M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
 
~ 32 ~ 
 
 
Şəkil 1.9. E – Azərbaycan Informasiya Cəmiyyətinin üç  
səviyyəli idarəetmə strukturu 
 
Göstərilən  inkişaf  mərhələləri  başa  çatdıqdan  sonra  qarşılıqlı 
əlaqənin yeni formasına “Vahid Pəncərə” sistemlərinə keçid nəzərdə 
tutulur  ki,  bu  da  öz  növbəsində  istifadəçilər  arasında  əlaqəni  təmin 
edən vahid portalın yaradılmasını tələb edir.  
2003-cü  ildən  başlayaraq  Respublikamizda  İnformasiya 
Cəmiyyətinin qurulması prioritet istiqamətlərdən biri hesab olunmuş 
və siyasətin əsas müddəaları ardıcıl olaraq aşağıdakı normativ sənəd 
və qanunlarla tənzimlənməkdədir: 
-Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya-


 
 
~ 33 ~ 
komunikasiya  texnologiyalari  üzrə  Milli  strategiya  (2003-2012-ci 
illər);  
-Elektron  imza  və  electron  sənəd  haqqında  Azərbaycan 
Respublikası Qanunu, 2004-cü il;  
-Azərbaycan 
Respublikasında 
rabitə 
və 
informasiya 
texnalogiyalarının  inkişafı  üzrə  2005-2008-ci  illər  üçün  Dövlət 
Proqramı (Elektron Azərbaycan), 2005-ci il; 
-Azərbaycan 
Respublikasında 
rabitə 
və 
informasiya 
texnologiyalarının  inkişafı  üzrə  2010-2012-ci  illər  üçün  Dövlət 
proqramı (Elektron Azərbaycan), 2010-cu il. 
Göstərilən  normativ  sənədlər,  Azərbaycan  Respublikasının 
qanunları  və  Dövlət  Proqramlarının  icrası  istiqamətində  ötən 
dövrdə görülən işlərin qısa xülasəsini  nəzərdən keçirək. 
Nəzərdə tutulan Dövlət Proqramlarının vaxtında və keyfiyyətlə 
yerinə 
yetirilməsi 
məqsədi 
ilə 
Azərbaycan 
Respublikası 
Prezidentinin 20 fevral 2004-cü il sərəncamı ilə Rabitə Nazirliyi ləğv 
edilərək  onun  əsasında  Rabitə  və  İnformasiya  Texnologiyaları 
Nazirliyi  (RİTN)  yaradıldı  və  “İKT  üzrə  Milli  Strategiya”nın 
koordinatoru  funksiyasını  yerinə  yetirməyə  başladı.  Bununla  da 
Cənubi  Qafqazda  ilk  olaraq    qəbul  edilmiş  Strategiya  ilə 
Azərbaycanın İKT sahəsinə diqqəti cəmiyyətimizə və bütün  dünyaya 
bəyan  etdi.    Prezidentin  on  iki  dekabr  2013-cü  ildə  Cenevrədə 
keçirilən  İnformasiya  Cəmiyyəti  Dünya  Sammitindəki  “Qara  qızılı 
insan  qızılına  çevirək”  tezisi  ölkə  iqtisadiyyatında  yeni  inkişaf 
mərhələsinin  əsasının  qoyulmasını  bütün  dünyaya  bəyan  etməklə, 
dövlət  səviyyəsində  məqsədyönlü  işlərin  başlanmasına  start  verdi. 
Beləliklə  Azərbaycan  hökumətinin,  xüsusiyləRİTN-nin  fəaliyyəti 
nəticəsində respublikanın  İKT sektoru yüksək templə inkişaf etməyə 
başladı.  
Respublikada 
İKT-in 
nəzəri 
və 
praktiki 
cəhətdən 
dəstəklənməsində 
və 
inkişafında 
AMEA-ın 
İnformasiya 
Texnologiyaları  və  Kibernetika  İnstitutlarının  da    fəaliyyətlərini 
xüsusi qeyd etmək lazımdır.  
 


 
 
~ 34 ~ 
1.8.  İKT-in  İnformasiya  Cəmiyyətinin  yaradılmasında  əsas 
inkişaf istiqamətləri 
 
Bütün  dünya  üzrə  dövlət,  akademik,  kommersiya,  hərbi, 
kooperativ  və  s.  şəbəkələri  özündə  birləşdirən  qlobal  kompüter  və 
informasiya  sistemi  olan  İnternet  İKT-nin  tərkib  hissəsi  olmaqla 
qarşılıqlı  əlaqəli  computer  şəbəkələrinə,  informasiya  resurslarına, 
electron  –poçt  xidmətlərinə  və  s.  çıxışı  təmin  edir.  İnternetdən 
istifadənin  səmərələliyini  yüksəltmək,  istifadəçilərin  sayının 
artırılması,  xidmətin  və  sürətin  yüksəldilməsi  istiqamətində 
Respublikada davamlı tədbirlər həyata keçirilir. 
İnformasiyalaşdırma,  yəni  idarəetmədə  informasiya  və 
biliklərdən  istifadənin  effektivliyinin  artırılması,  vətəndaşların, 
təşkilatların və dövlətin informasiyaya olan təlabatıni təmin edilməsi, 
cəmiyyətin  sosial-iqtisadi,  siyasi  və  mədəni  həyatının  bütün 
sahələrində  İKT-dən  geniş  miqyaslı  istifadə  prosesidir.  Bu 
təlabatların  yerinə  yetirilməsi  üçün  İKT-dən  səmərəli  istifadə  edən 
ixtisasli  mütəxəssislərin  hazırlanması  tələb  olunur.  Bu  istiqamətdə 
Respublikanın ali və orta ixtisas təhsili məktəblərində (kolleclərdə), o 
cümlədən  özəl  sektorda  təşkil    olunan  kurslarda  ardıcıl  işlər  həyata 
keçirilir.  
İKT-in  səmərəli  istifadəsi  və  təşkilində  müxtəlif  səviyyələrdə 
informasiya  təhlükəsizliyinin  təmin  olunması  vacib  məsələlərdən 
biridir. İnformasiya təhlükəsizliyi əsasən üç tərkib hissədən ibarətdir: 
informasiyanın 
müxtəlifliyi 
(informasiyanın 
icazəsiz 
əldə 
edilməsindən  qorunması);  tamlıq  (informasiyanın  dəqiqliyi, 
həqiqiliyi  və  bütövlüyünün  qorunması);  əlyetərlilik  (lazımi  vaxtda 
informasiya və xidmətlərə müraciətlərin təmin olunması). Ölkəmizdə 
elmi-tədqiqat  və  tədris  müəsisələrində  informasiya  təhlükəsizliyinin 
göstərilən  tələbatlarının  yerinə  yetrilməsi  istiqamərində  nəzəri  və 
praktiki  elmi-tədqiqat  işləri  aparılır,  yüksək  ixtisaslı  mütəxəssislər 
hazırlanır, dissertasiyalar müdafiə edilir və s. 
Elm  və  texnikanın  istehsal  sahələrinin  informasiya  sistemləri 
informasiyanın yığılması, saxlanılması, emalı, axtarışı, ötürülməsi və 


 
 
~ 35 ~ 
təqdim  olunmasını  təmin  edir.    Bu  istiqamətdə  görülən  işlər  sosial-
iqtisadi məsələlərlə məşğul olan nazirliklər, icra strukturları, istehsal 
müəsisələri  və  s.  strukturlar  tərəfindən  yerinə  yetirilir  və  e-dövlətin 
yaradılmasında və İKT-dən istifadədə geniş istifadə olunur.  
Multimediya  (səs,  təsvir,  mətn,  animasiya  və  video  tipli 
müxtəlif  media  vasitələrinin  kombinasiyası)  telekomunikasiya 
xidməti istifadəçiyə istənilən tip informasiyanı  göndərmək və qəbul 
etmək  imkanı  verir.  Bu  istiqamətdə  aparılan  işlər  Respublikada 
informasiya  cəmiyyətinin  yaradılmasında  mühüm  əhəmiyyət  kəsb 
edir. 
Elmdə,  təhsildə  və  səhiyyədə  İKT-nin  istifadəsinə  aid  çoxlu 
sayda  xidmətlər  işlənib  istifadəçilərə  təqdim  edilmişdir.  Onlardan 
bəzilərini, xüsusən də təhsil sahəsindəki nailiyyətləri qeyd edək. 
Təhsildə  İKT-nin  istifadəsinin  sürətlə  inkişafı  xüsusi  qeyd 
olunmalıdır. Belə ki, dövlət və özəl ali və orta ixtisas məktəblərində 
kompüter  texnologiyaları  demək  olar  ki,  tam  şəkildə  və  yüksək 
səviyyədə  tətbiq  olunmuşdur.  Hal-hazırda  orta  məktəblərin 
kompüterləşdirilməsi  başa  çatmaq  üzrədir.  İnternet  xidməti  hətta  ən 
ucqar  kənd  və  rayon  məktəblərində  belə  istifadə  edilir.  Orta 
məktəblərdə buraxılış imtahanlarının ali və orta ixtisas məktəblərinə 
tələbə qəbulu və yerləşdirilməsi, sahələr üzrə kadrların işə qəbulu və 
s.  İKT-nin  xidmətlərindən  istifadə  etməklə  yerinə  yetirilir.  Distant 
təhsilin  informasiya  texnologiyalarından  istifadə  etməklə  tətbiqi 
tədrisin təkmilləşdirilməsi istiqamətində perspektivli  yanaşma hesab 
edilir. 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) informasiya 
cəmiyyətinin  yaradılması  istiqamətində  müasir  İKT  texnologiyaları 
bazasında  müxtəlif  növ  informasiya  məhsullarının  və  xidmətlərin 
geniş  miqyaslı  istehsalı  (qəzet,jurnal,  kitablar  və  s.)  sahəsində 
informasiya  sənayesinin  yaradılmasında  böyük  nailiyyətlər  əldə 
etmişdir. 
Bu 
istiqamətdə 
işlər 
AMEA-nın 
elmi-tədqiqat 
institutlarında,  xüsusən  də  İnformasiya  Texnologiyaları  İnstitutunda 
və  RİTN-də  informasiya  sənayesinin  iki  fərqli  növləri  üzrə 
(informasiya  texnologiyaları  -  proqram,  maşın,  avadanlıq  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə