M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
~ 18 ~ 
 
 
Şəkil 1.2. İstifadəçinin terminal müdaxiləsini təmin edən  
İET-nin strukturu 


 
 
~ 19 ~ 
Terminal müdaxiləsi İET-də digər üstünlük ondan ibarətdir ki, 
sifarişçi  ilə  sistem  arasında  çap  və  ya  qrafika  qurğusu  vasitəsi  ilə 
birbaşa  əlaqə  olduğundan  proqramın  sazlanmasında,  eyni  zamanda 
məsələnin  həllində  operativ  olaraq  optimal  variantların  seçilməsini 
təmin  etmək  olur.  Bu  imkanlardan,  yəni  tətbiqi  paket 
proqramlarından,  güclü  verilənlər  bazalarından  istifadə  etməklə, 
sifarişçi  nisbətən  mürəkkəb  məsələləri  hesablama  komplekslərində 
həll  edə  bilir.  Artıq  ondan  əlavə  biliklər  mənimsəməsi  o  qədər  də 
tələb  edilmir.  Yəni  kompüterin  daxili  və  xarici  intellektləşdirilməsi 
nəticəsində  sifarişçinin  ondan  istifadə  etməsinin  kütləviliyi  nisbətən 
yüksəlir. 
Göstərilən  halda  məsələnin  həlli  üçün  tələb  olunan  verilənlər 
VB-də,  ayrı-ayrı  məsələlərin  həlli  üçün  proqramlar  xüsusi 
kitabxanalarda  toplandığından  sifarişçi  terminal  müdaxiləsi  vasitəsi 
ilə  blokların  ardıcıllığını  yaratmaqla  öz  məsələsini  həll  edən 
proqramı  formalaşdırır.  Qeyd  edək  ki,    terminal  müdaxiləli  İET-də 
sifarişçi kompüterlə bilavasitə ünsiyyətdə olur. 
İnformasiya  texnologiyalarının  növbəti  inkişaf  mərhələsində 
sifarişçinin  kompüterə  birbaşa  müdaxiləsinin  təmin  edilməsi 
istiqamətində işlərin yerinə yetirilməsi nəzərdə tutulur. Bu məsələnin 
həlli  iki  istiqamətdə  aparılmışdır.  Birinci  istiqamətdə  sifarişçi 
kompüter  elmlərini  öyrənərək  vasitəçilərin  bütün  funksiyalarını  öz 
üzərinə götürür. Qeyd edək ki, bu istiqamət məcburi ola bilməz, belə 
ki, bu növ yanaşma sifarişçini yenidən kompüterdən təcrid olunmağa 
gətirib çıxarardı. Bu problemə baxmayaraq bəzi sifarişçilər, xüsusən 
də  elmi-tədqiqat  işləri  ilə  məşğul  olan  istifadəçilər  bu  yolu  seçdilər 
və  kifayət  dərəcədə  nailiyyətlər  də  əldə  etdilər.  Bu  işdə  onların 
fəaliyyətinə o dövrdə yeni yaradılan fərdi İBM tipli kompüterlər, orta 
və  mikro  kompüterlər  xüsusi  köməklik  göstərdi.  Fərdi  istifadəçilər 
üçün vacib məsələlərdən biri servis vasitələrinin – mətn redaktorları, 
işçi  qrafika,  elektron  cədvəllər,  relyasiyalı  verilənlər  bazaları, 
telekommunikasiya və s., yaradılması və istifadəsi oldu. 
İkinci  yol  istifadəçinin  kompüterə  birbaşa  müdaxiləsi 
problemlərinin həyata keçirilməsi ilə yerinə yetirilir. 


 
 
~ 20 ~ 
1.4. Yeni informasiya emalı texnologiyası 
 
İkinci  istiqamətdə  vasitəçilərin  bütün  funksiyalarını  kompüter 
öz üzərinə götürür. Belə ki, kompüterin daxilində aparat və proqram 
vasitələri  ilə  yaradılan  və  süni  intellekt  sahəsində  alınmış  ideya  və 
metodlara  əsaslanan  intellektual  interfeys,  göstərilən  funksiyaları 
müvəffəqiyyətlə realizə edir. 
Yeni  İET-in  əvvəlki  İET-dən  əsas  fərqli  üstünlüyü 
aşağıdakından  ibarətdir:  əvvəlki  İET-də  istifadəçi  və  vasitəçilər 
kompüterin  səviyyəsində  olan  işləri  yerinə  yetirirdisə,  artıq 
kompüterin  səviyyəsi  intellektual  interfeysin,  sistem  və  tətbiqi 
proqramçıların,  analitiklərin  hesabına  o  dərəcədə  yüksəlir  ki, 
kompüter insana xas fəaliyyət sferasını öz üzərinə götürür. 
Yeni  İET-in  strukturunu  şəkil  1.3-də  göstərildiyi  kimi  təsvir 
etmək  olar.  Şəkildən  göründüyü  kimi  süni  intellektin  məntiqi-
linqvistik  modellərindən  (Sİ  MLM)  yaradılan  aparat-proqram 
vasitələri  ilə  birlikdə  kompüterin  intellektual  interfeysi  proqramist 
olmayan  istifadəçilərin  kompüterə  birbaşa  müdaxiləsini  təmin 
etməklə kompüterləşmənin kütləviliyini aktuallaşdırır. 
Müxtəlif təyinatlı rabitə vasitələrindən istifadə etməklə lokal və 
qlobal  hesablama  şəbəkələrinin  yaranması  nəticəsində  intellektual 
interfeysli kompüterlər insanlar arasında kommunikasiya əlaqələrinin 
yaranmasına  –  planlaşdırma,  layihələndirmə,  elmi-tədqiqat  və 
operativ  idarəetmə  məsələlərinin  kollektiv  həllində,  məqsədyönlü 
fəaliyyətlərinə şərait yaratdı. 
Süni  intellektin  nailiyyətləri  əsasında  proqramçı  olmayan 
kompüter  istifadəçiləri  artıq  öz  məsələlərini  adi  danışıq  dilinin  alt 
çoxluğu olan peşə dillərində həll etmək imkanına malik oldular. 
Göründüyü kimi süni intellekt yeni İET-in əsası olmaqla onun 
sonrakı mərhələlərdə inkişafının əsaslarını yaratdı. Əgər əvvəlki İET-
də  verilənlərin  emalı  industriyasından  söhbət  gedirdisə,  artıq  süni 
intellektin  ideya  və  metodlarına  əsaslanan  intellektual  sistemlərin 
industriyası  aktuallaşdı.  Odur  ki,  növbəti  alt  fəsildə  süni  intellektin 
əsas tədqiqat istiqamətlərinə baxılır. 


 
 
~ 21 ~ 
 
 
Şəkil 1.3. Yeni informasiya emalı texnologiyasının stukturu 
 
1.5. Süni intellekt üzrə tədqiqatların əsas istiqamətləri 
 
Süni  intellekt  kompleks  elmi-texniki  bir  problemdir  və  bu 
problemin həlli üçün dörd istiqamətdə tədqiqatların aparılması keçən 
əsrin  90-cı  illərindən  prioritet  kimi  formalaşdırılmış  və  hal-hazırda 
da aktuallıq kəsb edir. 
Süni  intellektin əsas tədqiqat istiqamətlərinin klassik strukturu 


 
 
~ 22 ~ 
şəkil 1.4-də göstərilmişdir [1]. 
A  istiqaməti  insanın  fəaliyyətindəki  yaradıcı  proseslərin 
müxtəlif  funksiyalarının,  xüsusən  də  oyun  məsələlərinin  (şahmat, 
dama,  domino  və  s.),  teoremlərin  avtomatik  şəkildə  isbatı,  proqram 
modullarının  avtomatik  sintezi,  musiqi  əsərlərinin  analizi  və  sintezi 
kimi problemlərin həllində görülən işləri nəzərdə tutur. Qeyd edək ki, 
A  istiqaməti  digərlərindən  əvvəl  öyrənilməyə  və  inkişaf  etməyə 
başlamışdır  və  məhz  bu  istiqamətə  əsasən  süni  intellekt  termini 
yaranmışdır.  Ancaq  sonrakı  tədqiqatlar  göstərmişdir  ki,  kompüter 
texnologiyalarını,  süni  intellektin  problemlərini  həll  etməkdə  bu 
yanaşma  yeganə  istiqamət  ola  bilməz.  Yəni  paralel  olaraq  süni 
intellektin digər tədqiqat istiqamətlərini də inkişaf etdirmək lazımdır. 
Qeyd edək ki,  A istiqaməti ictimai  həyatda, xüsusən də orduda çox 
mühüm  əhəmiyyətli  qurğuların  (gecəgörmə  aparatları,  təsvirlərin 
oxunması və emalı və s.) yaradılmasında xüsusi rol oynamışdır. Hal-
hazırda da bu istiqamətdə tədqiqatlar davam etdirilir. 
B  istiqaməti  kompüterin  xarici  intellektləşdirilməsinin  fundamental 
və  tətbiqi  tədqiqatları  vasitəsi  ilə  kompleks  dialoq  interfeysinin 
yaradılması  və  istifadəsini  nəzərdə  tutur.  Ona  görə  xarici 
intellektləşdirmə  adlanır  ki,  istifadəçinin  öz  proqramlarını  yaratmaq 
üçün  istifadə  etdiyi  intellektual  sistemlər  kompüterin  daxili  və  ya 
xarici  yaddaş  qurğularında  təsvir  olunurlar.  B  istiqaməti  süni 
intellektin ilkin mərhələdə də və hal-hazırda da sürətlə inkişaf edən 
istiqamətlərdən 
biridir. 
Belə 
ki, 
intellektual 
interfeys 
planlaşdırmanın,  idarəetmənin,  layihələndirmənin  və  elmi-tədqiqat 
işlərinin  avtomatlaşdırılmış  sistemlərinin  (uyğun  olaraq:  PAS,  AİS, 
ALS  və  s.)  və  operativ  idarəetmə  sistemlərinin  yaradılmasının 
səmərəliliyini  əhəmiyyətli  dərəcədə  yüksəldir.  Bu  halda  istifadəçi 
predmet  sahəsinin  peşə  dilindən  (adi  danışıq  dilinin  alt  sistemi) 
istifadə etməklə aşağıdakı imkanlara malik olurlar: 
1. İstifadəçi öz işçi yerindən verilənlər və biliklər bazalarından, 
eyni  zamanda  qlobal  şəbəkələrə  çıxmaqla  paylanmış  verilənlər 
bazaları və kitabxana şəbəkələrindən lazım olan informasiyaları əldə 
edir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə