İ
оlаn кeçmiş işçilərə və оnlаrın himаyəsində оlаnlаrа birbаşа sоsiаl
müаvinətlərin verilməsini təmin etməк məqsədilə müəssisə, təşкilаt
və digər işəgötürənlər tərəfindən ödənilən аyırmаlаrı özündə əкs
etdirir. Оnlаr bu dövrdə müəssisələr tərəfindən fакtiкi ödənilmiş sоsiаl
müаvinətlərin, yəni məsələn, əməк müqаviləsi ləğv edilərкən verilən
çıхış müаvinətinin; ştаtın iхtisаrа sаlınmаsı, müəssisənin yenidən
təşкil və yа ləğv edilməsi ilə əlаqədаr оlаrаq işdən çıхаrılmış işçilərə
bаşqа işə düzələnə qədər оlаn dövr üçün verilən məbləğin; əməк
qаbiliyyətinin itirilməsi ilə əlаqədаr ödənilən müаvinətin; pensiyаlаrа
əlаvələrin, tədris məzuniyyətlərinə görə işçilərə verilən ödəmələrin;
uşаğа qulluğа görə pulu qismən ödənilən məzuniyyətdə оlаn qаdınlаrа
verilən коmpensаsiyаlаrın; müəssisə tərəfindən təhsil аlmаğа
göndərilən tələbə və şаgirdlərin təqаüdlərinin cəminə bərаbərdir.
İşsizlik (unemployment) – iqtisadi fəal əhalinin müəyyən hissəsinin
öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi
hadisədir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin
səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran
amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur
yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s.
İşsizlik özünü müxtəlif formalarda – təbii, mövsümi, struktur, friksion –
büruzə verir. İşsizlik ölkədə iqtisadi və sosial mühitə mənfi təsir göstərir,
yüksək peşəkar əməyi devalvasiya edir, iqtisadi artım tempini azaldır,
sosial gərginlik yaradır, şəxsiyyəti deformasiyaya uğradır. Ölkədə
işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən
istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi
sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli
işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının
müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır.
J
J
J əyrisi (J-curve) – milli valyutanın bahalaşmasının və ya ucuz-
laşmasının ticarət balansında və cari əməliyyatlar balansında
səbəb olduğu dəyişiklikləri göstərən əyri. Belə ki, valyuta mübadilə
məzənnəsinin bahalaşması yalnız bir müddət cari əməliyyatlar
balansının mənfi saldosu ilə müşayiət olunur. Ortamüddətli dövrdə isə
bu balansın ÜDM-dəki çəkisi artmaqda davam edir.
K
K
Kameral vergi yoxlaması (cameral tax expertise) – vergi yoxlaması
növü olub vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında
olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə
vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən sənədlər
əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən
verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi
orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir.
Kapital artıqlığı (capital surplus) – səhmlərin satış qiymətinin onun
nominal qiymətini üstələməsi. Səhmdar cəmiyyət xəzinədarlıq
səhmlərini (treasury stock) satdıqda bu məbləğ artır, geri aldıqda
əksinə, azalır.
Kapital xərclər (capital expenditure) – təsbit edilmiş aktivlərin alışı,
ticarət investisiya xərcləri və ya digər biznes fəaliyyətindən əldə
olunan qazanc və cari aktivlərə (səhmlər) çəkilən xərclər. Kapital
formalaşmasından fərqlənir.
Kapitalla əməliyyatlardan gəlirlər (income from capital operations) –
əsas kapitalın satışından, dövlət ehtiyatlarında olan malların satışından,
torpağın və qeyri-material aktivlərinin və qeyri-dövlət mənbələrindən
kapital transferlərinin satışından əldə edilən gəlirləri birləşdirir.
Kаpitаl trаnsferləri (capital transfers) – elə əməliyyаtlаrа deyilir кi,
bu zаmаn акtivlər əvəzi ödənilmədən pul və yа nаturа şəкlində bir
institusiоnаl vаhid tərəfindən digərinə verilir. Каpitаl trаnsferləri аdətən
əməliyyаt iştirакçılаrındаn акtivlərin аlınmаsı və yа çıхdаş edilməsi ilə
əlаqədаr оlаn birdəfəliк və кəmiyyətcə böyüк həcmli əməliyyаtlаrdır.
Каpitаl vergiləri, investisiyа subsidiyаlаrı, sаir каpitаl trаnsferləri
(bоrclаrın ləğv edilməsi, mirаsın аlınmаsı, zərərin ödənilməsi və s.)
оnlаrа dахildir.
Kənar auditor (external auditor) – maliyyə hesabatlarını yoxlayan
kənar auditorları nəzərdə tutur. AB institutları üçün kənar auditorlar
Avropa Auditorlar Palatasıdır.
Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması
qaydaları (registration rules of small companies) – müvafiq icra
hakimiyyəti orqanı tərəfindən kiçik sahibkarlıq subyektlərində mühasibat
uçotunun aparılması üçün müəyyən edilmiş xüsusi qaydalardır.
K
Kleptokratiya (kleptocracy) – (klepto – oğurlamaq, kratos – idarə
etmək: soyğunçular tərəfindən idarə edilmək). Kleptokratiya dövləti
zorla ələn alan korrupsiyalaşmış və yalnız öz mənfəətini güdən
qrupun hakimiyyətini ifadə edən siyasi sistemdir. Misal olaraq Zairin
Mobutusunu, Haitinin Duvalierini, MƏR-in Bokkasasını, İndoneziyanın
Suxartosunu göstərmək olar.
Klirinq (clearing) – mal, xidmət və qiymətli kağızlara görə ödəmədə əks
tələb və öhdəliklərin qarşılıqlı uçotuna əsaslanan nağdsız hesablaşma
sistemidir. Daxili, banklararası və beynəlxalq valyuta klirinqləri vardır.
Klirinq hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin
sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan
aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin onların
fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Kliyentelizm (clientelism) – kliyentelizm müxtəlif sosial və iqtisadi
statusa malik insanlar arasında qeyri-rəsmi münasibətdir: patron
(boss, böyük adam) və onun tabeliyində olan şəxslər. Bu münasibətlər
qarşılıqlı olur, lakin onlara xeyirlərin qeyri-bərabər qarşılıqlı mübadiləsi
daxildir ki, bunlar korrupsiyaya qurşanmış ola bilər. Patrimonial və
kliyenteist təcrübələr tez-tez dövlətin ən yüksək dərəcələrinə çatan
hegemon elita və siyasi korrupsiyanı formalaşdıra bilər.
Koas teoremi (Coase theorem) – əgər tərəflər sərvətlərin
bölüşdürülməsi üzrə heç bir xərc çəkmədən sövdələşə bilirlərsə, onlar
özləri kənar təsir problemlərini həll edə bilərlər.
Kompensasiya (compensation) – əsas etibarilə sığorta hadisəsi baş
verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Geniş mənada
isə istənilən hadisə və proseslərin birbaşa və ya dolayı təsirinə məruz
qalan insanlara və ya qruplara real və ya potensial zərərin ödənilməsi
prosesidir. Bu mənada daha geniş istifadə edilən anlayış aztəminatlı
sosial qrupların dəstəklənməsini nəzərdə tutan sosial kompensasiya
anlayışıdır.
Kompensasiya rüsumları (compensation duties) – rəsmi
qanunvericiliyə əsasən, kompensasiya rüsumları Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı
zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir
idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və
ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların
istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə
tətbiq edilir.
Dostları ilə paylaş: |