M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

 
294 
neft-qaz  layihələrinin,  əsasən  BP  Eksploreyşn  (Şah  Dəniz)  Ltd. 
layihəsi  və  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkətinin  Azəri-
Çıraq-Günəşli  yatağında  görülən  işlərin  maliyyələşdirilməsi  ilə 
ə
laqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur. 
Qeyri-neft sektorana isə cəlb olunmuş birbaşa investisiyala-
rın ümumi məbləği keçən ilə nisbətən 1.5 dəfə artaraq 642.8 mln. 
$ olmuşdur. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici investisiya-
ların ümumi həcminin 16.1%-ni təşkil etmişdir. 
Birbaşa investisiyalar üzrə xaricə yönəldilmiş və repatriasiya 
olunmuş sərmayələrin ümumi məbləği 53.0%o az olaraq 4.0 mlrd. 
$  təşkil  etmişdir.  Bu  azalmanın  səbəbi  «Əsrin  mıiqaviləsi» 
çərçivəsində  ABƏŞ-in  fəaliyyəti  ilə  bağlı  əvvəlki  dövrlərdə  ölkə 
iqtisadiyyatında  istifadə  olunmuş  birbaşa  investisiyalar  üzrə 
kapitalın  repatriasiyasının  azalması  ilə  bağlıdır.  Belə  ki,  2007-ci 
ildə  neft-qaz  sektoru  üzrə  repatriasiya  olunmuş  investisiyaların 
həcmi  9.1  mlrd.  $  məbləğində  olduğu  halda,  2008-ci  ildə  bu 
göstərici 2.3 dəfə azalaraq cəmi 3.9 mlrd. $ təşkil etmişdir. 
Kreditlər  və  digər  investisiyalar.  2008-ci  ilin  yekunları 
üzrə  tədiyə  balansmında  əks  etdirilmiş  kredit  və  digər 
investisiyaların  ümumi  məbləği  3583.5  mln.  $  təşkil  etmişdir  və 
bu keçən ilin göstəricisindən 1.6 dəfə çoxdur. Bu məbləğin yalnız 
19.5%-i (698.7 mln. $) birbaşa dövlət və dövlət təminatı əsasında 
cəlb olunmuş kreditlərdir (beynəlxalq maliyyə və digər təşkilatlar 
tərəfindən ayrılmış kreditlər). Yerdə qalan 2344.6 mln. $ vəsait isə 
dövlət  təminatı  olmayan  kreditlərdir  ki,  bunun  da  683.1  mln.  $ 
ARDNŞ tərəfindən cəlb olunmuşdur. Bu vəsait əsasən ARDNŞ-in 
Gürcüstan  və  Türkiyədəki  enerji  resursları  layihələrinin 
maliyyələşdirilməsinə yönəldilmişdir. 
Dövlət təminatı olmayan digər kreditlərin 1661.5 mln. $ isə 
ə
sasən  banklar  (1278.5  mln.  $),  digər  müəssisələr  və  firmalar 
tərəfindən cəlb olunmuşdur. 
Hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları 2.5 dəfə 
artaraq 01 yanvar 2009-cu il tarixinə 18555.4 mln. $ həcmində ol-
muşdur. 


 
295
ФЯСИЛ 50. VALYUTA  SИYASƏTИ  VƏ  
MƏZƏNNƏ  SИYASƏTИ 
 
Valyuta siyasəti – dünya iqtisadi inteqrasiya prosesləri kon-
tekstində iqtisadiyyatın daxili və xarici dinamik müvazinətini (ta-
razlığını) təmin etmək, beynəlxalq ödəmələri müəyyən sistem da-
xilində yerinə yetirmək və tədiyyə balansını tənzimləmək məqsədi 
ilə ölkənin cari və strateji məqsədlərinə uyğun olaraq monetar or-
qanların həyata keçirdiyi tədbirlərin məcmuəsidir. 
Ölkə  daxili  və  xarici  iqtisadi  problemlərinin  həllinə  qarşı, 
valyuta  tənzimlənməsi  və  nəzarəti,  valyuta  bazarı,  qızıl-valyuta 
ehtiyatlarından səmərəli istifadə, beynəlxalq maliyyə təşkilatların-
da iştirak məsələsinə aydınlıq, valyutanın dönərliyi, ölkədaxili və 
ölkəxarici  valyuta  problemlərini    sistemli  formada  təhlili  kimi 
vacib məsələləri özündə birləşdirir. 
Valyuta  siyasətinin  istiqamət  və  formaları  ölkənin  valyuta-
iqtisadi vəziyyəti və dünya iqtisadiyyatısferasında gedən dəyişik-
liklərə bağlı olaraq tarazlanır. 
Valyuta  siyasətinin  sağlam  və  səmərəli  tətbiqi  ölkənin 
iqtisadi təhlükəsizliyinin əsas təminatıdır. 
Valyuta siyasətinin istiqamətləri 
1.iqtisadiyyatda dollarlaşmanın   qarşısını almaq; 
2. valyuta nəzarəti; 
3.valyuta  bazarının  optimal  strukturu  və  qızıl-valyuta 
ehtiyatları diversifikasiyası; 
4.xarici borjun idarəolunması; 
5. valyuta rezervlərinin yığımı; 
6.  daxili  investisiya  ehtiyacının  qarşılamaq  məqsədi  ilə 
xarici investisiyanın cəlbi; 
7. Kapitalın çıxışına məhdudiyyət; 
8.  xarici  rəqabətə  qarşı  yerli  istehsalçıların  müdafiəsi 
(idxal əvəzliyici istehsalın stimullaşdırma siyasəti); 
9.valyuta böhranına qarşı alınacaq tədbirlər; 
10.valyuta məzənnətarazlığının təminatı; 


 
296 
11.tədiyyə balansının tarazlığı; 
12. ixracatçılara bağlı stimullaşdırma siyasəti; 
13.çirkli pulların yuyulmasına qarşı mübarizə; 
14.deviz siyasəti (valyuta müdaxiləsi) ; 
15.diskont siayasəti. 
Valyuta siyasətini  həyata keçirilmə sırasında onun valyuta 
bazarının  fəaliyyətinə  təsir  göstərən  iqtisadi  parametrlərin  qarşı-
lıqlıəlaqəsinin monitorinqi aparılması vacibdir: 
1.valyuta məzənnə; 
2. qızıl-valyuta ehtiyatları; 
3. tədiyyə balansı saldosu; 
4. daxili pul tədavülünün həcmi və dollarlaşma dərəcəsi; 
5. valyuta liberallaşma dərəcəsi. 
Valyuta siyasəti xarici valyutaya olan tələb və təklif əsa-
sında realizə olunur. 
Valyuta  tələb  və  təklifə  təsir  tədbirlərini  bir  neçə  qrup 
kateqoriyasına bölmək olar: 
1.  Maliyyə(Mərkəzi bankın emissiya siyasəti, o cümlədən 
MB valyuta bazarında iştirakı; büdcənin icrası  iləəlaqədar hö-
kumətin fəaliyyəti, qeyri-rezidentlərə açılan kredit xətti, büdcə 
hesablarında qalıqların tənzimlənməsi və s.); 
2.  iqtisadi  (ölkənin  ixraxat  potensialının  inkişafı  və  ya 
idxalı əvəzedici sahələrin inkişafı); 
3.  inzibati (valyuta nəzarət və tənzimlənməsi konteksin-
də birbaşa (kvota) və dolaylı (gömrük məhdiyyəti); 
4.  sosial-psixoloжi (dövlətin informasiya-məlumat xarak-
terli fəaliyyəti, iqtisadi vahidlərin valyuta sferasında gedən ha-
disələrəbağlı aydınlıq gətirmə siyasəti).Valyuta siyasətinin  hə-
yata  keçirlmiş    nəticələrinin  tam  iqtisadi-statistik  görüntüsü-
nüölkənin cari tədiyyə  balansında görmək olar. 
Valyuta siyasətinin ayrı-ayrı məqsəd və alətləri hökumə-
tin qəbul etdiyi ayrı-ayrı sənədlərdəöz əksini tapır (ölkə büdъə-
sinin  qəbulunda,  qtisadi  nkiaf  Nazirliyinin  proqnozlarında,  
hökumətin  qəbul  etdiyi  iqtisadi  proqramlarda,  Mяркязи  Ban-
kın pul siyasətinin əsas istiqamətlərində və s.).  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə