M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə31/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

keçmiş məşğul olmaq üçün konservatoriyaya gəlib boş sinif ota-
ğı axtaranda, demək olar ki, hamısında kiminsə məşğul olduğunu 
görmək olar”.
Kuryozlar
İncəsənət adamlarına ən çox verilən suallardan birini Ceylaya 
da ünvanladıq. Soruşduq ki, belə maraqlı yaradıcılıq yolu, yəqin ki, 
kuryozlarsız ötüşməyib...
C.Seyidova:
“İlk ən böyük, ən xoşagəlməz kuryozum elə ilk qastrolum za-
manı olub. 9 yaşım olanda Heydər Əliyev Fondunun xətti ilə Vaşinq-
tonda keçiriləcək konsertdə iştirak etməliydim. Amma 
təyyarəyə minəndən 10 dəqiqə sonra halım pisləşdi, 
hərarətim qalxdı, bütün təyyarə heyəti bir-birinə dəydi 
ki, məni xilas eləsin. Özüm də tez-tez anamdan soru-
şurdum ki, çatmağımıza hələ çox qalıb? Halbuki hələ 
yarım saat deyildi ki, yol gedirdik. Təyyarəni dərhal 
sevmədim. Nə isə, birtəhər Vaşinqtona gəlib-çatdıq. 
Hərarətdən gözümü aça, yemək yeyə bilmirdim. Anam 
da məni belə görüb çox pis olmuşdu, deyirdi ki, Ceyla, 
necə olacaq, sən bu vəziyyətdə necə çıxış edəcəksən? 
Gözümü açıb deyirdim, narahat olma, ana, hər şey 
yaxşı olacaq. Səhnəyə çıxandan əvvəl üç stul qoyub 
məni uzandırmışdılar. Anam başımı qatırdı ki, yuxula-
mayım. Və doğrudan da, hər şey yaxşı qurtardı, hətta 
özüm-özümə məəttəl qaldım ki, səhnəyə gümrah çıx-
dım, ifanın öhdəsindən gəldim. O konsertin lent yazısı 
dəfələrlə televiziya ilə nümayişlənib. Və mən hər dəfə 
fikirləşirəm ki, əgər Allah eləməmiş, pis çalsaydım, 
bu mənim bütün sonrakı karyerama kölgə salardı”.
* * *
“Bu ilin yanvarında Moskva filarmoniyasında 
keçirilən konsert zamanı da bir hadisə baş verdi. 
Bakıda öyrəşmişik ki, səhnə arxasında çıxış vaxtı-
mızı gözləyəndə müəyyən bir adam bizə bildirir. Sən 
demə, Moskvada belə deyilmiş. Səhnə arxasında 
dayanıb çıxışımı gözləyirəm, özüm də məəttəl qal-
mışam ki, görəsən, səhnə niyə boş qalıb, çalğıçılar 
kimi gözləyirlər? Və birdən eşitdim ki, onlar pıçıltı 
ilə məni çağırırlar. Karıxdığımdan səhnəyə sağ 
tərəfdən deyil, sol tərəfdən daxil oldum, bu isə 
düzgün deyil. Eduard Qraç elə səhnədəcə mənə 
acıqlanıb dedi ki, neynirsən, ordan rəqqaslar 
gəlirlər. Amma yenə də səhnədə öz yerimi tutan 
kimi bütün çaşqınlığım yox olub getdi...”
* * *
“Ən çox qorxduğum şey uzun paltarda, əlimdə skripkanın yayı 
səhnəyə çıxarkən ətəyimin ilişib məni yıxmasıdır. Yaxşı ki, indi ar-
tıq səhnə görkəmimizlə özümüz məşğul oluruq, optimal uzunluq 
seçmək öz ixtiyarımızdadır”.
Вu alətin əsl adı violadı və latıncadan tərcümədə “bənövşə” 
mənasına gəlir. Skripka isə rus musiqiçilərinin yaratdığı sözdü, 
“скрипеть”, yəni “ciyildəmək”, ”cırıldamaq” mənalarının sanki tərzini 
çatdırır. Və Ceyla kimi musiqiçilərin əlində bu iki məna ən gözəl, ən 
dolğun mətləbə, məzmuna yetişmiş olur...
“Mədəniyyət.AZ”
əşdi, 
dəydi 
or
u-
hələ 
rhal 
dıq. 
am
m
m
yl
l
l
a
a
a, 
ə
əə
n?
n?
n?
 
ş
ş
e
ey 
ub 
a-
ta 
x-

sıı 

fə 
m, 

Mədəniyyət.AZ / 9 • 2016
67


68
Mədəniyyət.AZ / 9 • 2016
ABİDƏLƏRİMİZ

O
nlar bu səfərdən olduqca razı qaldılar; məmnunluq 
hisslərindən əlavə, Azərbaycanın vüqarlı keçmişi, 
onu göz bəbəyi kimi qoruyan bu günü barədə bilgiləri 
də xeyli genişləndi. Xüsusilə də Şəki xanlarının sara-
yı, Kiş tarix-memarlıq qoruğu, “Yanardağ”, “Atəşgah məbədi”, 
“İçərişəhər”lə tanışlıq yaddaşlarında dərin iz saldı, ürəklərində 
digər həmyerlilərini məlumatlandırmaq və bir də qayıtmaq arzusu 
tutub vətənimizi xoş təəssüratlarla tərk etdilər”. Bu, “Avropa İrs 
Günləri” çərçivəsində tədbirlərə qatılmaq üçün respublikaya təşrif 
buyuran əcnəbi turistlərlə söhbət əsnasında hasil olan mənzərədir. 
Hər il sentyabr ayının sonu–oktyabrın əvvəlində ölkəmizdə 
“Avropa İrs Günləri” layihəsinin reallaşdırılması artıq ənənə ha-
lını alıb. Layihə maarifl əndirici kampaniyalar, açıq qapı günləri, 
folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında 
həyata keçirilir. Əsas məqsəd yerli və əcnəbi ziyarətçilərin mədəni 
irs obyektlərinə sərbəst girişinin təmini, tarix və mədəniyyət 
abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin 
cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir. 
Mədəniyyət müəssisələrimizdə layihə çərçivəsində üç gün müddətində “Açıq qapı” günləri keçirildi 
“AVROPA İRS GÜNLƏRİ”
Kiş Alban məbədi
Şəki xanlarının sarayı



69
Mədəniyyət.AZ / 9 • 2016
 “Avropa İrs Günləri”nin qeyd edilməsi ilə bağlı 
16-18 sentyabr tarixlərində ən mühüm mədəniyyət 
təsisatlarımız nəinki xarici qonaqlara, eyni zaman-
da yerli sakinlərə də ödənişsiz xidmət göstərib. 
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na-
zirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və 
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Me-
marlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən 
mədəniyyət müəssisələri bu qəbildəndir. Siyahıya 
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına 
Ədəbiyyat Muzeyi, “Qobustan” Milli Tarix-Bədii Qoru-
ğu, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qala” 
Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanardağ” Tarix-
Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Ta-
rix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, 
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Kiş Tarix-Memarlıq Qoruğu 
daxildir. Xatırladaq ki sadalanan qurumlardan ikisi - “Qobustan” 
Milli Tarix-Bədii və “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruqları 
“Ümumdünya irs obyekti“ kimi rəsmən qeydiyyatdadır.
Hər il sözügedən layihə bir çox dünya ölkələrində keçirilir və 
müəyyənləşmiş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və 
tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə insanlar 
yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki 
və gələcək nəsillər üçün onların qorunmasına və vəziyyətinin yax-
şılaşdırılması işlərinə fəal şəkildə cəlb olunurlar. 
Xatırladaq ki, “Avropa İrs Günləri” müddətində yuxarıda adla-
rı göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçi baş 
çəkib. 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə