LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   45   46   47   48   49   50   51   52   53

1
S
ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi  məqsədilə 
aylıq  və  ya  birdəfəlik  ödənilən  pul  vəsaitidir.  Müavinətlərin  növləri  – 
aylıq müavinətlər: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə 
müavinət;  əlilliyə  görə  müavinət;  16  yaşadək  əlil  uşaqlara  müavinət; 
ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərə  kommunal, 
nəqliyyat  və  digər  xidmətlərə  görə  müavinət;  üç  yaşınadək  uşağa 
qulluğa  görə  müavinət;  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərin  16  yaşadək  (ümumtəhsil 
müəssisələrində  əyani  təhsil  alanlar  üçün  18  yaşadək)  uşaqlarına 
müavinət;  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum 
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; bir yaşınadək 
uşağı  olan  aztəminatlı  ailələrə  müavinət.  Birdəfəlik  müavinətlər: 
radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində 
zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət; uşağın 
anadan olmasına görə müavinət; dəfn üçün müavinət.
Sosial  müdafiə  xərcləri  (social  security  expenses)  –  rəsmi 
qanunvericiliyə görə, büdcə xərclərinin funksional təsnifləşdirilməsində 
tətbiq  edilən  köməkçi  bölmələrdən  biridir.  Büdcədən  əhalinin  sosial 
müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: uşaqlı 
ailələrə dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə 
pensiyalar;  sair  müavinət  və  kompensasiyalar;  təbii  və  ya  texnogen 
qəzaların nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin 
ödənilməsi; işsizliyə görə müavinətlər.
Sosial  sığorta  stajı  (length  of  social  insurance)  –  əmək  pensiyası 
hüququnun  müəyyən  edilməsi  zamanı  nəzərə  alınan  iş  və  ya 
digər  fəaliyyət  dövrlərinin  (müvafiq  icra  hakimiyyəti  orqanına 
məcburi  dövlət  sosial  sığorta  haqları  ödəmək  şərti  ilə)  və  eləcə  də 
müvafiq  qanunvericiliklə  sığorta  stajına  daxil  edilən  digər  dövrlərin 
məcmusudur.
Sosial  təminatlar  (social  provisions)  –  konstitusiyada  əksini  tapmış 
sosial-iqtisadi  və  sosial-siyasi  hüquqların  gerçəkləşdirilməsini  təmin 
edən  maddi  və  yuridik  mexanizmlər.  Əsas  sosial  təminatlara  əmək, 
istirahət, mənzil, təhsil, tibbi yardım hüquqları daxildir. Sosial təminatlar 
ayrı-ayrı  işçi  kateqoriyalarının  və  onların  ailə  üzvlərinin,  ilk  növbədə 
qadınlar, gənclər, pensiyaçılar və sosial müdafiəyə daha çox ehtiyacı 
olan  digər  təbəqələr  kimi  sosial-demoqrafik  qrupların  əlverişsiz 
vəziyyətlərini  kompensasiya  etməlidir.  Sosial  təminatlar  sistemi  üç 
əsas yarımsistem strukturdan ibarətdir. Bunlar a) istehsalat (işlə təmin 
olunma, sahibkarlıq, mülkiyyət, əməyin mühafizəsi hüquqları və s.); 


10
S
b) bölgü (minimum əməkhaqqı, pensiyalar, təqaüdlər, qiymətqoymada 
inhisarçılığın  ləğv  edilməsi,  əməyin  xarakteri  və  məzmunu  ilə  bağlı 
imtiyazlar  və  i.a.);  c)  istehlak  (minimum  sosial  nemətlər,  müavinət, 
dotasiya  əldə  etmək  imkanı,  xeyriyyə  yardımı,  reabilitasiya  dəstəyi 
almaq hüququ və i.a.) prosesində insanın (işçinin, fərdin) təminatıdır. 
Dövlət  qulluqçuları  bütün  vətəndaşlar  üçün  ümumi  olan  sosial 
təminatlardan istifadə edirlər. Lakin onlar üçün spesifik sosial təminatlar 
da nəzərdə tutulmuşdur. 
Sosial  transferlər  (social  transfers)  –  ümumi  dövlət  idarəetmə 
orqanlarının  (dövlət  təşkilatlarının),  ev  təsərrüfatlarına  xidmət  edən 
qeyri-dövlət və qeyri-kommersiya təşkilatlarının, habelə qeyri-maliyyə 
müəssisələri  və  maliyyə  idarələrinin  sosial  yardım  göstərmək  və 
əhalinin  rifah  halını  yaxşılaşdırmaq  məqsədilə  ev  təsərrüfatlarına 
təqdim  etdikləri  cari  transferlərin  bir  növüdür.  Sosial  transferlərə 
daxildir: 1) dəyər şəklində sosial transferlər; 2) natura şəklində sosial 
transferlər. 
Sporadik  korrupsiya  (sporadic  corruption)  –  sistemli  korrupsiyanın 
əksidir.  Qeyri-müntəzəm  olaraq  baş  verdiyindən  iqtisadiyyat 
və  idarəetmənin  mexanizmlərinə  təhlükə  törətmir.  Lakin  resurs 
iqtisadiyyatının prinsiplərini dağıda bilər.

Stabilləşdirmə (sabitləşdirmə) siyasəti (stabilization policy) – sabit 
qiymət  səviyyəsinin  mövcud  olduğu  şəraitdə  istehsal  faktorlarından 
tam  istifadə  (bu  anlayış  nisbi  qəbul  olunmalıdır)  ilə  müşayiət  olunan 
makroiqtisadi  tarazlığın  bərpa  olunmasına  və  qorunub  saxlanmasına 
yönəlmiş  fəaliyyətdir.  Bu  siyasətin  əsasında  makroiqtisadi  tarazlığın 
dinamik komponenti olan məcmu tələbə təsir göstərmək dayanır. Belə 
tənzimlənmə məşğulluq səviyyəsində artıma və qısa müddətə də olsa 
tarazlığın bərpasına gətirib çıxara bilər. Stabilləşdirmə siyasətini həyata 
keçirərkən məcmu tələbə əsas təsir vasitələri büdcə-vergi və pul-kredit 
siyasətləridir. 
Stabilləşdirmə  Fondu  (Stabilization  Fund)  –  müəyyən  xammal 
məhsullarının  qiymətinin  qəfil  dəyişməsi  zamanı  dövlət  büdcəsini 
stabilləşdirən  və  iqtisadiyyata  pul  kütləsinin  axınına  nəzarət  imkanı 
verən  xüsusi  fondlar.  Bir  çox  hallarda  xammalın  (məsələn,  neftin) 
qiyməti  yüksək  olduqda  artıq  vəsait  fonda  köçürülür.  Qiymətlər 
düşdükdə isə maliyyənin fonddan büdcəyə axını başlanır. 
Stand-by  tənzimləməsi  (stand-by  arrangement)    BVF-in  maliyyə 
böhranı  keçirməkdə  olan  və  ya  nə  vaxtsa  keçirdiyi  belə  böhranın 
nəticələrini tam ortadan qaldıra bilməyən ölkələrə dəstək vermək üçün 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə