M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

26
Mədəniyyət.AZ / 9 • 2016
D.B.: “Slavanın ideyası mənə çox maraqlı görün-
dü. Razılaşın ki, kölgəni ifadə vasitəsinə çevirmək 2D 
ölçüsünü əldə etməyə bərabərdir”. 
V.İ.: “Bu tamaşanı uzun müddət oynamamışıq. 
Buna görə belə tərkibdə onun, demək olar ki, prem-
yerası baş tutdu. 
–  Teatrınızın janrını necə müəyyənləş-
dirmisiniz? 
V.İ.: “Teatrımızın janrının poeziya teatrı ilə 
həmahəng olduğunu düşünürük. Təbii ki, özgün 
ifadəliliklə. Və hər bir tamaşamız elə qurulur ki, 
məhz bu forma və fabulada mövcudluğu mümkün-
dür. Allüziya, illüziya, anımlar vasitəsilə nəzərdə 
tutduğumuzu çatdıraraq. “Bədən üzvləri” tamaşası-
nın texniki məziyyəti teatrın truppası üçün tamamilə 
yenidir. Əvvəldən şərt kəsdik ki, mövzunu seçib onun 
əsasında əhvalatı düşünək. Xoreoqrafiyanı kölgə 
teatrı ilə sintez edib forma ilə eksperiment apar-
maqdan savayı, həm də aktyorların hər birinin şəxsi 
yaşantılarının səhnə həllini də tapmağa çalışdıq. Fa-
bula olaraq vidalaşma anını seçdik – uşaqlıq çağla-
rı, sevdiyin insan və s. ilə vidalaşma. Hər məşqdən 
sonra hər bir aktyor vidalaşma məqamının məhz 
onun üçün nə demək olduğunu açıqlayırdı. Və bu 
mükalimələr nəticəsində ayrı-ayrı səhnələr meydana 
gəldi. Məşqlərin sonuna yaxın Blez Paskalın analoji 
əsəri ilə tanış oldum və aşkar etdim ki, onu bizdən 
4 əsr ayırmasına baxmayaraq, mövzunun aktuallığı, 
fikirlərin paralelliyi qüvvədədir. Sadəcə, Paskal bunu 
daha lakonik ifadə edib, insanın özünəməxsusluğunu, 
ətraf aləmdən asılı olmadığını daha qıvraq dillə çatdı-
rıb, ayrı-ayrı “mən”lərin vahid cəmiyyəti, “biz” əmələ 
gətirdiyini daha lakonik söyləyib. Bu vahidlikdə bir-
birinə qarşı mövqe tutmaq təkamülü inkar edib 
gələcək inkişafın qarşısını almaq deməkdi. Blez Pas-
kal deyirdi ki, məni yeni söz işlətməməkdə, yeni fikir 
söyləməməkdə ittiham etməyin, çünki düşüncələr, 
ideyalar əsrlərdən süzülüb gələn fikirlərdir, onların 
yalnız ifadə forması yeni ola bilər. 
D.B.: “Vidalaşma məqamına aid mən də öz 
mülahizəmi bildirmək istəyirəm ki, bu həm də 
keçmişlə üzülüşməkdir. Bu tamaşada aktyorlar-
la işləmək mənimçün çox maraqlı idi. Çünki aktyor 
rəqqasın bacarmadığını da edə bilir. İş prosesində 
qarşılıqlı anlaşma hökm sürürdü. Göstəriş-filan ver-
mirdim, təbii ki. Hər şey improvizə sayəsində baş ve-
rirdi. Bu isə məhz aktyorların təqdimatında çox üzvi 
görünür”.
Tbilisinin N.Dumbadze adına Dövlət Uşaq Teatrının (Gənc Tamaşaçılar 
Teatrı) nəzdində fəaliyyət göstərən “Uşaq Kukla Opera Teatrı” layihəsinin 
ideya müəllifi və prodüseri Quri Zakareişvili
“Azərbaycanda ilk dəfə 1997-ci ildə 
olmuşam. Bülbül adına müsabiqədə. 
Elə o vaxtdan bu ideya beynimdə idi. 
Əlbəttə, opera sənətinin çətin qavranıldı-
ğını və uşaqların psixologiyasını mütləq 
nəzərə almaq lazımdır. Mən işə başla-
yanda psixoloqlarla məsləhətləşmişdim 
ki, uşaqlara həm maraqlı olsun, həm də 
onlar bu tamaşalar zamanı yorulma-
sınlar. Artıq 5 ildən çoxdur ki, bu layihə 
gerçəkləşməkdədir. Əvvəlcə biz Marca-
nişvili adına teatrda çıxış edirdik. Amma 
Gənc Tamaşaçılar Teatrının səhnəsi, 
təyinatı, auditoriyasının bu layihə üçün daha uyğun olması səbəbindən bura keç-
dik. N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrının bizə dayaq olması çox yaxşı 
haldır. Çünki məkanı uşaqlara, yeniyetmələrə, gənclərə ünvanlanmış tamaşalar 
üçün nəzərdə tutulan bir teatrda tamaşaların keyfiyyətinin yüksək olması xüsusilə 
önəmlidir. Uşaqları ağılları kəsən vaxtdan keyfiyyətli musiqi dinləməyə alışdırmaq 
lazımdır. Statistika göstərir ki, belə tərbiyə üsulu ilə böyüyənlərin cinayət aləminə 
maraq göstərməsi 30% az baş verən təsadüfl ərdir. Bu isə kiçik göstərici deyil və 
Qafqaz üçün çox aktual məsələdir. Rəqəmlərdən söz düşmüşkən, bugünkü tama-
şa 135-ci idi. Yubiley tamaşalarımızdan biri Şəki festivalının payına düşdü. “Sevil-
ya bərbəri”ni hazırlamağa başlayanda operanın 18 lent yazısını dinlədim və Mariya 
Kallasın iştirakı ilə səs yazısının ən yaxşı seçim olduğunu gördüm. Bu tamaşa 
ilə ilk qastrolumuz Gürcüstan üzrə olub, sonra Türkiyədə, Ankarada keçirilən 
çox yaxşı teatr festivalında, sonra da Ukraynada. Ukraynaya dəvət olunanda orda 
müharibənin ən qızğın vaxtı idi. Amma biz səfərdən imtina etmədik. Bu, düzgün 
olmazdı – xalqlar, xüsusən də incəsənət xadimləri məhz belə günlərdə bir-birinə 
dayaq durmalıdırlar. Hər yerdə də bu əsər bütün digər tamaşalardan fərqlənir. 
– Yəqin ki, layihənin davamı da olacaq?
– Bəli... Hazırda yeni bir layihə üzərində çalışıram. Adı “Musiqili göyqurşağı”dı. 
Burda bir neçə bəstəkarın klassik əsərləri toplanacaq – gürcü, Amerika, Avropa. 
Mənim amalım klassik musiqini kütləyə anlaşıqlı etməkdi. Buna isə yalnız kiçik-
yaşlı tamaşaçılarla işləyərək nail olmaq mümkündür.
– Belə tamaşaları nümayiş olunduqları ölkələrin doğma dilində oynamaq 
da bütün əsərlərə aid ediləcək?
– Bəli. Həmin zərurət “Sevilya bərbəri”ni Gürcüstanda rus dilində təqdim 
edəndə baş verdi – bizə dedilər ki, burda çox böyük Azərbaycan diasporu var. 
Beləliklə, ideya yarandı və layihənin məramı ilə tam uzlaşdığı üçün geniş vüsət 
qazandı. Mən mütəxəssisləri cəlb edib tamaşanın Azərbaycan dilində də versiya-
sını hazırladım. Bizdə Azərbaycan dilində yayımlanan informasiya proqramı var, 
oranın əməkdaşları layihəmizə çox dayaq oldular, tərcüməni ödənişsiz etdilər. 
Gürcüstanda fəaliyyət göstərən Turqay Vəlizadə adlı çox yaxşı bir aktyorumuz 
(Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru – red.) bu 
tamaşanı Azərbaycan və Türkiyə türkcəsində yazdırdı. 
– Festivaldakı çıxışınız ürəyinizcə alındımı?
– Əlbəttə, tamamilə... Onu da deyim, ilk dəfə idi belə böyük zalda bu əsəri təqdim 
edirdik, axı “Sevilya bərbəri”nin bu variantı kamera tamaşasıdır. Uşaqların səs 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə