M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   ...   48

7
Mədəniyyət.AZ / 9 • 2016
S
entyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə 
səfər edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-
Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir 
İSESKO-nun humanitar forumda ən yüksək səviyyədə təmsil 
olunmasına və tədbirin gedişinə verdiyi müsbət töhfəyə görə 
Əbdüləziz bin Osman əl-Tüveycriyə minnətdarlığını çatdırıb.
N
azir Əbülfəs Qarayev Hindistan Respublikasının ölkəmizdəki 
fövqəladə və səlahiyyətli səfi ri Sancay Rananı qəbul edib. 
Görüşdə mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişafı 
müzakirə edilib. Nazir həmçinin Bakı və Azərbaycan arxiyepiskopu 
Aleksandrla görüşüb və onunla gələcəkdə pravoslav xristian dininə 
aid mədəniyyət nümunələrinin nümayişi imkanları ilə bağlı fi kir 
mübadiləsi aparıb. Almaniya Federativ Respublikasının ölkəmizdəki 
səfi 
ri Mixael Kindsqrabla da münasibətlərin perspektivləri, 
mədəniyyət və turizm sahəsində əlaqələr barədə danışılıb.
T
ürkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının 
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Azərbaycanın 
 
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə qeyd 
olunan turizm işçilərinin peşə bayramı günündə Türkiyə mədəniyyət 
və turizm nazirinin səfərindən böyük məmnunluq duyduğunu bildirib.
Görüşdə gələcək əməkdaşlığın daha da genişləndirilməsinə ümid 
ifadə olunub.
M
ədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də 
Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar
Beyləqan, Ne  çala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından 
vətəndaşları qəbul edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri 
qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin 
fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, 
bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı 
olub.


8
Mədəniyyət.AZ / 9 • 2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 
sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən 
irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosial 
və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin forma-
laşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha 
da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata 
keçirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Turizm Şurası yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının Turizm Şurasının (bundan 
sonra - Şura) əsas məqsədi Azərbaycan Respublikasında tu-
rizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə 
olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin 
görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edil-
miş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir;
2.2. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri 
cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 
ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə əsasında, turizm sahəsində 
dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin 
turizm potensialından istifadə imkanlarının artırılması, region-
larda turizm fəaliyyətinin stimullaşdırılması, milli, tarixi-mədəni, 
sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin 
müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq 
edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin 
inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, 
o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 
16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mil-
li iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol 
xəritəsinin başlıca istiqamətləri”ndən biri olan ixtisaslaşmış tu-
rizm və əyləncə sektorunun inkişafı ilə bağlı strategiya layihəsinin 
icra mexanizmlərinə dair təklifl ərini altı ay müddətində hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 
ilə birlikdə Azərbaycan Respublikasının Turizm Şurası haqqında 
Əsasnamənin layihəsini və Şuranın tərkibinə dair təklifl ərini iki ay 
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin;
3.3. 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikası-
nın dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikasının 
Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında ticarət fes-
tivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan 
vəsaitin nəzərdə tutulmasını təmin etsin;
3.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-
liyinin təklifl əri əsasında Xızı-Xaçmaz, Quba və Qusar turizm və 
Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər 
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


9
Mədəniyyət.AZ / 9 • 2016
rekreasiya zonalarının 2016–2017-ci illər üzrə fəaliyyət planını 
hazırlayıb təsdiq etsin və zəruri maliyyələşməni təmin etsin;
3.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə 
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya 
Administrasiyası və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar 
Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə 
əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağ-
lı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının 
Prezidentinə məlumat versin;
3.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-
liyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında 
Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm 
üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri 
və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq 
sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görsün;
3.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu 
Sərəncama uyğunlaşdırılmasına dair təklifl ərini üç ay müddətində 
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin norma-
tiv hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay 
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə 
məlumat versin;
3.9. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi 
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın 
və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respubli-
kasının Prezidentinə məlumat versin;
3.10. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:
4.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq 
təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping 
festival”) hər il keçirilməsini təmin etsin;
4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Na-
zirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında 
(“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin 
və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair 
təklifl ərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublika-
sının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 
Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin 
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən 
turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik 
turizminin inkişafına dair təklifl ərini hazırlayıb üç ay müddətində 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə 
Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə 
turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin 
və imtiyazlarının verilməsi ilə bağlı təklifl ərini hazırlayıb üç ay 
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin;
4.5. yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Res-
publikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar 
tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradıl-
ması barədə təklifl ərini hazırlayıb altı ay müddətində Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.6. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonala-
rının Baş inkişaf planlarını hazırlayıb təsdiq etsin və onların pas-
portlarının dövlət qeydiyyatına alınmasını təmin etsin;
4.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm potensialı 
olan məkanlara turistlərin cəlb edilməsi ilə bağlı təklifl ərini iki ay 
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin;
4.8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə 
ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya 
turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axı-
nının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə 
fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik 
nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların 
fəaliyyətinin təmin edilməsi ilə bağlı təklifl ərini iki ay müddətində 
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.9. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət 
Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya 
Xidməti ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federa-
siyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüs-
tan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı 
olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qa-
nunvericiliyin təkmilləşdirilməsinə dair təklifl ərini hazırlayıb üç 
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin;
4.10. müasir informasiya-kommunikasiya texnologiyaları-
nın imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm 
nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin 
subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm 
ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik 
məlumatları və onların monitorinqinin nəticələrini özündə əks 
etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılmasını 
altı ay müddətində təmin etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirli-
yi ilə birlikdə turizm sahəsinin inkişafına dair yerli sahibkarlar 
tərəfindən təqdim olunan investisiya layihələrinin Azərbaycan 
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti he-
sabına maliyyələşdirilməsi üçün fəaliyyət planını hazırlayaraq üç 
ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublika-
sının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra 
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ 
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Milli Məclisinə “Turizm haqqın-
da” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının 
sürətləndirilməsi tövsiyə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2016-cı il.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə