Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   ...   5   6   7   8   9   10   11   12   13

34

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

“Milli komandalarımız üçün 

futbolçu hazırlamaq bizim 

başlıca prinsiplərimizdəndir”

"Sumqayıt Futbol Klubu"nun prezidenti Kamran Quliyev:

Kamran  müəllim,  "Sumqayıt  Fut-

bol  Klubu"nun  yaranma  tarixi  və 

klubun  başlıca  məqsədləri  barədə 

məlumat verməyiniz maraqlı olardı.

K.Q. 

Son 10-15 ilə nəzər salsaq, ölkə-

mizdə  idmana  olan  münasibət  hər  kəsə 

məlumdur. O cümlədən futbol da diqqət-

siz  qalmayıb.  2010-cu  ildə  "Azərikimya" 

İstehsalat Birliyi tərəfindən təsis edilmiş 

"Sumqayıt  Futbol  Klubu"  2011-ci  ildən 

etibarən  Azərbaycan  Premyer-Liqasında 

çıxış  etməyə  başlayıb.  Klubumuz  yalnız 

yerli  futbolçulardan  qurulmuş  kollektiv-

dir. Həmin dövrdə əsas komandaya alma-

niyalı mütəxəssis Bernhard Raab rəhbər-

lik edib. Qeyd edim ki, "Sumqayıt Futbol 

Klubu" 4 prinsip əsasında yaradılıb. Belə 

ki,  şəhərimizdə  futbol  ənənələrini  bərpa 

etmək, yerli gənc oyunçuları inkişaf etdir-

mək,  ölkə  xaricində  çıxış  edən  Azərbay-

can əsilli futbolçuları tapıb üzə çıxarmaq 

və  ən  əsası,  milli  komandalarımız  üçün 

futbolçu  hazırlamaq  bizim  başlıca  prin-

siplərimizdəndir. 

Düzdür,  Premyer-Liqada  legionersiz 

mübarizə  aparmaq  heç  də  asan  məsələ 

deyil.  Amma  biz,  hər  şeydən  əvvəl,  milli 

komandalarımızın  mənafeyini  ön  planda 

tuturuq  və  yerli  futbolçuların  inkişafına 

çalışırıq.  Məhz  bu  strategiyanın  bəhrəsi-

dir ki, biz yığmalarımız üçün kifayət qə-

dər  futbolçu  hazırlamışıq.  Bizim  klubda 

çıxış edən bir neçə futbolçu ölkənin digər 

klubları  ilə  UEFA  Avropa  Liqasının  qrup 

mərhələsində çıxış edib, digərləri isə milli 

komandalarda  inamlı  oyunları  ilə  yadda 

qalıb. Bu müddət ərzində A milli koman-

damıza  10-a  yaxın  futbolçu  verdiyimizi 

deyə bilərəm.



Klubunuz  daim  sosial  layihələrlə 

gündəmdə olub. Ümumiyyətlə, "Sumqa-

yıt  Futbol  Klubu"  sosial  layihələrin  hə-

yata keçirilməsi zamanı hansı partnyor 

şirkətlərlə əməkdaşlıq edir?


35

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

K.Q. 

Yuxarıda qeyd etdiyim kimi, "Azə-

rikimya" İstehsalat Birliyi "Sumqayıt Fut-

bol Klubu”nun təsisçisi və baş sponsoru-

dur. Bundan başqa, klubumuz eyni vaxtda 

uğurlu  marketinq  siyasəti  nəticəsində 

yarandığı  gündən  ölkənin  həyat  sığorta 

bazarının liderlərindən olan "PAŞA Həyat 

Sığorta" Açıq Səmdar Cəmiyyəti, 2014-cü 

ildən  isə  ölkənin  aparıcı  banklarından 

olan “Kapital Bank” Açıq Səhmdar Cəmiy-

yəti ilə partnyorluq müqavilələri imzala-

yıb.  Klubumuz  adıçəkilən  müəssisələrin 

dəstəyi  ilə  Sumqayıt  şəhərində  müxtəlif 

sosial  və  idman  yönümlü  layihələrdən 

də kənarda qalmır. Belə ki, klub "Kapital 

Bank" ASC və "PAŞA Həyat Sığorta" ASC-

nin  sponsorluğu  ilə  3  ildir  "Yay  Futbol 

Düşərgəsi"  və  "Futbol  və  Sağlam  Həyat" 

adlı layihələr həyata  keçirir. Yay ayların-

da  baş  tutan  "Yay  Futbol  Düşərgəsi"  la-

yihəsində  ümumilikdə  cari  tədris  ilində 

fərqlənən 100-dən artıq məktəbli iştirak 

edib.  "Yay  Futbol  Düşərgəsi"  layihəsi  ilə 

yanaşı,  daha  irimiqyaslı  "Futbol  və  Sağ-

lam  Həyat"  adlı  layihə  də  artıq  üç  ildir 

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə-

ki bütün tam orta məktəblərdə təhsil alan 

500-dən artıq şagirdin iştirakı ilə keçirilir.

Qeyd edək ki, ümumilikdə 48 məktəb-

dən  500-dən  artıq  məktəblinin  qatıldığı 

layihə  2014-cü  ildən  "Kapital  Bank"  və 

"PAŞA  Həyat  Sığorta"nın  sponsorluğu  ilə 

keçirilir və bu müddət ərzində 2000-dən 

çox məktəbli bu seminarın iştirakçısı olub.

"Kapital Bank" və "PAŞA Həyat Sığor-

ta"dan başqa, "Aquavita" brendi də klubun 

partnyorları sırasındadır.



"Sumqayıt Futbol Klubu" Azərbay-

can  futboluna  bu  müddət  ərzində 

hansı  simaları  bəxş  etdi?  Hansı  fut-

bolçular bu klubdakı çıxışları ilə bö-

yük komandalara transfer olunub?

K.Q. 

Yaşımızın  az  olmasına  baxma-

yaraq,  Azərbaycan  millisinin  əsas  fut-

bolçularından  sayılan  Bədavi  Hüseynov, 

Məhəmməd  Mirzəbəyov  kimi  futbol-

çular  məhz  klubumuzda  çıxış  etdikdən 

sonra  böyük  klublara  transfer  edilib  və 

A  milli  komandamızın  əsas  simalarına 

çevrilib.  Bundan  başqa,  əsas  millimi-

zin digər  futbolçuları – Səlahət Ağayev, 

Ruslan  Qurbanov,  Tərlan  Quliyev  və  

başqaları  məhz  bu  klubda  püxtələşib 

Premyer-Liqa  təcrübəsi  qazanaraq,  bu 

pillələrə  gəlib  çıxıblar.  Bir  misal  çəkim 

sizə.  Bir  müddət  əvvəl  ölkəmizdə  təşkil 

edilmiş  mötəbər  4-cü  İslam  Həmrəyliyi 

Oyunları  başa  çatdı.  23  yaşadək  futbol-

çulardan ibarət Azərbaycan milli koman-

dası  yarışın  həlledici  görüşündə  Oman 

yığmasına qalib gəlməklə qızıl medallara 

sahib çıxdı. Heyətdə yer alan 8 futbolçu-

nun  məhz  "Sumqayıt  Futbol  Klubu"nda 

Premyer-Liqa təcrübəsi qazandığını vur-

ğulayaq.  Şahruddin  Məhəmmədəliyev, 

Tərlan Əhmədli, Emil Balayev, Yusif Nə-

biyev,  Mirabdulla  Abbasov,  Azər  Salahlı, 

Elşən Abdullayev və Orxan Əliyev məhz 

"Sumqayıt"dakı  çıxışları  ilə  tanınıblar. 

4-cü  İslam  Həmrəyliyi  Oyunları  zamanı 

bütün oyunlarda meydanda olan Ağabala 

Ramazanov isə bizim klubda oynayanda 

A milliyə yüksəlib. 



Bir-iki kəlmə də klubunuzun aka-

demiyası  barədə  məlumat  verərdi-

niz...

K.Q. 

2011-ci ildən başlayaraq "Sumqa-

yıt  Futbol  Klubu"nda  əsas,  əvəzedici  ko-

manda ilə yanaşı klubun akademiyası da 

yaradıldı.  Hazırda  klubun  akademiya-

sında oğlanlardan ibarət 10 və qızlardan 

ibarət 2 komanda fəaliyyət göstərir. Aka-

demiyanın  tərkibində  300-ə  yaxın  uşaq 

futbolun sirlərini öyrənir. Fəaliyyəti uzun 

müddəti əhatə etməsə də, artıq müxtəlif 

yaş qruplarından olan milli komandaları-

mızın heyətinə Sumqayıt akademiyasının 

üzvlərindən  cəlb  olunan  kifayət  qədər 

futbolçunu  göstərmək  olar.  Qeyd  edək 

ki,  yarandığı  qısa  müddətə  baxmayaraq, 

akademiyanın  nəticə  baxımından  kiçik 

uğurları da var. Belə ki, 2014/2015 möv-

sümündə "Sumqayıt Futbol Klubu"nun 17 

yaşadək futbolçulardan ibarət komandası 

AFFA-nın təşkil etdiyi U-17 liqasında 3-cü 

yerə  çıxıb.  Bundan  başqa,  heyəti  akade-

miyamızda  yetişmiş  futbolçulardan  qu-

rulmuş  klubun  əvəzedici  komandası  isə 

2015/2016 mövsümündə bürünc medal-

lara yiyələnib.



Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə