formalaşdığı  ölkələrdə  hasilat 
sənayesində  daha  geniş  yayılmış  müqavilə  münasibətləri  formasıdır. 
O, ilk dəfə ötən əsrin 60-cı illərində (1966-cı ildə) İndoneziyada tətbiq 
edilib,  sonradan  Misirdə,  Suriyada  və  başqa  ölkələrdə  geniş  yayılıb. 
HPB  müqaviləsinin  şərtləri  adətən  ölkənin  milli  qanunvericiliyində 
(əksər  hallarda  hasilatın  pay  bölgüsü  haqqında  qanunda)  müəyyən 
edilir.  HPB  müqavilələrində  dövlətə,  müəyyən  vergi  və  qeyri-vergi 
ödənişləri  ilə  yanaşı,  hasil  olunan  neftin  (daha  doğrusu,  “mənfəət 
nefti”nin) bir hissəsi də məhsul formasında çatır.
Heller büdcəsi (Heller budget) – ABŞ-da həyat səviyyəsini müəyyən 
etmək üçün istifadə edilən istehlak büdcəsi. Bu, 4 nəfərdən (ər, arvad, 
13 yaşlı oğlan və 9 yaşlı qız) ibarət orta statistik ailənin mövcud bazar 
qiymətlərinə uyğun istehlak büdcəsini ifadə edir.
Hesabat dövrünün əvvəlinə və axırına olan vəziyyətə görə emitentin 
qiymətli  kağızlarının  yerləşdirilməsi  (security  floatation  for 
commencing and ending reporting period) – emitentlərin (səhmdar 
cəmiyyətlərinin,  fond  birjalarının,  investisiya  fondlarının,  bankların  və 
digər təşkilatların) ilkin bazarda yerləşdirdikləri qiymətli kağızların məbləğ 
və  miqdarını  əks  etdirir.  Qiymətli  kağızların  tədavülü  təkrar  bazarda 
(fond  birjasında)  qiymətli  kağızların  alqı-satqısı  üzrə  əməliyyatlar 
aparan emitentlərin və investorların (qiymətli kağızlar bazarının peşəkar 
iştirakçılarının:  səhmdar  cəmiyyətlərinin,  müəssisələrin,  təşkilatların) 
qiymətli kağızlarının məbləğini və miqdarını əks etdirir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə