LüĞƏTİ Müəllif qrupu


Konsolidə edilmiş büdcə (consolidated budget)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

0
K
Konsolidə edilmiş büdcə (consolidated budget) – büdcə sisteminə 
daxil olan müxtəlif səviyyəli büdcələrin (mərkəzi büdcə, yerli büdcələr, 
yerli  özünüidarəetmə  orqanlarının  büdcələri  və  s.)  yekunu  və  ya 
məcmusu.
Konsorsium  (consortium)  –  maliyyə,  təşkilati,  texniki  və  ya  başqa 
səbəblərdən  bir  neçə  tərəfdaşın  qüvvəsini  birləşdirməyi  tələb  edən 
irimiqyaslı layihələrin həyata keçirilməsi üçün tərəfdaşların yaratdıqları 
təşkilati-hüquqi  birlik  formasıdır.  Konsorsium  iştirakçıları  tam 
müstəqilliyi saxlayırlar. Birgə formalaşdırılmış rəhbərliyə fəaliyyətlərinin 
ancaq  konsorsiumun  məqsədlərinə  nail  olmağa  yönəldən  hissəsi  ilə 
tabe olurlar.
Korporativ  layihə  kapitalı  (corporate  venture  capital  (CVC)) –  iri 
firmalar  tərəfindən  kiçik  müəssisələrin  risk  kapitalına  qoyulan 
investisiyadır. Kompaniyaların belə fəaliyyəti adətən strateji məqsədlər 
üçün təchizat kapitalında azlıq paylar formasından, maliyyə və sosial 
məsuliyyət səbəblərindən baş verir. Bu investisiya üçün motivasiya, hər 
şeydən  əvvəl,  strateji  məqsədlərdir:  bu,  yeni  texnologiya  və  bazarlar 
üçün  geniş  imkanlar  açır.  CVC-nin  arxasında  əsas  güc  texnoloji 
dəyişikliklərdir.
Korrupsiya  (corruption)  –  vəzifəli  şəxslərin  öz  statusundan,  təmsil 
etdiyi  orqanın  statusundan,  vəzifə  səlahiyyətlərindən  və  ya  həmin 
status  və  səlahiyyətlərdən  irəli  gələn  imkanlardan  istifadə  etməklə 
qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə 
etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və 
sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli 
şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin 
vəzifəli şəxslərin ələ alınmasıdır.
Kredit  plastik  kartı  (plastic  credit  card)    müvafiq  kart  hesabında 
faktiki  olan  məbləğdən  əlavə  bank  tərəfindən  açılmış  kredit  xətti 
daxilində vəsaitlərin xərclənməsinə imkan verir. Kredit xəttinin miqdarı 
bankla müştəri arasında danışıq yolu ilə müəyyən edilir.
Kredit təşkilatı (credit organization) – bank, xarici bankın yerli filialı 
və  ya  bank  olmayan  kredit  təşkilatıdır.  Kredit  təşkilatlarından  olan 
kommersiya  bankları  tərəfindən  müəssisələrə,  təşkilatlara  və  əhaliyə 
verilən kreditlər
 isə qaytarılmaq, təcililik, təminatlılıq və öhdəçilik şərti 
ilə təsərrüfatlara və əhaliyə verilən pulun məbləğini göstərir. 
Kronizm  (cronyism)  –  “tanışlıq”  zəminində  bir  qrup  insana  əlverişli 
şərait yaradılması.


1
K
Kross-kurs (cross-course) – iki xarici valyutanın milli valyuta bazasında 
məzənnəsinin müəyyən edilməsidir. Bu, bəzi sövdələşmələrdə istifadə 
edilən məzənnədir.
Kvazifiskal fəaliyyətlər (quasi-fiscal activities) – mərkəzi bankların, 
ictimai  vəsait  institutlarının  və  qeyri-maliyyə  müəssisələrinin  fiskal 
xarakterli  fəaliyyətləridir.  Prinsipcə  onlar  müəyyən  fiskal  göstəricilər 
– vergilər, subsidiyalar və başqa birbaşa xərclər vasitəsilə təkrar oluna 
bilər,  hətta dəqiq miqdarın təyin olunması bəzi hallarda çox çətin ola 
bilər.  Nümunə  kimi  subsidiya  verilmiş  bank  kreditləri  və  müəssisə 
tərəfindən qeyri-kommersiya xarakterli ictimai xidmətlər göstərilməsini 
misal göstərmək olar.
Kvintil  (quintil)    əhali  qrupları  üzrə  göstəricilər  alınarkən  ev 
təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada 
düzülərək  ev  təsərrüfatlarının  sayına  görə  5  bərabər  20%-lik  qrup 
yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə 
isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür.



Q
Q
Qeyri-adi yüksək gəlirdən vergi (windfall tax) – hər hansı müəssisənin 
monopolist  mövqeyindən  istifadə  edərək  normadan  artıq  əldə  etdiyi 
əlavə gəlirin vergiyə cəlb edilməsini nəzərdə tutan vergi növü.
Qeyri-dövlət qiymətli kağızlarının buraxılışı (emission of non-state 
securities)    emitentlər,  yəni  səhmdar  cəmiyyətləri,  fond  birjaları, 
investisiya  fondları,  banklar  və  öz  qiymətli  kağızlarını  (səhmlərini, 
istiqraz vərəqələrini və s.) buraxan digər təşkilatlar tərəfindən buraxılan 
qiymətli kağızların məbləği və miqdarını göstərir. 
Qeyri-kommersiya  fəaliyyəti  (non-commercial  activity)  –  məqsədi 
gəlir  götürmək  olmayan  və  əldə  etdiyi  gəliri  yalnız  qeyri-kommersiya 
məqsədləri,  o  cümlədən  öz  nizamnamə  məqsədləri  üçün  istifadə 
etməyi  nəzərdə  tutan  qanunla  qadağan  edilməyən  fəaliyyətin  həyata 
keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
Qeyri-maddi  aktivlər  (intangible  actives)  –  intellektual,  o  cümlədən 
ticarət  nişanları,  digər  sənaye  mülkiyyəti  obyektləri,  habelə  müvafiq 
qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət 
hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
Qeyri-rezident  (non-resident)    rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan  Respublikasının  ərazisində  diplomatik  və  ya  konsulluq 
statusu  olan  şəxs  və  onun  ailə  üzvləri; Azərbaycan  Respublikasının 
ərazisində  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatından  keçmiş 
beynəlxalq  təşkilatın  əməkdaşı  və  ya  Azərbaycan  Respublikasında 
xarici  ölkənin  dövlət  xidmətini  həyata  keçirən  şəxs  və  onların  ailə 
üzvləri;  məqsədi  yalnız  Azərbaycan  Respublikasının  ərazisindən  bir 
xarici  dövlətdən  digər  xarici  dövlətə  keçmək  olan  şəxs.  Azərbaycan 
Respublikasının  ərazisində  yerləşən,  diplomatik  imtiyazları  və 
immunitetləri  olan  diplomatik  nümayəndəliklər,  konsulluq  idarələri  və 
xarici  ölkələrin  digər  rəsmi  nümayəndəlikləri,  beynəlxalq  təşkilatlar 
və  onların  nümayəndəlikləri,  habelə  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
“Qərəzli”  odioz borclar (odious debt) – beynəlxalq hüquqda siyasi 
rejimlərin hökumət adından öz rejim maraqları üçün cəlb etdikləri xarici 
borclardır.  Belə  borclar  rejim  dəyişikliyi  baş  verdikdə  ciddi  problemə 
çevrilir və əksər hallarda qaytarılmasına xitam verilir. Bəzi hallarda isə 
məcburetmə sanksiyalarının tətbiqinə gətirib çıxarır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə