M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

48
Mədəniyyət.AZ / 9 • 2016
T
ürk dünyasının əvəzolunmaz sənət dühası Üzeyir bəy 
Hacıbəyli kiçik qardaşı, iyirmi doqquz il həsrət qaldığı, 
1919-cu ildən ömrünün sonuna kimi heç vaxt görüşə 
bilmədiyi Ceyhun bəyə yazdığı bütün məktubları belə baş-
layardı. Ceyhun bəy Hacıbəylinin anadan olmasının 125 illik yubileyi 
münasibətilə Üzeyir bəyin qardaşı ilə bağlı epistolyar irsinə nəzər 
salmağı özümüzə borc bildik. Ümumiyyətlə, böyük şəxsiyyətlərin 
yazışmaları oxucuların hər zaman maraq dairəsində olmuşdur. 
Çünki məktublar vasitəsilə görkəmli sənətkarların həyat və yaradı-
cılığına dair geniş bilgilər əldə etmək mümkün olur, çox mətləblərə 
aydınlıq gətirilir. Bu baxımdan Üzeyir bəyin Ceyhun bəyə yazdığı 
namələr səciyyəvi və bizim üçün olduqca dəyərlidir. Hələlik əlimizdə 
olan məktublardan bəhs edəcəyik. Bunlardan üçü dahi 
bəstəkarın böyük baldızı Hüsnücamal Terequlovanın se-
vimli oğlu, uzun illər Üzeyir bəyin şəxsi katibi olmuş, dahi 
bəstəkarımızın ev-muzeyinin təşkilatçısı və direktoru, 
hələ sağlığında canlı ensiklopediya adlandırılan profes-
sor Ramazan Xəlilovun özünün şəxsi arxivindən 1988-ci 
ildə ictimaiyyətə təqdim etdiyi məktublar, otuz beşi isə 
tədqiqatçı Aslan Kənanın hazırladığı “Üzeyir Hacıbəyli. 
Bayrağımız sarsılmaz” kitabında yer almış namələrdir.
Məktubları oxuduqca bir daha qardaşların 
qədər mehriban, canıyanan olduqlarını, 
bir-birinə dərin bağlılıqlarını, səmimiyyəti, 
sevgini, analarına, vətənə, xalqa bəslədikləri 
ehtiram və məhəbbəti görürük. Böyük ürək 
sahibi Üzeyir bəy Hacıbəyli ailə üzvlərinin 
hamısını sevirdi. Lakin kiçik qardaşı Ceyhun 
bəyə xüsusi məhəbbəti vardı. Görünür, 
əqidə birliyi də onları yaxınlaşdırmışdı. 
Hər zaman ona qayğı ilə yanaşır, fi kirlərini 
bölüşürdü. Hələ 1912-ci ildə Moskvada 
hazırlıq kursları keçdiyi zaman Üzeyir bəy 
qardaşına məktublar göndərir, vətəni, ailəsi 
üçün darıxmasından, güzəranlarından, 
həyat tərzindən, təhsilindən, ehtiyac içində 
yaşamalarından, maraqlı hadisələrdən 
müfəssəl məlumat verirdi.
 Üzeyir bəyin 1912-ci ildə C.Hacıbəyliyə Mosk-
vadan yazdığı “Nuri-didə Ceyhun!” (“Göz nuru Ceyhun!”) başlıqlı 
iki məktubu çox təsirlidir. Bunları kədərlənmədən, kövrəlmədən 
oxumaq mümkün deyil. Azman sənətkarımızın həyatının nə qədər 
keşməkeşli olduğunu, iztirablar çəkdiyini bu namələrdə bütün 
gerçəkliyi ilə görürük. O dövrdə artıq “Leyli və Məcnun”, “Şeyx 
Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” operaları, “Ər 
və arvad”, “O olmasın, bu olsun” operettaları teatrların səhnələrində 
mütəmadi oynanılırdı və müəllifini məşhurlaşdırmışdı. Qardaşına 
yazdığı məktubunda böyük sənətkar qeyd edirdi ki, həyat yoldaşı 
Məleykə xanımı Moskvada qarşılamaq üçün dəmiryol vağzalına 
gedərkən bir bakılı erməni “studentə” (tələbəyə – S.Q.) rast gəlir. 
Tanış olurlar. Hacıbəyov soyadını eşidən erməni ondan soruşur ki, 
o
o
ol
o
ol
l
l
ol
ol
ol
l
l
ol
ol
l
o
ol
l
l
l
l
l
l
o
l
ol
ol
l
ol
ol
l
l
o
l
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a
a


b
b
b
b
b

b
b
b
b
b
b
s
vi
vi
v
m
m





h
so
so
o
o
il
il
l
d
d
d


t
Ba
B
Ba
Ba
a
Ba
Ba
B
 NURI-DIDə CEY
HUN!


49
Mədəniyyət.AZ / 9 • 2016
siz “Leyli və Məcnun” operasını, “O olmasın, bu olsun” operettasını 
yazan Hacıbəyovun qohumu deyilsiniz ki? Üzeyir bəy cavab verir ki, 
qohumuyam. Nəyisiniz? – deyə xəbər aldıqda bəstəkar – özüyəm 
– söyləyir. Erməni çox şad olur və “Söylə bir görək ərəbi” oxuyur. 
Yəni artıq əsərləri ilə tanınan sənətkar ehtiyac içində yaşayır, həyat 
çətinlikləri onu addım-addım izləyirdi. Məktubun bir yerində özünə 
təskinlik üçün məşhur alman bəstəkarı Rixard Vaqnerin həyatını 
xatırladığını, onun kasıbçılıq içində yaşadığını göz önünə gətirdiyini 
yazırdı: “ ...Burada mənim yadıma Vaqnerin avtobioqrafiyası düşdü. 
Özümə təsəlli verdim ki, onun kimi böyük bir zatın pulsuzluq ucun-
dan çəkdiyi əzablar və yaman günlər mənimkindən daha çətin idi. 
Mən, heç olmasa, bir yerdən pul gözləyirəm, amma o binəva Parisdə 
olarkən heç yerdən pul gözləməyib, arvadı ilə belə ac qalırdılar”.
Lakin Üzeyir bəy Hacıbəylinin əsərlərinin tamaşalarından yığı-
lan qonorarlar vaxtlı-vaxtında ona göndərilsəydi, “Nicat” cəmiyyəti 
tərəfindən mənimsənilməsəydi, yəqin ki, dahi bəstəkar maddi 
çətinlik çəkməzdi. Rahat həyat tərzi keçirər, öz yaradıcılığı ilə məşğul 
olar, təhsilini başa vurardı. Ancaq bir tərəfdən vətən, ailə həsrəti
digər tərəfdən pulsuzluq onu iztirablara qərq edirdi. 1912-ci il im-
zalı məktubunda Üzeyir bəy yazırdı: “Vətən yadıma düşdü. Qafqazı 
könlüm istədi. Mənim könlüm tək Bakını və ya Qarabağı deyil, bəlkə 
bütün Qafqazı bərk istəyir. Odur ki Qafqaza dair bir şey görən kimi, 
məsələn, Qafqaz maqazini və sair dayanıb tamaşa edirəm. Qafqaz 
geyimli bir adam görəntək dayanıb dalınca baxıram”.
Sonra Moskvanı təsvir edən bəstəkar bunları qeyd edirdi: “Zatən 
Moskva bir o qədər calibi-diqqət deyildir. Küçələr adam ilə dolu, 
tramvay, avtomobil, fayton, araba əlindən iki addım atmaq müm-
kün deyildir. Bir bu qədər səs-küy üstə bir də kilsələrin ki, burada 
sayı-hesabı yoxdur, zəngi çalmalarını əlavə etsən, adamın qula-
ğı batdığını təsəvvür etmək çətin deyildir. Bir də “Moskvada hamı 
dilənçidir” desəm, yaman olmaz. Əvvəla, xor dilənçilər, saniyən 
faytonçular, küçədə şey satanlar, məsələn, qəzet, alma və sairə, 
dükançıların özü, hətta mağazaçılar, bunların hamısı adamın dalına 
düşüb “paren – paren” deyib yalvarırdılar ki, bir şey al. Dilənçilər də 
ki, cürbəcürdür. Biri sağ-salamat, biri yerdə sürünür, birinin qıçı yox, 
digəri bir sürü uşaq yanında. Məni təəccübə gətirən o oldu ki, bir dəfə 
dilənçinin birindən bizim Qafqaz türk dilini eşitdim. Ondan başqa bir 
kərə nömrədə tək oturmuşdum. Eşitdim ki, həyətə bir arvad gəlib. 
Rus arvadlarına deyir ki, “qadayu, qadayu”, yəni fala baxıram. Amma 
rus arvadları ona məhəl qoymadılar. O halda arvad yenə “qadayu” 
deyib sonra bu sözü də artırdı: “ – Qadayu, a ciyərin yansın, qadayu”. 
Mən dərhal yerimdən sıçrayıb başımı pəncərədən çıxartdım, gördüm 
ki, bu, qaraçıdır. Sonra bildim ki, Moskvada bir çox Qafqaz qaraçıla-
rı dəxi vardır. Moskvada mənim xoşuma gələn bir şey varsa, o da 
Sağdan: Üzeyir, Ceyhun və Zülfüqar Hacıbəyovlar. 1907


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə