M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

43
Mədəniyyət.AZ / 9 • 2016
sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq 
Məktəbinə təqdim etdi və heykəltəraşlıq fakültəsinə daxil oldu. 
Heykəltəraşlıq ixtisasına yiyələnən Azad Əliyev həm də 1977-
82-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsti-
tutunun “Dekorativ-tətbiqi sənət” fakültəsinin şüşə və keramika 
şöbəsində təhsil aldı. 
Tələbəlik zamanı da tişəsini əlindən yerə qoyma-
dı, öz təkrarolunmaz əl işlərini müxtəlif sərgi salonlarında, 
müsabiqələrdə nümayiş etdirdi. 1983-cü ildə Azad Əliyev 
Azərbaycan Rəssamlıq Akademiyasına daxil oldu. Elə həmin 
ildən o, akademiyanın müxbir üzvü Ömər Eldarovun rəhbərliyi 
ilə elmi yaradıcılıqla məşğul olmağa başladı. 1984-cü ildə isə 
Azərbaycan Rəssamlar İttifaqına üzv seçildi.
Heykəltəraş Azad Əliyev 2000-ə yaxın əsərin müəllifidir. Bu 
əsərlər Rusiya, Polşa, Almaniya, İtaliya, Fransa, Belçika, Avstri-
ya, Hollandiya, Mərkəzi Amerika, İran, Türkiyə, Nepal və digər 
ölkələrin muzey və parklarını bəzəyir. 1991-ci ildə isə Dərbənd 
şəhərində Nizami Gəncəvi heykəlinin açılışı oldu. Kompozisiya 
etibarilə çox orijinal olan bu abidədə Nizaminin obrazı ölməz 
“Xəmsə”sinin surətləri fonunda yaradılmışdı.
Heykəltəraşın Üzeyir bəy dühasına göstərdiyi böyük ehtiram, 
vurğunluq isə Şəmkir şəhərində ucaltdığı abidədə daha aydın 
nəzərə çarpır. 2009-cu ilin avqust ayı idi. Azad Əliyev bizim iş 
yerimiz olan Üzeyir Hacıbəylinin ev-muzeyinə gəldi. Məlum oldu 
ki, o, Azərbaycan himni haqqında abidə-kompozisiya yaratmaq 
niyyətindədir. Belə ki, həmin əsərdə o, Üzeyir bəyi royal arxasın-
da, himnin sözlərinin müəllifi Əhməd Cavadı isə ayaq üstə, roya-
la söykənərək əlində tutduğu vərəqdən himnin sözlərini oxuyan 
vəziyyətdə təsəvvür edirdi. Bu məqsədlə heykəltəraş muzeyimizə 
dəfələrlə gəlib-getdi. Hər gəlişində də Üzeyir bəyin memorial ro-
yalını uzun-uzadı müşahidə edir, onun hər bir hissəsinin, detalı-
nın ölçüsünü zərgər dəqiqliyi ilə nəzərdən keçirirdi.
Nəhayət, abidə-kompleks 2010-cu ildə Azərbaycanın dilbər 
guşələrindən biri olan Şəmkir şəhərinin İstiqlal parkında ucaldıl-
dı. Parkın açılışı günü orada iştirak edən tamaşaçıların xatirində 
dərin iz buraxıb. 
Söyləyirlər ki, həmin mərasimdə iştirak edən 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və başqa iştirakçılar Azərbaycan heykəltəraşlığının 
bu nadir incisini əyalətə sığmayan bir abidə kimi 
dəyərləndirmişlər. Bu gün həmin kompozisiyanın 
fotoşəkilləri Üzeyir Hacıbəylinin ev-muzeyinin 
divarlarını bəzəməkdədir. Muzeyi ziyarət edən 
tamaşaçılar kompozisiyanın fotolarına baxdıqca 
öz heyranlıqlarını, təəccüblərini gizlədə bilmirlər. 
Doğrudan da, abidəyə heyran olmamaq mümkün 
deyildi.
 Qara qranitdən düzəldilmiş, üzərində bürünc şamdan qoyu-
lan, bürünc ayaqlı, bürünc pedallı, ağ mərmər klavişli bu royal 
böyük konsert salonunda qoyulmuş əsl royaldan əsla seçilmir. 
Üzeyir bəyin, Əhməd Cavadın əzəmətli heykəlləri də sanki can-
lıdır. Bir sözlə, bu əsər Azərbaycan himninə ucaldılmış bir sənət 
xariqəsidir. Biz isə arzu edirik ki, himnimizin tarixi mövzusundakı 
belə bir abidə-kompozisiya və Azərbaycan gerbinin modeli bu 
gün Bakının ən görkəmli yerində – Dövlət Bayrağı Meydanında 
ucaldılsın. 
Bu günlərdə biz, Üzeyir Hacıbəylinin ev-muzeyinin bir neçə 
əməkdaşı heykəltəraş Azad Əliyevin emalatxanasında olduq. 
Yəqin ki, burada gördüklərimiz uzun müddət yaddaşlarımızdan 
silinməyəcək. Heykəltəraşın emalatxanasında biz Azərbaycan 
xalqının onlarca görkəmli şəxsiyyətlərinin – Füzulinin, Nəsiminin
Aşıq Ələsgərin, Nəriman Nərimanovun, Ağa Musa Nağıyevin, Mir 
Cəlal Paşayevin və başqalarının abidələrinin maketlərini gördük. 
Həmin maketlərin tamamlanmış variantları bu gün respubli-
kamızın müxtəlif sərgi salonlarında, qalereyalarında nümayiş 
etdirilir. Emalatxanada olarkən öyrəndik ki, Bakıda fəaliyyət 
İran liderlərinin surətləri



44
Mədəniyyət.AZ / 9 • 2016
göstərən Muğam Mərkəzindəki abidələr sırasında Xan Şuşins-
kinin, Seyid Şuşinskinin və bir çoxlarının büstlərinin müəllifi də 
Azad Əliyevdir. Müəllif həmçinin mahir violonçel ustası, görkəmli 
musiqiçi M.Rostropoviçə, klassiklərdən Bethovenə, Baxa və 
başqalarına çox dəyərli abidələr ucaltmışdır. Bethovenin tuncdan 
düzəldilmiş büstü hazırda Mərkəzi Amerikanın San-Salvador 
şəhərində qoyulub. Fərəhləndirici haldır ki, büstün yanındakı 
mərmər lövhənin üzərində bu abidənin azərbaycanlı heykəltəraş 
Azad Əliyev tərəfindən düzəldilməsi haqda məlumat da var. 
Müəllifin uğurlu işlərindən biri də Xəlil Rza Ulutürkün 
məzarüstü abidəsidir. Fəxri xiyabanda ucaldılmış bu heykəl öz 
əzəməti, məzmun dolğunluğu ilə xiyabanı ziyarətə gələnlərin 
diqqətini dərhal cəlb edir. 
 Metronun “20 Yanvar” stansiyasi ərazisində 20 Yanvar 
şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Binəqədi rayonunda 
Milli Qəhrəmanların silsilə abidələri 
və 20 Yanvar qırğınının dəhşətlərini 
əks etdirən, boş gilizlərdən ibarət 4 
metr hündürlüyü olan kompozisiya 
da Azad Əliyevin böyük əməyinin 
məhsuludur. 
Yuxarıda qeyd etdiyimiz kimi, 
sənətkarın əsərləri Azərbaycanın 
hüdudlarından kənarda da bö-
yük tamaşaçı rəğbəti qazanıb. 
Buna misal olaraq Fransanın 
paytaxtı Paris şəhərində ucaldıl-
mış Nizami Gəncəvinin, Məhsəti 
Gəncəvinin, Gürcüstanda isə 
Mirzə Fətəli Axundovun, Cəlil 
Məmmmədquluzadənin, Fətəli xan 
Xoyskinin, Aşıq Hüseyn Saraçlının 
abidələrini göstərə bilərik. Qeyd 
etməliyik ki, Nizami Gəncəvinin və 
Məhsəti Gəncəvinin abidələri məhz 
Heydər Əliyev Fondunun sifarişi 
ilə hazırlanıb. Bu qüdrətli tişə us-
tasının müxtəlif süjetli kompozi-
siyaları doğma Azərbaycanımızın 
bölgələrindən Şəmkirin, Gədəbəyin, 
Na  alanın  meydanlarını,  park-
larını daha da baxımlı, yaraşıqlı 
edir. Na  alanın sağlamlıq ocağına 
həsr edilmiş silsilə işçi obrazları 
isə dünyanın müxtəlif yerlərindən 
gələn turistlərin böyük marağı-
na səbəb olur. Şəmkir şəhərində 
alman fəhlələrinə düzəldilmiş 
silsilə heykəllər də Azad Əliyevin 
uzunmüddətli zəhmətinin 
bəhrəsidir.
Sənətkar siyasi xadimlərin obrazlarına da dəfələrlə müraciət 
etmiş, ümummilli lider Heydər Əliyevin heykəllərini, prezident 
İlham Əliyevin büstünü özünəməxsus orijinallıqla yaratmışdır. 
Azad Əliyev tək abidə kompozisiyalar, büstlər, heykəllər deyil, 
eləcə də onlarca barelyefin, qorelyefin, relyefin, plaketin, meda-
lın müəllifidir. Bu əsərlər də hazırda həm Azərbaycanda, həm də 
ölkəmizin hüdudlarından kənarda, muzeylərdə, şəxsi kolleksiya-
larda qorunub saxlanılır. Belə ki, Əli Əkbər Haşimi Rəfsəncaninin, 
ayətullah Xomeyninin, Seyid Əli Xamneinin surətləri həkk olun-
muş medallar bu gün İran İslam Respublikasına azərbaycanlı 
heykəltəraş tərəfindən bir töhfədir.
Müəllifin hazırda üzərində işlədiyi tamamlanmamış iş isə is-
tedadlı şahmatçı, mərhum Vüqar Həşimovun obrazıdır. Monu-
mental abidə gənc qrossmeysterin məzarı üzərində ucalacaqdır.
M.L.Rostropoviç


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə