M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə29/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

62
Mədəniyyət.AZ / 9 • 2016
vaxtlar olub. Müşfiq və Cavad bir müddət atamla həmkar, Gəncə Pe-
daqoji Texnikumunun müəllimləri idilər. Üzeyir Hacıbəyov, Müslüm 
Maqomayev, böyük artist Hüsenqulu Sarabski də Gəncəyə gələrkən 
bu evdə qalıblar”, – söylərdi Mobil müəllim.
Ədib Səlman və oğulları
Mobilin atası Səlman Əhmədli Azərbaycan Pedaqoji Universite-
tinin ilk məzunlarındandır. Ərəb və fars dillərini mükəmməl bilən 
Səlman özü də nəzm əsərləri yazırdı. Onun yaradıcı işlərinin ən 
mükəmməli isə “Leyli və Məcnun” əhvalatının fəlsəfi-sufi motivlərlə 
dolu olan öz versiyası, eyniadlı mənzum romanıdır. Əsərin ideya-
sını 1933-cü ildə gənc Səlmanın beyninə “Leyli-Məcnun əhvalatını 
dünyada ilk dəfə Gəncədə Nizami nəzmə çəkib, gəlsənə, bu işi elə 
Gəncədə də bitirən sən olasan” deyə Müşfiq və Cavad salmışdılar. 
Dostlarını gedər-gəlməzə aparan repressiya qasırğası ondan da 
yan keçə bilməzdi. Onu “pantürkistləri təqlid edən arzuolunmaz ele-
ment” kimi ailəsi – həyat yoldaşı Xuraman və 7 yaşlı oğlu Müqbil 
ilə birgə dörd illiyinə Krasnovodska, Türkmənistana sürgün elədilər. 
Qayıtdıqdan sonra da əzab və məhrumiyyətlərlə, ən ağırı isə könül 
tənhalığı ilə üzləşən Ədib Səlman (Gəncədə onu məhz belə çağırır-
dılar) artıq öz “Leyli-Məcnun”unu yalnız qəlbinin ehtiyacı üçün, ürəyi 
istədiyi anlarda yazaraq 33 il ərzində, ömrünün bitməyinə bir neçə il 
qalmış – 1967-ci ildə yekunlaşdırıb.
Səlman hələ tələbə ikən, 1926-cı ildə Türkiyədən Bakıya, Birin-
ci Türkoloji Qurultaya gələn və bir neçə gün universitetdə mühazirə 
oxuyan Əli bəy Hüseynzadə ilə tanışlıq yaradıbmış. Əli bəy onun 
Azərbaycan Cümhuriyyətinin təhlükəsizlik naziri olmuş Nağı bəy 
Şeyxzamanlının bacısı oğlu olduğunu bildikdən sonra xüsusi 
rəğbət göstəribmiş. Buna görə NKVD gənc tələbəni sorğu-suala 
da tutub. Onu da deyək ki, “köhnə cümhuriyyətçilər nəslindən” ol-
duğundan sovetin “əmin-amanlıq” dövründə Mobil də təzyiq yox, 
məhdudiyyətləri hiss edib. Onu qastrol və ya turist səfərlərinə yalnız 
sosialist ölkələrinə buraxıblar.
Bakı əhli o qədər bilməsə də, Gəncədə hamı Mobilin 
obrazını qardaşı Bəşirlə birgə təsəvvür edib. Ailənin iki 
oğlunun arasında 15 yaş fərq olmasına baxmayaraq, 
onların istək, əməl və amalları hər zaman bir olub. 
Mobil kimi yüksək zövqlü incəsənət bilicisi olması 
ilə yanaşı, Bəşir Əhmədov həm də dərin erudisiyalı, 
zərgərlikdən tutmuş tarixi araşdırmaçılığa qədər işlərdə 
ən təsəvvürəgəlməz səviyyədə əməli bacarıqlara 
malik bir insan idi. Həmçinin Gəncədə kimin musiqiyə, 
rəssamlığa, kinoya, tarixi hadisələrə, görkəmli 
şəxsiyyətlərə dair istənilən sualı yaransaydı, mütləq 
Bəşirə üz tutardı.
Səmimi və açıq təbiətli insanlar kimi Mobil və Bəşirin doğma 
Gəncədə dostları çox idi. Amma onlardan birini qardaşların uşaq-
lıqdan can sirdaşı kimi xarakterizə etsək, yanılmarıq. Hazırda Aq-
rar Universitetin professoru olan 77 yaşlı Zaur Həsənovu bəlkə də 
Əhmədov qardaşlarının verdikləri ayama səbəbindən Gəncədə indi 
də “Tansor Zaur” kimi tanıyanlar az deyil. Lap kiçik yaşlarından 
gəncliyinədək şəhərin özfəaliyyət və peşəkar rəqs kollektivlərində 
virtuoz solist-rəqqas kimi ad çıxaran Zaur Həsənov, Mobil və Bəşiri 
ötən əsrin qırxıncı-əllinci illərindən tanıdığını söyləyir:
“Gərək ki, 1948-ci il idi. Ovaxtkı Sabir küçəsindəki 
ikimərtəbəli binada yerləşən klubda gənclərin 
özfəaliyyət dərnəklərinin konserti gedirdi. Dalbadal bir 
neçə mahnını belə elan etdilər: “Oxuyur Mobil Əhmədov, 
Mobil Əhmədov Məmmədsadıq Nuriyevlə


63
Mədəniyyət.AZ / 9 • 2016
müşayiət edir Mobil Əhmədov”. İkinci Mobil də sonralar 
şəhərin tanınan şərabçı mütəxəssislərindən olan bir 
dostumuz idi. Bəşiri isə, səhv etmirəmsə, 1957-ci ildə, 
o lap uşaqkən, sözün əsl mənasında əlindən tutaraq 
ilk dəfə Dəmiryolçular Klubunda özfəaliyyət dərnəyinə 
aparmışam. Mən artıq, necə deyərlər, dərnəklərin bilicisi 
idim, hətta rəqs kollektivində maaş da alırdım. Sonralar 
Kənd Təsərrüfatı İnstitutuna daxil olmağı və burada 
tələbə bədii-özfəaliyyət işinin təşkili istiqamətində fəal 
çalışmağı da Bəşirə mən tövsiyə etmişəm. O hər zaman 
bu məsələləri dəqiqliklə və özünəməxsus duzlu ifadələri 
ilə xatırlamağı sevərdi”.
Gəncliyindən ömrünün sonunadək hazırda Azərbaycan Dövlət Aq-
rar Universiteti adlanan ali təhsil ocağında çalışan Bəşir müəllim hələ 
70-ci illərdən həmin universitetdə tələbələrin özfəaliyyət yaradıcılı-
ğının inkişafı üçün ictimai fakültənin yaradılmasının təşəbbüskarı və 
dekanı idi. Səsi heç də Mobilinkindən geri qalmayan Bəşir, Gəncənin 
müxtəlif incəsənət kollektivlərinin, o cümlədən məşhur “Göygöl” an-
samblının vokalçı solisti kimi Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin 
müxtəlif şəhərlərində, eləcə də Çexoslovakiya və Polşada neçə-neçə 
konsertlərin və festivalların içtirakçısı və laureatı olub. Təəssüf ki, 
amansız xəstəlik onu qəfil yaxaladı... Azərbaycan və onun Üzeyir, 
Müslüm, Fikrət, Qara, Səttar, Toğrul, Rəşid kimi isimlərinin sevdalısı 
Bəşir ömrünün 66-cı ilində, 2012-ci ilin bir yay gecəsində sonuncu 
kərə elə Rəşidin oxuduğu “Gülə bilməz gülüm, bahar sənsiz...” mah-
nısına dönə-dönə, bir neçə dəfə, üzündə təbəssüm və qəm qarışıq 
işıqlı bir ifadə ilə qulaq asaraq nəmli gözlərini həmişəlik yumdu.
Bəşir öz atasının mənzum romanını uzun illərdən sonra kitab ha-
lına salmaq, çap etdirmək arzusunu, nəhayət, gercəkləşdirə bildi. 
Amma “Leyli-Məcnun” Gəncəyə onun vəfatının 3-cü günündə yetiş-
di...
“Susdu birdən-birə elm, təriqət,
Susdu, çünki dindi könül, məhəbbət.
Əhd bağladılar can ilə könül,
Həmdastan oldular bülbül ilə gül.
Bu gün acılacaq əzəlin razı,
Gözdə qalmayacaq Əbəd murazı.
Bu gün açılacaq möhürlənmiş mey,
Bu gün faş olacaq dünyada hər şey.
Bu gün kainatın doğar gündüzü,
Baxar Böyük Nura günəşin özü.
Qəribə bir qurğu qurular bu gün,
Eşq özü özünə vurular bu gün!”
Bəşir müəllim söyləyərdi ki, uşaqlıqda, gecə yatmağa 
hazırlaşarkən ataları Səlman onların çarpayılarının yanına gələr, 
titrək, lakin avazlı bir səslə Mobilə və ona nəyisə anlatmaq istəyirmiş 
kimi öz “Leyli-Məcnun”undan həmən bu və digər misraları oxuyar-
mış. Sonra ata həmin məşhur eyvana çəkilər və gecənin dərin qatla-
rına kimi yazıb-pozarmış.
Mobilin övlad və nəvələri Bakıdadırlar. Nə xoşdur ki, orada 
sənətkarın adını daşıyan nəticəsi, balaca Mobil də həyatının ilk çağ-
larını yaşayır. Bəşirin də övladı Türkiyədə ailə qurub. Bu qovhaqov 
dünyamızın gərdişi nə qədər amansız olsa da, hər halda, ümid edək 
ki, gələcək nəsillərdən kimsə nə vaxtsa Ağamirzənin “balkon”undan 
aşağıdan keçənləri mobilsayağı salamlayacaq.
Zakir Muradov,
Gəncə
Lütfəli Abdullayev və Bəşir Səfəroğlu ilə 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə