1
S
Sekvestr (cutback) – dövlət büdcəsi və yerli büdcələrin gəlirləri yerinə
yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə
ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı.
Senyoraj (seignorage) – pul emissiyası hüququnun dövlətin və ya
dövlətin səlahiyyət verdiyi hər hansı bir qurumun (adətən Mərkəzi
Bank) monopol yurisdiksiyası altında olmasından daxil olan gəlir. Bu
vəsait adətən hər maliyyə ilinin sonunda xəzinədarlığa köçürülür.
Səhmdar cəmiyyətin bazar kapitalizasiyası (market capitalization) –
kompaniyanın bütün səhmlərinin bazar dəyərinin cəmi. Bu, bir səhmin
bazar dəyərinin səhmlərin sayına vurulması ilə tapılır.
Səhmlər üzrə dividendlərin ödəmələri (payment of share
dividends) – mənfəətin səhmlərin cari və ya orta qiymətlərinə uyğun
olaraq səhm sahibləri arasında bölüşdürülməsini ifadə edir.
Səlahiyyət verən məmur (authorising officer) – hər bir institutda
gəlir və xərclərin maliyyə menecmentinə uyğun qanuni şəkildə həyata
keçirilməsində məsuliyyət daşıyır.
Sərəncаmdа qаlаn gəlirlərin istifаdə hesаbı (used account
of the ordered incomes) – ev təsərrüfаtlаrı, dövlət idаrələri və
ev təsərrüfаtlаrınа хidmət edən qeyri-коmmersiyа təşкilаtlаrının
sərəncаmındа оlаn gəlirlərinin sоn istehlак хərcləri və qənаət аrаsındа
bölüşdürülməsini əкs etdirir.
Sərəncаmdа оlаn ümumi milli gəlir (ordered gross national income) –
bütün institusiоnаl vаhidlərin-rezidentlərin sərəncаmındа оlаn
gəlirlərin, yəni institusiоnаl vаhidlərin sоn istehlак və əmаnətlər üçün
mаliк оlduqlаrı gəlirlərin cəmidir. О, cаri trаnsferlər кimi verilmiş gəlirlər
çıхılmаqlа ilкin gəlirlərin sаldоsu üstəgəl (+) аlınmış cаri trаnsferlərə
bərаbərdir.
Sərmayəçilər tərəfindən verilən aktivlər (the proceeds from assets
delivered by investors) – neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən
olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas
fondlar, daşınar əmlak və digər aktivlər.
Sığorta (insurance) – istehsal münasibətlərinin mühüm elementlərindən
biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır
və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən
hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta
1
S
bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı
obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan
tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.
Sığorta agentləri (insurance agents) – müəyyən edilmiş səlahiyyətlərə
uyğun olaraq sığorta edən adından və onun tapşırığı ilə öz fəaliyyətini
yerinə yetirən hüquqi və ya fiziki şəxslərdir.
Sığorta brokerləri (insurance brokers) – sığortaçı və sığorta edilənin
tapşırığı əsasında öz adından, sahibkar kimi sığortalanma vasitəçiliyini
həyata keçirən, müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş fiziki
və ya hüquqi şəxslərdir.
Sığorta edən (policy holder) – ölkə ərazisində sığorta fəaliyyətini
həyata keçirmək üçün müəyyən edilmiş qaydalar əsasında lisenziya
alan və sığorta fəaliyyətini həyata keçirmək üçün müəyyən edilmiş
qanunvericiliyə əsasən yaradılan istənilən təşkilati-hüquqi formada
olan hüquqi şəxsdir.
Sığorta hadisəsi (insurance accident) – iştirakçı bankın məcburi
ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə
müvafiq olaraq əmanətlər üzrə öhdəlikərin yerinə yetirilməsinə
moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə
minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və
ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Milli
Bank tərəfindən təsdiq edilməsidir. Sığorta hadisəsinin baş verdiyi gün
isə, rəsmi qanunvericiliyə əsasən, Milli Bank tərəfindən Əmanətlərin
Sığortalanması Fonduna göndərilən bildirişdə sığorta hadisəsinin baş
verməsi günü kimi qeyd olunan tarixdir.
Sığorta haqları (insurance fee) – rəsmi qanunvericiliyə əsasən,
müəyyən qaydada iştirakçı bankın Əmanətlərin Sığortalanması
Fonduna ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.
Sığortalanmış əmanət (insured deposit) – rəsmi qanunvericiliyə
əsasən, qorunan əmanətçinin qorunan əmanətinin Əmanətlərin
Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilən hissəsidir.
Sığorta olunan (object of the insurance) – sığorta haqqı ödəyən və
sığorta edənlə konkret sığorta öhdəliyinə daxil olan (girən) fiziki və
hüquqi şəxslərdir. Sığorta olunanlara rezident və qeyri-rezidentlər kimi
iqtisadiyyatın müxtəlif sahələrinə, müxtəlif mülkiyyət növlərinə aid olan
vətəndaşlığı olmayan şəxslər də aid ola bilər. Sığorta olunanın əsas
vəzifəsi sığorta haqlarını (mükafatları, ödəmələri) müntəzəm olaraq
ödəməkdən ibarətdir.
1
S
Sığorta ödəmələri (insurance payments) – sığorta hadisələri
baş verərkən hesabat dövründə sığortalanma növləri üzrə faktiki
ödənmiş sığorta ödəmələrinin məbləğini göstərir. Bu göstərici sığorta
təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib edilməsi
metodologiyası əsasında hesablanır.
Sığorta ödəmələrindən daxilolmalar (receipts from insurance
payments) – sığorta təşkilatlarının sığortalanma növləri – məcburi
və könüllü sığortalanma üzrə bağladığı müqavilələr əsasında faktiki
daxil olmuş haqların məbləğini göstərir. Məcburi sığortalanma
vətəndaşların təsərrüfatlarında əmlakın sığortalanmasını, sərnişinlərin
sığortalanmasını, tibbi sığortanı və s. özündə birləşdirir. Könüllü
sığortalanma şəxsi sığortanı, əmlak sığortasını və məsuliyyət
sığortasını ifadə edir. Şəxsi sığortaya bədbəxt hadisələrdən həyatın
sığortalanması və tibbi sığorta aiddir. Bu göstərici sığorta təşkilatlarının
mühasibat və statistika hesabatlarının tərtib edilməsi metodologiyası
əsasında hesablanır.
Sığorta riski (insurance risks) – sığorta hadisəsinin başvermə
ehtimalıdır. Sığortalanmış obyektlərin daha çox hissəsinin və ya böyük
məbləğlə sığortalanmış bir neçə obyektin sığortası bir sığorta hadisəsi
ilə (məsələn, daşqınlar zamanı) verilə bilər ki, bu da risk çoxluğudur
və bunun nəticəsində kumulyasiya adlanan böyük məbləğdə zərər baş
verir.
Sığorta tarifi (insurance tariffs) – aktual hesablar əsasında hesablanan
sığorta xidmətinin qiymətidir. Sığorta tarifinin həcmi, bir sıra daxili və
xarici amillərdən asılı olaraq müxtəlif bazar seqmentlərində sığortanın
müxtəlif növləri üçün risk ehtimalının əsasları ilə əlaqədar statistik
hesablamalar bazasında sığorta hadisəsinin başvermə tezliyi və sığorta
maliyyə hesablamaları üsullarının köməyi ilə müəyyən edilir. Sığorta
subyektləri arasında müqavilə bağlanan tarif dərəcəsi brutto dərəcə
(məbləğ) adlanır. O, netto dərəcədən (sığorta riskinin qiymətindən)
və düşən yükdən (ehtiyat fondlarına ayırmalar və mənfəət elementləri
də daxil edilməklə sığorta işinin təşkili və həyata keçirilməsi üzrə
sığortaçının xərclərindən) ibarətdir.
Sığorta təşkilatlarının gəlirləri (revenues of the insurance
companies) – sığorta haqlarını, sığorta ehtiyatlarının qaytarılmasını,
sığorta ehtiyatlarının investisiyalaşdırılmasından əldə edilən gəlirləri
özündə birləşdirən sığorta təşkilatlarının maliyyə nəticələrini ifadə edir
və sığorta təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib
edilməsi metodologiyası əsasında hesablanır.
Dostları ilə paylaş: |