M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

27
Mədəniyyət.AZ / 9 • 2016
S.Rəhman adına Şəki Dövlət 
Dram Teatrının baş rejissoru Mir-
bala Səlimli.
– Festivalın Şəkinin mədəni 
həyatındakı yeri və şəxsən sizin 
üçün bir baş rejissor və sadəcə 
rejissor olaraq əhəmiyyəti nədən 
ibarətdir?
– Əslində, Şəkidə bu festivalın 
keçirilməsi bizim çoxdankı arzumuz 
idi. Və çox şadıq ki, Mədəniyyət və 
Turizm Nazirliyi belə bir qərara gəldi. 
Bir teatr olaraq ilk festival baş tuta-
na qədər çox çalışdıq, yaradıcı və təşkilati fəaliyyətimizlə ümumi işlərə yardımçı 
olduq. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşlərimiz vax-
tı bunu dəfələrlə ifadə etmişdik. Türkiyəyə səfərlərimizdə müşahidə edirdik ki, 
oranın əksər şəhərlərinin öz teatr festivalı var. 1879-cu ildən bu yana peşəkar 
teatr tarixi olan, Azərbaycan teatr sənətinə kifayət qədər sənət korifeyləri ver-
miş qədim Şəki şəhərində teatr festivalı vacib idi. Və ilk festival improvizə, eks-
promt ruhuna daha yaxın tərzdə alındı. Kalmıkiya ilə Qazaxıstanı çıxmaq şərti 
ilə iştirakçıların əksəriyyəti yerli teatrların truppaları olsa da, hər şey ən yüksək 
səviyyədə keçdi. Tədbiri Şəki teatrının tamaşası ilə, mənim quruluş verdiyim 
“Sevgililərin cəhənnəmdə vüsalı” ilə açdıq. Həm sadəcə rejissor, həm də baş 
rejissor olaraq o gün həyatımın ən xoşbəxt günlərindən biri idi. Çoxdankı arzumuz gerçəkləşmişdi – Azərbaycanda ilk dram tamaşaları 
festivalı Şəkinin bəxtinə düşmüşdü. Nazirimiz Əbülfəs Qarayev tamaşamıza çox yüksək qiymət vermişdi, demişdi ki, beynəlxalq səviyyəli 
teatr festivalının açılışına tam layiqdir. O əsər ilin ən yaxşı tamaşası kimi “Zirvə” mükafatına da layiq görüldü. Açılış çox möhtəşəm idi. 
Və qərara alındı ki, festival mütəmadi şəkildə iki ildən bir keçirilsin. Ötən müddət ərzində davam etdirilən və əldə olunan əməkdaşlıq 
əlaqələri sayəsində, gördüyümüz kimi, miqyas da genişləndi, tamaşaların janr müxtəlifl iyi də. Deməli, festival uzunömürlü olacaq. Bu 
yalnız sevinc və fəxarət hissi doğura bilər. Biz həm özümüzü göstərmək, həm də başqalarından görüb-götürmək imkanı qazandıq... 
– Xüsusən nəzərə alsaq ki, builki iştirakçılar arasında Rusiya, Gürcüstan, İran kimi teatral ölkələr var idi...
– Bəli, tamamilə doğrudur... Qonaqlar şəraitdən, ab-havadan yalnız razılıq edirlər. Texniki tərəfdən bəzi çatışmazlıqlar var, amma 
onlar da, təbii ki, yoluna qoyulacaq. Festivalın yaşaması hər cəhətdən artıq öz müsbət tərəfl ərini göstərməkdədir və inanıram ki, belə 
də davam edəcək. Müxtəlif ölkələrin teatr xadimləri ilə əlaqələrimiz genişlənir, dərinləşir, artıq qarşılıqlı qaydada bir-birimizin dram 
əsərlərini rejissorları dəvət edərək tamaşaya qoymaq məsələsi müzakirə olunur. Ən yaxın zamanda Qazaxlstanla belə bir layihənin 
gerçəkləşməsi gözlənilir. Yaradıcı proses üçün isə əlaqələrin genişlənməsi çox münbit zəmindir.
Yəqin, bir qədər zaman ötməlidir ki, analiz daha dəqiq olsun. Amma indidən bir şeyi dəqiq deyə bilərəm ki, “Üç məkan” II Şəki 
Beynəlxalq Teatr Festivalı baş tutdu, öz sözünü dedi və növbəti festivallar üçün möhkəm bir əsas, dayaq yaratdı. Təbii ki, üzərində 
işlənəsi məsələlər var. Amma başlanğıc üçün çox yaxşıdır. Festivallar var ki, bir neçə ölkəni əhatə eləməkdən ötrü ona on illər tələb olu-
nub. Bizim birinci festivaldan sonra isə 45 ölkə növbəti festivalda iştirak etmək istəyini bildirib. Bu, nüfuzumuzun çox yaxşı göstəricisidir. 
Rusiya teatr xadimləri bir az gec xəbər tutmuşdular, xəbər tutan kimi də ordan festivalımızda iştirakla bağlı nə qədər zənglər oldu. 
Təbrizin Azərbaycan teatrı təşrif buyurmaq niyyətindəydi, İstanbulla bərabər, Konya teatrı da gəlmək istəyirdi, təəssüf ki, Türkiyədə çox 
qanqaraldıcı situasiya alındı, gələ bilmədilər. Konya şəhəri ilə həm inzibati sahədə, həm teatr sahəsində əlaqələrimiz daha sıxdır, qar-
daşlaşmış şəhərlərik. Məram bələdiyyəsinin rəisi Muammer Yavuzun oğlu Oğuzxan qonaq kimi festivalda iştirak etdi. Demək istəyirəm 
ki, artıq növbəti festival zamanı biz, yəqin ki, daha böyük seçim qarşısında qalacağıq, çünki festivalımız barəsində təəssüratların zəngin 
olması sayəsində Şəki Teatr Festivalına qatılmaq istəyənlərin sayı daha da artacaq.
– Festivaldan kənar vaxtlarda teatrın fəaliyyəti, insanların teatra marağı sizi qane edirmi?
– Şəkililər teatral insanlardır. Həm də bura kompakt şəhər olduğu üçün rastına çıxan hər bir teatr xadimi ilə fikir mübadiləsi apara 
bilirlər. Mənim özümə dəfələrlə yaxınlaşıb arzularını, fikirlərini bildiriblər, gördükləri tamaşaların bir də nə vaxt oynanılacağı ilə maraq-
lanıblar. Tamaşaçılarımızdan razıyıq. 
S.Behbudqızı
salması qətiyyən problem deyil, əksinə, onların 
sakitliyi narahatlıq doğurardı, çünki uşaqlar şərti 
qaydalarla oturub-durmurlar, nəyisə bəyənəndə 
və ya bəyənməyəndə bunu dərhal büruzə verirlər. 
Şəki uşaqlarının tamaşa boyu reaksiyaları isə tam 
yerli-yerində idi. 
– Kuklalar harada hazırlanıb?
– Gürcüstanda hazırlanıb. Həmin kuklaçı 
rəssam Vaxtanq Koridze Bakının Kukla Teatrında 
üç tamaşanın rəssamı olub. “Sevilya bərbəri”nin 
quruluşçu rejissoru isə Beso Kupreişvilidir. Onun-
la çox tez dil tapdıq. Adətən, rejissorlar məni 
anlaya bilmirlər; opera əsərini 40 dəqiqəlik kuk-
la tamaşasına sığışdırmaq onlara mümkünsüz 
görünür. Bu tamaşa ilə növbəti Edinburq teatr 
festivalında iştirak etməyə hazırlaşırıq. Edinburq 
festivalı dünyanın ən böyük teatr bazarıdır – hər 
birində 40-50 truppa iştirak etməklə eyni vaxtda 
18 tədbir keçirilir. Çox istəyirəm ki, bu festivalda 
da öz sözümü deyim...
– Bunu sizə ürəkdən arzulayırıq... 


28
Mədəniyyət.AZ / 9 • 2016
D
ünyanın ən gözəl “məhkumluq”larından 
biri yaxşı ənənələrin yaşamaq hüququ-
na “məhkum edilməsidir.” Iki ildən bir 
keçirilməkdə davam edən və artıq dördüncü 
toplantının ərəfəsində olan Bakı Beynəlxalq 
Teatr Konfransı kimi. “Dünya teatr prose-
si XXI əsrdə: problemlər, perspektivlər və 
alternativlər mövzusunda baş tutan ilk iki 
konfrans artıq bu ənənənin baş tutduğundan xəbər verirdi. “Teatr 
sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” 
fabulasına həsr edilmiş növbəti üçüncü konfrans bu təəssüratı 
daha da əminli etdi. Ötən üç teatr forumunun iştirakçılarının 
sayı və səviyyəsi, seminar, treninq və ustad-dərslərinin möv-
zu müxtəlifl iyi ilə məzmununun, gedişatının bir-birini tamam-
laması artan xətt üzrə yüksəldikcə, təbii ki, konfransın nüfuzu, 
“beynəlxalq” status adına layiqliyi özünü tam doğrultmaqdadır. 
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 
2016-cı il tarixli 1673 nömrəli sərəncamı ilə bu il respublika-
mızda “Multikulturalizm ili” elan edilməsi, sərəncamın, habelə 
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı-
nın icrasının təmini məqsədilə 7-8 noyabr 2016-cı il tarixində 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr 
Xadimləri İttifaqının təşkilatçılığı ilə “Teatr və multikulturalizm” 
mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. 
Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, 
Avstriya, Birləşmiş Ərəb Əmirlikləryi, Belarus, Hindistan, Gür-
cüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, Küveyt, Qətər, 
Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bol-
qarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka, Sudandan 
tanınmış mədəniyyət, incəsənət və elm xadimləri konfransın 
işində iştirak edəcəklər. Teatr təşkilatları olaraq konfransda BTİ 
(Beynəlxalq Teatr İnstitutu), İFTR (Beynəlxalq Teatr Tədqiqatları 
Federasiyası), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosia-
siyası), ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Asso-
siasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA 
(Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) və başqalarının 
təmsilçiliyi gözlənilir. Konfrans iştirakçıları arasında Novosi-
birsk vilayətinin mədəniyyət naziri İqor Reşetnikov, BTİ-nin pre-
zidenti Məhəmməd Əlafkham, BTİ-nin baş katibi Əli Mahdi, İFTR 
prezidenti Cin Qrehem-Cons (ABŞ), Musiqili Teatrlar Beynəlxalq 
Assosiasiyasının icraçı direktoru Nataliya Zıkova (Rusiya), 
IV BAKI BEYNƏLXALQ TEATR KONFRANSI QARŞISINDA
“Teatr və
 multikulturalizm”


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə