M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

70
Mədəniyyət.AZ / 9 • 2016
PORTRET

 ... Teatra, aktyor oyununa təzə aşiq olduğum vaxtlar idi... Teatrda 
böyüklər üçün tamaşalara da aparmırdılar məni ki, hələ balacasan, 
başa düşməzsən, həm də teatrın qapısında duran əmilər, xala-
lar balacaları axşam seanslarına buraxmırlar. Bəlkə də bu mənim 
ömrümdə eşitdiyim ilk paradoks, başa düşmədiyim birinci anlaşıl-
mazlıq idi. Axı həmin teatr tamaşaları, ya da yalnız “böyüklər üçün” 
olan televiziya tamaşaları, bədii filmlər televizorda göstəriləndə ba-
xırdım, əsərdə söhbətin nədən getdiyini də başa düşürdüm... Amma 
yenə də başa düşmədiklərim var idi. Məsələn, hələ ən məşhur akt-
yorları da səsindən tanıyacaq qədər “stajlı” tamaşaçı deyildim.
Gün o günlərdən idi ki, televizorda yenə də böyüklər üçün nəzərdə 
tutulan tamaşaya baxdım. İştirakçıların sayı çox olmasa da, üçünün 
adı yadımda qalıb. Müəllifin adından danışan mərhum Əli Zeynalov
Əminə Yusifqızı, bir də Rafael Dadaşov... Fransız əsəri idi. Müəllifi?! 
Unutmuşam (bəlkə də indi o tamaşanı xatırlayan iki-üç nəfər ola, ya 
da olmaya). Adı? – Yadımdadır: “Çəhrayı paltarlı gəlincik”.
... Həmin televiziya tamaşası ilə mən Əminə Yusifqızını özümçün 
bir aktrisa kimi kəşf etdim və... itirdim. 
Hələ Əminə xanımın illər öncə Gənc Tamaşaçılar Teatrında, son-
ra da Akademik Milli Dram Teatrında necə maraqlı rollar oynadığını 
sonradan biləcəkdim, mən daha “stajlı” teatralların bu aktrisanın ifa-
sı barədə təəssüratlarını eşidəcəkdim, onun teatr yaradıcılığı barədə 
yazıları oxuyacaqdım. Amma hələ uzun illər Əminə Yusifqızı mənim 
üçün “Çəhrayı paltarlı gəlincik” tamaşasındakı aşiq olduğu əsilzadə 
cavanla ailə qurmaq naminə sənətini qurban verən çılğın təbiətli 
aktrisa rolunun ifaçısı kimi qalacaqdı... 
İllər sonra Əminə xanımın yaradıcılığını öyrəndikcə, radiodan, 
televiziyadan, xarici və yerli filmlərdə kadr arxasından eşidilən 
bənzərsiz yumşaq səsinə heyran kəsildikcə yaradıcı potensialına 
bələdçiliyim artırdı. 
Sənət zövqü, teatr məhəbbəti son əlli ildə formalaşan neçə nəsil 
Əminə Yusifqızını bəzi filmlərdəki xırda, ya da orta həcmli (ekran 
müddəti baxımından) rollarda gördü, bir də onun kadr arxasından 
gələn, efirdən yayılan səsinin heyranı oldu. Azərbaycan kinomanı 
neçə-neçə əcnəbi aktrisanı (bəzən elə özümüzünküləri də) Əminə 
Yusifqızının səsi ilə qavrayıb ifasını bəyəndi. 
Ölkədə, xüsusilə əyalətdə kənd klublarının planını artıqlama-
sı ilə dolduran hind filmlərinin Zinət Aman, Hema Malini və adını 
bilmədiyim neçə-neçə sürməli, alnı xallı aktrisası da Azərbaycandakı 
populyarlığına görə Əminə Yusifqızının səsinin rənginə, xarakteri 
çatdırmaqda mahir səs çalarlarına borcludur. 
Yüksək poeziyanı, qəzəliyyatı sevənlər gecələr 
Azərbaycan radiosu ilə yayımlanan cəmi iyirmi dəqiqəlik 
“Klassik irsimizdən” verilişinə çox zaman Əminə xanımın 
səsinə, avazına görə qulaq asardılar. Azərbaycanın neçə 
şairi oxucular arasında qazandıqları böyük populyarlığa 
görə öz yaradıcılıq gecələrində, onlara həsr olunmuş 
televiziya, radio verilişlərində Əminə xanımın qüsursuz 
ifasına minnətdardır. 
Çoxları bilmir ki, səsini istədiyi obrazın ovqatına, düşüncəsinə 
kökləməyi bacaran Əminə Yusifqızının ali sənət təhsili yoxdur. Yəni 
əslində o buna cəhd edib. Orta məktəbi bitirib Kinematoqrafiya İns-
titutu arzusu ilə Moskvaya gedib, ixtisas imtahanında uğurlu çıxış 
etsə də, qəbul olunmaq cəhdi uğurla nəticələnməyib. Bakıya qayıdıb 
sənədlərini indiki Slavyan Universitetinə verib və tələbə adı qazanıb. 
Əminə Yusifqızının böyük sənətə gəlişi istedadın bulaqla 
müqayisəsi misalına ən uyğun illüstrasiya sayıla bilər. Birinci kurs-
da təhsil alan Əminənin tələbə gənclərin özfəaliyyət festivalında 
çıxışı Gənc Tamaşaçılar Teatrının ozamankı baş rejissoru Zəfər 
 səsin 
sahibi...
 Əminə Yusifqızı - 80
Göyqurşağı rəngli


71
Mədəniyyət.AZ / 9 • 2016
Nemətovun necə xoşuna gəlirsə, rus dili müəllimliyi oxuyan qızı 
teatra uşaq və yeniyetmə rollarını oynamağa çağırır. Beləcə, teatra 
təzə nəfəs, fərqli tərz gəlir. 
Əminə xanım orta təhsilini də, ali təhsilini də rus dilində alıb. 
Hətta ilk səhnə təcrübəsi də rus dilində olub, sonradan Azərbaycan 
dilində çıxış etməyə başlayıb. Yəni  onun bu qabiliyyətindən, fenome-
nal yaddaşından daha geniş istifadə etmək olardı… Əgər bədii qiraət 
ustası Əminə Yusifqızının istedadlı aktrisadan müqayisəsiz dərəcədə 
savadlı, dilçi-ədəbiyyatçıdan da qat-qat istedadlı olması nəzərə 
alınsaydı, heç şəksiz ki, o, indiki postsovet məkanı boyda geniş bir 
ərazidə Azərbaycan poeziyasının ən gözəl səfiri ola bilərdi!.. Amma 
nə etməli, belə görünür ki, Əminə Yusifqızının sənət qismətində 
Azərbaycan türkcəsini bilənlərin və sevənlərin ruhunun elçisi olmaq 
varmış!.. 
Təəssüf ki, Əminə xanımın istər Gənc Tamaşaçılar Teatrında, 
istərsə də Akademik Milli Dram Teatrında çıxış etdiyi tamaşaların 
lent yazısı yoxdur. Bəlkə də var, sadəcə, arxivlərin qapağı illərlə 
açılmayan qutularında qıvrılıb yatdığından onları bizə göstərən tapıl-
mır. Odur ki aktrisanın teatr səhnəsində canlandırdığı Qulu, Səbirə, 
Humay, Ülkər, Əliman, Sevər kimi obrazlar barədə nəsə öyrənmək 
üçün gərək həmin illərin qəzetlərini vərəqləyib xəsis teatrşünas ya-
zılarını gözdən keçirəsən. 
Yaxşı ki, filmlər var!.. Əminə Yusifqızının filmoqrafiyasına nəzər 
salanda anlayırsan ki, kino rejissorlarımızın dinləyicilərdən heç fərqi 
yoxmuş. Onlar da aktrisanın səsinin vurğunu olublar. Təkəmseyrək 
hallarda Əminə xanıma təklif edilən və onun məharətlə yaratdığı 
rollara diqqətlə baxanda adama elə gəlir ki, hazırlıq prosesində san-
ki rolların hamısı paylanıb, amma xarakterik və qəliz qadın roluna 
dəvət edilən aktrisalar ümidi doğrultmadığından seçim Əminə Yu-
sifqızının üzərində dayanıb. Məncə, “Tənha narın nağılı”nda da belə 
olub, “Qətl günü”ndə də, hələ desəniz, adını çəkmədiyimiz başqa 
filmlərdə də… 
Əminə xanım müsahibə verməyi o qədər də xoşlamır. 
Amma elə çox nadir rast gəldiyimiz müsahibəsində 
də teatrdan niyə getdiyindən, fi 
lmlərdə nəyə 
görə az çəkildiyindən, bəlkə də sınaq çəkilişində 
iştirakı, təsdiqləndiyi, amma çəkilmədiyi bir rolun 
səsləndirməsinə dəvət alanda nələr hiss etdiyini heç 
açıqlamaz. Özündən, həyatında rastlaşdığı olaylardan 
danışmağı da sevməz. Bəlkə də öz hisslərini, bizə 
demək istədiklərini ifa etdiyi şeirlərə köçürdüyündən 
susmağı sevir, öz yaşantılarını göyqurşağı kimi rəngli 
səsinin çalarları ilə çatdırmağı gərək bilir. 
Sanballı yaşındadır Əminə xanım. Ömrün müdriklik çağını yaşa-
yır: səhnəyə çıxmasa da, yeni filmlərə çəkilməsə də, dublyajdan yo-
rulsa da, səsi yenə qulaqlarımızdadır… Radionun, televiziyanın qızıl 
fondunda, çox sevdiyimiz, seyrindən doymadığımız filmlərdədir. 
… Yəqin ki, Xalq artisti, “Şöhrət” ordenli aktrisa, bədii qiraət us-
tası Əminə xanımla şəxsən görüşsəydim, üzbəüz söhbətləşsəydim, 
bu yazı tamam başqa cür olacaqdı. Ola bilsin ki, Əminə xanım bəzi 
suallara cavab vermək istəməyəcəkdi, uşaq yaddaşımda ilişib qal-
mış müəllifini unutduğum “Çəhrayı paltarlı gəlincik” teletamaşa-
sında adını bilmədiyim rolunun adını da xatırlamayacaqdı. Amma 
müsahibəmiz başa çatanda ona deyəcəkdim ki, Əminə xanım, 
mənə elə gəlirdi siz həmin tamaşada həyat və sənət sevgisi ara-
sında çırpınan aktrisa rolunda özünüzü oynamışdınız. Bəlkə də bu 
cümlədən sonra müsahibəmiz təzədən başlayacaqdı, söhbətimiz 
fərqli bir məcraya – öz sənətini çox sevən iki nəfərin elə ana-bala 
dərdləşməsinə yönələcəkdi… 
İndiliksə yazı bu yerdəcə bitir. Əminə Yusifqızının yuvarlaq doğum 
gününə bir ithaf, onun adına bağlanan bir gözəlləmə kimi...
Gülcahan Mirməmməd
“Musiqi müəllimi” filmi


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə