LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

11
P
Ümumiyyətlə,  xarici  ticarət  siyasətində  dövlətin  əsas  vəzifəsi 
ixracatçılara  onların  məhsullarının  beynəlxalq  bazarlarda  rəqabət 
qabiliyyətini artırmaqla daha çox məhsul ixrac etməyə kömək etməkdir. 
Proteksionizm
 həm də rəhbər işçinin, məmurun öz karyerasını və digər 
şəxsi  işlərini  sahmanlamaq  üçün  digər  şəxslərə  yardım  göstərməklə 
(adətən  eyni  qulluğun  əvəzində)  prinsipsiz,  dövlət  qulluğuna  ziyan 
vuran hərəkətləri, vəzifəli şəxslərin işgüzarlıq keyfiyyətlərinə görə deyil, 
tanışlığa, himayədarlığa görə seçilməsi kimi məna verir. Proteksionizm 
aşkarlıq  vasitələri,  qanunçuluq,  rəhbər  işçinin  son  yüksək  nəticələrə 
nail olmaqda maraqlılığı ilə aradan qaldırılır.
Prudensial  (prudential)  –  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin 
edilməsinə  istiqamətlənmiş  normativlərə,  qaydalara,  tələblərə  və 
göstərişlərə  əsaslanmış  düşünülmüş  davranış,  idarəetmə  və  nəzarət 
üsuludur.
Pul  əmanəti  (deposit)    müştərinin  hesablanmış  faizlər  şəklində 
müəyyən gəlir əldə etmək üçün banka verdiyi pul vəsaitləridir.
Pul kütləsi aqreqatları (muney supply aggregates) – pul tədavülünün 
tənzimlənməsi məqsədilə onun öyrənilməsinə yönəldilən pul kütləsinin 
həcmini  və  strukturunu  əks  etdirən  göstəricilərdir.  Məcmu  pul  kütləsi 
aşağıdakı pul kütləsi aqreqatlarından ibarətdir:
– M0= bank sistemindən kənar nağd pul; 
– M1=M0+ kommersiya banklarında əhalinin və müəssisələrin depozit-
ləri; 
– tələbli əmanət banklarında əhalinin depozitləri; 
– müəssisə, təşkilat və vətəndaşların hesablaşma, cari və xüsusi he-
sablarındakı vəsaitləri; 
– M2=M1+ əmanət banklarında müddətli əmanətlər; 
– M3=M2+ bankların depozit sertifikatları; dövlət istiqraz vərəqələri; 
– bankların və dövlətin digər qiymətli kağızları. 
Pulun alıcılıq gücü (purchasing power of the money)  müəyyən pul 
vahidi ilə konkret dövrdə inflyasiya və ya deflyasiya nəzərə alınmaqla 
əldə etmək mümkün olan mal və xidmətlərin məcmusudur.
Pulun dövriyyə sürəti (velocity of money) – müəyyən iqtisadiyyatda 
hər  bir  pul  vahidinin  müəyyən  bir  vaxtda  neçə  dəfə  əl  dəyişdirdiyini 
göstərən ölçü.
Pul vəsaitlərinin hərəkəti (cash flow)  şirkətin maliyyə vəziyyətinin 
göstəricisi.  Müəyyən  aralıq  vaxt  müddətində  pul  vəsaitlərinin 
daxilolmaları ilə ödənişlər arasındakı münasibəti bildirir.


11
R
R
Real effektli məzənnə (REM) indeksi (real effective exchange index) – 
manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli 
real məzənnələrin dəyişiminin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla 
həndəsi ortasını əks etdirir və aşağıdakı kimi hesablanır:
Burada,  p
t
  –  t  dövründə  ölkə  daxilində  inflyasiya  səviyyəsi;  p
it
  –  t 
dövründə ticarət partnyoru olan ölkədə inflyasiya səviyyəsidir.
Real vergilər (real taxes) – daşınar və daşınmaz əmlakın alqı-satqısı 
zamanı yaranan vergilərdir. 
Regional  siyasət  (regional  policy)  –  ölkənin  müxtəlif  hissələrinin 
iqtisadi  inkişafı  arasındakı  qeyri-bərabərliyi  aradan  qaldırmaq  üçün 
yeritdiyi  siyasətdir.  Bütün  ölkələrin  inkişaf  etmiş  və  zəif  inkişaf  etmiş 
regionları  vardır,  baxmayaraq  ki,  bəzi  ölkələrdə  regionlar  arasındakı 
uçurum daha da dərindir. Zəif inkişaf etmiş ərazilər hər hansı bir sənaye 
sahəsi və yaxud iqtisadi fəaliyyət sahəsinin zəifləməsi ilə bağlıdır. Ona 
görə  dövlət  bu  ərazidə  hər  hansı  bir  sənaye  sahəsi  yaratmaq  üçün 
imkanlar yaradır və lokal infrastrukturu inkişaf etdirir, baxmayaraq ki, 
bu  yol  məhdud  uğurlarla  səciyyələnir.  Sonra  isə  diqqət  kiçik  biznes 
üçün imkanların artırılmasına yönəldilir.
Resursların  bölüşdürülməsi  qərarları  (allocation  of  resources 
decision)  –  AB  Komissiyasının  qərarlarını  təsvir  edir,  büdcə 
prosedurunun  sonunda  tətbiq  edilir,  hər  nüfuz  dairəsinə  zəruri  insan 
resurslarını yerləşdirir. 
Rezident (resident) – rəsmi qanunvericiliyə əsasən, aşağıda göstərilən 
tələblərin birinə cavab verən istənilən fiziki şəxsdir: təqvim ilində üst-
üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının 
ərazisində  olan;  təqvim  ili  içərisində,  yaxud  bir  təqvim  ili  ərzində 
xarici  ölkədə  Azərbaycan  Respublikasının  dövlət  xidmətində  olan; 
Azərbaycan  Respublikasının  ərazisində  və  xarici  ölkədə  (hər  hansı 
birində)  fiziki  şəxsin  olma  müddəti  182  gündən  artıq  olmadıqda, 
həmin  fiziki  şəxs  aşağıdakı  ardıcıllıqla  göstərilən  meyarlarla 
Azərbaycan  Respublikasının  rezidenti  sayılır:  daimi  yaşayış  yeri; 


10
R
həyati  mənafelərinin  mərkəzi;  adətən  yaşadığı  yer;  Azərbaycan 
Respublikasının vətəndaşlığı.
Rəhbər-agent problemi (principal-agent problem) – bir şəxs (rəhbər) 
bir  işi  yerinə  yetirmək  üçün  digər  şəxsi  (agent)  istəyəndə  rəhbər 
gözlənilən faydanı maksimallaşdırmaq üçün agentin stimullarını təyin 
etməlidir.
Rəhbər-işçi  nəzəriyyəsi  (principal-agent  theory)  –  əksər  özəl  və 
dövlət təşkilatları ierarxiyaya əsaslanır. İerarxiyada aparıcı əlaqələrdən 
biri asılı işçi ilə rəhbəri arasında olan əlaqədir. Rəhbər-işçi nəzəriyyəsi 
ayrılan  məqsədlərin,  informasiya  asimmetriyasının,  stimullar  və 
cəzaların, əmək haqlarının əhəmiyyətini ön plana çıxarır. İnformasiya 
çatışmazlığı  rəhbərin  öz  işçisinin  fəaliyyətinə  nəzarət  etmək  və  onu 
nəzarətdə  saxlamağa  mane  olur.  Nəzəriyyə  korrupsiya  və  münasib 
islahatların mikroiqtisadi izahlarını qurmaq üçün istifadə edilmişdir.
Rəqabətli  qiyməttəklifetmə  (competitive  bidding)  –  əmtəə  və 
xidmətin açıq və şəffaf reklamı prinsipinə əsaslanan seçmə prosesidir. 
Bu proses ən yaxşı qiymət təklif edən ixtisasa, dəyər və başqa obyektiv 
kriteriyalara  müvafiq  olmalıdır  (dostluq  münasibətləri,  rüşvət,  hədə-
qorxu kimi amillər bu kriteriyalara aid deyil). Rəqabətli qiyməttəklifetmə 
prosesləri tez-tez ictimai müqavilələrdə qanunamüvafiq tələb edilir və 
müəyyən dəyərdən yuxarı aılnır.
Rəsmi qarət (spoiliation) – dəlil üçün tələb olan sənədin dəyişikliyi və 
ya beynəlxalq məhvidir; daha geniş mənada dəyərli bir şeyin məhvi və 
ya qarətidir. Rəsmi qarət kleptokratiya hökm sürən yerlərdə baş verir. 
Spoilation korrupsiyadan əldə olunan fayda, gəlir və mükafatlardır.
Rifah  iqtisadiyyatı  (welfare  economics)  –  ümumi  iqtisadiyyatın 
cəmiyyətin rifahını və resurslar ayrılarkən müşahidə olunan prioritetləri 
öyrənən aspekti. Burada fərdin və cəmiyyətin bir iqtisadi subyekt kimi 
davranışı da əsas götürülür.
Rikardo-Barro  ekvivalentlik  teoremi  (Ricardian-Barro  equivalence 
theorem) – dövlət xərclərinin borc hesabına maliyyələşdirilməsi iqtisadi 
baxımdan  dövlət  xərclərinin  vergi  hesabına  maliyyələşdirilməsinə 
bərabərdir.  Yəni  fiskal  ekspansiya  dövründə  vergi  dərəcələrinin 
azaldılması büdcə xərclərinin borc hesabına örtülməsini tələb edir ki, 
bu da uzunmüddətli dövrdə vətəndaşlar üçün heç bir şeyi dəyişdirmir. 
Əgər  vergi  borcları  onların  bugünkü  öhdəlikləridirsə,  dövlət  borcu  da 
gələcək öhdəlikləridir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə