LüĞƏTİ Müəllif qrupu


Təkrar  borcalan  (regain  borrower)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   45   46   47   48   49   50   51   52   53

1
T
Təkrar  borcalan  (regain  borrower)  –  dövlət  borcalmaları  yolu  ilə 
alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulmayan 
borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs.
Təkrar müqavilə (regain contracting) – rəsmi qanunvericiliyə əsasən, 
müvafiq icra hakimiyyəti orqanı ilə əsas borcalan, istifadəçi və ya təkrar 
borcalan  arasında  bağlanılan,  dövlət  borcalmaları  və/və  ya  dövlət 
zəmanəti ilə alınmış vəsaitin bölüşdürülməsi, istifadəsi və qaytarılması 
(istifadəçiyə şamil olunmur) şərtlərini müəyyənləşdirən müqavilə.
Təminat  hesabı  (guarantee  account)  –  dövlət  zəmanəti  üzrə 
öhdəliklərin  yerinə  yetirilməsini  təmin  etmək  üçün  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən açılan xüsusi büdcə hesabı.
Tənzimlənən  büdcə  (regulatory  budget)  –  qiymətlərin  dövlət 
tərəfindən təyin edilməsi əsasında formalaşan büdcə (hal-hazırda belə 
büdcə yoxdur).
Təsərrüfat  subyektinin  müvafiq  idarəetmə  orqanı  –  təsərrüfat 
subyektində idarəetməni həyata keçirən ali idarəetmə orqanı (direktorlar 
şurası və müşahidə şurası) və idarəetmə orqanı.
Təsirin  ticarəti  (trading  of  influence)    məmurla  cəmiyyətin  bir 
üzvünün yersiz üstünlüklərini mübadilə etməsidir.
Tobin  vergisi  (Tobin  tax)  –  Harvard  Universitetinin  professoru 
James  Tobin  tərəfindən  irəli  sürülən  və  xarici  valyuta  mübadiləsi 
əməliyyatlarının vergitutmaya cəlbini nəzərdə tutan xüsusi vergi növü. 
Dünya  üzrə  xarici  valyuta  transaksiyaları  çox  irihəcmlidir  və  onun 
yalnız 2%-i əmtəələrin ticarəti ilə bağlıdır. Yerdə qalanı isə investisiya 
və spekulyasiya məqsədlidir. Bununla bağlı narahatlıq ondan ibarətdir 
ki, qısamüddətli dövrdə xeyli “qaynar pullar” (hot money) bir ölkədən 
digərinə  hərəkət  edir  və  bu,  bəzən  maliyyə  bazarında  gərginliyə 
və  yaxud  makroiqtisadi  sabitliyin  pozulmasına  səbəb  olur.  Belə  bir 
vəziyyətdə  Tobin  təklif  edirdi  ki,  bu  cür  əməliyyatların  vergiyə  cəlbi 
nəinki pul axınlarını nəzarətdə saxlamağa imkan verir, həmçinin əlavə 
gəlir  mənbəyinin  yaranmasına  gətirib  çıxarır.  Bu  təklif  xeyli  müzakirə 
olunsa da, hələlik onun praktik tətbiqi problemli görünür. Çünki onun 
tətbiqi beynəlxalq razılaşma tələb edir.
Torpaq  islahatı  (land  reforms)  –  iqtisadi  azadlıq  və  sosial  ədalət 
prinsipləri  əsasında  torpaq  üzərində  yeni  mülkiyyət  münasibətlərini 
yaratmaq,  bazar  iqtisadiyyatını  və  sahibkarlıq  təşəbbüsünü  inkişaf 
etdirmək, ölkənin iqtisadi müstəqilliynə, o cümlədən ərzaq təminatına 


1
T
nail olmaq və son nəticədə xalqın maddi rifahını yüksəltmək məqsədilə 
dövlət  torpaqlarının  müəyyən  edilməsini,  torpaqların  xüsusi  və 
bələdiyyə  mülkiyyətinə  verilməsini,  mülkiyyətçilərin  torpağa  sahiblik, 
istifadə  və  sərəncam  hüquqlarının  təmin  edilməsini  əhatə  edən 
tədbirlər kompleksi. Torpaq islahatının obyekti vahid torpaq fondudur. 
Müvafiq  islahat  zamanı  vahid  torpaq  fondunda  dövlət  mülkiyyətində 
saxlanılan  torpaqlar,  bələdiyyə  mülkiyyətinə  verilən  torpaqlar  və 
xüsusi  mülkiyyətə  verilən  torpaqlar  müəyyən  edilir.  Torpaq  islahatı 
aparılarkən aşağıdakı şərtlərə əməl edilir:
a) ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin 
yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması;
b) torpaqların təyinatı üzrə istifadə edilməsi;
c) ətraf mühitin mühafizəsinin təmin edilməsi;
d) torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.
Azərbaycanda  torpaq  islahatını  Dövlət  Aqrar  İslahat  Komissiyası 
həyata keçirir.    
Torpaq  kadastrı  (land  cadastre)  –  torpaq  istifadəçiliyinin  qeydiyyatı, 
torpaqların  kəmiyyət  və  keyfiyyətcə  uçotu,  bonitirovkası  və  iqtisadi 
qiymətləndirilməsi üzrə məlumatların məcmusu.
Torpaq  vergisi  (land  use  tax)    rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyətində  və  ya 
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq 
vergisinin  ödəyiciləridir.  Torpaq  mülkiyyətçiləri  və  ya  istifadəçiləri 
təsərrüfat  fəaliyyətinin  nəticələrindən  asılı  olmayaraq  torpaq 
vergisinə cəlb olunurlar. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan 
Respublikasının  ərazisində  mülkiyyətində  və  ya  istifadəsində  olan 
torpaq  sahələri  vergitutma  obyekti  sayılır.  Torpaq  vergisi  torpaq 
sahələri  barədə  mülkiyyət  və  ya  istifadə  hüququnu  təsdiq  edən 
sənədlər  əsasında  müəyyənləşdirilir.  Tikililərin  və  qurğuların  altında 
olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri 
olan  torpaq  sahələrinə  görə  torpaq   vergisi  tutulur.  Kənd  təsərrüfatı 
torpaqlarının  vergi  dərəcələri  torpaqların  təyinatı,  coğrafi  yerləşməsi, 
keyfiyyəti  nəzərə  alınmaqla,  şərti  ballar  əsasında  torpaq  sahəsinin 
hər  bir  hektarına  görə  hesablanır.  Bir  şərti  balın  qiyməti   6  qəpikdır. 
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi 
təyinatlı  torpaqlar,  yaşayış  fondlarının,  həyətyanı  sahələrin  torpaqları 
və  vətəndaşların  bağ  sahələrinin  tutduğu  torpaqlar  üzrə  vergi  torpaq 
sahəsinin hər 100 kvadratmetrinə görə hesablanır. 
Törəmə  bank  (subsidiary)  –  nizamnamə  kapitalında  səsvermə 
hüququ  verən  səhmlərin  əllidən  çox  faizi  təsisçi  banka  və  ya  bank 
holdinq  şirkətinə  məxsus  olan  bankdır,  yaxud  elə  bankdır  ki,  onunla 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə