M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

59
Mədəniyyət.AZ / 9 • 2016
diyeva ilə Almatıda elmi-nəzəri konfransda iştirak 
etmişdim. O zaman bir sıra gənc tədqiqatçılarla, 
məsələn, S.Uteqaliyeva, A.Maklıgin (indi onlar nüfuzlu 
alimlərdir) ilə tanış oldum, məşhur musiqişünaslar 
A.Muxambetova, S.Yelemanovadan tövsiyələr aldım. 
Amma ən yaddaqalan məqam konservatoriyanın 
rektoru Qaziza xanım Jubanova ilə görüş idi. Onun 
asta səslə söylədiyi sözlər, o cümlədən Azərbaycan 
musiqisinə dair fikirləri, simasının nəcibliyi, qey-
ri-adi təvazökarlığı məni heyran qoydu. Yadımda-
dır, mən Qaziza xanıma Nizamınin rusca təzə işıq 
üzü görmüş qəzəllər toplusunu bağışladım və 
hədiyyəni böyük sevinclə qəbul etdiyini duydum.
O zamandan artıq bir neçə onillik keçir və mən 
rəfiqəm Lalə ilə Qaziza xanımın oğlu bəstəkar 
Əlibi Mambetovun lütfkar dəvəti ilə müqəddəs 
bir məkanın – Axmet və Qaziza Jubanovların evi-
nin ziyarətindəyəm. Bu sadə evin hər qarışında sənətə, musiqiyə
ədəbiyyata sevgi aşılanıb. Eksponatlarla tanış olduqca aydın dərk 
edirsən ki, bu insanlar, Qaziza xanımın ömür-gün yoldaşı, SSRİ 
xalq artisti, rejissor A.Mambetov ictimai məqsədləri öz şəxsi 
istəklərindən uca tutmuşlar. Zəngin ailə kitabxanasında ən fərəhli 
yerdə isə Üzeyir bəyin partitura və klavirlərini, habelə seçilmiş 
əsərlərinin cildlərini görüb çox həyəcanlandıq. Həmin cildlərdən 
biri bəstəkar, tədqiqatçı, dirijor, Kurmanqazı adına xalq çalğı alətləri 
orkestrinin yaradıcısı, “Üzeyir Hacıbəyov yaradıcılığının ehtiraslı 
pərəstişkarı” Axmet Jubanova cildlərin tərtibçisi Qubad Qasımov 
tərəfindən xatirə yazısı ilə bəxş olunmuşdu. 
Bu məkanda habelə Qaziza xanımın 1988-ci ildə 
Moskvada Qara Qarayevin 70 illik yubileyində 
sənətkarımıza böyük ehtiram dolu əlamətdar 
məruzəsini xatırladım. Həmin məruzədə o, “Yeddi 
gözəl” baletinin Moskva Böyük teatrının səhnəsinin 
yaraşığı olacağı barədə də söz açmışdı. Azərbaycan 
üçün çox ağır bir məqamda – Bakıda artıq Qarabağ 
həyəcanları baş qaldırmışdı – Q.Jubanova İttifaqlar 
Evinin Sütünlu zalının tribunasından Qara Qarayev 
kimi dünya miqyaslı sənətkarın vəsiyyətlərinə riayət 
etməyə səsləyirdi. Azərbaycanın həqiqi dostunun o 
parlaq çıxışını unutmaqmı olar?
Doğrusu, Azərbaycan musiqisinə məhəbbət dolu belə məkanda 
həmin musiqini, Üzeyir bəyin təranələrini səsləndirməmək qeyri-
mümkün idi. Mən də royal arxasına keçdim...
Ümumiyyətlə, Qazaxıstanda Azərbaycan musiqisinə məhəbbət 
xüsusidir. Burada musiqi teatrının yaranışında Üzeyir bəyin, onun 
səhnə əsərlərinin rolu minnətdarlıqla qeyd edilir. Həmkarlarımızla 
söhbətlər zamanı dəfələrlə Bülbül, Rəşid Behbudov, Müslüm Ma-
qomayev, Arif Məlikovun adları çəkilirdi. Almatıda tacik musiqi-
sinin klassiki Ziyodullo Şahidinin qızı kulturoloq Munirə Şahidi ilə 
təsadüfi xoş görüş (təsadüfimi?) zamanı yenə də Azərbaycanın 
korifey sənətkarları xatırlandı.
Doğrudan da, musiqi tariximizdə ortaq nöqtələr kifayət 
qədərdir. Odur ki düşünürəm, gələcəkdə 
belə görüşlərin davam etdirilməsi, daha 
da vüsət alması tamamilə zəruridir. Bi-
zim bir-birimizə deyiləsi sözlərimiz, 
səsləndiriləsi musiqimiz, müzakirə oluna-
sı problemlərimiz hələ çoxdur.
Sonda biz hər bir insan, vətəndaş üçün 
müqəddəs bir hadisəyə –  müstəqilliyin 
25 illiyinə həsr olunmuş festivalın yüksək 
səviyyədə təşkilinə və həmin festivala 
dəvətə görə Qazaxıstan Bəstəkarlar İttifaqı-
na, şəxsən qurumun sədri Balnur Kıdırbekə 
öz səmimi təşəkkürümüzü bildirmək 
istərdik”.
“Mədəniyyət.AZ”

a, 


m
2
s
d
na
öz
ist


60
Mədəniyyət.AZ / 9 • 2016
Q
ədim Gəncəmizin “Şahsevən”, “Ozan”, “Ətdarlar”, 
“Zərrabi” və digər bu kimi adları müəyyən mətləblərdən 
xəbər verən onlarca məhəllələləri mövcud olub və in-
dinin özündə də onlar həmin adlarla tanınır. “Dördyol” 
da onlardan biridir. O, şəhərin cənub hissəsindən keçən 
iki əsas yolun kəsişməsində yerləşdiyindən bu cür adlandırılıb. Alış-
veriş üçün əlverişli olan “dörd yol ağzında”kı bu məkanda yüz illər 
boyu əsasən tacirlər, baqqallar, eləcə də dəmirçilər, misgərlər, qa-
layçılar və digər peşə sahibləri məskunlaşıblar. Məhəllədə həmçinin 
sənətin xəttatlıq və zərgərlik kimi daha zərif növləri ilə məşğul olan-
lar da yaşayırdılar.
Zərgər Ağamirzənin “balkonu”
İndi “Dördyol”da çox şey dəyişib. Amma məhəllədəki gözəl bi-
nalardan biri bu günümüzədək öz əzəmətini saxlayır. Həmin ünvan 
adı Gəncədən kənarda da tanınan, hətta bir neçə işi hazırda Rusiya 
muzeylərində də saxlanılan zərgər Ağamirzənin evidir.
Deyilənə görə, səxavətli və xeyriyyəçi Məşədi Ağamirzənin qəribə 
bir şakəri də varmış. Xüsusən yaxınlıqda toy-düyün olanda, əlbəttə, 
kefi bunun üçün uyğun vəziyyətdəydisə, öz eyvanına çıxaraq aşağı-
da şənlənənlərin başına “şabaş” səpməyi sevərmiş. Zərgərin bu zəif 
damarını bilən şənlik əhli qəsdən onun evinin qabağında bir neçə 
dəqiqəliyə dayanarmış. “Məşədi çıxsın balkona, mehman olaq biz 
ona!” – deyə ev sahibinə tərif oxumağa başlayan xanəndələrin isə 
hətta cingilti ilə səkiyə düşən qızıl onluqlara sahib olmaq imkanı 
varmış.
Amma bu ev yalnız Ağamirzənin adı ilə deyil, onun nəvəsi, mu-
siqili teatr sənətimizim görkəmli nümayəndəsi, aktyor və müğənni, 
xalq artisti Mobil Əhmədovun baba yurdu kimi də tanınır. 1931-ci il 
sentyabrın 11-də bu ocaqda dünyaya göz açaraq elə zərgər baba-
sının ona qoyduğu, xoşbəxt, bəxtəvər mənası verən “Müqbil” adı ilə 
75 illik mənalı və yaddaqalan bir sənətkar həyatı yaşadıqdan sonra 
o, 2006-cı ilin bir yay günü elə bu ocaqdan da son mənzilə, baba və 
valideynlərinin yanına, Gəncənin qədim “Səbzikar” qəbiristanlığına 
yola çıxdı.
Dağətəyi Gəncənin doğma havasını hər cür kurortlardan üstün 
bilib öz yay məzuniyyətini bir qayda olaraq doğma ata evində keçirən 
Mobil Əhmədovun da “Ağamirzənin eyvanı”ndan şəhəri seyr etdiyi-
ni tez-tez görmək mümkün idi. İndikindən fərqli olaraq ən azı on 
il bundan əvvəlki şəhər “publika”sı – özünün tez-tez işlətdiyi ifadə 
ilə desək, “məmə deyəndən pəpə yeyənədək” – hər kəs burdan 
keçərkən eyvanda oturan Mobili tanıyar, onunla şəstlə, havada əl 
yelləyərək qarşılıqlı salamlaşardı. 
İncə sənətlərə yolçuluq
Mobil müəllim danışardı ki, babası onun zərgər olmağını arzula-
yarmış, odur ki Müqbil 10-12 yaşlarında ona şagirdlik də edibmiş. 
Universitet təhsilli müəllim və ədib atası isə oğlunun özü kimi poeziya 
və ədəbiyyata bağlı bir insan təki böyüməyini istəyirdi. İki tutarlı fikrin 
arasında qalan anası isə oğlunun gələcəyindən söhbət düşəndə əsl 
müsəlman qadın kimi deyirmiş: “Allaha pənah”. Belə baxanda Müq-
bil onların hər üçünün arzusunu yerinə yetirib. Çünki “... Aktyor us-
talığı elə romantik, poetik dərin hisslərin, ümid və şübhələrin zərgər 
dəqiqliyi ilə cilalanaraq birləşməsindən fərdi obrazın yaradılmasıdır” 
fikri Mobil Əhmədovun vaxtıilə bu məqalənin müəllifinə bir televiziya 
süjeti üçün müsahibə verərkən söylədiklərindəndir. (Elə qarşınızdakı 
yazıda da yeri düşdükcə həmin müsahibədən iqtibaslar edəcəyik.)
Yüzlərcə xarakterin yaradıcısının “aktyor-obraz” münasibətləri 
haqda mülahizələri də çox orijinaldır: “Hamı tərəfindən qəbul olunan 
GÖRKƏML‚ SƏNƏTKARIMIZ MOB‚L ƏHMƏDOVUN ANADAN OLMASININ 85 ‚LL‚Y‚NƏ ‚THAF OLUNUR
ƏSL ADI MÜQBİL İDİ
Mobil Əhmədov


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə