LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   45   46   47   48   49   50   51   52   53

11
S
etdiyi  əsas  tənzimləmə.  18  aya  qədər  olan  stand-by  rejimində  üzv 
ölkənin kvotasının 100%-i, 3 ilə qədər olan rejimdə isə 300%-i qədər 
həmin ölkəyə maliyyə vəsaiti ayrıla bilər. Bəzi istisna hallarda BVF bu 
limitləri keçə bilir.
Stimullar  (incentives)  –  bir  kəsi  bir  işi  görməyə  həvəsləndirir. 
Stimullaşdırma nəzəriyyəsi həvəsləndirmə mexanizminin, üzəçıxarma-
nın,  cəzaların,  müxtəlif  dövlət  idarələrində  səmərəliliyi  artırmaq  üçün 
müxtəlif vergi sistemlərinin analizi üçün konseptual əsaslar təklif edir. 
Məsələn,  bildirilir  ki,  ödəniş  artımları  dövlət  qulluğunda  fırıldaqçılığı 
artıracaq.  Stimul,  həmçinin,  məmurları  yersiz  xeyirləri  rüşvət  verənə 
geri qaytarmağa inandıraraq rüşvət ola bilərdi.
Subsidiya  (subsidy)  –  dövlət  büdcəsindən  muxtar  büdcələrə,  yerli 
büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti. İstehsаl 
və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr 
оlаrаq  dövlət  tərəfindən  verilən  və  qаytаrılmаyаn  cаri  ödəmələrdir. 
Каpitаl trаnsferlərinə аid edilən əsаs каpitаlın yığımını mаliyyələşdirməк 
üçün  müəyyən  edilən  investisiyа  хаrакterli  subsidiyаlаr  (qrаntlаr) 
dа  burаyа  dахildir.  Məhsulа  görə  subsidiyаlаr  аdətən  rezidentlər 
tərəfindən  istehsаl  edilən,  sаtılаn  və  yа  idхаl  edilən  məhsul  və 
хidmətlərin  miqdаrınа  və  yа  dəyərinə  prоpоrsiоnаl  оlаrаq  ödənilən 
subsidiyаlаrdır. Müəssisələrin istehsаl etdiyi məhsulun sаtış qiymətinin 
оrtа istehsаl хərclərindən аşаğı təyin edilməsi nəticəsində bаş verən 
dаimi  zərərlərə  görə  dövlət  büdcəsindən  müntəzəm  ödəmələr,  iхrаc 
və  idхаl  subsidiyаlаrı  və  s.  аiddir.  İstehsаlа  görə  digər  subsidiyаlаrа 
оnlаrın аşаğıdакı əsаs növləri dахildir: 
– əməкhаqqı fоndunа və yа işçi qüvvəsinə subsidiyаlаr; 
– istehsаl аmillərindən istifаdə etməкlə əlаqədаr subsidiyаlаr, məsələn, 
müəyyən хаmmаl, enerji və s. növlərdən istifаdənin stimullаşdırılmаsı 
üçün subsidiyаlаr; 
–  ətrаf  mühitin  çirкləndirilməsini  аzаltmаq  üçün,  məsələn,  istehsаl 
tullаntılаrının əlаvə emаlının dəyərinin ödənilməsi üçün subsidiyаlаr. 
Subvensiya  (subvention)  –  məqsədli  maliyyələşdirmənin  həyata 
keçirilməsi üçün dövlət büdcəsindən digər büdcəyə və yerli büdcələrə 
verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya  müəyyən  edilmiş  müddətdə 
istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.


1
Ş
Ş
Şəffaf  büdcə  (transparent  budget)    demokratik  dövlətdə  dövlət 
büdcəsi  –  ictimai  (açıq)  siyasət  alətidir.  Büdcə  sadəcə  resurslar  və 
tələbatlar  balansı  deyildir.  O,  dövlətin  vergi  ödəyiciləri  və  büdcə 
xərclərini  əldə  edənlərlə  maliyyə  qarşılıqlı  münasibətinin  mürəkkəb 
kompleksidir. Şəffaf büdcə – hökumətin irəli sürdüyü siyasətin ictimai 
ekspertizası  və  onun  səmərəliliyinin  müzakirəsi  üçün  açıq  olan 
büdcəyaratma sistemidir. Şəffaf büdcə informasiyanın əlçatan olması, 
büdcə  prosesində  ictimaiyyətin  iştirak  imkanının  olması,  qanunverici 
və icraedici orqanlar arasında funksiyaların dəqiq bölgüsünün olması 
deməkdir.
Şəffaflıq  (transparency)    konkret  olaraq  dar  mənada  maliyyə 
hesabatlılığının təminini, iştirakçılığı və qanunun aliliyini nəzərdə tutan 
ictimaiyyətə  açıq  bir  idarəetmə  və  qərarqəbuletmə  sistemini  nəzərdə 
tutur.


1
T
T
Tarif  güzəştləri  (tariff  concessions)  –  rəsmi  qanunvericiliyə 
əsasən,  tarif  güzəştləri  (tarif  preferensiyaları)  dedikdə,  Azərbaycan 
Respublikasının  ticarət  siyasəti  həyata  keçirilərkən  qarşılıqlı  və  ya 
birtərəfli  qaydada  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilən  mallar  üzrə  əvvəl  ödənilmiş  rüsumun  qaytarılması,  rüsum 
ödənişindən  azadetmə,  rüsum  dərəcələrinin  aşağı  salınması,  malın 
preferensial  gətirilməsi  (çıxarılması)  üçün  tarif  kvotaları  şəklində 
verilən  güzəştlər  başa  düşülür.  Tarif  güzəştlərinin  verilməsi,  rəsmi 
qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə 
ticarət-siyasi  münasibətləri  həyata  keçirilərkən  aşağıdakı  mallar 
üzrə  gömrük  rüsumlarından  azadetmə,  gömrük  dərəcələrinin  aşağı 
salınması, yaxud preferensial idxal (ixrac) üçün kvotalar qoyulması kimi 
güzəştlər  verilə  bilər:  mənşəcə Azərbaycan  Respublikası  ilə  gömrük 
ittifaqı  və  azad  ticarət  zonası  yaratmış  və  ya  bu  cür  ittifaqın,  yaxud 
zonanın  yaradılmasına  dair  müqavilə  imzalamış  dövlətlərə  mənsub 
olan  mallar;  mənşəcə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən  beş  ildə  bir  dəfədən  az  olmamaq  şərti  ilə  dövri  olaraq 
yenidən  baxılan  milli  preferensiya  sistemindən  istifadə  edən  inkişaf 
etməkdə  olan  ölkələrə  mənsub  mallar.  Azərbaycan  Respublikasının 
ticarət  siyasəti  həyata  keçirilərkən  Azərbaycan  Respublikasının 
gömrük  ərazisi  hüdudlarında  aşağıdakı  mallar  üzrə  əvvəl  ödənilmiş 
gömrük  rüsumlarının  qaytarılması,  rüsum  dərəcələrinin  azaldılması 
və müstəsna hallarda gömrük rüsumlarından azadetmə kimi güzəştlər 
verilə bilər: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən 
olunmuş  gömrük  rejimlərinə  uyğun  olaraq  gömrük  nəzarəti  altında 
Azərbaycan  Respublikasının  ərazisinə  müvəqqəti  gətirilən  və  həmin 
ərazidən  müvəqqəti  çıxarılan  mallar;  Azərbaycan  Respublikasının 
iştirakçısı  olduğu  hökumətlərarası  sazişlərə  müvafiq  olaraq  xaricdə 
investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən 
mallar;  Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarına 
uyğun  olaraq  müəyyən  edilən  dövlət  ehtiyacları  üçün  Azərbaycan 
Respublikasının gömrük ərazisindən çıxarılan mallar; xarici sərmayənin 
iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə 
fonduna  pay  şəklində Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilən,  həmçinin Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun 
olaraq, Azərbaycan Respublikası hökumətinin və ya onun səlahiyyətli 
dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə 
nəzərdə  tutulmuş  hallarda  və  ya  Azərbaycan  Respublikasının  Milli 
Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə