LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   4   5   6   7   8   9   10   11   ...   53


B
müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Dövlət büdcəsinin 
icrası barədə illik hesabat müvafiq qanun layihəsi təsdiq olunmaq üçün 
növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən Azərbaycan  Respublikasının  Milli  Məclisinə  təqdim 
olunur.
Büdcə prinsipləri (budgetary principles) – büdcə həyata keçirilərkən 
istinad olunan prinsiplər. Həmçinin bu prinsiplərə diqqət yetirin: dəqiqlik, 
büdcə  prosesi  dövrü,  tarazlıq,  səs  maliyyə  sistemi,  spesifikasiya, 
şəffaflıq, hesab vahidliyi, vahidlik, universallıq.
Büdcə  prosesi  dövrü  (annuality)  –  büdcə  prinsipinə  uyğun  olaraq 
yanvarın 1-də başlayır, dekabrın 31-də sona çatır.
Büdcə  prosesində  iştirakçılıq  (participatory  budgeting)    büdcə 
prosesində  iştirakçılıq  yerli  icmaların  dövlət  büdcəsi  və  ya  bələdiyyə 
büdcəsi ilə bağlı qərarqəbuletmə prosesinə yerli hakimiyyət orqanları 
tərəfindən cəlbini nəzərdə tutan mexanizmdir. O, “demokratiya defisiti” 
problemini  həll  etmək  üçün  istifadə  edilən  alətdir.  Büdcə  prosesində 
iştirakçılığın əsas məqsədləri bunlardır:
•  İctimai təlim (savadlılıq) və fəal vətəndaşlığı stimullaşdırmaq; 
•  Təkmilləşdirilmiş  siyasətlər  və  resursların  bölgüsü  vasitəsilə 
sosial ədalətə nail olmaq; 
•  İnzibati aparatda islahatlar aparmaq;
•  Yerli  hökumətin  maliyyəsinin  düzgün  hesablanmasını  təmin 
etmək və fərdlər tərəfindən həm sistemdaxili, həm də sistemdən 
kənarda sui-istifadə potensialını azaltmaq;
•  Şəhərin  aşağı  gəlirli  təbəqələrini  özündə  birləşdirən  birliklərin 
(icmaların) prioritetin müəyyən olunmasına və büdcə prosesinə 
cəlb olunması;
•  Lokal demokratik mədəniyyəti gücləndirmək, vətəndaş öhdəliyini 
tərbiyə etmək və sosial kapitalın inkişafını stimullaşdırmaq.
Büdcə riskləri (budget risks)  daha sıx qarşılaşılan və geniş yayılmış 
büdcə riskləri bunlardır
(a) xarici risklər (external risks) – neftin qiymət 
dəyişkənliyinin büdcənin gəlir və xərclərinə fluktual təsiri; (b) əməliyyat/
təşkilati  risklər  (operational/organisational  risks)  –  təşkilatlararası 
disbalans;  ləngimələr;  (c)  maliyyə  riskləri  (financial  risks)  –  xərclərin 
süni  şişirdilməsi  ehtimalı,  gəlir  və  xərc  proqnozlarının  tam  yerinə 
yetirilməməsi;  (d)  kənarlaşma  riskləri  (fiduciary  risks)  –  büdcə 
xərclərinin ümumi iqtisadi inkişaf məqsədlərindən kənarlaşma meyli.
Büdcə  sistemi  çatışmazlıqları  (budget  system  failures)  –  bir  çox 
ölkədə, xüsusilə tranzitiv ölkələrdə rast gəlinən büdcə sisteminin əsas 
çatışmazlıqları aşağıdakılardır:



B
- vaxt horizontu uyğunsuzluğu, yəni ləngimələr və s.;
- büdcə prosesinə xüsusi maraqların müdaxiləsi;
- ayrılan resurslar üzrə qeyri-adekvat mexanizmlər;
- yerli ehtiyacların büdcədə zəif əks olunması;
- effektiv olmayan idarəetmə və nəzarət sistemi;
- hesabatlılıq və şəffaflığın tam təmin edilməməsi;
- donorlarla effektiv olmayan qarşılıqlı əlaqələr.
Büdcə təsnifatının  beynəlxalq standartları (international standarts 
on  budget  classification)  –  büdcə  təsnifatlarının  beynəlxalq 
standartları  da  mövcuddur.  Xüsusən  bir  çox  milli  təsnifatların 
formalaşmasında əsas kimi qəbul edilən Birləşmiş Millətlər Təşkilatının 
hökumət  funksiyalarına  uyğun  xərc  təsnifatını  (COFOG)  göstərmək 
olar. COFOG 10 bölmədən ibarətdir: 
1. 
Ümumi dövlət xidmətləri;
2. 
Müdafiə;
3. 
İctimai intizam və təhlükəsizlik;
4. 
İqtisadi əlaqələr;
5. 
Ətraf mühitin qorunması;
6. 
Məskunlaşma və icma məsələləri;
7. 
Səhiyyə;
8. 
Rekreasiya, mədəniyyət və din;
9. 
Təhsil;
10. 
Sosial müdafiə;
Göründüyü kimi, bu təsnifat hökumətin baza funksiyalarına uyğun olaraq 
və çox lakonik tərtib edilmişdir. Milli büdcə sistemimizi təkmilləşdirərkən 
BMT-nin həmin təsnifat sistemindən yararlanmaq mümkündür. Bir sıra 
ölkələr UN COFOG təsnifat sistemini olduğu kimi (məsələn, Slovakiya) 
və  ya  modifikasiyalı  milli  versiyası  ilə  birgə  (məsələn,  Latviya)  qəbul 
etmişlər. Beynəlxalq büdcə təcrübəsində büdcə xərcləri elastik olan və 
elastik  olmayan  xərclərə  bölünür.  Azərbaycanda  tətbiq  edilən  dövlət 
büdcəsinin təsnifat sistemində iqtisadi, funksional və inzibati təsnifatdan 
istifadə edilir. Proqram əsaslı təsnifata keçid isə planlaşdırılır.
Büdcə təsnifatının tərtibində və büdcənin ümumi sistemləşdirilməsində 
nəzərə  alınmalı  digər  mühüm  bir  sistem  isə  Beynəlxalq  Valyuta 
Fondunun  2001-ci  ildə  işlənib  hazırlanmış  “Hökumət  Maliyyəsi 
Statistikası”dır (GFS). Bu sənəd maliyyə axınının hərəkətini izləməyə 
və korporativ mühasibatlığın üstünlüklərinin büdcələşdirmə fəaliyyətinə 
tətbiqinə imkan verir. Həmçinin bu,  makroiqtisadi və fiskal statistikanın 
daha təkmil forması hesab edilə bilər. Bu sistemin təqdim etdiyi fiskal 
statistika dövlət sektorunun ölçülərini, onun məcmu tələbə, investisiya 
və yığıma təsirini, fiskal siyasətin iqtisadiyyata, resurslardan istifadəyə, 
monetar  şərtlərə  və  borclanmaya  təsirini,  habelə  vergi  yükü,  tarif 
siyasəti  və  sosial  müdafiə  sistemini  təhlil  etməyə  imkan  verir.  GFS 



B
sektorların və təşkilatların geniş təsnifatı ilə başlayır. Bu belə bir iqtisadi 
məntiqdən irəli gəlir ki, dövlət maliyyə sisteminin bütün komponentləri 
və bu sistemin bütün oyunçularının rolu bəlli olmalıdır. 
   
 
Büdcə  təşkilatı  (budget  organization)  –  büdcə  smetası  əsasında 
fəaliyyəti  tamamilə  və  ya  qismən  büdcə  vəsaiti  hesabına 
maliyyələşdirilən,  hesablaşma  hesabı  olmayan  qeyri-kommersiya 
təşkilatıdır.
Büdcə tətbiqi aktı (budget enforcement act) – konkret olaraq Avropa 
Birliyi  üçün  1990-cı  ildə  ilkin  variantı  qüvvəyə  minmiş  illik  dövlət 
xərclərini və federal büdcə gəlirlərini təyin edən akt.
Büdcəyə  ödəmələr  (payments  to  budget)    müəssisənin  öz  vəsaiti 
və borc vəsaiti hesabına dövlət büdcəsinə ödəmələrdir. Belə vəsaitlərə 
mənfəətdən (gəlirdən) vergi, əmlak vergisi, təbii resurslardan istifadəyə 
görə  vergi,  torpaq  vergisi,  əlavə  dəyər  vergisi,  aksizlər,  gəlir  vergisi 
və mövcud dövlət qanunvericiliyinə uyğun olan digər ödəmə və vergi 
növləri aiddir. 
Bürokratik  korrupsiya  (bureaucratic  corruption)  –  bürokratik 
və  ya  xırda  korrupsiya  siyasəti.  Bürokratik  korrupsiya  iri  və  siyasi 
korrupsiyadan fərqlənir.
Bütün mənbələrdən sosial-mədəni tədbirlərə çəkilən xərclər (social-
cultural expenses from all sources) – dövlət büdcəsi, büdcədənkənar 
fondlar,  müəssisələr  (təşkilatlar)  və  xüsusi  şəxslər  tərəfindən  təhsilə, 
mədəniyyətə, səhiyyəyə çəkilən xərcləri əks etdirir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə