M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
 
~ 27 ~ 
 
 
Şəkil 1.5. Yeni İET-də intellektual interfeysin strukturu 
 


 
 
~ 28 ~ 
1.7.  İnformasiya  və  kommunikasiya  texnologiyalarının 
inkişafının müasir vəziyyəti və perspektivləri 
 
İnformasiya  və  kommunikasiya  texnologiyalarının  (İKT) 
inkişafının müasir vəziyyəti və perspektivlərinə müstəqil Azərbaycan 
Respublikasının  misalında  baxılır.  Belə  ki,  bu  istiqamətdə 
respublikada  aparılan  elmi-tədqiqat  işləri  və  onların  tətbiqi 
problemləri  Dünya  praktikasının  ayrılmaz  hissəsi  olmaqla 
Beynəlxalq standartlara uyğun yerinə yetirilmiş və alınmış nəzəri və 
praktiki nəticələr dünya ictimaiyyəti tərəfindən qəbul edilmişdir. 
XXI  yüzillik  Elm  və  texnologiyalar  əsri  olmaqla  elm  və 
texnikanın  bütün  sahələıinə,  inkişaf  etmiş  və  inkişafda  olan 
dövlətlərin sosial-iqtisadi həyatına, birbaşa təsir göstərməklə, onların 
qloballaşdırma  proseslərində  həyata  keçirdikləri  siyasətdə  əsas 
istiqaməti təyin  edir. Beləki hal-hazırda hər hansı bir dövlətin digər 
dövlətlərlə  müqayisədə  nailiyyətləri,  üstünlüyü  və  başqa  meyarları 
həmin 
dövlətin 
yeni 
informasiya 
və 
kommunikasiya 
texnologiyalarına    yiyələnmək,    onlardan  istifadə  etməklə 
bəhrələnmək gücü ilə qiymətləndirilir [5,6]. 
Təbiidir  ki,  belə  bir  şəraitdə  neft  sərvətlərindən  gələn  gəlirləri 
intellektual sərvətlərə çevirmək  istiqamətində ardıcıl siyasət aparan 
müstəqil  dövlətimiz  inkişaf  etmiş  dövlətlərin  qloballaşma 
istiqamətində yeni təfəkkürə əsaslanan konsepsiyalardan, o cümlədən 
İKT-dən hərtərəfli və geniş istifadə etməkdən kənarda qala bilməzdi. 
Bu  reallıqları  və  dövlətimizin  ötən  dövr  ərzində  göstərilən 
istiqamətdə  əldə  etdiyi  uğurları  nəzərə  alaraq  Respublika  Prezidenti 
16  yanvar  2013-cü  il  tarixli  Sərəncamı  ilə  2013-cü  ili  Azərbaycan 
Respublikasında  “İnformasiya-Komunikasiya  Texnologiyaları  ili 
élan etmişdir.  
Prezidentin  məlum  qərarı  ölkəmizdə  bu  istiqamətdə  həyata 
keçirilən və dönməz xarakter daşıyan reallıqlara əsaslandırıldığından 
və əldə edilmiş uğurların məntiqi nəticəsi olduğundan, Respublikada 
yaxın  10  ildə  dövlət  tərəfindən  yerinə  yetirilən  və  əldə  olunmuş 
nailiyyətlərin xronikasını nəzərdən keçirək. 


 
 
~ 29 ~ 
İKT  cəmiyyətin  bütün  sahələrinə  nüfuz  etdiyindən  yeni 
istiqamət  informasiya  cəmiyyəti  formalaşmağa  başladı  ki,  onun  da 
əsas elementlərindən biri electron dövlətin  (e-dövlət)  yaradılmasıdır 
(şəkil 1.6). 
 
 
 
Şəkil 1.6. E- Dövlətin Arxitekturasi 
 
E-dövlət  icra  orqanları  (e-hökumət),  qanunverici  orqanlar  (e-
parlament),  məhkəmə  (e-məhkəmə)  və  bələdiyyə  (e-bələdiyyə) 
strukturlarında    İnternet  və  İKT-in  tətbiqi  ilə  dövlət  idarələrinin 


 
 
~ 30 ~ 
vətəndaşlara  göstərdikləri  xidmətlərin  yüksəldilməsi,  həmin 
idarələrin  informasiya  resurslarından  vətəndaşların  öz  məqsədləri  
üçün  bəhrələnməsi  və  son  nəticədə  bütün  təbəqələrin  dövlət 
idarəçiliyində iştirakını təmin etmək məsələlərini həll etməlidir. 
E-dövlətin  əsas  istifadəçiləri  bütün  təbəqələri  təmsil  edən 
vətəndaşlar, özəl sektor  və dövlət orqanlarıdır.  İstifadəçilər arasında 
əlaqə və ünsiyyətin yaradılması yerli özünüidarəetmə orqanlarında və 
digər  strukturlarda  yazışmaların  və  sənəd  dövriyələrinin  elektron 
formaya  keçirilməsini  və  ilk  növbədə  elektron  sənədlərin  hüquqi 
əsasını təmin edən elektron imzanın tətbiq edilməsini tələb edir.    
Təcrübə göstərir ki, e-dövlətin yaradılmasının əsas mərhələləri 
aşağıdakılardır  (şəkil  1.7):  nazırlik  və  dövlət  idarələrinin  fəaliyyət 
istiqamətləri  üzrə  veb-saytların  yaradılması;  electron-poçt  (e-poçt) 
vasitəsi ilə hökumətlə vətəndaşlar arasında qarşılıqlı əlaqənin təşkili; 
idarələrdə  istifadə  olunan  blankların,  bəzi  sənəd  formaları 
nümunələrinin  əldə  edilməsi;  istifadəçilərin  e-hökumət  portalı 
vasitəsi ilə istənilən xidməti əldə edə bilməsi və s.   
 
 
 
Şəkil 1.7. E- Dövlətin yaradilmasinin əsas mərhələləri 


 
 
~ 31 ~ 
Paralel  olaraq  e-dövlətin  əsas  atributu  olan  e-hökumətin  alt 
sistemlərinin  –        e-  elm,  e-təhsil,  e-səhiyyə,  e-sənaye,  e-şəhər,  e-
rayon və s. yaradılması mərhələləri yerinə yetirilməlidir (şəkil 1.8). 
 
 
 
Şəkil 1.8. E- dövlətin əsas atributu E–hökumətin alt sistemləri 
 
Göstərilən  bütün  mərhələlərin  yerinə  yetirilməsinin  məntiqi 
nəticəsi  kimi  ierarxiyalı,  üçsəviyyəli  idarəetmə  strukturuna  malik 
olan Elektron Azərbaycan (e-Azərbaycan) İnformasiya Cəmiyyətinin 
formalaşdırılması həyata keçiriləcəkdir (şəkil 1.9). 
Göründüyü  kimi  İnformasiya  cəmiyyətinin  strukturunun  yuxarı 
səviyyəsində  vətəndaş  cəmiyyəti  və  biznes  strukturlarının  daxil 
olduğu  e-Azərbaycan,  orta  səviyyədə  e-Qanunvericilik  hakimiyyəti, 
icra  hakimiyyəti  (e-hökumət),  e-məhkəımə  və  e-  bələdiyyə 
strukturlarının  daxil  olduğu  e-Dövlət  və  aşağı  səviyyədə  isə  e-
Qanunvericilik  hakimiyyətinin  alt  sistemi  olan  e-parlament,  eyni 
zamanda  e-Hökumətin  alt  sistemləri  olan  e-elm,  e-təhsil,  e-səhiyyə, 
e-şəhər, e-rayon və s. strukturları olacaqdır.  
Qeyd  edək  ki,  bütün  səviyyələrdə  yerinə  yetiriləcək  elmi 
tədqiqat  və  tətbiq  işləri  son  nəticədə  e-Azərbaycan  İnformasiya 
Cəmiyyətinin formalaşmasına xidmət etməlidir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə