LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   2   3   4   5   6   7   8   9   ...   53

1
A
ödənilən  vergilər  nəzərdə  tutulur.  Bələdiyyələr  tərəfindən  tətbiq 
edilən  digər  məcburi  ödənişlər  müvafiq  qanunla  müəyyən  edilir. Yerli 
vergilərin  (bələdiyyə  vergilərinin)  dərəcələri  vergi  qanunvericiliyində 
təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə 
uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı 
kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi 
dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.


1
B
B
Balans mənfəəti (zərəri) (balanced profit/damage)  məhsulun (iş və 
xidmətlərin), material ehtiyatlarının satışından əldə edilən mənfəət də 
daxil edilməklə, müəssisələrin fəaliyyətinin ümumi maliyyə nəticələrini, 
habelə qeyri-kommersiya əməliyyatlarından alınan gəlir və məsrəfləri 
əhatə  edir.  Qeyri-kommersiya  əməliyyatlarından  alınmış  və  ödənmiş 
cərimələrin, peniyaların, dəbbə pullarının və digər iqtisadi sanksiyaların 
(qanunvericiliyə  uyğun  olaraq  büdcəyə  ödənən  sanksiyalar  istisna 
olmaqla);  müəssisələrin  hesablarında  olan  vəsaitin  məbləğindən 
alınan  faizlərin;  xarici  valyuta  ilə  əməliyyatlar  və  valyuta  hesabları 
üzrə məzənnə fərqlərinin; hesabat ilində aşkara çıxarılmış ötən illərin 
mənfəət və zərərlərinin; təbii fəlakətlər nəticəsində dəymiş zərərlərin; 
borcların və debitor borclarının siyahıdan silinməsi nəticəsində itkilərin; 
ödənilməsi mümkün olmayan, ümidsiz kimi siyahıdan silinmiş borcların 
daxil  olmasının;  mövcud  qanunvericiliyə  uyğun  olaraq  mənfəət  və 
zərərlərə aid edilən sair gəlir, itki və məsrəflərin ümumi yekunu balans 
mənfəətinə (zərərinə) daxildir. 
Balanslaşdırılmış büdcə (balanced budget) – hökumətin planlaşdırdığı 
xərclərlə  onun  gözlənilən  gəlirlərinin  bərabər  olduğu  büdcə.  Dövlət 
maliyyəsində bu elə bir fiskal situasiya hesab olunur ki, burada vergi 
və digər daxilolmalar mal və xidmətlər, transferlər və faiz ödənişlərini 
tam  əhatə  edə  bilsin. Ayrı-ayrı  dövlətlərin  büdcələrinin  təhlili  göstərir 
ki,  büdcələr  balanslı  vəziyyətdən  daha  çox  kəsirli  olurlar  və  bu  kəsir 
borclanma və əlavə emissiya yolu ilə örtülür. Büdcə balansının və onun 
maliyyələşdirilməsinin  iqtisadiyyatda xüsusi  önəmi  ondan  ibarətdir ki, 
o, tələbə və qiymətlərə təsir edə bilər.
Bank  (bank)  –  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər 
qaytarılan  vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına 
kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və 
hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi 
şəxsdir.
Banka  aidiyyəti  olan  şəxslər  (bank  insider  persons)    bankın 
inzibatçıları,  struktur  bölmələrinin  rəhbərləri,  qərarların  qəbul 
edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq 
münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/
arvadının  valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən  övladlığa 
götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı 
şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi 


1
B
şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm 
iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
Banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslər (persons 
acting on behalf of bank insider person) – aralarında bağladıqları 
müqavilə əsasında banka aidiyyəti olan şəxs adından hərəkət etməyə 
hüququ  olan  şəxs;  banka  aidiyyəti  olan  şəxsin  mühüm  təsir  göstərə 
bildiyi hüquqi şəxs; banka aidiyyəti olan şəxsin nümayəndəsi.
Bank  filialı  (bank  branch)  –  hüquqi  şəxs  olmayan,  bankın  olduğu 
yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət 
daşıdığı,  banka  icazə  verilmiş  bank  fəaliyyətinin  hamısını  və  ya  bir 
hissəsini  həyata  keçirə  bilən  bankın  ayrıca  bölməsidir.  Kommersiya 
banklarının və onların filiallarının sayı,
 ilin axırına olan vəziyyətə görə, 
qeydə alınmış kommersiya banklarının və onların filiallarının sayıdır. 
Bank holdinq şirkəti (bank holding company) – bank lisenziyasına 
malik  bir  və  ya  bir  neçə  törəmə  bankı  olan,  fəaliyyəti  baş  ofisinin 
yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən 
və nəzarət olunan şirkətdir.
Bankın  nümayəndəliyi  (bank  representation  office)    hüquqi  şəxs 
olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən,  bank  fəaliyyəti  ilə 
məşğul  olmağa  hüququ  olmayan,  yalnız  onun  mənafelərini  təmsil  və 
müdafiə edən bankın ayrıca bölməsidir.
Bankın  məcmu  kapitalı  (bank  capital)  –  prudensial  hesabatlıq 
məqsədləri  üçün  istifadə  olunan  kapital  olmaqla,  mərkəzi  bankın 
normativ xarakterli aktları ilə müəyyən etdiyi birinci dərəcəli (əsas) və 
ikinci dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) 
cəmi və onlardan tutulmaların fərqidir.
Bank  krediti  (bank  loan)  –  bağlanmış  müqaviləyə  uyğun  olaraq 
qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və 
faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız 
müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul 
vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, 
zəmanət,  borc  qiymətli  kağızlarının  diskontla  və  ya  faizlər  alınmaqla 
satın  alınması  və  müqaviləyə  əsasən  hər  hansı  formada  verilmiş 
vəsaitin  qaytarılmasını  tələb  etməklə  bağlı  digər  hüquq  da  kredit 
anlayışına aiddir.
Bank  kreditləri  üzrə  müəssisələrin  borcları  (company  debts  for 
bank loan)  bankdan alınmış kreditlər üzrə borcların məbləğini əks 
etdirir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə