10
M
məhsulа və idхаlа vergilər və məhsulа subsidiyаlаr göstərilir; “istifаdə”
hissəsində – istehlакdа məhsul və хidmətlərin istifаdəsinin həcmi
(аrаlıq və sоn), əsаs və dövriyyə каpitаlının yığımı və iхrаc göstərilir.
Məxfilik qrifi (secretness label) – məlumat daşıyıcısının özündə və ya
ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik
dərəcəsini göstərən rekvizitlərdir.
Məqsədli büdcə fondları (objective-oriented budget funds) –
müxtəlif səviyyəli büdcələrin tərkibində konkret tədbirlərin həyata
keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir. Məqsədli
büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc
hissələrində ayrıca göstərilir. Bu fondların vəsaiti təyinatı üzrə istifadə
olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol
verilmir. İlin sonuna məqsədli büdcə fondlarının hesablarında olan
vəsait qalığı növbəti ilin gəlirlərinə daxil edilir.
Məqsədli vergilər (earmarked taxes) – vergilər qaldırılır və spesifik
xərc proqramlarına ayrılır. Bu, tez-tez əlavə büdcə fondları vasitəsilə
həyata keçirilir.
Mənfəət nefti (profit oil) – hasilatın pay bölgüsü sazişlərinə görə
mənfəət nefti – yataqların kəşfiyyat və hasilat işlərinə çəkilən xərclər
çıxıldıqdan sonra mənfəəti konsorsium-kompaniya ilə mülkiyyətçi-
hökumət arasında bölünən neftdir. Yəni hasilatın pay bölgüsü
sazişlərinin həyata keçirilməsi ilə bağlı hökumətin payına düşən xam
neft.
Mənfəət vergisi (profit tax) – vergi ödəyicisinin gəliri (vergidən azad
edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun
mənfəətidir. Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.
Mərkəzi bank (central bank) – bank sisteminin əsas tənzimləyici
bankı və ya son instansiya kreditoru. Bütün inkişaf etməkdə olan və
bir çox inkişaf etmiş ölkələr kredit sistemini bəzən hökumətin təlimatı
ilə, bəzən isə öz muxtar səlahiyyətləri ilə nəzarət altında saxlayan
mərkəzi banklara sahibdirlər. Mərkəzi banklar qısamüddətli faiz
dərəcələrini müəyyənləşdirmək səlahiyyətlərinə malikdirlər. Bəzən isə
onlar monetar siyasət vasitəsilə məcmu tələbə və biznes tsiklinə təsir
göstərmək istəyirlər. Hal-hazırda mərkəzi bankların səlahiyyətlərinin
hüdudları və onların hökumətlə münasibətləri geniş diskussiya
mövzusudur. Məsələn, bəzi ölkələrdə inflyasiya hədəfini hökumət,
buna uyğun faiz dərəcələrini isə mərkəzi banklar müəyyən edirlər.
Eyni zamanda, mərkəzi bankların kommersiya banklarına nəzarət və
emissiya funksiyalarında da dəyişikliklər baş verir.
10
M
Mərkəzi hakimiyyət (central government) – mərkəzi hakimiyyətin bütün
idarə və alətləri büdcə və ya əlavə büdcə fondlarından maliyyələşir.
Məsuliyyət (responsibility) – məsuliyyət hüquq və qanuni tələbi təqdim
edənlə bu qanuna əməl etməli olan qurumlar arasındakı əlaqəni
göstərir. Bütün məsuliyyət mexanizmləri üç prinsipə uyğun idarə edilir:
(a) “Şəffaflıq” qərarların və onların icrasının açıq və kifayət qədər
informasiyanın aydın, yaralı olmasını tələb edir, ondan ötrü ki, digər
qurumların və ümumi kütlənin münasib prosedurları izləməsinə imkan
verilsin;
(b) “Cavabdehlik” qərar qəbul edən şəxslərin qərarlarını açıq izah
etmək öhdəliyini bildirir, buna görə onlar sübut edir ki, qərarları
münasib, rasional və onların mandatı çərçivəsindədir;
(c) “İdarə oluna bilmə” yerində qərarlara və icraya icazə verən
mexanizmlərə istinad edir və verilmiş mandat və prosedurlara zidd
olaraq qüvvədə olur – tez-tez yoxlama və balansların və məcburi
tətbiqetmə sisteminə istinad edir. Cəzasızlıq məsuliyyətin antonimidir
və edilmiş zərər üçün günahın bölüşdürülməsi məsuliyyətin mühüm
komponentidir. Demokratik məsuliyyət o ideyaya istinad edir ki, siyasi
gücə malik şəxslərin öz elektoratının məsuliyyətini yerinə yetirmək
vəzifəsi var – həm seçkilər boyunca, həm də institusional idarəetmə
boyunca.
Məşğulluq (employment) – ölkədə vətəndaşların, vətəndaşlığı
olmayan şəxslərin və əcnəbilərin qanunvericiliyə zidd olmayan və bir
qayda olaraq onlara gəlir gətirən hər hansı fəaliyyətidir. İş qüvvəsinə
olan tələb və təklifin məcmusundan ibarət əmək bazarı eyni zamanda
dövlətin məşğulluq siyasətinin təsirinə məruz qalmışdır. Dövlətin
məşğulluq siyasətinin əsas istiqamətləri: heç bir kriteriya üzrə ayrı-
seçkilik etmədən vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək
hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi,
vətəndaşların əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi,
işçilərin sosial müdafiəsinin təmin edilməsi, əlavə iş yerləri açan
işəgötürənlərin təşviqi (həvəsləndirilməsi), vakansiyalar haqqında
operativ informasiya ötürülməsinin təşkili, tripartirmə nail olması və s.
Milli banklar tərəfindən tədavülə pul buraxılışı və tədavüldən pul
çıxarılışı (National Bank’s money emission and withdrawal) –
mərkəzi (milli) bankların kassa tədavülləri əsasında məxariclə mədaxil
arasındakı fərq kimi hesablanır.
Milli gəlir (national income) – ölkənin iqtisadi inkişafının ümumiləşdirici
göstəricilərindən biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun
pulla ifadəsidir. Bu məcmu məhsul bütün istehsal amillərinin (torpağın,
Dostları ilə paylaş: |