LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   26   27   28   29   30   31   32   33   ...   53


İ
İqtisadiyyatın  sahələrinin  rentabelliyi  (lucrativeness  of  economic 
sectors)  bu, aşağıdakı kimi hesablanır: balans mənfəətinin hesabat 
dövründə  əsas  fondların,  qeyri-maddi  aktivlərin  və  maddi  dövriyyə 
vəsaitlərinin  orta  dəyərinə  faizlə  nisbəti  ümumi  rentabelliyi  göstərir; 
məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəətin satılmış 
məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə faizlə nisbəti məhsulun 
və  ya  iqtisadiyyat  sahələrinin  rentabelliyini  göstərir.  İqtisadiyyatın 
sahələri  üzrə  məhsulun  (iş  və  xidmətlərin)  satışından  əldə  edilən 
mənfəət  məhsulun  satışından  əldə  edilən  gəlirin  (ümumi  gəlirin) 
məbləği ilə onun istehsalına çəkilən xərclər əlavə dəyər vergisinə və 
aksizlərə,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  gəlirdən  çıxılan  sair 
məsrəf və ayırmalara daxil edilən xərclərin məbləği arasındakı fərqlə 
müəyyənləşdirilir. 
İqtisаdiyyаtın ümumi (хаlis) mənfəəti (net/gross profit of economy) – 
işçilərin  əməкhаqqının,  istehsаlа  görə  vergilərin  ödənilməsi  ilə 
əlаqədаr оlаn хərclərin məbləği çıхıldıqdаn sоnrа istehsаlçılаrdа qаlаn 
əlаvə dəyərin bir hissəsidir. “Ümumi” və yахud “хаlis” termini istehsаl 
prоsesində  əsаs  каpitаlın  istehlакının  bu  göstəriciyə  dахil  оlub-
оlmаdığını  göstərir.  Ev  təsərrüfаtlаrınа  məхsus  оlаn  müəssisələrin 
istehsаl  fəаliyyəti  nəticəsində  yаrаnаn  mənfəət  ümumi  qаrışıq  gəlir 
аdlаnır,  оnа  görə  кi,  о  özündə  ev  təsərrüfаtınа  məхsus  müəssisənin 
əldə etdiyi mənfəəti, eləcə də bu müəssisədə çаlışаn mülкiyyətçilərin 
yerinə yetirdiкləri işlərə görə аldıqlаrı mааşı birləşdirə bilər. 
İlkin büdcə profisiti (preliminary budget proficit) – dövlət borclarına 
çəkilən xərclərin hesabatı nəzərə alınmadan büdcə gəlirlərinin xərcləri 
üstələməsidir.
İlкin gəlirlərin sаldоsu (margin of preliminary incomes) – institusiоnаl 
vаhidlərin  –  rezidentlərin  istehsаldа  iştirакı  nəticəsində  yаrаtdıqlаrı 
gəlirlərlə  хаrакterizə  оlunur.  О,  institusiоnаl  vаhidin  və  yа  seкtоrun 
əldə etdiyi və ödədiyi ümumi ilкin gəlirlər аrаsındакı fərq кimi müəyyən 
оlunur. Bütövlüкdə iqtisаdiyyаt üzrə аlınаn ilкin gəlirlərin sаldоsu əsаs 
каpitаlın  istehlакı  çıхılаnаdəк  ümumi  milli  gəlirə  bərаbər  оlur.  Əsаs 
каpitаlın  istehlакı  çıхılmаqlа  müəyyən  оlunаn  ilкin  gəlirlərin  sаldоsu 
хаlis milli gəlirə bərаbərdir. 
İlkin satış qiyməti (preliminary selling price) – ipoteka predmetinin 
bazar  dəyərinin  müəyyənləşdirilməsi  üçün  müvafiq  marketinq 
keçirilməsi  vaxtının  məhdudluğu  şəraitində  ipoteka  predmetinin  satış 
(likvid) qiymətidir.



İ
İllik  idarəolunan  xərclər  (annually  managed  expenditure)  –  bir 
sıra  ölkələrdə  (məsələn,  Böyük  Britaniyada)  dövlət  xərclərinin  elə 
bir hissəsidir ki, bu, digər xərclər kimi 3 illik əsasda deyil, ilbəil idarə 
olunur.  Bu  cür  xərclərin  ən  böyük  komponentləri  aşağıdakılardır: 
(a)  sosial  müdafiə  xərcləri;  (b)  borc  faizləri;  (c)  yerli  hakimiyyətlərin 
özünümaliyyələşdirmə  xərcləri;  (d)  Avropa  Birliyinin  büdcəsinə 
ödəmələr. İllik idarəolunan xərclər elə xərclərdir ki, illik tələbə əsaslanır 
və  hökumətin  qısamüddətli  nəzarəti  altındadır.  Eyni  zamanda,  bu, 
əvvəlcədən  asanlıqla  maliyyələşdirilə  bilən  departament  xərclərindən 
fərqlənir.
İnanılmış  risk  (fiduciary  risk)  –  korrupsiyaya  inkişaf  yardımı 
kontekstində  risk  olan  inanılmış  riskin  bir  növüdür.  Belə  ki,  yardım 
fondları  lazımi  məqsədlərə  istifadə  edilmir,  pul  üçün  dəyərə  nail 
olunmur, lazım olan şəkildə hesablanmır. 
İndeksləşdirmə (indexation) – pula olan tələbin və müxtəlif gəlirlərin 
inflyasiya şəraitində real göstəricisinin qorunub saxlanılması üsuludur. 
Bu, monetar öhdəliklərlə qiymət səviyyəsi arasındakı avtomatik əlaqənin 
girişidir. Bu, əmək haqlarına, qiymətlərə və vergilərə şamil edilə bilər. 
Praktika  da  onu  bildirir  ki,  uzunmüddətli  borcun  dəyəri  pərakəndə 
qiymət  indeksləri  qədər  artmalıdır  ki,  borc  götürən  onu  real  şərtlərlə 
qaytarsın.  İndeksləşdirmə  olmadığı  halda  gözlənilməz  inflyasiya 
kapital  bazarını  dağıda  bilər.  Keçmişdə  bir  sıra  ölkələrdə  ümumi 
indeksləşdirmə aparılmışdır. İndeksləşdirmə həm də inflyasiya zamanı 
pul  tələbatının  və  gəlirlərin  real  həcmlərinin  qorunub  saxlanılması 
üsuludur.  Bu  zaman  pul  gəlirləri  inflyasiya  səviyyəsinə  uyğun  olaraq 
indeksləşdirilir (artırılır, yaxud azaldılır).
İnflyasiya  (inflation)  –  pul  vahidinin  qiymətdən  düşməsini  əks  etdirir. 
Bu, əmtəə (satılmaq üçün nəzərdə tutulan mal və xidmətlər) həcminin 
adekvat artımı olmadığı halda tədavül kanallarının izafi pul kütləsi ilə 
həddindən artıq doldurulması nəticəsində baş verir. İnflyasiya mal və 
xidmətlərin qiymətlərinin, onların keyfiyyətinin yüksəlməsi ilə əlaqədar 
olmayan ümumi qalxmasında ifadə olunur.
İnflyasiya  spiralı  (inflation  spiral)  –  qiymətlərin  və  əməkhaqqının 
bir-birindən  qarşılıqlı  asılılıqda  artması  prosesini  xarakterizə  edir.  Bu 
zaman qiymətlərin qalxması əmək haqlarının artırılmasını zəruri edir, 
əmək  haqlarının  artırılması  isə,  öz  növbəsində,  qiymətlərin  yenidən 
qalxmasına gətirib çıxarır.
İnflyasiya  vergisi  (inflation  tax)  –  yüksək  inflyasiya  dövründə  öz 
aktivlərini  pul  formasında  saxlayan  iqtisadi  subyektlərin  vəsaitlərin 


0
İ
dəyərini  itirməsi  nəticəsində  faktiki  itkisidir.  Əgər  yüksək  inflyasiya 
dövründə  xüsusilə  dolayı  vergilər  üzrə  vergi  daxilolmaları  da 
artırsa,  eyni  zamanda  büdcə  vəsaitləri  də  (xüsusilə  transferlər  üzrə) 
inflyasiyadan dəyərini itirir.
İnflyasiyanı  sürətləndirməyən  işsizlik  səviyyəsi  (non  accelerating 
inflation  rate  of  unemployment    NAIRU)  –  təbii  işsizliyin  elə  bir 
səviyyəsidir  ki,  bu  səviyyəyə  çatana  qədər  iqtisadiyyat  inflyasiya  ilə 
qarşılaşmır. NAIRU hesablanarkən ölkədə ötən 10 il ərzində müşahidə 
edilmiş faktiki işsizlik səviyyəsinin orta göstəricisi ilə növbəti 10 il üzrə 
proqnoz rəqəmləri nəzərə alınır.
İnformasiya  asimmetriyası  (asymmetric  information)  –  iqtisadi 
münasibətlərdə  bir  tərəfin  digər  tərəfdən  daha  yaxşı  informasiyaya 
malik olduğu situasiya.
İnformasiyanı  mühafizə  vasitələri  (information  protection  tools) – 
dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan 
texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu 
vasitələr,  habelə  məlumatın  mühafizəsinin  səmərəliliyinə  nəzarət 
vasitələridir.
İnformasiyanın  müqayisə  oluna  bilmə  prinsipi  (comparability 
of  information  principle)  –  bu  prinsip  onu  bildirir  ki,  maliyyə 
bəyanatlarının hər bir ünsürü keçən il üçün miqdarı göstərəcək.
İnformasiyaya  çıxış  (access  to  information)  –  informasiyaya  giriş 
maraqlı tərəflərin (xalq, QHT, media və s.) dövlət informasiyasını əldə 
etməsi hüququna istinad edir. Bu hüquq beynəlxalq və milli qanunlarla 
qorunur,  rəsmi  sənədlərin  aydın,  hər  hansı  başqa  istisnaların  isə 
məhdud  olmasını  təklif  edir.  İnformasiyaya  giriş  vətəndaşlara  dövlət 
məsuliyyətini artırır və korrupsiya imkanlarını azaldır.
İnfrastruktur  (infrastructure)  –  əsas  maddi  istehsal  sahələrinə, 
sənayeyə,  k.t.,  tikintiyə,  əhaliyə  xidmət  edən  təsərrüfat  sahələri 
(nəqliyyat,  şose  yolları,  dəmiryol  xətləri  və  su  bərələri,  kanal,  liman, 
boru  kəmərləri,  anbar  və  s.  tikililər,  enerji  və  qaz  təsərrüfatı,  ticarət, 
maddi-texniki  təchizat,  rabitə  və  telekommunikasiya  sistemləri,  su 
təchizatı,  kanalizasiya,  ümumi  və  peşə  təhsili,  elmə  və  səhiyyəyə 
çəkilən  xərclər  və  s.)  kompleksi,  məcmusu.  Bunlara  bəzən  sabit 
sərmayələr  də  deyilir.  Bu  sahələrə  bir  çox  hallarda  təhsil,  səhiyyə, 
kitabxana xidməti və s. sahələr də əlavə edilir. Təyinatından göründüyü 
kimi,  infrastruktura  qoyulan  xərclər  tezliklə  qazanc  gətirmir.  Bu 
səbəbdən də həmin sahələrə sahibkarlar çox vaxt maya qoyuluşundan 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə