LüĞƏTİ Müəllif qrupu


C Cari  hesab  (current  account)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   5   6   7   8   9   10   11   12   ...   53


C
C
Cari  hesab  (current  account)  –  müştərinin  adına  açılır  və  pul 
vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul 
köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir. Hesabla 
əməliyyatları  yalnız  onun  sahibi  və  ya  hesab  sahibinin  göstərdiyi 
şəxslər apara bilər.
Cаri trаnsferlər (current transfers)  elə əməliyyаtlаrdır кi, bu zаmаn 
bir institusiоnаl vаhid (seкtоr) bаşqа bir institusiоnаl vаhidə (seкtоrа) 
əvəzində heç nə аlmаdаn əmtəə, хidmət və yа pul vəsаiti təqdim edir 
və  bu,  акtivlərə  sаhibкаrlıq  hüququnun  bаşqаsınа  verilməsi,  yахud 
акtivlərin аlınmаsı və çıхdаş edilməsi ilə əlаqədаr deyildir. Trаnsferlər 
pul və nаturа şəкlində verilə bilər. 
Cаri trаnsferlərin аşаğıdакı əsаs növləri vаrdır: 
а) gəlirlərə, əmlака və s. görə cаri vergilər; 
b) sоsiаl sığоrtаyа və sоsiаl müаvinətlərə аyırmаlаr; 
v) digər cаri trаnsferlər; sığоrtа müкаfаtlаrı, əvəzi ödənilməyən yаrdım, 
кönüllü hаqlаr və iаnələr, cərimə və peniyаlаr, lоtereyа uduşlаrı və s. 
Cəlb  edilmiş  borc  vəsait  və  müəssisələrdən  əmanətlər  (collected 
deposits  and  loans)  –  ölkə  daxilində  və  xarici  ölkələrdə  qarşılıqlı 
olaraq bir-birinə borc verənlərdən alınmış kreditlər və cəlb edilmiş digər 
vəsait  üzrə  onlarla  hesablaşmanın  vəziyyəti  haqqında  informasiyanı 
əks etdirir. 



Ç
Ç
Çek (cheque)  bank tərəfindən hər hansı ödənişin həyata keçirilməsi 
üçün  hüquqi  və  maliyyə  əsasını  təşkil  edən  sənəd.  Burada  adətən 
hesab sahibi kimin adına və hansı məbləğdə vəsaitin bank tərəfindən 
ödənilməsini  göstərir.  Hal-hazırda  elektron  bankçılığın  inkişafı  kağız 
çeklərdən istifadənin formasına təsir etmişdir.
“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla 
əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər 
dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, 
qaçaqmalçılıqdan,  korrupsiyadan,  gizli  iqtisadiyyatdan,  şantajdan  və 
maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli 
pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi 
monitorinqlər  aparan  iki  beynəlxaq  qrup  mövcuddur.  Bunlar  Maliyyə 
Cinayətləri  ilə  Mübarizə  üzrə  Beynəlxalq  Qrup  (FATF)  və  Avropa 
Şurasının  “Money  Wall”  adlanan  xüsusi  ekspert  qrupudur.  “Çirkli 
pulların yuyulması” prosesinin realizə mexanizmi konkret maliyyə-bank 
əməliyyatlarından  ibarətdir.  Məsələn,  adsız  depozit  sertifikatları  ilə 
əməliyyatlar (bu zaman qiymətli kağızın faktiki sahibi və ondan faktiki 
mənfəət götürən şəxs məlum olmur) və kodlaşdırılmış bank hesablarının 
açılması. Bir sözlə, “çirkli pulların yuyulması” qanuni mənbədən gələn 
qeyri-qanuni mənimsənilən pulların mənbəyinin gizlədilməsidir. Pulların 
“yuyulması”  korrupsiyanın  maskalanması  prosesidir  və  narkotik  və 
insan ticarəti, kleptorat və dövlət qulluqçularının cinayətinin ört-basdır 
edilməsində  geniş  tətbiq  olunur.  Bank  sirləri,  vergi  sığınacaqları 
“yuyulmuş”  pulların  izlənməsini  çətinləşdirir.  Pulların  “yuyulması”nı 
idarə  etmək  üçün  bir  çox  təşkilatlar  hüquqi  səylər  göstərir:  BMT-nin 
Korrupsiyaya qarşı Konvensiyası və BMT-nin transmilli cinayətkarlığa 
qarşı konvensiya və protokolu.



D
D
Daxili  audit  (internal  audit)  –  təsərrüfat  subyektinin  fəaliyyətinin 
inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə 
olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və 
inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə 
nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici 
fəaliyyətdir.  Daxili  audit  obyekt  çərçivəsində  audit  müstəqil  sertifikatlı 
ictimai  mühasibdən  daha  çox  öz  heyəti  tərəfindən  aparılır.  Daxili 
auditorun  (DA)  funksiyası  səlahiyyət  verən  məmurun  və  mühasibat 
məmurunun  funksiyası  ilə  bir  araya  sığmazdır.  DA  müstəqil  institut 
tərəfindən müəyyən edilir, belə ki, onlar risklərlə bağlı məsləhət verməli, 
idarəetmənin və idarə sistemlərinin keyfiyyəti ilə bağlı müstəqil fikir və 
inkişaf üçün məsləhətlər verməlidir.
Daxili audit xidməti (internal audit service) – təsərrüfat subyektində 
daxili audit fəaliyyətini həyata keçirən struktur bölmədir (Audit Komitəsi, 
departament, şöbə, bölmə, daxili auditor); 
Daxili  auditor  (internal  auditor)  –  daxili  audit  xidmətinin  daxili  auditi 
həyata keçirən əməkdaşıdır. 
Daxili Auditorlar  İnstitutu  (The  institutions  of  Internal Auditors)  – 
daxili  audit  peşəsi  üzrə  beynəlxalq  sertifikatlaşdırma,  tədris,  tədqiqat 
işinə  və  xüsusi  təlimatların  hazırlanmasına  rəhbərlik  edən  peşəkar 
assosiasiyadır.
Daxili audit standartları (internal audit standarts) – Daxili Auditorlar 
İnstitutunun  Daxili  Audit  Standartları  üzrə  İdarə  Heyəti  tərəfindən 
təsdiq edilən, daxili nəzarət sistemini və daxili audit xidməti fəaliyyətini 
tənzimləyən normativ sənədlərdir. 
Daxili dövlət borcu (domestic public debt)  Azərbaycan Respublikası 
adından  Azərbaycan  Respublikasının  rezidentləri  ilə  bağlanmış 
müqavilələrin öhdəlikləri üzrə borc. 
Daxili  kredit  genişlənməsi  (domestic  credit  expansion)  –  ödəmə 
balansında  dəyişikliklərə  imkan  verən  monetar  artımın  göstəricisidir. 
Bu bərabərdir: dövlət bölməsinin borc tələbatı çıxılsın daxili qeyri-bank 
özəl bölməsi üstəgəl ölkədə və xaricdə daxili valyuta ilə özəl bölməyə 
bank  ssudası.  Bunun  əhəmiyyəti  BVF  tərəfindən  təqdir  edilmişdir. 
Kapital  və  ödəmə  balansının  cari  hesabında  xarici  kapital  axını 
tərəfindən yaradılmış pul təklifində dəyişiklikləri müəyyən edir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə