Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   2   3   4   5   6   7   8   9   10   ...   13

32

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

Bakıda bayram ovqatı

Müsahibimiz "Formula 1" yarışının Azərbaycandakı 

təşkilatçısı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 

Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdimdir

Şirkətin  mənşəyi  və  fəaliyyəti  ilə 

bağlı  məlumat  verə  bilərsinizmi? 

Qurumun işçi tərkibi necədir?

B.Ö.: 

Bakı  Şəhər  Halqası  Əməliyyat 

Şirkəti  "Formula  1"  yarışının  Azərbay-

candakı promouteridir. Hazırda əməliyyat 

şirkətində  111-i  daimi  olmaqla  ümumi-

likdə 210 işçi çalışır. Daimi işçilərdən sa-

dəcə 4-ü xarici ölkə vətəndaşlarıdır. Yarış 

zamanı şirkətdə ümumilikdə 900-ə yaxın 

işçinin  fəaliyyət  göstərəcəyi  gözlənilir. 

Bununla  yanaşı,  yarışın  təşkilatçılığın-

da  yaxından  iştirak  edən  könüllülərdən 

ibarət işçi qüvvəsi də böyük çoxluq təşkil 

edir.  Bu  il  yarışda  3000  könüllü  xidmət 

göstərəcək. Bundan başqa, BŞH-nin tərki-

bində fəaliyyət göstərən Bakı Marşal Klu-

bu  çərçivəsində  yarışın  idarəolunmasına 

1000-i yerli olmaqla ümumilikdə 1300-ə 

yaxın marşal cəlb olunub. Beynəlxalq Av-

tomobil  Federasiyasının  müvafiq  sertifi-

katına sahib bu marşallar istənilən qran- 

pridə iştirak etmək hüququna malikdirlər.  

Yarışların  tarixi  barədə  məlumat 

verə bilərsinizmi?

B.Ö.: 

Bir  qayda  olaraq  "Formula  1" 

yarışı  həftənin  son  üç  gününü  –  cümə, 

şənbə və bazar günlərini əhatə edir. Cümə 

günü hər biri günortadan əvvəl və sonra 

olmaqla iki sərbəst yürüş sessiyası, şənbə 

günü günortadan əvvəl bir sərbəst yürüş 

sessiyası, günortadan sonra isə sıralanma 

turu  keçirilir.  Sıralanma  turunda  pilotla-

rın hansı ardıcıllıqla yarışa başlayacaqları 

müəyyənləşdirilir.  Bazar  günü  günorta-

dan sonra isə əsas yarış baş tutur. 

"Formula  1"  Azərbaycan  Qran-prisi 

ötən ildə olduğu kimi bu il də çempiona-

tın təqvimində 8-cı sırada yer alıb. Bakı-

da baş tutacaq qran-pri yarışı 23-25 iyun 

tarixlərinə  təsadüf  edir.  Bazar  günü,  25 

iyun  tarixində  saat  17:00-da  "Formula 

1"  Dünya  Çempionatının  8-ci  yarışı  olan 

Azərbaycan Qran-prisinə start veriləcək.




33

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

Yarışlarla  əlaqədar  olaraq  ölkə-

mizdə hər hansı bir yenilik nəzərdə 

tutulurmu?

B.Ö.: 

Ötən il olduğu kimi, bu il də biz 

Bakıda "Formula 1" həvəskarlarına yarış-

dan  artığını  təqdim  edirik.  Dənizkənarı 

bulvar  ərazisində  salınmış  "Formula  1" 

şəhərciyində və əyləncə mərkəzində yarış 

həftəsonu ərzində müxtəlif növ əyləncəli 

proqramlar baş tutacaq və həmçinin bura-

da çox sayda attraksion da yer alacaq. Bir 

sözlə, biz yarış həftəsonu ərzində Bakıda 

bayram əhvali-ruhiyyəsi və festival ab-ha-

vası yaratmağa çalışırıq.

Konsert  proqramlarında  yalnız  yarışa 

bileti alanlar iştirak edə biləcəklər. Dörd-

günlük  bileti  olan  hər  kəs  cümə  axşamı 

günü - iyunun 22-də Pit yolunda gəzintiyə 

çıxmaqla  yanaşı  "Formula  1"  şəhərciyin-

də  keçiriləcək  pilotların  avtoqraf  sessi-

yalarına  qatılmaq  və  Bakının  möhtəşəm 

mənzərəyə sahib Dənizkənarı bulvar əra-

zisində salınan əyləncə mərkəzindəki bü-

tün proqramlarda iştirak etmək imkanına 

sahib olacaq.

Yarış  həftəsonunun  hər  günü  axşam 

saatlarında  dənizkənarı  bulvar  ərazisin-

də yerləşən böyük səhnədə dünya ulduz-

larının  iştirakı  ilə  konsert  proqramları 

baş  tutacaq.  Artıq  canlı  konsertlə  çıxış 

edəcək ulduzların adları bəllidir. İyunun 

23-də dünyaca məşhur türkiyəli müğən-

ni Tarkan, iyunun 24-də “The Black Eyed 

Peas” qrupu və Nikol Şerzinger, nəhayət, 

iyunun 25-də amerikalı super-star Mera-

ya  Keri  səhnəyə  çıxacaq.  Yalnız  müvafiq 

biletə  sahib  olan  şəxslər  konsertlərdə 

iştirak edə biləcəklər. Yarış və əyləncəni 

qaçırmaq  istəməyənlər  paytaxtın  kassa-

larına  yaxınlaşaraq  və  ya  rəsmi  veb-sə-

hifəmizə  daxil  olaraq  indidən  bilet  əldə 

edə bilərlər: www.bakucitycircuit.com 



Yarışda ümumilikdə neçə ölkədən 

neçə idmançı iştirak edəcək?

B.Ö.: 

Bu il "Formula 1" Dünya Çempi-

onatı üzrə hər biri fərqli ölkədə olmaqla 

ümumilikdə 20 yarış keçiriləcək. Yarışlar-

da 10 komanda iştirak edir və hər koman-

dada 2 pilot olmaqla cəmi 20 pilot çem-

pionatda mübarizə aparır. Hər yarışda ilk 

10-luğa çıxanlara tutduğu yerdən asılı ola-

raq xallar verilir. Mövsümün sonunda ən 

çox xal toplayan pilot çempionatın qalibi 

ünvanına  layiq  görülür.  Pilotların  yığdığı 

xallar  eyni  zamanda  aid  olduğu  koman-

danın da hesabına yazılır. Ümumi hesabda 

ən önə çıxan komanda Konstruktorlar Ku-

bokuna yiyələnir. 

Yarışlar  hansı  ölkələrdə  yayımla-

nacaq  və yayımı  hansı şirkət həyata 

keçirəcək? Bunun üçün hansı teleka-

nallarla müqavilə imzalanıb?

B.Ö.: 

"Formula 1" Qran-pri yarışları-

nın yayımı ilə əlaqədar lisenziyalar me-

dia qurumlarına "Formula 1" Rəhbərliyi 

(Formula One Management – FOM) tərə-

findən  verilir.  Yayım  hüququ  əldə  edən 

hər  bir  televiziya  həftəsonu  ərzində 

trekdə  və  trekdən  kənarda  baş  verən-

lərdən canlı yayımlar edə və ya vaxtaşırı 

süjetlər  təqdim  edə  bilər.  Dünyanın  ən 

məşhur  idman  kanallarının  böyük  ək-

səriyyəti  yayım  hüququna  malikdirlər. 

Azərbaycanda  yalnız  İdman  telekana-

lı  sözügedən  yayım  haqqını  əldə  edib. 

Azərbaycan  tamaşaçıları  Bakıda  keçi-

rilən "Formula 1" yarışı ilə yanaşı, digər 

ölkələrdə baş tutan qran-pri yarışlarını 

televiziya  qarşısında  canlı  izləyə  bilə-

cəklər. Hər il "Formula 1" Dünya Çempi-

onatını 200-ə yaxın ölkədə ümumilikdə 

500 milyon tamaşaçı televiziyadan canlı 

izləyir. 




Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə