M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

24
Mədəniyyət.AZ / 9 • 2016
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli Dubay 
Teatrı”nın rəhbəri, Beynəlxalq Teatr İnstitutunun ərəb 
ölkələri üzrə əlaqələndiricisi İbrahim Əssiri.
Ümumiyyətlə
ərəb ölkələrində 
və konkret ola-
raq Səudiyyə 
Ərəbistanında te-
atr sənətinin ta-
rixi və bu günü, 
özəllikləri haqqın-
da ilkin mənbədən 
məlumatlanmaq 
maraqlı olardı...
– Mən yalnız 
öz vətənim 
dən, 
Səudiy  yə Ərəbis tanın dan danışa bilərəm. Ölkəmizdə dram 
teatrları ilk dəfə keçən əsrin 50-ci illərində fəaliyyətə baş-
layıb. İlk belə teatr Məkkədə yaradılmışdı. Sonralar digər 
şəhərlərdə – məktəblərdə, universitetlərdə də formalaşma-
ğa başladı. Hazırda bizdə Mədəniyyət və Turizm Nazirliyinin 
dayağı sayəsində bir çox teatrlar yaranıb və onlar uğurla 
fəaliyyət göstərir. Mənim yaratdığım teatr 40-dan çox ölkədə 
çıxış edib, bir çox mükafatlara layiq görülüb. Teatrın reper-
tuarına uşaqlar üçün də tamaşalar daxildir. Truppa istənilən 
mövzuda tamaşa hazırlamaq seçiminə malikdir. Digər 
ərəb ölkələrində də teatr sənətinin tarixi və indiki durumu 
təxminən eynidir. Fərq yalnız ondan ibarət ola bilər ki, bəzi 
ərəb ölkələrində qadınlara səhnəyə çıxmağa icazə verilmir. 
– Teatr sənəti bütün dövrlərdə din xadimləri 
tərəfindən təqib edilib, baxmayaraq ki bu sənətin özəyi 
haradasa elə məhz dini mərasimlərə gedib-çıxır. İslam 
ölkəsi olaraq Birləşmiş Ərəb Əmirliklərində teatrın inki-
şafına şəraitin yaradılması çox ürəkaçan mənzərədir... 
– Bəli və əslində buyurduğunuz kimi, burda heç bir təzad 
yoxdur. Əksinə, teatr sənəti sayəsində biz bir çox anlayışları 
bir-birinə bağlayıb səhnə dili vasitəsilə onun ifadəsini tapa 
bilirik. 
Teatr bayramının əks-sədası 
Xarkovun “Gözəl güllər” Müstəqil Aktyor Teatrının üzvləri 
Artyom Vusik və İqor Klyuçnik. 
– Niyə “Gözəl 
güllər”, məgər qeyri-
gözəl güllər də olur? 
A.V.: – Bu adın yozu-
munun bir çox variasi-
yaları var. Onlardan biri 
belədir ki, gül-çiçəklər 
səssizcə gözəl, mənalı 
mətləblərdən bəhs edə 
bildikləri kimi, biz də 
mövzularımızı plastik 
yanaşma ilə açırıq. Ta-
maşalarımızı öz drama-
turgiyamız üzrə ərsəyə 
gətiririk. Yalnız ilk tamaşamız olan “Drakula” hazır dram əsəri idi və 
mən ona quruluş vermişdim. Bütün digər əsərlərdə isə hər şey eks-
promt olaraq baş verir. Əlbəttə, kollektivimizdə bütün digər teatrlarda 
olduğu kimi rəsmi vəzifələri icra edən şəxslər var. Amma əsas heyət 
Şəki festivalında təmsil olunan 6 aktyordur. Festivalda təqdim etdiyi-
miz “Piy” səhnə əsəri 2013-cü ildə meydana gəlib. Sayca ikinci tama-
şamızdır. Janrı sosial satiradır. 
– Aqressiya kifayət qədərdir bu tamaşada...
– Ola bilər, amma yumor prizmasından ötürülür. Müasir həyatın 
epizodlarından ibarət kollaj yaratmışıq. Belə kollajlar vasitəsilə 
məqsədimiz tamaşaçıya nəyisə diktə eləmək yox, dünyagörüşümü-
zü, müşahidələrimizi, qənaətlərimizi bölüşməkdir. Azərbaycana ilk 
səfərimizdir. Dil baryeri üzündən öz tamaşamıza qədər seyr etdiyimiz 
“Ölülər” və “Mirvari günlər”i qavramaqda çətinlik çəkdik. Festivalın 
ümumi ab-havasından, xalqınızın xarakterik keyfiyyətlərindən razı-
lığımızın həddi-hüdudu yoxdur – hər bir ünsiyyətdə xoşməramlılıq, 
xeyirxahlıq gördük. 
“Piy” Latın Amerikasında, Almaniyada da oynanılıb. Və təbii ki, 
hər zalın öz reaksiyası olub. Həmsöhbətlərimiz “Üç məkan” festivalı 
çərçivəsində oynadıqları “Piy” tamaşasının şifrlərinin Şəki tamaşaçı-
ları tərəfindən dəqiq oxunduğunu məmnunluqla bildirdilər.
Teatrın digər aktyoru İqor Klyuçnik də jurnalımızın əməkdaşı ilə 
həvəslə söhbətləşdi. Və söhbət əsnasında bildirdi ki, beş ildən bəri 
fəaliyyət göstərən “Gözəl güllər” teatrını o, Artyom Vusik və Denis 
Festival iştirakçılarının “Mədəniyyət.AZ”a blits-müsahibələri 


Mədəniyyət.AZ / 9 • 2016
25
Moskvanın “Trikster” teatrının bədii rəhbəri Vyaçeslav 
İqnatov və BDDC rəqs studiyasının rəhbəri 
Denis Boroditski
Vyaçeslav İqnatov Krımda anadan olub. Minskdə aktyorluq, 
Sankt-Peterburqda rejissorluq təhsili alıb. Daha sonra Moskvaya 
köçüb. 10 il “Kölgə” teatrında çalışıb. 
V.İ.: “Klassik təhsil mütləq lazımdır. Amma artıq fəaliyyət pilləsinə 
keçəndə o təhsildən təkan gücü alıb yeni ideyalara açıq olmaq va-
cibdir. Əks halda ətalət və geriləmə qaçılmazdı. Məsələn, mən və 
ya Denis ayrı-ayrılıqda bu tamaşanı ərsəyə gətirə bilməzdik. Amma 
səylərimizi birləşdirəndə bu vaxta qədər heç kimin etmədiyini hasilə 
yetirdik. 
Şəkidən Gürcüstana yola düşəcəyik. Qafqaza gəlmişkən oraları 
da görmək istəyirəm. Həm də bu region elə koloritlidir ki, adam ay-
rıla bilmir. Bizdə belə deyil. Şəki xanlarının sarayını görəndən sonra 
isə Baxçasaray mənimçün kölgədə qaldı – o sarayla müqayisədə 
sizin saray elə mühafizə olunur ki, sanki ötən il inşa olunub”.
– Niyə “Trikster”?
– Əvvəlcə Mariya Litvinova ilə “Külək” adlı teatr yaratmışdıq, 
amma bir neçə ildən sonra “Trikster” adı üzərində dayandıq.
Denis Boroditski Bryanskda doğulub. Sonra Moskvaya köçüb. 
İqor Moiseyevin rəhbərlik etdiyi Xalq Rəqsləri Akademik Ansamb-
lının kollektivinə daxil olub. Onun vasitəsilə dünyaya çıxıb və ha-
zırda Nyu-Yorkda fəaliyyət göstərir, BDDC adlı müstəqil şirkəti var. 
Tədricən şoudan uzaqlaşıb. Müasir rəqslərin təqdimatı ilə məşğul 
olmağa başlayıb. 2004-cü ildə Rusiyaya qayıdıb ki, Amerikada sev-
diyini vətənində gerçəkləşdirsin. Teatrlarla sıx əməkdaşlıq edir, pe-
daqoji işlə məşğul olur, aktyorlarla çox işləyir. V.İqnatovla tanışlığı 
da belə baş verib. 
V.İ.: “Mənə bir neçə xoreoqrafın videosunu göstərdilər. Denisin 
albomunu görən kimi seçimim yəqinləşdi – teatrda forma məhz bu 
cür olmalıdır”.
Çmelev yaradıb-
lar. Denislə Artyom 
kukla teatrı aktyor-
luğu, İqor isə dram 
teatrı aktyorluğu 
fakültələrində təhsil 
almaqla hər üçü 
Xarkov İncəsənət 
Universitetində 
oxuyub. Tələbəlik 
illərində yolları yal-
nız “kapustnik”lərdə 
kəsişib. 
İ.Klyuçnik: 
“Kapustnik” öz-özlüyündə həm asan, həm də çətin janrdır – bir 
tərəfdən səni heç bir çərçivə sıxmır, digər tərəfdən isə səhnəciyin 
bütün elementlərinə, detallarına yeganə cavabdeh olan şəxssən”. 
Məhz bu “kapust 
nik”lər onları birləşdirib, teatra dair 
dünyagörüş lərinin, zövqlərinin uyğunluğunu aşkarlayıblar, buna 
görə də şəhər əhəmiyyətli müxtəlif səbəblərdən quraşdırdıqla-
rı səhnəciklər mini-tamaşalar səviyyəsinə, daha sonra “Gözəl 
güllər” adlı Azad Yaradıcılıq Birliyinə və nəticədə eyniadlı teatra 
kimi yüksəlib. İlk tamaşaları “Siçovul” olub. 
İ.K.: “Əvvəl fonoqramla oynanılan bu tamaşamız üçün məxsusi 
simli kvartet dəvət etmişdik. Onlar da tamaşa üçün musiqi yaz-
dılar. Bu sanki səssiz kinonun səhnə versiyası idi. Bir müddətdən 
sonra tamaşanı səhnədəki canlı piano çalğısının müşayiətində ifa 
etməyə başladıq. Bu mənada teatrımızın baş rejissorunun olma-
ması çox yaxşıdı – özümüz hər hansı skeleti düşünüb tapmaq, 
özümüz də onu müxtəlif şəkillərə salmaq ixtiyarındayıq”. 
Bəzi qəribə gənclərdən fərqli olaraq “Gözəl güllər”in üzvləri 
özlərindən müştəbeh deyillər – nümunə götürdükləri, pərəstiş 
etdikləri teatr xadimləri var. Başqa teatr yaradıcıları ilə zövq, üslub 
oxşarlıqları onlara özgün olmağa maneçilik törətmir. Sırf özlərinə 
xas janrları olduqlarını deyirlər – bu janrın adı fan-futurizmdir. 
Ölkəmiz, teatrımız, dramaturgiyamız haqqında isə yalnız səfər 
ərəfəsində məlumatlandıqlarını (konkret olaraq festivalın ilk ta-
maşasının ədəbi materialı və rejissoru haqqında) təəssüfl ə qeyd 
etdilər və söz verdilər ki, növbəti səfərlərində daha dərin bilgilərlə 
“yaraqlanıb-yasaqlanıb” gələcəklər.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə