M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

52
Mədəniyyət.AZ / 9 • 2016
hun bəy ata ocağının istiliyini, hərarətini duysun, qəlbi bir az ovun-
sun.
 Ü.Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası-
nın ermənilər tərəfindən mənimsənilməsi məsələsi hələ dahi 
bəstəkarın öz sağlığında da gündəmdə olmuşdur. Məsələn, 14 
yanvar 1920-ci ildə Üzeyir bəy qardaşına bunları bildirirdi: “...Və bir 
də neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan (Yusif Vəzir 
Çəmənzəminli – S.Q.) məktub aldım. Yazır ki, ermənilərin fran-
sızca “Renessans” qəzetəsi iddia edir ki, “Arşın mal alan”ı yazan 
ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr 
eyləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, 
səfarət xərcinə olaraq bütün Yevropada, həmən Amerikaya boylə 
intişarına səy etsin... Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu 
iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
Sonra Üzeyir bəy vurğulayır ki, ”...keçən səfər “O olmasın, bu ol-
sun” oyununa ingilis böyüklərindən biri gəlib Nəsib bəyin lojasında 
oturmuşdu, hər nə görürdü, hamısını də  ərinə qeyd edirdi. Əsərin 
müəllifinin də kim olduğunu bilib, də  ərinə yazıbdır. Qərəz, 
mənim əsərlərim avropalıların marağına səbəb olur”.
“Arşın mal alan”ı fransız dilinə tərcümə edib Parisdə 
tamaşaya qoymaq istəyən Ceyhun bəyə bəstəkar 24 fev-
ral 1921-ci il tarixli məktubunda “Arşın mal alan”ın not-
larını bacısı oğlu Camala verərək qardaşına göndərməsi 
barədə məlumat verirdi.
 Üzeyir bəy Hacıbəyli xalqımızın, ölkəmizin inkişafı 
naminə gördüyü işlərdən Ceyhun bəyi tez-tez hali edirdi. 
Elə 26 noyabr 1921-ci ildə yazırdı: “Bu il müsəlmanlara 
məxsus olmaq üzrə bir konservatoriya açdım. Bu saət 
orada iki yüzdən artıq məktəb şagirdani oxuyur. Bir 
hə  ə bundan əvvəl rəsmi-güşadi idi. Bütün komissar 
yoldaşlar, başda Nərimanov olmaq üzrə gəlmişdilər. 
Təbrik nitqindən sonra çay verdim, çox canfəşanlıq 
oldu. Hökumət mənə hər barədə kömək edəcəyini 
vəd etdi. Həqiqətən bu konservatoriyanın bizim 
müsəlmanlardan ötrü böyük mənası olacaqdır. Oxu-
yanların yarısı kişi, yarısı arvaddır. Çoxları da çadra 
başında olan qızlardır. Çingiz (dirijor Çingiz Hacıbəyli 
– S.Q.) ilə Niyazi (maestro Niyazi – S.Q.) dəxi orada 
oxuyurlar.
 “Leyli və Məcnun” operasının müvəff əqiyyətindən 
söz açaraq Üzeyir bəy sonra belə deyir: “Bakı şəhəri 
isə öz adi halını almaq üzrədir, ticarət sərbəstdir, 
teatrolar yenə dolu olur. Cümə günü “Leyli və 
Məcnun” hökumət teatrosunda oynanıldı. Həştad 
beş milyon zbor verdi”.
 Məktublarından göründüyü kimi, daim vətənin 
azadlığı, müstəqilliyi, çiçəklənməsi, xalqın, 
millətin savadlanması, mədəniyyətin yüksəlməsi 
üçün çalışan Üzeyir bəy Hacıbəyli eyni zamanda 
ana, bacı, qardaş, qohum-əqrəba fikri çəkir, onla-
rın bütün qayğılarını çiyinlərində daşıyırdı. Qardaşını görməkdən 
ötrü Üzeyir bəy dəfələrlə Fransaya getmək istəmiş, lakin müxtəlif 
səbəblər üzündən bu mümkün olmamışdır. Hətta 10 mart 1922-
ci il tarixli məktubunda yazırdı: “Nərimanov və Bünyadzadənin 
Moskvadan qayıtmalarına müntəzirəm ki, onlardan üçaylıq 
məzuniyyət alıb gələm... O vəxtə qədər dəxi nənəmgili yay üçün 
bağlara göndərərik. Məleykə dəxi mənim ilə bərabər gələcəkdir”. 
Daha sonra qeyd edirdi ki, “Arşın mal alan”ın firəng dilinə tərcümə 
edilməsi məni çox sevindirdi, ümidvaram ki, müvəff əqiyyəti artıq 
olar”.
 Başqa bir namədə (18 dekabr 1922-ci il) isə Üzeyir bəy Şövkət 
Məmmədovanın Yakov adlı yəhudi həyat yoldaşını (Bakıda onu 
Yaşka deyə çağırırdılar) nəzərdə tutaraq yazırdı ki, “ondan göz-
qulaq ol ki, bizim əsərlərdən orada çap etdirib satmasın, çünki 
mənim bir neçə danə ikisəsli xorlarım onda qalıbdır”.
 
 Yazışmalardan da göründüyü kimi, Ü.Hacıbəylinin yad 
əllərdə, başqa ölkələrdə əlyazmaları mövcuddur. Görəsən, həmin 
əsərlərin taleyi necədir? 


r
n
n
n

b
ü
ü


ü




ü
t
t
n
n
n
n
n
qa
qa
q
a
y
y
y
y


əl
əl
li
li

m

n
ni
ni
m
m
“A
“A
“A
r
r
ta
ta
ta
ta
a
ma
ma
ma
a
ra
ra
a
r

l
l
l
1
1
1
la
la
la


r
n
n
ba
ba
ba
a

ə
ə

na
na
na
a
a
m
m
m
E
El
El
E
E
ə
ə
ə
ə
m
m
m

m
m



m


m
m
m
m

m
m
ə
ə
m
m
m
m
m
o
or
or
or
or
a
a
a


ə


h
yo
yo
y
y



T

o
o
o
v
v
m
m
m
y
y
y
y
Sağdan Üzeyir və Ceyhun Hacıbəyli


53
Mədəniyyət.AZ / 9 • 2016
Üzeyir bəy qardaşına göndərdiyi hər məktubda 
onları səbirsizliklə gözlədiklərini, onlardan ötrü 
darıxdıqlarını vurğulayırdı. 1922-ci ildə Ceyhun bəyə 
ünvanladığı məktubda Üzeyir bəy icazə alınaraq 
gəlmələrinin yollarını göstərərək qeyd edirdi: 
“Hökumət izin verəndən sonra nə üçün gəlməmək? 
Halbuki izin ilə gələnlərin hamısı burada rahat oturub 
qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov 
və başqaları”. Amma Üzeyir bəy hələ bilmirdi ki, 
adıçəkilən insanları qarşıda nələr gözləyir. 1937-ci 
ilin repressiyası onların başına nələr gətirəcək...
 Dahi bəstəkar gördüyü bütün işlərlə yanaşı, yarımçıq qalmış 
ali təhsilini başa vurmaq üçün Almaniyaya getməyi düşünürdü. 
Üzeyir bəy 4 aprel 1923-cü il tarixli məktubunda bu barədə ya-
zırdı: “... Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki, 
mənim ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirovka 
olmaq üzrə Almaniyaya gedim. Mənimlə bərabər üç nəfər doktor 
dəxi göndərilir”. Daha sonra bəstəkar onu da xüsusi vurğulayırdı 
ki, “kənari bir məmaniət olmasa, iyunun birində yola düşməliyik”. 
Amma çox təəssüf ki, maneçiliklər törədildi və Ü.Hacıbəyli Alma-
niyaya gedə bilmədi. Xəbis, məkrli varlıqlar dahi sənətkarın bu ar-
zusunun da gerçəkləşməsinə imkan vermədilər. 
Təkrarsız, gözəl insan Üzeyir bəy qardaşının Fransadakı 
güzəranını, ailə çətinliklərini də özünə dərd edirdi. Onlara hər cür 
kömək göstərməyə çalışırdı. Mühacirətdə daha da 
yaxşı yaşamaqları üçün müxtəlif yollar axtarırdı. O, 9 
aprel 1924-cü ildə Ceyhun bəyə belə yazırdı: “...Arşın 
mal alan” sizin üçün bir mənbeyi-mədaxil olar... Zənn 
edirəm ki, “Arşın mal alan” Parisdə müvəff əqiyyət 
qazanarsa, hər bir məmləkətdə dəxi oynanılar, o 
halda sən müsənnif haqqını dəxi ala bilərsən”.
Hərdən məktublarda Üzeyir bəy işlərin çoxluğun-
dan, hədsiz dərəcədə yorulduğundan şikayətlənirdi. 
Məsələn, 23 yanvar 1927-ci il tarixli məktubunda 
konservatoriyada prorektor olduğundan, bütün 
işlərin onun üzərinə töküldüyündən, səhər saat 10-
dan axşam 12-yə qədər təhsil müəssisəsində oldu-
ğundan, tez-tez iclaslar keçirildiyindən, bəzən 2-yə 
kimi işləməyə məcburluğundan bəhs edirdi. Çox 
təəssüfl ənirdi ki, yaradıcılığa, yeni opera yazmağa 
vaxt tapa bilmir. O, 29 iyun 1928-ci ildə bunları qeyd 
edirdi: “Mən də Azərbaycan musiqisinin əsasları 
haqqında (əvvəlki illərdəki məktublarında da bu 
barədə fikirləri mövcuddur –S.Q.) böyük bir elmi əsər 
yazacağam ki, onu firəng dilinə dəxi tərcümə etmək 
lazım gələcəkdir. Heyf olsun ki, bu cürə işlərə az 
vəxt sərf edə bilirəm, çünki məktəb məşğuliyyətim 
və cəmiyyət işləri çoxdur. Bizdən ötrü vəxt o qədər 
tez gedir ki, guya bir gün bir saət əvəzi olur”.
 İşinin çox olmasına, vaxtının məhdudluğuna 
rəğmən, böyük sənətkar hələ konsertlər də hazır-
layırdı. Məktublarının birində qardaşına belə yazırdı: “Bu günlərdə 
böyük bir konsert verdim. Bütün komissar yoldaşlar məndən razı 
qalıb dedilər ki, Üzeyir bəy bizim ümidimizi boşa çıxartmadı”. 
Bəli, Üzeyir bəy Hacıbəyli nəinki ümidləri boşa çıxartmadı, hətta 
türk musiqisinin tərəqqisi yolunda sağlamlığından belə keçərək 
əsərləri ilə Azərbaycanımızı dünyaya tanıtdı. Bütün bunlarla yana-
şı, gecə-gündüz doğmalarının həsrəti ilə yaşayan azman sənətkar 
qardaşının ailəsi ilə birgə vətənə dönməsini arzulayırdı. Onlarla 
yenidən qovuşacaqları günü səbirsizliklə gözləyirdi. Elə 3 noyabr 
1929-cu ildə yazdığı məktubda da “...çalışınız ki, tezliklə gələsiniz. 
Yolunuzu gözləyirik” deyirdi. Ancaq nə yaxşı ki, Ceyhun bəy vətənə 
dönmədi. Əgər qayıtsaydı, yəqin, o da başqa ziyalılarımız kimi 
gedər-gəlməzə yola salınardı. Buna isə Üzeyir bəyin həssas qəlbi 
tab gətirə bilməzdi. Heç olmasa, bilirdi ki, qardaşı xaricdə qalsa da, 
sağ-salamatdır. Bu ona böyük təskinlik idi. 
Adı azadlıq tariximizə qızıl hərfl ərlə yazılan Ceyhun bəy Hacıbəyli 
vətənə dönmədi, ancaq ürəyi hər zaman Azərbaycan üçün çırpındı. 
Ölkəmizin müstəqilliyi naminə yorulmadan çalışdı. Azərbaycan ta-
rixini, ədəbiyyatını, mədəniyyətini Avropada layiqincə tanıtdı, təbliğ 
etdi. Ömrünün sonuna kimi əqidəsindən dönməyərək sovet impe-
riyasına qarşı ideoloji mübarizə apardı. Gərəkli fəaliyyəti ilə arzu-
larına çatdı. Lakin o, ailəsinə, ailəsi də ona həmişəlik həsrət qaldı.
Səadət Qarabağlı,
üzeyirbəyşünas
Ceyhun Hacıbəyli. 1950-ci illər


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə