Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   2   3   4   5   6   7   8   9   ...   13

29

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

Mübarək Ramazan bayramınızı təbrik edirik

xeyirlərə səbəb olmasını diləyirik. 

Bu xeyirli gündə dualarınız qəbul olsun. 

Mübarək bayram xalqımıza sağlamlıq, dinclik, 

xoşbəxtlik, bolluq və bərəkət gətirsin!




30

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

"Məqsədimiz idmanı 

təbliğ etməkdi"

“Bakı 2017” 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat 

Komitəsinin korporativ direktoru Elçin Səfərov 

suallarımızı cavablandırır



Əvvəla  çox  sağ  olun  ki,  müsahibə 

üçün vaxt ayırdınız. Zəhmət olmasa özü-

nüz haqqında qısa məlumat verərdiniz.

E.S. 

Mən “Bakı 2017” 4-cü İslam Həm-

rəyliyi  Oyunları  Əməliyyat  Komitəsinin 

korporativ  direktoruyam,  49  yaşım  var. 

Kürdəmir  rayonunda  anadan  olmuşam, 

amma  orta  məktəbi  Bakıda  bitirmişəm. 

Əvvəl  o  vaxt  mövcud  olan  Rus  Dili  və 

Ədəbiyyatı İnstitutunu bitirmişəm. İkinci 

təhsilimi  isə  İqtisadiyyat  Universitetin-

də  almışam.  Son  20  ildə  maliyyəçi  kimi 

çalışmışam, baxmayaraq ki, təhsilimi pe-

daqoji sahədə almışam. 2015-ci ildə Avro-

pa Oyunları zamanı da eyni vəzifəni icra 

etmişəm.  Avropa  Oyunları  bitər-bitməz 

yeni komitə yaradıldı və mən bu vəzifəyə 

təyin  edildim. Ailəliyəm, 3 övladım var və 

onlardan ikisi İslam Oyunlarının könüllü-

südür. 


Zəhmət olmasa Oyunlar barədə mə-

lumat verərdiniz.

E.S. 

Oyunlara hazırlıq sanki elə Avropa 

Oyunlarının davamı kimi gedir. Birincisi, biz 

Avropa Oyunlarına aldığımız mal və mate-

rialları  olduğu  kimi  İslam  Oyunlarına  sax-

lamışıq və bu bizə imkan verir ki, artıq pul 

xərcləməyək. İkincisi, İslam Oyunlarına biz 

kadr axtarmırdıq, çünki artıq bütün məlu-

matlarımız var idi. Təbii ki, onların bəziləri 

indi Aşqabadda və digər şəhərlərdə çalışır, 

amma  ümumilikdə  bizim  kadr  məsələmiz 

çox asanlıqla həll olundu. Belə ki, bu, bizim 

üçün  Avropa  Oyunlarında  çətin  idi,  çünki 

yanaşma fərqli idi. Biz adi yarış keçirmirik, 

16-17 məkanda 20 növ idman üzrə yarış ke-

çirməliyik, üstəgəl tamaşaçılar, mühafizə və 

s. Yəni bu, qlobaldır və böyükmiqyaslı yarış-

dır, ona görə İslam Oyunlarını təşkil etmək 

bizim üçün bir qədər rahatdı. Amma nara-

hat olan nədi? Məsəlçün, büdcə az olanda 

biz ayağımızı yorğanımıza görə uzatmalıyıq. 

Bizim Avropa Oyunlarında istifadə etmədi-

yimiz  idman  meydanlarımız  var,  demək, 

onları da beynəlxalq standartlara gətirmək 

üçün müəyyən işlər görülür və hazırda o iş-

lərin tamamlanması gedir. Atletlər kəndinin 

yenidən  inventarizasiyası,  yenidən  yararlı 

hala gətirilməsi, ola bilsin, xırda təmir işləri, 

sonra bizim 4.400 könüllümüz açılış və bağ-



31

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

lanışla bağlı məşqlərə başlayıblar. 8.000 kö-

nüllümüz isə əməliyyat işləri ilə bağlı artıq 

təlimlərə  başlayıb.    Aprelin  25-dək  bütün 

könüllülər məkanları tanıyacaq və öz funk-

siyalarını  biləcəklər.  Yəni  proqrama  görə, 

onların  hər  biri  müəyyən  funksiyalara  və 

məkanlara görə qruplaşdırılır.



Bəs  könüllüləri  hansı  kriteriyalar 

əsasında seçirsiniz?

E.S. 

15  yaşından  yuxarı  olmalı.  Bu, 

qeydiyyatdan keçməyə bəs edir. 

Xarici dil bilgisi?

Önəmli  deyil,  ancaq  bilənləri  arayırıq. 

Bu ona görədir ki, digər 56 ölkədən atlet-

lər olacaq və deyək ki, fransız dilini bilən 

könüllü varsa, biz çalışırıq ki, onları Atlet-

lər kəndində yerləşdirək, çünki müsəlman 

ölkələrinin çoxu fransızdillidir. Biz istəyirik 

ki,  onlar  xarici  idmançılara  yardımçı  ola 

bilsinlər, lakin bu o demək deyil ki, bütün 

könüllülərdən xarici dil bilmək tələb olu-

nur. Ümumən hazırda 12.400-dən çox kö-

nüllü qeydiyyatdan keçib. Bunlar mərasim 

və əməliyyat könüllüləridir. İnşallah, may 

ayının 5-də biz Atletlər kəndində açılış et-

mək istəyirik. Mayın 8-də ilk futbol yarışı-

dır, 12-də açılışdır, 22-də də bağlanış. 



Neçə  ölkədən  və  nə  qədər  idmançı 

iştirak edəcək?

E.S. 

İdmançıların dəqiq sayı hələ bəlli 

olmasa da, bizdə olan təxmini məlumatla-

ra görə, 3.000-dən çox idmançının iştirakı 

nəzərdə  tutulur.  Azərbaycanı  da  saysaq, 

57 ölkə bu yarışlara qatılacaq. 



Açılış  mərasiminə  nə  qədər  qonaq 

çağırılıb?

E.S. 

Açılış  və  bağlanış  mərasimlərinə 

biz bütün ölkələrin idman nazirliklərinə, 

olimpiya  komitələrinə  dəvət  göndəririk 

və bizdə olan məlumata görə, 20-dən çox 

dövlət başçısı və ona bərabər tutulan qo-

naqların gəlişı rəsmi olaraq təsdiqlənib. 

Bəs  xarici  vətəndaşların  Oyunlara 

və ölkəmizə marağını necə qiymətlən-

dirirsiniz?

E.S. 

Türkiyə, İran, Türkmənistan, hətta 

Rusiya  və  Gürcüstanda  yaşayan  müsəl-

man  tamaşaçıların  Oyunlara  maraqları 

böyükdür. Bunu nəzərə alaraq stadionda 

dinə uyğun olaraq ibadət otaqlarının ha-

zırlanmasını planlaşdırmışıq. Hazırda bu 

sahədə işlər gedir. İstər Atletlər kəndində, 

istərsə də oyun məkanlarında dinə uyğun 

şəraitlər quracağıq. Məsəl üçün, spirtli iç-

kilərin satışı nəzərdə tutulmur, bu, bizim 

Oyunların qayda və qanunlarına əməl et-

məyimizdən irəli gəlir. 

Biletlərin qiymətləri müəyyənləşib?

E.S. 

Bəli,  Avropa  Oyunlarında  olduğu 

kimi, açılışda, yerlərdən asılı olaraq, 20 ma-

natdan 200 manata kimi, bağlanış mərasi-

mində 10 manatdan 100 manatadək, popul-

yar idman növlərində 2 manatdan 5 manata 

kimi, digər növlərdə isə biletlərin qiyməti 1 

manat təşkil edəcək. Məqsədimiz təkcə pul 

qazanmaq yox, həm də insanları stadionlara 

dəvət etmək, idmanı təbliğ etməkdi. Elə id-

man növləri var ki, milli komandamız orada 

yüzdə-yüz  qızıl  medal  uğrunda  mübarizə 

aparacaq.  Bir  də,  fiziki  imkanları  məhdud 

şəxslərə və onları müşayiət edəcək şəxslərə 

biletlər pulsuzdur. 

Sizcə,  Oyunların  bizim  ölkəyə  nə 

kimi faydası var?

E.S. 

Üç  əsas  fayda  görürəm.  Birincisi 

idmanın  təbliğatıdır,  idmanın  təbliğa-

tı  deyərkən,  yəni  əgər  Azərbaycan  daha 

50-60 medal qazanacaqsa, bu, 50-60 ailə 

deməkdir.  Bu  qaliblərin  hər  birinin  təx-

minən  300  dostları,  tanışları  və  qohum-

ları  var.  Biz  500  mindən  çox  tamaşaçıya 

bilet çıxarırıq satışa. Yəni idman yarışla-

rının  özünə,  açılışa  və  bağlanışa.  Bunlar 

hamısı idmanın tərənnümüdür. Bu bizim 

qoyduğumuz birinci hədəfdir. İkinci hədəf 

siyasi hədəfdir. Biz bu işlə məşğul olma-

saq  da,  bilirik  ki,  indiyədək  Azərbaycanı 

tanımayan, Qarabağ problemini bilməyən 

müsəlman  dövlətləri  var.  Bir  az  qəribə 

səslənsə də, bu, faktdır. Biz Avropa ölkələ-

rinin  canına  düşmüşük  ki,  niyə  Qarabağ 

problemi və ya Xocalı soyqırımı ilə bağlı 

bəyanatlar  vermirsiz.  Amma  buna  heç 

müsəlman  dövlətlərinin  əksəriyyəti  ha-

zır deyil. Buna görə BMT-nin üzv ölkələ-

rinin  bir  araya  yığışması,  –  fərqi  yoxdu, 

dövlət  başçısı  səviyyəsində  və  ya  digər 

dövlət  nümayəndəsi  səviyyəsində,  –  hər 

halda bu ölkənin bir informasiyasıdır və 

bu informasiyanı onlar öz ölkələrinə da-

şıyacaqlar. İstər idmançılar vasitəsilə, biz 

Atletlər kəndində belə tədbirlər də plan-

laşdırmışıq, yəni məqsəd birdir ki, Azər-

baycan  siyasi  arenada  tanınsın.  Üçüncü 

və ən maraqlı mənfəət isə budur ki, bun-

lar  iqtisadi  maraqlardır.  Necə  ki,  Avropa 

Oyunlarından  sonra  turizmdə  canlanma 

hiss  olunmaqdadır,  İslam  Oyunlarından 

sonra bu, bir qədər də artacaq. Allah elə-

sin ki biz ölkə olaraq, şəhər olaraq, hotel-

lər  olaraq,  restoranlar  olaraq,  nəqliyyat 

olaraq buna hazır olaq. Çünki Oyunlardan 

sonra  bura  Ərəb  dünyasının,  Orta  Asiya 

ölkələrinin,  yaxın  qonşularımızın  turist-

lərinin sayında müsbətə doğru dəyişiklik 

olacaq, – bu, faktdır. 



Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə