MUZEYLƏRİMİZ
34
Mədəniyyət.AZ / 9 • 2016
Azərbaycan və gürcü xalqları
qədim zamanlardan bəri dostluq,
əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Uzun illər
Qafqazın bu iki xalqını təkcə iqtisadi və siyasi münasibətlər deyil,
həmçinin mədəni əlaqələr birləşdirib.
Azərbaycan xalqı üçün Tifl is tarixən, xüsusilə azərbaycanlıların
milli özünüdərk hisslərinin gücləndiyi bir dövrdə – XIX əsrin əvvəli
və XX əsrdə əsas mədəni və dini mərkəz olub. Gürcüstanda Şərq
xalqlarının mədəniyyətinə bələdçilik edənlər azərbaycanlılar və
Azərbaycandan çıxan insanlar idi. Heç də təsadüfi deyil ki, hələ orta
əsrlərdən gürcü şairlərinin bir çoxu Azərbaycanın dahi şairi Nizami
Gəncəvini özlərinə örnək hesab etmişlər. Burada bir çox məşhur,
istedadlı
maarifçi, siyasətçi, yazıçı, dramaturq, ictimai xadim, akt-
yor, musiqiçi dünyaya gəlib. Bu insanların adı Azərbaycanın fəxridir
– Niyazi və Rəşid Behbudov, Abdulla Şaiq və Aşıq Hüseyn Saraçlı,
Əlimərdan bəy Topçubaşov, Şövkət Ələkbərova, Qeysər Kaşıyeva,
Nəriman Nərimanov, Mirzə Fətəli Axundov və başqaları.
XIX – XX əsrlərin qovşağında “İveriya” qəzetinin yaradıcı-
sı İlya Çavçavadze öz nəşrlərində
Azərbaycana məxsus atalar
sözlərini, Mirzə Şəfi Vazehin müdrük kəlamlarını tez-tez dərc edir-
di. İ.Çavçavadzenin dostu və sələfi Akaki Sereteli M.F.Axundovun
möhtəşəm komediyası “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini
tərcümə edərkən bu haqda ilk olaraq “İveriya” qəzetində məlumat
verilmişdi. İlya Çavçavadzenin ev-muzeyində, onun iş otağında, bu-
xarının üzərində tar asılmışdı. Bu tar ona – “Vətən oğluna” müasirləri
olan Tifl is azərbaycanlıları tərəfindən hədiyyə edilmişdi.
Bu gün azərbaycanlılar ən böyük milli azlıq olaraq Gürcüstan
əhalisinin 7%-ni təşkil edirlər. Bu səbəbdən heç təəccüblü deyil ki,
hazırda mədəni əlaqələrin inkişafında varislik ənənəsi davam edir.
2014-cü ildə Tbilisidə yeni bərpa olunmuş Azərbaycan Mədəniyyəti
Muzeyi öz qapılarını ziyarətçilərin üzünə açıb.
Muzey Azərbaycan
ədəbiyyatında dramaturgiyanın və ədəbi tənqidin yaradıcısı Mirzə
Fətəli Axundovun 1834-cü ildə Tifl isə köçüb yaşadığı evin bina-
sında yerləşir. Əsas fəaliyyət istiqaməti Gürcüstanda Azərbaycan
mədəniyyətinin, Azərbaycan xalqının mədəni irsinin qorunub sax-
lanılması, təqdim və təbliğindən ibarətdir. Gürcüstanda fəaliyyət
göstərən müxtəlif muzeylərin fondlarında qorunan Azərbaycan
“Şəfəq” - əsrlərdən bəri yaşayan dostluğun rəmzi
Azərbaycan Milli İncəsənət Muzeyi – 80
35
Mədəniyyət.AZ / 9 • 2016
mədəni irsinə aid milli dəyərlərin öyrənilməsi, sərgilərin təşkili işini
həyata keçirir. Burada Tbilisidə yeganə
olan Azərbaycan dilində ki-
tablar toplanmış kitabxana fəaliyyət göstərir .
Muzey xalqların mədəniyyətlərarası dialoqunda əlaqələndirici
bağ olaraq dövlətlərin qarşılıqlı münasibətlərində böyük rol oy-
nayır. Məhz bu istiqamətdə Azərbaycan Milli İncəsənət Muzeyi sıx
işgüzar əlaqələri ilə şöhrət qazanmış gürcü “həmkarları” ilə daim
birgə iş aparır. İki Qafqaz paytaxtının mədəni həyatı Azərbaycan Milli
İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin daha
çox rəsmi qonaq simasında iştirak etdiyi sərgi və simpoziumlarla,
görüş və dialoqlarla, dövlət səviyyəli tədbirlərlə zəngindir.
Çingiz
müəllim Gürcüstana olan böyük sevgisini hər zaman etiraf edir, onun
fikrincə, yaradıcı insanlar məhz burada həyatın gözəlliyini və unikal-
lığını dərindən duya bilərlər. Bu ölkə rəssam Ç.Fərzəliyevin fürsət
düşdükdə hər vaxt böyük məmnuniyyətlə səfər etdiyi məkandır.
– Gürcüstan, – Çingiz Fərzəliyev deyir, – mənə ruhən yaxındır,
əhvali-ruhiyyəmə, tərzimə, xarakterimə...
Və özəlliklə qeyd edir ki, bu gün tarixi baxımdan sıx şəkildə bir-
birinə bağlı olan bu iki sevimli ölkəni daha geniş şəkildə incəsənət
vasitəsilə qarşılıqlı təqdimat imkanına malik olmasından yaşadığı
sevinci heç də gizlətmir.
Azərbaycan Milli İncəsənət Muzeyi
direktorunun ən böyük arzusu
Azərbaycan incəsənətinin qiymətli irsindən – İrəvanda vəhşicəsinə
dağıdılmış Sərdar Sarayının Gürcüstanın Dövlət Muzeyində sax-
lanılan bədii əsərlərindən qalan nümunələrindən ibarət sərginin
təşkilidir.
Məhz bu ilin may ayında həmin bədii irsin qalıqlarından olan di-
varlar önündə Çingiz Fərzəliyevə Azərbaycan və Gürcüstan ölkələri
arasındakı münasibətlərin möhkəmləndirilməsində göstərdiyi
xidmətlərə görə Gürcüstanın “Şəfəq” ordeni təqdim edilib. Prezi-
dent ordeni “Şəfəq” 2009-cu il 31 iyul tarixində Gürcüstan parla-
menti tərəfindən mədəniyyət, idman,
incəsənət, təhsil, elm və digər
sahələrin görkəmli xadimlərinin təltifi məqsədilə təsis edilmişdir.
Çingiz Fərzəliyevə “Şəfəq” ordeni Gürcüstan Prezidentinin müşaviri
Sofya Şamanidi tərəfindən təqdim olunub.
Bu ali mükafatın sahibləri – patriarx katolikos II İlya, SSRİ Xalq
artisti, romanslar ifaçısı Nani Briqvadze, Opera və Balet Teatrının
rəhbəri, Rusiya və Gürcüstanın Xalq artisti balerina Nino Ananiaşvili,
SSRİ Xalq artisti Oleq Basilaşvili və digərlərinin sırasında artıq bizim
həmvətənimiz də vardır.
Çingiz Fərzəliyev öz növbəsində prezident Georgi Marqvelaşviliyə
onun fəaliyyətinə verdiyi yüksək qiymətə və layiq gördüyü mükafata
görə təşəkkürünü bildirdi. O söylədi ki, bu orden onun üçün xüsusilə
əzizdir, belə ki, təqdimat Azərbaycan Prezidenti cənab İlham
Əliyevin
2016-cı ili “Multikulturalizm ili” elan etməsi, Azərbaycan Milli
İncəsənət Muzeyinin yaranmasının 80 illik yubileyi ilə eyni zamana
təsadüf edir.
Bu mükafatın Çingiz Fərzəliyev üçün nə demək olduğu sualını
isə o belə cavablandırır: “Hər şeydən öncə Milli Muzeyin fəaliyyətinin
bir daha tanınması deməkdir! Çünki mən baş verən bu növ bütün
hadisələri həmin mədəniyyət müəssisəsi ilə birgə qarşılayıram.
Bu mükafatların qəbulu zamanı mən Azərbaycanın ən təqdirəlayiq
muzeyini təmsil edirəm. Muzeyin rəhbəri olaraq özümdən öncə qo-
yulmuş ənənələri sadəcə davam etdirmişəm. Məgər bu – qonşu-
lar arasında nəsillərboyu mədəni əlaqələrin qurulmasında varislik
demək deyil?..”
Tatyana İvanaeva