M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

22
Mədəniyyət.AZ / 9 • 2016
– qonaq, onun təhlükəsizliyi bizim üçün müqəddəsdir”. 
Tamaşadan sonra gürcü truppası Mədəniyyət və Turizm Nazirli-
yinin adından və teatrşünas Aydın Talıbzadənin təqdim etdiyi diplom, 
Şəki şəhər İcra Hakimiyyəti adından isə xatirə hədiyyəsi ilə müka-
fatlandırıldı.
Festival çərçivəsində ikinci tamaşa – Gəncə Dövlət Dram Teat-
rının “Dəli yığıncağı” tamaşası Mingəçevir Dram Teatrında təqdim 
olundu.
“Trikster”in özü və kölgəsi
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının bütün tama-
şaları Şəki teatralları tərəfindən gerçək, səmimi maraqla qarşıla-
nırdı. Teatr bayramının növbəti qonaqları isə dünyanın ən teatral 
məkanlarından biri olan Moskvadan təşrif buyurmuş “Trikster” teatrı 
idi. Onların işıq, kölgə, xoreoqrafik elementlər və fəlsəfi mətləblərlə 
zəngin “Bədən üzvləri” səhnə əsəri də tamaşaçıları biganə qoymadı. 
Müstəqil teatr “Trikster”, demək olar ki, ilkin teatr truppaları tərzində 
fəaliyyət göstərir. Amma məşqlər üçün daimi məkanların olmama-
sı yaradıcı axtarışlara, səhnə əsərlərinin kəmiyyət və keyfiyyətinə 
təsir etmir. Teatrın yaradıcılarından biri, Blez Paskaldan yararlanıb 
“Bədən üzvləri” tamaşasının müəllifi və rejissoru kimi çıxış edən 
Vyaçeslav İqnatov və tamaşanın xoreoqrafı, artistin səhnədəki fiziki 
mövcudluğuna gözəl baxış bucağı olan Denis Boroditski bacarıq və 
düşüncələrini kinematoqrafik xassəli kölgə teatrı ilə birləşdirərək 
baxımlı əsər ərsəyə gətiriblər. Bu əməkdaşılıq ilk dəfə olsa da, Vya-
çeslavın verdiyi ideya Denis tərəfindən dəqiq anlaşılıb. Qeyri-ənənəvi 
kontemporari, fiziki, modern yönümlü teatr olan “Trikster”in bu ta-
maşası, müraciəti istənilən problemin öz-özünə, vahid məkanın ay-
rılıqda götürülmüş bir nöqtəsində, məsələn, ayaqda və ya əldə baş 
vermədiyini, hər bir problemin bədənin baş adlanan hissəsində ya-
randığını çözələyən müasir pritçadır. Əvvəl fikir yaranır, sonra ideya, 
daha sonra hərəkət və bu hərəkətin necə olacağını bizim başımız 
həll edir. Adı “Trikster”, yəni istənilən vəziyyətdən ustalıqla çıxa bilən 
real və qeyri-real şəxs, varlıq (məsələn, Xoca Nəsrəddin, Neznayka, 
üç muşketyor və s. kimi) olan teatrın kollektivi üçün bu, çətin sayıla 
bilməz. 
Şəki festivalı çərçivəsində nümayiş etdirdikləri “Bədən üzvləri” 
tamaşasından sonra kollektiv Mədəniyyət və Turizm Nazirliyinin 
və Şəki şəhər İcra Hakimiyyətinin adından diplom və 
hədiyyələrlə mükafatlandırıldı. Mükafatları S.Vurğun 
adına Rus Dram Teatrının direktor müavini Valentina 
Reznikova və icra hakimiyyətinin aparat rəhbəri Daşqın 
Mikayılov təqdim etdilər.
“Sevilya bərbəri” uşaqlar üçün oxudu
 
Bəli, məhz belə. II Şəki Beynəlxalq Teatr Festivalı-
nın iştirakçılarından biri olan Tbilisinin N.Dumbadze 
adına Dövlət Uşaq Gənclər Teatrı (Gənc Tamaşa-
çılar Teatrı) C.Rossininin məşhur operasına kukla 
teatrı janrında nəinki uşaqlar üçün uyğun formatda 
quruluş verib, hətta beş ildən bəri müxtəlif ölkələrdə 
oynanılan opera tamaşasının məzmunu həmin ölkənin kiçikyaş-
lı teatrsevərlərinin doğma dilində yazılmış fonoqramla səslənir və 
təsəvvür etmək çətin deyil ki, necə böyük maraqla qarşılanır. Şəki 
məktəbliləri də Sevilya bərbərinin iki sevən gənci – Rozina ilə qraf 
Almamivanı nikah telləri ilə birləşdirmək təşəbbüslərini maraqla 
izlədilər. Həm də təkcə onlar yox, elə böyüklər də – ağlı kəsənlərin 
macəralarına ağlı kəsməyənlərin və ya yenicə kəsməyə başlayan-
ların gözləriylə baxmaq başqa aləm idi. Və bu “başqa aləm” ifadəsi 
bu dəfə əlavə, daha gözəl təsir qazanmışdı. Tamaşanın, daha doğru-
su, maarifl əndirmə layihəsinin ideya müəllifi və prodüseri isə işinin 
peşəkarlarından olan Quri Zakareişvilidir. Batono Quri çox doğru ola-
raq o qənaətdədir ki, klassik musiqiyə qulaq asmaq vərdişli uşaqlar-
dan heç bir vəchlə cəmiyyətə ziyanlı vətəndaş yetişə bilməz. Məşhur 
operanın 40 dəqiqəlik kukla tamaşasında zal ağzına qədər uşaqlarla 
dolu idi. Balaca teatralların sonsuz maraqla izlədikləri tamaşadan 
sonra təqdim etdikləri gül dəstələri qucaqlarına sığmayan aktyorlar 
Mədəniyyət və Turizm Nazirliyi və Şəki şəhər İcra Hakimiyyəti adın-
dan diplom və mükafatlara layiq görüldülər.
Həmin gün Mingəçevir Dövlət Dram Teatrında S.Vurğun adına 
Rus Dram Teatrının “Yeddi gözəl” poemasının motivləri əsasında 
olan eyniadlı tamaşası da nümayiş etdirildi.
“Zəng” kimin üçün çalınır və “Yeddi gözəl”in 
Litva çaları 


23
Mədəniyyət.AZ / 9 • 2016
Sentyabrın 21-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrının 
səhnəsində iki tamaşa oynanıldı. Gündüz seansında A.Şaiq adına 
Azərbaycan Dövlət Kukla Teatrının “Zəng” adlı sözsüz monota-
maşası təqdim olundu. Teatrın baş rejissoru Qurban Məsimovun 
quruluşundakı tamaşada tənha yaşayan Böyük Vətən müharibəsi 
veteranının sarsıntılarından bəhs olunur. “Zəng” Qurban Məsimov 
dəstxətinin nikbinliyi, şirin istehzası ilə aktyor Rəhim Rəhimovun ifa-
sının həzinliyinin və sadədil yumorunun vəhdətindən ibarət, məramı 
qənaəti bölüşüb və ismarıcı çatdırmaq olan səhnə əsəridir. Nədir bu 
qənaət və ismarıc? Tamaşanın müəllifi birdən-birə bir neçə mətləbə 
diqqət çəkir – həm şərəfl i ömür yolu keçmiş ahıl bir insanın tənhalıq, 
gərəksizlik məngənəsində sıxılmasının yolverilməzliyinə, həm də, 
ümumiyyətlə, insan tənhalığının acılığına. Ömür-gün yoldaşı haqq 
dünyasına qovuşandan sonra xiff əti daha da artan Qoca nostalji ov-
qatlarını müvəqqəti, aldadıcı ovutmalardan bezib, yorulub çıxış yolu-
nu intiharda görür... lakin nə yaxşı ki, ən son an yetişməmiş çoxdan 
bəri susan telefon zəng çalır. 
Litvalı rejissor Yonas Vaytkusun S.Vurğun adına Azərbaycan 
Dövlət Rus Dram Teatrında qoyduğu “Yeddi gözəl” poemasının dram 
tamaşası savadlı, səliqəli, məsuliyyətli və nə qədər təəccüblü, qəribə 
olsa da, Nizami yaradıcılığı ilə ilk təmasına baxmayaraq böyük şair 
və mütəfəkkiri anlayan və sevən fabula və forması ilə yadda qal-
dı. Poemanın ilk dram tamaşası olaraq bu layihə yalnız ilkliyi deyil, 
həm də və ən əsası – seçilmiş mövzuya layiqliyi ilə diqqəti cəlb edir. 
Nizami dühasının ölməz incisini Bakı səhnəsində tamaşaya qo-
yandan sonra Y.Vaytkus bu əsəri Litva teatrında da səhnələşdirib.  
Yeddi gözəlin, demək olar ki, bütün hekayətləri inandırıcı və təsirli 
olmağın öhdəsindən gəldi. Bu təəssürat isə yalnız vahid kollektiv 
əməyin sayəsində baş verən uğurdan doğa bilər . Rus Dram Te-
atrının “Yeddi gözəl” tamaşasının yaradıcı heyətinin hər bir üzvü 
Nizamiyə fərdi münasibəti, özəl sevgi, ehtiram, maraq və anlama 
cəhdini şəxsi çərçivəsi ilə kiçiltmədi, hər kəs bacardığı qədər dünya 
mədəniyyətinin dahi şair və mütəff əkkirinin sanbalına yekdil töhfə 
verməyi bacardı. Və tamaşanın məhz bu cəhəti, yekdil yanaşmadan 
sapınmaması onun uğurunu təmin edir. 
Şəki festivalındakı tamaşa ilə eyni günə təsadüf edən premyeraya 
görə rejissor festivalda iştirak edə bilmədi.
Tamaşalardan sonra yaradıcı heyət Mədəniyyət və Turizm Na-
zirliyinin və Şəki şəhər İcra Hakimiyyətinin diplom və hədiyyələri ilə 
mükafatlandırıldılar.
“Üç məkan”ın daha geniş məkanlarınadək
II Şəki Beynəlxalq Teatr Festivalı teatr tariximizdə işıqlı 
səhifələrdən birinə çevrildi. Festivalın sonuncu günü teatrsevərlərlə 
görüşə ev sahibi olan S.Rəhman adına Şəki Dövlət Dram Teatrı 
çıxdı. Mərdan Feyzullayevin dəqiq və diqqətli rejissor yanaşmasında 
və mükəmməl quruluşunda ərsəyə gələn Səməd Vurğunun “Vaqif” 
dramının yeni yozumu tamaşaçılar tərəfindən müvafiq reaksiya ilə 
qarşılandı. Moskvada fəaliyyət göstərən “Dərviş” Teatrının rəhbəri 
Mərdan Feyzullayev Səməd Vurğun poetikasının təkrarsızlığını 
qətiyyən azaltmadan, yalnız əsərin qadın personajlarını ixtisar 
edərək mənzum dramın orijinal versiyasının süjet xəttindəki haça-
lanan cizgiləri görməyi və cəsarətlə əsas süjetə çevirməyi bacarma-
sı ilə dövrünün ən məşhur dram əsəri olan “Vaqif”in yeni səhifəsini 
yazdı desək, yanılmarıq. 
Tamaşadan sonra baş tutan festivalın bağlanış mərasimində çıxış 
edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov beynəlxalq 
teatr bayramının təşkilati işlərində səylərini əsirgəməyən hər kəsə 
təşəkkürünü bildirdi. Teatrın kollektivi şəhər icra hakimiyyəti adından 
xatirə hədiyyəsi, Mədəniyyət və Turizm Nazirliyinin adından festivalın 
diplomu ilə təltif edildi. Şəki şəhər İcra Hakimiyyətinin Mədəniyyət 
və Turizm Nazirliyinə ünvanlanmış xatirə hədiyyəsi qurumun teatr 
sektorunun baş məsləhətçisi Vəfa Novruzovaya təqdim edildi. 
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Şəki 
şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Üç məkan” II Şəki 
Beynəlxalq Teatr Festivalı teatr sənətimizin sabahına, beynəlxalq 
əməkdaşlığa və deməli, yeni-yeni festivallara gözəl mənzərə açaraq 
başa çatdı. Bu mənzərədə çeşidli möcüzələri görmək və göstərməyə 
təpərli olmaq ümidi ilə...
Samirə Behbudqızı
2
2
3
3
3
3
2
Mədəniyyət.AZ / 9 • 2016


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə