Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   2   3   4   5   6   7   8   9   ...   13




12

say 31 | 



EcoVision

ATİB-in VİZYONU:

ATİB-in MİSSİYASI:

ATİB üzvlərinə faydalı xidmətlər:

ATİB-in üzvlük şərtləri: 

ATİB-ə üzvlük nə verir:

Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycanı regi-

onun qabaqcıl ölkəsi kimi və dünyanın inkişaf etmiş ölkələri 

sırasında görür və bunun üçün öncəliklə Azərbaycan və Türkiyə 

arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasın-

da iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin 

vacibliyinə inanır.

ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf 

istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə 

toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan 

birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.

•  Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üçün dövlət 

orqanları və ATİB üzvləri arasında körpü rolu həyata keçirilir;

•  ATİB ofisində təqdimat, seminar və treninqlərin keçirilməsi 

xidmətini həyata keçirir; 

•  ATİB üzvləri haqqında məlumatların təşkilatın internet 

səhifəsində yerləşdirilməsi imkanını yaradır;

•  Üzvlər üçün müxtəlif dövlət orqanları təmsilçilərinin 

iştirak etdiyi açıq və qapalı toplantılar keçirir; 

•  Üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün mütəmadi 

olaraq səhər yeməkləri və axşam ziyafətləri təşkil edir;

•  Üzvlərə ictimaiyyətlə və media ilə əlaqələr üzrə dəstək 

xidməti göstərir;

•  Üzvlər arasında səmimiyyətin tam formalasdırılması üçün 

istirahət və əyləncə məqsədli tədbirlər təşkil edir.

•  ATİB-in Nizamnaməsinə əsasən üzv olacaq hüquqi və fiziki 

şəxsin  və ya xarici şirkətin təmsilçiliyinin Azərbaycanda 

fəaliyyət göstərməsi.  

•  Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti 

  və ATİB-ə üzvlük blankı (üzvlük blankı əlavə edilir). 

•  Birliyə illik üzvlük haqqı olaraq 1200 manat ödənilməsi. 

Ödəmə hissə-hissə də həyata keçirilə bilər. 

•   Yeni biznes əlaqələrinin formalaşdırılması 

•   Şirkətinizin daha yaxşı tanıdılması 

•  Ən son informasiyanın əldə edilməsi 

•  Hər iki ölkədə biznes etiketi və ənənələri ilə tanışlıq 

•  Müxtəlif layihələrin həyata keçirilməsində iştirak.

ATİB haqqında



13

say 31 | 



EcoVision

üzvlərdən xəbərlər



13 aprel 2017-ci 

ildə  ATİB  İdarə 

heyətinin  üzvü  Oktay  Vayiç  Türkiyə  Res-

publikasının  Azərbaycandakı  səfirliyinin 

3-cü katibi Suzan Ayyıldız ilə birlikdə Ələt 

limanını ziyarət etdi.

Ziyarət əsnasında liman və gömrüyün 

səlahiyyətli  şəxsləri  ilə  görüş  oldu.  Gö-

rüşdə  Türkiyə  və  Azərbaycan  arasında 

tranzit  yükdaşımalarla  bağlı  problemlə-

rin həll nöqtəsi müzakirə olundu, tranzit 

həcminin artırılması üçün qarşılıqlı məs-

ləhətlər alındı.

Daha  sonra  limanda  olan  türk  sürü-

cülərlə  söhbət  edildi,  problemləri  dinlə-

nildi.


AXA  MBASK  Sığorta  Şirkəti  Azərbay-

canda  qadın  sahibkarlığına  dəstək  veril-

məsi  və  onun  inkişaf  etdirilməsi  məqsə-

dilə  "Xanım  agentlər"  adlanan  və  yalnız 

qadınlar  üçün  nəzərdə  tutulan  yeni  la-

yihəyə başlamışdır.

Hazırda orta və kiçik müəssisələr, xüsu-

silə  xanım-sahibkarlar  bizneslərinin  inki-

şafı üçün zəruri olan maliyyə resurslarının 

və konsaltinq yardımının əldə edilməsi ilə 

bağlı çətinliklərlə qarşılaşırlar.

Şirkət "AXA Qrup" kimi böyük maliyyə 

institutunun təcrübəsinə əsaslanaraq bu 

məsələnin  müəyyən  hissəsinin  həllinə 

köməklik etməkdən məmnunluq duyur.  

Belə  ki,  bu  layihə  çərçivəsində  AXA 

MBASK  sığorta  fəaliyyəti  ilə  məşğul  ol-

maq istəyən qadınlara şirkətin brendi al-

tında sığorta agentliyi açaraq öz bizneslə-

rinə eksklüziv şərtlərlə başlamaq imkanı 

təklif edir.

Öz  növbəsində  AXA  MBASK  sığorta 

agentlərinin  fəaliyyətini  tənzimləyən 

qanunvericilik  tələbləri  ilə  bağlı  bütün 

məsələlər  üzrə  məsləhət  və  yardım  təq-

dim edəcəkdir.

 Eləcə də bu sahədə maraqlı olan şəxs-

lərə,  o  cümlədən  hazırda  artıq  sığorta 

agentinin  müvafiq  lisenziyasına  sahib 

olanlara hər bir köməkliyi göstərəcəkdir

Hazırda  layihə  çərçivəsində  xanım- 

agentlər  üçün  fiziki  və  hüquqi  şəxslər-

lə,  eləcə  də  bütün  sığorta  növləri  üzrə 

maliyyə-kredit  müəssisələri  ilə  işə  is-

tiqamətlənmiş  3  ofis  (Bakıda  iki  ofis, 

Lənkəranda 1 ofis) açılmışdır.

Həmçinin  şirkət    yalnız  yenicə  sahib-

karlıq  fəaliyyətinə  başlayan  xanımların 

ehtiyacları  üçün  onların  sığorta  biznesi 

ilə  məşğul  ola  biləcəyi  yeni,  tam  təchiz 

edilmiş ofis açmışdır.

Bütün  bunlardan  başqa,  şirkət  xa-

nım-agentlərə  onları  növbəti  addımın 

atılması üçün zəruri olan biliklərlə silah-

landırmaq və onlarda özünəgüvən yarat-

maq  məqsədilə  sahibkarlıq  məsələləri 

üzrə uzunmüddətli biznes-kouçinqlər və 

seminarlar təklif edir.

AXA MBASK əmindir ki, bu layihə həm 

Bakıda, həm də bölgələrdə daha çox azər-

baycanlı qadınının öz işini açmaq və inki-

şaf etdirmək həvəsinə səbəb olacaqdır.



Bu layihə çərçivəsində AXA MBASK 

şirkəti ilə əməkdaşlıq etmək arzusun-

da  olan  xanımlar  (012)  950  telefon 

nömrəsi ilə əlaqə saxlaya bilər.

İyunun  1-də  “Caspian  Development 

Bank”ın  “AtaBank”a  qoşulması,  bankla-

rın konsolidasiya prosesinin gedişatı və 

ilkin  nəticələrinə  həsr  edilmiş  mətbuat 

konfransı  keçirilib.  Tədbirdə  “AtaBank”, 

“Synergy  Group”  və  “PricewaterhouseCo-

opers” şirkətinin rəhbərliyi iştirak edib.

Tədbiri  giriş  sözü  ilə  açan  "AtaBank" 

İdarə  heyətinin  sədri  Dəyanət  Quliyev 

ölkənin  bank  sektorunda  ilk  konsali-

dasiya  prosesinin  uğurla  başa  çatdığını, 

“AtaBank”  və  “CDB”-nin  birləşməsi  nıticə-

sində  bank  sektorunda  keyfiyyətcə  yeni, 

müştəriyə fokuslanmış, innovativ və güc-

lü maliyyə göstəricilərinə malik, 100 faiz 

yerli kapitallı bir bankın ərsəyə gəldiyini 

qeyd edib. Onun sözlərinə görə, bankların 

resurslarının  birləşdirilməsi  nəticəsində 

kifayət həcmdə maliyyə ehtiyatları forma-

laşıb, bankın kapital mövqeyi möhkəmlə-

nib, müştərilərin banka etimadı artıb.

Bu  prosesin  maliyyə  xidmətlərinin 

inkişafına  dair  strateji  yol  xəritəsinin 

hədəflərinə  cavab  verdiyini,  ölkə  rəh-

bərliyinin bankların yüksək dünya stan-

dartlarına  cavab  verməsi,  bu  məqsədlə 

konsolidasiya  siyasətinin  davam  etdi-

rilməsinin zəruriliyi ilə bağlı tövsiyələri 

çərçivəsində  həyata  keçirildiyini  qeyd 

edən D.Quliyev bank sektorunda başlan-

mış islahatların və konsolidasiya proses-

lərinin  ümumilikdə  maliyyə  sisteminin 

sağlamlaşdırılmasına  müsbət  təsir  və 

ölkənin  davamlı  iqtisadi  inkişafına  xid-

mət etdiyini bildirib.

Bankın strateji hədəfinin geniş müştə-

ri  kateqoriyasına  mərkəzləşdiyini  vurğu-

layan D.Quliyev uğurlu korporativ menec-

ment sayəsində bankın 2017-ci ilin ötən 

müddəti  ərzində  2,5  milyon  manatlıq 

mənfəətə çıxdığını və bununla da 2016-cı 

ilin illik göstəricilərini artıq 2 dəfədən çox 

qabaqladıqlarını diqqətə çatdırıb. Bildiri-

lib ki, hazırda “Atabank”ın xarici kreditor-

lar qarşısında heş bir öhdəliyi yoxdur.

“AtaBank”ın konsolidasiya prosesi uğurla 

tamamlanıb

Oktay Vayiç Ələt limanını ziyarət etdi

AXA MBASK qadın 

sahibkarlara 

dəstək verir




Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə