11
R
Royalti (royalty) – neft, qaz və digər təbii resursların mülkiyyət
sahibi olan dövlətə həmin resursların satışından əldə edilən gəlirdən
əvvəlcədən razılaşdırılmış faiz miqdarında ödəmədir. Azərbaycanın
ən iri karbohidrogen ehtiyatlarının istismar layihəsi olan “Əsrin
kontraktı”nda royalti nəzərdə tutulmayıb.
Rüsumlardan azadetmə (duty exemption) – rəsmi qanunvericiliyə
əsasən, gömrük rüsumlarından aşağıdakılar azad edilirlər: a) yüklərin,
baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən
nəqliyyat vasitələri, habelə onların yol boyu, dayanacaqlararası
məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat
vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq
məqsədilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları,
yanacaq, ərzaq və digər əmlak; b) dənizdə balıq ovlayan Azərbaycan
Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi
və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin
fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının
gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları,
yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
v) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri
tərəfindən və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilə-
lərinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə
bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxarmaq hüququna
malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar; q) Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi
ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu
əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədilə istifadə
olunanlardan başqa), qiymətli kağızlar; ğ) Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə
keçirilməli olan mallar; d) qəza və dağıntıların, təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılması məqsədilə və ya humanitar yardım
kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu
ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər
müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri; e) texniki
yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədilə
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan
mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən, qrant
kimi alınan pul və (və ya) digər maddi yardımlar; ə) üçüncü ölkələr üçün
nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən
tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar; j) Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq Azərbaycan
1
R
Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən istehsal
və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan
mallar; z) Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli
mədəniyyət sərvətləri; i) yığma komandaların hazırlığı ilə bağlı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı,
texnikası və malları; k) kütləvi informasiya vasitələri – kütləvi
informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin
təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə
görə; ı) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi
əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün
zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və
əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi
və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.
Rüşvətxorluq (bribery) – əvəzində nə isə etmək üçün kiməsə pul,
xidmət təklif etməkdir. Rüşvətxorluq korrupsiyanın tərifidir. Rüşvət
həm də mükafat, bəxşiş, pay, susmağa görə haqq, müavinət,
yığnaq, şirnikləşdirici adlanır. Rüşvət beynəlxalq və milli hüquqa görə
cinayətdir. Xarici rəsmilərin rüşvətxorluğuna qarşı OECD-in müvafiq
konvensiyasına uyğun mübarizə aparılır. Rüşvətxorluq, rüşvət vermək,
amerikan variantı (graft) – graft xüsusilə siyasi gücdən istifadə etməklə
ləyaqətsiz pul əldə etməkdir. Graft – tərkibində tamahkarlıq elementi
olan siyasi korrupsiyadır.
1
S
S
Sadələşdirilmiş vergi (simplified tax) – rəsmi qanunvericiliyə əsasən,
Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyata
alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatların
həcmi 22500 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi
ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri hər il
aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu
hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları
vergi orqanına təqdim etməklə seçdiyi metodu təqvim ilinin sonunadək
tətbiq etməlidirlər. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin
ödəyicisi ola bilməzlər: aksizli mallar istehsal edən şəxslər; kredit və
sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının
peşəkar iştirakçıları, lombardlar; qeyri-dövlət pensiya fondları; əmlakın
icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər; mülkiyyətindəki
avtonəqliyyat vasitələrindən başqa digər əsas vəsaitlərinin qalıq
dəyəri 1.000.000 (bir milyon) manatdan artıq olan, lakin fəaliyyəti
avtonəqliyyat vasitələri ilə daşımaların və mənzil tikinti fəaliyyətinin
həyata keçirilməsindən ibarət olmayan şəxslər.
Sahibkarlıq fəaliyyəti (entrepreneurship activity) – şəxsin müstəqil
surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,
malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər
göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.
Satılmış bank sertifikatları (selling bank certificates) – əhaliyə satılan
və əhalidən alınan sertifikatların məbləğləri arasındakı fərqdir.
Satışdankənar gəlirlər (out of selling incomes) – digər müəssisələrin
fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər,
istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə
mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan
əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin
ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə
artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş
kreditor deponent borc məbləğləri.
Seçki paradoksu və ya Kondorket paradoksu (voting paradox) –
səsvermənin çoxluğu və ya nəticəsi cəmiyyətin üstün seçimləri ilə
uyğun gəlməyə bilər, hətta baxmayaraq ki, hər bir fərdin üstün seçimi
uyğun gəlir.
Dostları ilə paylaş: |