LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   45   46   47   48   49   50   51   52   53

1
Ü
а) öz sоn istehlакı və yа əsаs каpitаlın ümumi yığımı üçün institusiоnаl 
vаhidlər tərəfindən istehsаl edilən məhsul və хidmətlər (məsələn, şəхsi 
yаrdımçı təsərrüfаtlаrdа istehsаl оlunаn кənd təsərrüfаtı məhsullаrı və 
digər məhsullаr, təsərrüfаt üsulu ilə həyаtа кeçirilən tiкinti, hаqq аlаn ev 
qulluqçulаrının göstərdiкləri хidmətlər və s.); b) bütövlüкdə ictimаiyyətə 
göstərilən  коlleкtiv  хidmətlər  də  dахil  edilməкlə,  bаşqа  institusiоnаl 
vаhidlərə pulsuz və yа cüzi qiymətlərlə göstərilən хidmətlər (məsələn, 
pulsuz təhsil və tibbi хidmət, dövlət idаrəetmə, müdаfiə хidmətləri və s.). 
Məhsul və хidmətlərin bаzаr burахılışını əsаs qiymətlərlə, yахud əgər 
bu mümкün deyilsə, istehsаlçının qiymətləri ilə qiymətləndirməк tövsiyə 
оlunur. 
Ümumi mənfəət və ümumi qаrışıq gəlirlər (gross profit and mixed 
incomes)  –  əlаvə  dəyərin  muzdlu  işçilərin  əməкhаqqının,  istehsаlа 
görə  vergilərin  və  idхаl  vergilərinin  ödənilməsi  ilə  əlаqədаr  оlаn 
хərclərin məbləği çıхıldıqdаn sоnrа istehsаlçılаrdа qаlаn bir hissəsidir. 
Bu göstərici mülкiyyətdən gəlirlər nəzərə аlınmаdаn, istehsаldаn əldə 
edilən  mənfəətlə  (və  yа  zərərlə)  ölçülür.  Ev  təsərrüfаtlаrınа  məхsus 
оlаn  qeyri-коrpоrаtiv  müəssisələrdə  müəssisə  sаhibinin  və  yа  ev 
təsərrüfаtı  üzvlərinin  muzdlа  işləyənlər  tərəfindən  sərf  edilən  əməyə 
аnalоji  оlаn  ödənilməyən  əməкləri  istifаdə  оlunа  bilər.  Belə  hаldа  bu 
göstərici qаrışıq gəlir аdlаnır, оnа görə кi, оnа mülкiyyətçinin sаhibкаr 
кimi  əldə  etdiyi  gəlirdən  seçilməsi  mümкün  оlmаyаn  ev  təsərrüfаtı 
üzvlərinin və mülкiyyətçisinin əməyinin ödənilməsi dахil edilir. 
Ümumi  milli  gəlir  (gross  national  income)  –  iqtisаdi  əlаqələr 
nəticəsində yаrаnаn (verilən və аlınаn) ilкin gəlirlərin sаldоsu nəzərə 
аlınmаqlа,  rezident-vаhidlər  tərəfindən  əldə  edilən  ilкin  gəlirlərin 
cəmidir.  Ümumi  milli  gəlir  ümumi  dахili  məhsuldаn,  bаşqа  ölкələrə 
verilmiş və yа bаşqа ölкələrdən аlınmış ilкin gəlirlər nəzərə аlınmаqlа 
hesаblаnır (əvvəllər ümumi milli gəlir ümumi milli məhsul аdlаnırdı). 
Ümumi milli qənаət (gross national saving) – iqtisadiyyatda ümumi 
sərəncаmdа  оlаn  gəlirin  əmtəə  və  хidmətlərin  sоn  istehlакınа  sərf 
оlunmаyаn hissəsidir. 
Ümumi müəssisə və təşkilatların sayında zərərlə işləyən müəssisə 
və təşkilatların payı (special share of damaged companies) – faktiki 
olaraq  zərərlə  işləmiş  müəssisələrin  sayının  faktiki  hesabat  təqdim 
etmiş müəssisələrin ümumi sayına nisbətinin faizi kimi hesablanır. 
Ünvanlı  dövlət  sosial  yardımı  (public  social  assistance)  –  əhalinin 
aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda (sosial ödəniş-
lər, müavinətlər, icbari ödənişlərdən güzəştlər və s.) göstərilən yardımlar.


1
V
V
Vaqner  qanunu  (Wagner’s  Law)  –  bu  qanuna  görə,  dövlət  xərcləri 
gəlirlərə nisbətən sürətlə artır.
Varlılığın əvəzolunması effekti (wealth substitution effect) – insanlar 
təqaüdə  çıxdıqdan  sonra  alacaqları  sosial  təminata  daha  az  qənaət 
edirlər.
Valyuta  məzənnəsi  (currency  exchange  rate)    bir  ölkənin  milli 
pul  vahidinin  digər  ölkənin  milli  pul  vahidinə  nisbətdə  dəyəri.  İki  növ 
məzənnə  mövcuddur:  (1)  nominal  məzənnə  –  iki  ölkə  valyutalarının 
qarşılıqlı  əlaqəli  qiymətidir;  (2)  real  məzənnə  –  iki  ölkə  mallarının 
qarşılıqlı dəyəridir. E = e (P/P*). Burada, E real valyuta məzənnəsi, e 
nominal məzənnəni, P yerli malın qiymətini, P* isə xarici malın qiymətini 
göstərir.  Valyuta  məzənnəsi  bir  milli  valyutanın  pul  vahidinin  digər 
ölkənin valyutasının pul vahidləri ilə ifadə etdiyi qiyməti bildirir. Valyuta 
məzənnəsi  milli  pul  vahidinin  alıcılıq  qabiliyyəti  nəzərə  alınmaqla 
müəyyənləşdirilir  və  bəzi  amillərin  təsiri  ilə  yaranır.  Belə  amillərdən 
ən  başlıcası  aşağıdakılardır:  ölkənin  tədiyə  balansı,  inflyasiyanın 
səviyyəsi,  ölkənin  ümumi  iqtisadi  vəziyyəti,  daxili  bazarın  vəziyyəti, 
vergi, xarici ticarət və investisiya rejimləri. Milli valyutanın dünya valyuta 
bazarlarında  konyunkturu,  ticarət  və  qeyri-ticarət  əməliyyatlarının 
mövcud  beynəlxalq  hesablaşmalar  sistemi  də  valyuta  məzənnəsinin 
hərəkətinə təsir edir.
Valyuta  siyasəti  (curency  policy)  –  dövlət  tərəfindən  valyuta 
məzənnəsinin  tənzimlənməsi  məqsədilə  həyata  keçirilən  hüquqi, 
iqtisadi,  inzibati  tədbirlərin  kompleksi:  valyuta  siyasətinin  həyata 
keçirilmə formaları:
a)  diskont  siyasəti  –  mərkəzi  bankın  uçot  dərəcəsinin  dəyişdirilməsi 
yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;
b)  valyuta  müdaxiləsi  –  valyuta  bazarlarında  tələb  və  təklifin 
tarazlaşdırılması  məqsədilə  mərkəzi  bankın  valyutaların  alqı-satqısı 
əməliyyatlarında müntəzəm iştirakı;
c) devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin 
məsədyönlü  uçotlaşdırılması)  və  revalvasiya  (milli  valyutanın  xarici 
valyutalara nisbətən məzənnəsinin qaldırılması).
ç) valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər 
və  qanunverici  aktlarla  qadağan  olunması  və  ya  limitləşdirilməsi 
nəzərdə tutulur.


1
V
Vençur kapitalı (venture capital) – bu termin riskli kapital qoyuluşlarını 
ifadə  etmək  üçün  işlədilir.  Vençur  kapitalı  riskli  istehsal  sahələrinə 
birbaşa və portfel investisiyaları formasında qoyula bilər. 
Vergi  (tax)  –  dövlətin  və  ya  yerli  özünüidarəetmə  orqanlarının 
fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin (hüquqi və 
fiziki şəxslər) mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi 
şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət 
fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 
 
Vergidən daxilolmalar (tax receipts)  məcburi, əvəzsiz, qaytarılmadan 
dövlət idarəetmə orqanlarına və qeyri-büdcə orqanlarına ödəmələrdən 
daxilolmaları birləşdirir. 
Vergi xərcləri (tax expenditures) – “normal” vergi strukturundan dövlət 
gəlir yığımını azaldan güzəştlərdir, çünki dövlət siyasətinin məqsədləri 
ilə subsidiya və birbaşa ödəmələrin alternativliyinə nail oluna bilər. 
Vergilərin antisipasiyası (tax anticipations) – dövlətin bəzən məcburi 
şəkildə  vaxtından  əvvəl  vergilər  alması  və  ya  müəyyən  vergilərin 
ödənməsi  üçün  qısamüddətli  borc  sənədlərini  yerləşdirməsidir.  Buna 
müəssisələrə gözlənilən (faktiki alınmamış) gəlirdən avans ödəmələri 
köçürməyə hüquqi öhdəlik qoyulmasını misal göstərmək olar. Vergilərin 
antisipasiyasından  adətən  iqtisadi  krizis  şəraitində  büdcə  kəsirini 
azaltmaq və ya operativ bağlamaq üçün istifadə olunur.
Vergitutma bazası (taxation base) – vergitutma obyektinin vergi tutulan 
hissəsinin kəmiyyətcə ifadəsidir.
Vergitutmanın formaları (taxation types) – vergi məbləğləri aşağıdakı 
formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət 
əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya 
mənfəət əldə edilməsindən sonra tutulması); bildiriş üzrə (vergitutma 
obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin 
hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi 
ödəyicisi tərəfindən verginin ödənilməsi).
Vergitutma  obyekti  (taxation  object)  –  vergitutma  obyekti  gəlir, 
mənfəət,  əmlak,  torpaq,  faydalı  qazıntılar,  təqdim  edilmiş  malların 
(işin,  xidmətin)  dəyəri  və  ya  bu  məcəllə  ilə  müəyyənləşdirilən  digər 
vergitutma obyektləridir.
Vergi  olmayan  daxilolmalar  (non-tax  receipts)  –  özündə  kapitalla 
əməliyyatlardan  gəlirləri,  cərimə  və  sanksiyalar  üzrə  daxilolmalar  və 


1
V
qeyri-dövlət  mənbələrindən  könüllü,  bütün  əvəzsiz  cari  daxilolmalar 
istisna olmaqla, digər əvəzi qaytarılmayan bütün büdcə daxilolmalarını 
birləşdirir. 
Vergi  ödəyicisi  (taxpayer)  –  qanunvericiliyə  uyğun  olaraq  müəyyən 
edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
Vergi ödəyicilərinin uçotu (taxpayers registration) – hüquqi və fiziki 
şəxslərin fəaliyyətinə vergi nəzarətini həyata keçirmək məqsədilə onlar 
vergi  orqanlarında  vergi  ödəyicisi  kimi  uçota  alınırlar. Bu  zaman  hər 
bir vergi ödəyicisinə onu uçota alan vergi orqanının kodunu və vergi 
ödəyicisinin  sıra  nömrəsini  özündə  əks  etdirən,  bütün  vergilər  üzrə 
ölkə  ərazisində  vahid  olan  və  vergi  ödəyicisi  tərəfindən  mühasibat, 
statistika,  vergi  və  digər  sənədlərdə  hökmən  göstərilməli  olan  vergi 
ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Vergi yükü (“tax burden” və ya “incidence of taxation”) – il ərzində 
ölkədə ödənilən bütün vergilərin cəminin ümumi daxili məhsula (ÜDM) 
və ya milli gəlirə nisbəti. Azərbaycanda vergi yükü 2005-ci ildə 11,4%, 
2006-cı ildə 14,5%, 2007-ci ildə 18% olmuşdur. Bundan çıxış edərək 
iqtisadiyyatda  regional  və  sektoral,  fərdi  və  sosial,  net  və  real  vergi 
yüklərini müəyyən etmək mümkündür.
Verilmiş  kreditə  görə  faiz  normaları  (interest  rate  norms  for 
credits)  üzrə (milli və kommersiya bankları üzrə) məlumatlar milli və 
kommersiya banklarının hesabat məlumatları əsasında təqdim edilir.
Vətəndaş  qüsursuzluğu  (citizen  innocent)    mühüm  iştirak  payının 
sahibləri, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə 
bankın  törəmə  strukturlarının  rəhbərləri  üçün  qəsdən  törədilmiş 
cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı 
və  ləğvedici  üçün  məhkumluğunun  olmaması,  keçmişdə  mülkiyyət 
əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə 
görə  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  faktının  olmaması,  müvafiq 
vəzifəni  tutması  və  ya  peşə  fəaliyyəti  ilə  məşğul  olması  üzərində 
məhkəmə  qərarı  ilə  qoyulmuş  qadağanın  olmaması,  məhkəmə 
qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür. 


1
Y
Y
Yaxşı  idarəetmə  (good  governance)    bu,  cəmiyyətin  və  ya  onun 
ayrı-ayrı  kateqoriyalarının  səmərəli  qərarqəbuletmə  yolu  ilə  elə  idarə 
edilməsidir  ki,  bu,  növbəti  8  tələbə  cavab  verə  bilsin:  konsensus 
meyli;  hesabatlılıq;  şəffaflıq;  çeviklik;  səmərəlilik;  obyektivlik  və 
tutumluluq; qanunun aliliyi. Belə idarəetmə korrupsiyanın azalmasına, 
qərarqəbuletmədə  ədalətli  təmsilçiliyə,  cəmiyyətin  ehtiyaclarının 
nəzərə alınmasına xidmət edir.
Yaşayış  minimumu  (life  minimum)  –  minimum  istehlak  səbətinin 
dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma.
Yaşayış  minimumunun  təyinatı  (destination  of  life  minimum) – 
yaşayış  minimumundan  aşağıdakı  məqsədlər  üçün  istifadə 
olunur:  əhalinin  aztəminatlı  təbəqələrinə  dövlət  tərəfindən  ünvanlı 
sosial  yardım  göstərilməsi  sisteminin  formalaşdırılmasında  və 
tətbiqində;  əhalinin  aztəminatlı  təbəqələrinin  rifahının  yüksəldilməsi 
konsepsiyasının  və  dövlət  proqramlarının  hazırlanmasında;  əhalinin 
həyat  səviyyəsinin  qiymətləndirilməsində  və  proqnozlaşdırılmasında; 
fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən 
həddinin əsaslandırılmasında; əhalinin pul gəlirlərinin və əmanətlərinin 
indeksləşdirilməsi  üzrə  tədbirlərin  işlənib  hazırlanmasında  və  həyata 
keçirilməsində;  dövlət  büdcəsinin,  yerli  büdcələrin,  büdcədənkənar 
dövlət  fondlarının,  qanunvericiliklə  tənzimlənən  qiymət  və  tariflərin 
formalaşdırılmasında.
Yerli  büdcə  (local  budget)  –  bələdiyyə  statusuna  uyğun  olaraq 
özünüidarəetmə  prinsiplərini  reallaşdırmaq,  bələdiyyə  səlahiyyətlərini 
həyata  keçirmək  üçün  formalaşan  və  istifadə  olunan  maliyyə  vəsaiti. 
Yerli  büdcə  bələdiyyə  büdcəsi  olub  dövlət  büdcəsinin  tərkib  hissəsi 
deyil.
Yerli  vergilər  (local  taxes)  –  yerli  vergilər  (bələdiyyə  vergiləri) 
aşağıdakılardır:  fiziki  şəxslərin  torpaq  vergisi;  fiziki  şəxslərin  əmlak 
vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə 
mülkiyyətində  olan  müəssisə  və  təşkilatların  mənfəət  vergisi.  Yerli 
vergilərin  hesablanması  və  ödənilməsi  qaydaları,  vergi  ödəyicilərinin 
və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi 
nəzarətinin  forma  və  metodları,  vergi  qanunvericiliyinin  pozulmasına 
görə  məsuliyyət,  bələdiyyələrin  vergi  xidməti  orqanlarının  və  onların 
vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi 
qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.


1
Y
Yoxsulluq (poverty) – insanın (yaxud sosial qrupun) müəyyən dövrdə 
əldə  etdiyi  yaşayış  vasitələrinin  onun  sağlamlığının  qorunması  və 
həyat fəaliyyətinin normal təmin edilməsi üçün zəruri tələblərə uyğun 
gəlməməsidir.  Başqa  sözlə,  həmin  vəsaitlərin  insanların  normal 
səviyyəsi  üçün  tələb  ediləndən,  yaşayış  minimumundan  aşağı 
səviyyədə olmasıdır.    
Yoxsulluq boşluğu (poverty gap) – yoxsulluq həddində olan bütün ev 
təsərrüfatlarının gəlirini artırmaq üçün tələb olunan pul məbləği. 
Yoxsulluq  həddi  (poverty  line)  –  federal  hökumət  tərəfindən  hər  bir 
ailə ölçüsü üçün müəyyən edilmiş və ondan aşağıda olan ailənin yoxsul 
hesab edildiyi mütləq gəlir səviyyəsi.
Yoxlama fəaliyyətləri və ya daxili yoxlama (controlling operations 
or internal control) – hüquqi aktların icrası, maliyyyə fəaliyyətlərinin 
etibarlılığı  və  məlumatları  kimi  müxtəlif  idarəetmə  məqsədlərinə  dair 
münasib zəmanəti təmin edən proses.

Ex-ante controls – eks-tarif yoxlamaları maliyyə razılaşmasından 
əvvəl baş verir.

Ex-post  controls  –  faktik  yoxlamalar  maliyyə  razılaşmasından 
sonra baş verir.

Internal  control  standarts  –  daxili  yoxlama  standartları  – 
komissiyanın  daxili  yoxlama  standartları  komissiya  tərəfindən  qərara 
alınır  və  COSO  standartları  ilə  möhkəmləndirilir.  COSO  (Tridvey 
komissiyasının  sponsor  təşkilatlar  komitəsi)  5  peşəkar  təşkilatın 
alyansıdır.
Yoxlamalar,  öz  növbəsində,  kameral  və  sənədləşdirilmiş  yoxlamalara 
bölünür.  Sənədli  yoxlama,  yoxlama  aparılan  təşkilatda  maliyyə 
sənədlərinin  yoxlanılması  və  onun  əsasında  müəyyən  nəticənin 
əldə  edilməsi  ilə  müəyyənləşir.  Bu  halda  əgər  maliyyə  pozuntuları 
aşkarlanarsa, onlar mütləq qaydada aktlaşdırılır və aidiyyəti orqanlara 
ötürülür.  Kameral  yoxlama  isə  müəssisənin,  yaxud  təşkilatın  özünü 
ziyarət  etmədən  hesabatlar  və  digər  texniki  vəsait  hesabına  aparılır 
və  əgər  narahatlıq  üçün  bir  əsas  varsa,  mütləq  sonrakı  mərhələdə 
sənədləşdirilmiş  yoxlama  ilə  müşayiət  edilir.  Yoxlama  aşağıdakı 
üsullarla  həyata  keçirilir:  tematik  yoxlama  –  nəzarət  obyektinin 
maliyyə-təsərrüfat fəaliyyətinin ayrı-ayrı sahələrinin və ya hər hansı bir 
mövzunun geniş öyrənilməsi üçün tətbiq edilir və bu zaman seşmə və 
sənədli nəzarət üsullarından istifadə edilir;  iqtisadi təhlil – sənədli və 
faktiki  nəzarət  qaydasında  dövlətin  maliyyə  və  maddi  ehtiyatlarından 
istifadənin səmərəliliyinin, nəzarət obyektinin dövlət qarşısında maliyyə 
öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsi vəziyyətinin müəyyən 
edilməsi,  habelə  nəzarət  obyektinin  maliyyə-təsərrüfat  fəaliyyətinə 


1
Y
təsir edən amillərin aşkar edilməsi məqsədiə aparılır; təhqiqat – ərizə 
və  müraciətlərə,  habelə  dövri  mətbuatda  göstərilənlərə  əsaslanaraq 
nəzarət obyektinin maliyyə-təsərrüfat fəaliyyətində müəyyən bir məsələ 
üzrə  mövcud  vəziyyətin  müəyyən  edilməsi  məqsədilə  baxışların  və 
araşdırmaların  keçirilməsidir;  təhqiqatın  nəticəsi  nəzarət  obyektində 
digər  nəzarət  metodlarının  tətbiq  edilməsinin  zəruri  olub-olmaması 
barədə  təklifləri  və  ya  müvafiq  rəyi  özündə  əks  etdirən  arayışla 
sənədləşdirilir;  hesabatların  yoxlanılması  –  maliyyə  hesabatlarının, 
habelə  vergitutma  bazasına  birbaşa  təsir  edən  göstəricilərin 
hesablama yolu ilə, müxtəlif hesabat məlumatlarının mühasibat uçotu 
ilə  registrlərdəki  məlumatlarla  üzləşdirilməsi  yolu  ilə  həyata  keçirilir 
və bu zaman mühasibat yazılışlarının ilkin sənədlərdəki məlumatlara 
uyğunluğu müəyyənləşdirilir.
Yol  çeki  (traveler’s  check)  –  çekin  təqdim  edilməsi  zamanı  onun 
nominalının  (üzərində  göstərilən  məbləğin)  ödənilməsinə  dair  çeki 
buraxan şirkətin öhdəliyidir.
Yol  vergisi  (road  fund  taxes)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan  Respublikasının  ərazisinə  daxil  olan  və  həmin  ərazidən 
sərnişin  və  yükdaşıma  üçün  istifadə  edən  avtomobil  nəqliyyatı 
vasitələrinin  sahibləri  olan  qeyri-rezident  müəssisələr  və  qeyri-
rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində 
mülkiyyətində  və  ya  istifadəsində  minik  avtomobilləri,  avtobuslar 
və  digər  avtomobil  nəqliyyatı  vasitələri  olan  şəxslər  Azərbaycan 
Respublikasının  avtomobil  yollarından  istifadəyə  görə  yol  vergisinin 
ödəyiciləridir. Azərbaycan  Respublikasının  ərazisinə  daxil  olan  xarici 
dövlətlərin,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  şəxslərin 
mülkiyyətində  və  ya  istifadəsində  olan  avtonəqliyyat  vasitələri  yol 
vergisinin vergitutma obyektidir. Avtonəqliyyat vasitələrinin növündən, 
oturacaqların  sayından,  yükgötürmə  qabiliyyətindən  və  avtonəqliyyat 
vasitələrinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, 
Azərbaycan  Respublikası  ərazisində  qət  edilən  məsafədən,  təhlükəli 
yüklərin  daşınmasından  asılı  olaraq  Azərbaycan  Respublikasının 
ərazisinə  daxil  olan  xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrindən, 
habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində 
və  ya  istifadəsində  olan  avtonəqliyyat  vasitələrinin  mühərriklərinin 
həcmindən  asılı  olaraq  avtonəqliyyat  vasitələrindən  vergi  hesablanır. 
Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyətində  və  ya 
istifadəsində  avtonəqliyyat  vasitələri  olan  şəxslər  illik  yol  vergisini 
həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə müəyyən 
edilmiş dərəcələrlə ödəyirlər.


1
Z
Z
Zərərlə  işləyən  müəssisələrin  itkiləri  (company  harms)    hesabat 
dövründə balans zərərinin məbləğini əks etdirir. 
Zorla  pulalma  (extortion)  –  bu,  qorxu  və  gücdən  istifadə  edərək 
mülkiyyətin və ya pulun qanunsuz tələbidir. Tipik nümunə kimi polisin 
və ya hərbçinin buraxılış məntəqəsindən keçərkən pul tələb etməsidir. 


10
İstinad olunan mənbələr:
1. 
A Glossary of Terms Used in the Federal Budget Process. US 
Government Accountability Office. Washington, September 2005.
2. 
The penguin dictionary of economics. Graham Bannock; R. E. 
Baxter; Evan Davis. Seventh edition. Penguin Books. 2003.
3. 
Guide to economic indicators: making sense of economics. The 
Economist. Bloomberg Press. Sixth edition. New York, 2007
4. 
Public  Finance.  Harvey  S  Rosen,  Ted  Gayer.  624  pages. 
McGraw-Hill/Irwin; 8 edition; February 28, 2007.
5. 
Dictionary  of  Finance  and  Investment  Terms.  John  Downes; 
Jordan Elliot Goodman. Seventh edition. Barron’s (USA), 2006.
6. 
A Guide to the Public Finance Act. New Zealand Government. 
August 2005.
7. 
Local  Public  Finance:  A  Glossary.  Harini  Venkatesh.  Lincoln 
Institute of Land Policy. Working Paper. 2004.
8. 
Public finance: a glossary of terms. The Information Center of 
the Scottish Parliament. Devolved Area Series 01/02. 2 April 2001.
9. 
N.Gregory  Mankiw.  “The  Principles  of  Economics”.  Harcourt; 
August 1997.
10.  Курс экономический теории. Чепурина М.Н.; Киселева Е.И. 
Киров, «АСА», 2006.
11.  Maliyyə:  terminlər  lüğəti. Ağanemət Ağayev.  İqtisadi  İslahatlar 
Mərkəzi. Bakı, 2005.
12.  Büdcə  terminləri:  izahlı  lüğət.  “Ekspert”  iqtisad  jurnalı.  Bakı, 
2003. 
13.  İqtisadiyyat  və  hüquq:  ensiklopedik  izahlı  lüğət.  Aydın  Əliyev, 
Cümşüd Nuriyev, Günay Nuriyeva. “Qanun” nəşriyyatı. Bakı, 2002.
14.  http://www.adb.org 
15.  http://www.azstat.org
16.  http://www.eca.eu.int  
17.  http://www.ekodialog.com
18.  http://europa.eu.int
19.  http://www.eurosai.org
20.  http://www.ifac.org
21.  http://www.iia.org.uk
22.  http://www.imf.org
23.  http://www.worldbank.org
24.  http://www.internationalbudget.org
25.  http://www.intosai.org
26.  http://magnet.undp.org 
27.  http://www.oecd.org/puma/budget/index.htm
28.  http://www.glossary.ru
29.  http://www.u4.no/document/glossary.cfm


QEYDLƏR


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə