LüĞƏTİ Müəllif qrupu


Bank lisenziyası (bank licence)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   2   3   4   5   6   7   8   9   ...   53

1
B
Bank lisenziyası (bank licence) – müəyyən edilmiş qaydada verilən, 
fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər 
cəlb  etmək,  öz  adından  və  öz  hesabına  kreditlər  verməklə  bağlı 
fəaliyyəti,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-
kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq 
verən xüsusi razılıqdır.
Bank  olmayan  kredit  təşkilatı  (non  bank  credit  organization)  –  öz 
vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) 
yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Bankomat (ATM  automatic cash terminal)  bank kartlarından istifadə 
edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə 
məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün 
nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.
Bank sirri (bank secret) – sirr kimi saxlanmasına bankın təminat verdiyi 
bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri 
haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri 
haqqında  məlumatların  məcmusu.  Müştərilərin  bank  saxlancında 
əmlakının  mövcudluğu,  bu  cür  əmlakın  sahibləri,  xarakteri  və  dəyəri 
haqqında məlumatların sirrinə də bank təminat verir.
Bank  sistemi  (bank  system)  –  ölkənin  mərkəzi  (milli)  bankından  və 
kredit təşkilatlarından ibarət sistemdir.
Bank ssudaları üzrə vaxtı keçmiş borc (expired debt on bank loans) – 
ssuda alanların maliyyə çətinlikləri nəticəsində qarşılıqlı hesablaşmalar 
üzrə vaxtında qaytara bilmədikləri ssuda və öhdəliklərdir. 
Bank  ssudalarının  qalıqları  (bank  loans  remainders)    dövrün 
axırına olan vəziyyətə görə qısamüddətli və uzunmüddətli ssudaların 
qalıqlarını səciyyələndirir. 
Bank  şöbəsi  (bank  section)  –  hüquqi  şəxs  olmayan,  bankın  olduğu 
yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət 
daşıdığı,  onun  respublika  ərazisində  depozitlər  cəlb  edən  və/və  ya 
köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
Baumol effekti (Baumol effect) – iqtisadi inkişaf dövründə xidmətlərin 
qiymətlərinin tədricən bahalaşması, sənaye məhsullarının qiymətlərinin 
isə  bunun  əksinə  ucuzlaşmasını  nəzərdə  tutan  iqtisadi  effekt.  Bu 
effekti  1967-ci  ildə  Nyu-York  Universitetinin  professoru  Vilyam 
Baumol  aşağıdakı  kimi  təsvir  edirdi:  məhsuldarlığın  artması  və  yeni 


1
B
texnologiyalara  qoyulan  investisiyalar  kapitaltutumlu  sahələrdə 
qiymətləri azaldır. Daha çox əməktutumlu olan xidmət sektorunda isə əks 
proses baş verir. Eyni zamanda, biz zəif inkişaf etməkdə olan ölkələrdə 
sənaye  məhsullarının  xidmətlərə  nisbətən  baha  olduğunu  görürük. 
Bütün  bunlara  baxmayaraq,  Baumol  effekti  mütləqləşdirilməməlidir. 
Belə  ki,  bəzi  qeyri-sənaye  sahələri,  məsələn,  telekommunikasiya 
qiymətlərin azalmasından yararlanır. Xidmət sahəsində məhsuldarlığın 
ölçülməsinin  çətin  olması  da  nəzərə  alınmalıdır.  Baumol  effekti 
müəyyən qədər dövlət xərclərinin artımının izahında da istifadə olunur. 
Çünki hökumətlər də, öz növbəsində, əhalinin əmtəələrdən çox xidmət 
təchizatçıları kimi çıxış edirlər.
Bazar  qiyməti  (market  price)  –  bazar  qiyməti  malın  (işin,  xidmətin) 
tələblə  təklifin  qarşılıqlı  təsiri  nəticəsində  təşəkkül  tapan  qiyməti 
deməkdir.
Bencmarkinq  (benchmarking)    təşkilatın  fəaliyyətinin  əsas 
göstəricilərini və təşkilati strukturunu digər təşkilatların göstəriciləri və 
strukturları ilə müqayisəli təhlil etmək. Bu metod təşkilati strukturun və 
fəaliyyət  predmetlərinin  üstün  cəhətlərini  müəyyənləşdirməyə  imkan 
verir.
Beveric  əyrisi  (Beveridge  curve)  –  işsizliyin  səviyyəsi  ilə  iş 
vakansiyalarının  səviyyəsini  göstərən  qrafik  təsvirdir.  Qrafikin 
ordinatında  vakansiyaların  səviyyəsi  absisində  isə  işsizliyin  səviyyəsi 
verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi 
uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara 
hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi 
ilə  əlaqələnəcək  və  bu  da  əmək  bazarının  səmərəsiz  idarə  edilməsi, 
işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar.
Beynəlxalq bank bazarı (interbank market) – bankların təsbit edilmiş 
müddət  ərzində  qısamüddətli  likvidlik  problemlərini  uyğunlaşdırmaq 
üçün  öz  aralarında  borc  alıb  verdiyi  pul  bazarıdır.  Faiz  dərəcəsini 
müəyyənləşdirən  birinci  dərəcəli  bankların  faiz  dərəcəsi  inter-bank 
offered rate adlanır.
Beynəlxalq  daşıma  (international  transportation)  –  yüklərin  və 
sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının 
sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır.
Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  dövlət  maliyyəsi  sənədləri 
(IMF’s public finance documents) – bu sənədlər aşağıdakılardır: 


1
B
– BVF Dövlət Xərclərinin İdarə Olunması Normativləri (IMF Guidelines 
for Public Expenditure Management);
– BVF-in Fiskal Şəffaflıq Təlimatı (IMF Manual on Fiscal Transparency);
– BVF-in Hökumət Maliyyəsi Statistikası Toplusu (IMF Government 
Finance Statistics Manual (GFSM 2001));
Bəxşiş (baksheesh) – ərəb sözü olub dilənçiyə və ya müəyyən xidmət 
işçilərinə verilən puldur, rüşvətlə sinonimdir.
Bilik iqtisadiyyatı (knowledge economy) – yaradıcılıq, informasiyanın 
emalı və interpretasiyasının daxil olduğu bilik fəaliyyətlərinin üstünlük 
təşkil  etdiyi  müasir  iqtisadiyyatdır.  Bilik  iqtisadiyyatı  məşğulluq  və 
məhsul  buraxılışının  proporsiyasını  böyüdür.  Təhsil,  peşəkar  xidmət, 
media, kommunikasiya, tədqiqat bu iqtisadiyyatın əsas ünsürləridir.
Birbaşa investisiya (foreign direct investment) – gəlir əldə etmək və 
müəssisənin idarə edilməsində iştirak etmək məqsədilə kompaniyanın 
nizamnamə kapitalına və əsas vəsaitlərə qoyulan investisiyadır.
Birbaşa  şəxsi  vergilər  (direct  private/personal  taxes)  –  gəlir 
mənbəyindən  və  ya  bəyannamə  üzrə  hüquqi  və  fiziki  şəxslərin 
gəlirlərinə  və  əmlakına  görə  vergiləri  əks  etdirir.  Buna  görə  də,  real 
birbaşa  vergilərdən  fərqli  olaraq,  vergi  yığımı  obyektləri  orta  hesabla 
deyil,  konkret  olaraq  hər  bir  vergi  ödəyicisi  üzrə  nəzərə  alınır. 
Birbaşa şəxsi gəlirlərə əhalidən yığılan gəlir vergisi, hüquqi şəxslərin 
gəlirlərindən vergi, kapital dövriyyəsindən əldə olunan gəlirlərdən vergi, 
əlavə mənfəətdən vergi və əmlak vergisi aid edilir.
Birbaşa  vergilər  (direct  tax)    vergi  ödəyicilərinin  gəlirlərindən  və 
əmlakdan  bilavasitə  yığılan  vergidir.  Bu  gəlirlər  vergi  ödəyicilərinin 
əldə etdiyi gəlirləri xərcləməmişdən əvvəl tutulur. Birbaşa vergilər vergi 
ödəyicilərinin  gəlirlərini  nominal  ixtisara  salır.  Belə  ki,  burada  gəlirlər 
(əməkhaqqı, faiz, renta və s.) və ya daşınar və daşınmaz əmlakın (vergi 
ödəyicisinin torpağı, evi, maşını, qiymətli kağızları və s.) dəyəri vergi 
yığımının obyekti hesab olunur. Birbaşa vergitutma vergi ödəyicisinin 
gəliri və ailə vəziyyətini nəzərə alır.
 
Birgə əmanət hesabı (joint deposit account) – iki və ya daha çox fiziki 
şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası 
ilə sərəncam verilə bilən bank hesabıdır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (consolidated 
financial  reports)  –  əsas  cəmiyyətin  (ortaqlığın)  və  onun  törəmə 
cəmiyyətlərinin  vahid  mühasibat  uçotu  subyekti  kimi  təqdim  etdiyi 
maliyyə hesabatlarıdır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə