M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

75
Mədəniyyət.AZ / 9 • 2016
“…Üzeyir Hacıbəyovu tədqiq edən alimlərin əsərlərinin və 
xüsusən yubiley mərasimlərindəki çıxışların adətən əksər 
hissəsində deyilən sözlər onun musiqi sahəsində fəaliyyətinə həsr 
olunub. Təsadüfi deyildir ki, bu yubileylərdə daim musiqişünaslar, 
bəstəkarlar, musiqiçilər çıxış edirdilər. Ola bilər ki, ilk dəfədir ki, 
Üzeyir Hacıbəyovun yubiley mərasimində respublikanın preziden-
ti söz söyləyir. Bu heç də təsadüfi deyil. Çünki Üzeyir Hacıbəyov 
dahi bir bəstəkar, musiqiçi, eyni zamanda böyük alimdir, filosofdur, 
maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk 
hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində 
Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol 
oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üze-
yir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi daha da çox 
sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn 
fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər 
bir insan üçün nə qədər əzizdir, doğmadır…” Bu sentyabr günlərində 
vətənimizin musiqi ictimaiyyəti dahi Üzeyir Hacıbəylinin ad günü 
təntənəsini yaşayarkən ulu öndərimiz Heydər Əliyev cənablarının 
bəstəkarın anadan olmasının 110 illiyi münasibətilə yubiley 
gecəsində dediyi tarixi sözlərin nə dərəcədə həqiqət olduğu bir daha 
təsdiqlənir. 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları 
son günlər yeni materiallarla zənginləşib. Azərbaycan musiqi elmi-
nin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, professor 
Elmira Abasovanın böyük arxivi alimin qızı, fəlsəfə doktoru Kaminə 
Məmmədova tərəfindən muzeyə hədiyyə edilib. 
Arxiv çoxsaylı bölmələrdən ibarətdir. İlk olaraq diqqətinizi alimin 
zəngin kitabxanısına yönəltmək istərdim. Burada istər Elmira xanı-
mın, istərsə də müxtəlif müəllifl ərin kitabları saxlanılır. Həmçinin 
alimin uzun illər Azərbaycan və rus mətbuatında işıq üzü görən 
məqalələri, elmi simpozium və konfranslardakı çıxışları nəşr edil-
miş bukletləri, fotoşəkilləri, not ədəbiyyatları bu qəbildən olan 
sənədlərdəndir. Digər tərəfdən arxivə verilən materiallar içərisində 
Azərbaycanla yanaşı, başqa ölkələrin elm, mədəniyyət xadimlərinin 
çapdan çıxmış məqalələri də vardır. E.Abasova 1977–92-ci illərdə 
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində 
çalışıb. Bu baxımdan onun Moskva, Sankt-Peterburq, Daşkənd, Tal-
linn və başqa konservatoriyaların rəhbərləri ilə məktublaşmaları ar-
xivin bir hissəsini təşkil edir. Həmin yazışmalar icərisində tanınmış 
musiqişünas alimlər G.V.Keldış, V.V.Vinoqradov,V.V.Protopopov və 
başqa şəxsiyyətlərin adları vardır. Biz əminik ki, haqqında danışılan 
sənədlər gələcəkdə ekspozisiyamızda nümayişlə yanaşı, elmi aras-
dırma baxımından da dəyərli mənbə olacaqdır. 
Arxivi əhatə edən çoxsaylı materiallar içərisində “Koroğlu” ope-
rası ilə bağlı sənədlərin zənginliyi diqqətimizi çəkdi. Bu baxımdan 
mövcud sənədlərin bir hissəsini araşdırmaqla operanın yaranması 
ideyasından başlayaraq ilk premyeraya qədər keçdiyi yolun maraqlı 
məqamlarını sizlərlə bölüşmək istərdik. Ola bilsin ki, məqalədə söz 
açılacaq məqamların bir hissəsi musiqisevər oxusularımıza yaxın-
dan tanışdır. Amma biz, Üzeyir bəylə “Koroğlu” operası üzərində 
birlikdə işləyən Azərbaycan mədəniyyətinin və ədəbiyyatının 
görkəmli şəxsiyyətlərinin fikir və xatirələrini 30-cu illərin mətbuat 
orqanlarının səhifələrində yer alan materialların köməyi ilə sizlərə 
maraqlı məqalə təqdim edəcəyimizi düşünürük. 
Yeni opera yazmaq ideyası Ü.Hacıbəylini 30-cu illərin əvvəlindən 
düşündürürdü. Bu baximdan bəstəkarın “Leyli və Məcnun”dan 
“Koroğlu”ya qədər” məqaləsində bölüşdüyü fikirlər maraqlıdır: 
“...“Koroğlu” operasının yazılmasından daha 20 il qabaq xalq musiqi-
sinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bu sahədə 
hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının 
mübahisə və müzakirələrini izləyirdim. Həmin yolla el musiqisini nə 
qədər öyrənə bildiyimi sınayırdım, digər tərəfdən bəstəkara məxsus 
sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalı-
şırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətrafl ı öyrənirdim. 
Bütün bunların yekununda 1930-cu ildə “Koroğlu” operasını yazmaq 
üçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım...”(1).
Ü.Hacıbəyli ilk olaraq İran ədəbiyyatının görkəmli simalarından 
biri Əbülqasim Firdovsinin “Şahnamə” poeması əsasında “Dəmirçi 
Gavə” operasını yazmaq qərarına gəlir. Bu, bəstəkarın “Şahnamə” 
mövzusunda yazacağı ikinci səhnə əsəri olacaqdı. İlk dəfə 1910-cu 
ildə “Rustəm və Zövrab” operası ilə poemanın mövzusuna müraciət 
etmişdi. 
Bəstəkar yeni opera yazmaq fikrini görkəmli yazıçı Məmməd 
Səid Ordubadi ilə bölüşür. Nəticədə operanın librettosunun onun 
tərəfindən yazılacağı razılaşdırılır. Libretto üzərində iş yazıçı ilə 
bəstəkar arasında sıx təmasda, müxtəlif səpkili fikir mübadiləsi 
aparılmaqla ərsəyə gəlir. Ümumən tamaşanın dramaturji konsep-
siyası formalaşmağa başlayır. Nəhayət, libretto bitəndən sonra 
Yavər Neymətli,
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: azmusicmuseum@gmail.com
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
tarixi sənədlərində Üzeyir bəyə bir baxış


76
Mədəniyyət.AZ / 9 • 2016
opera teatrının bədii şurasına təqdim olunaraq qəbul edilir. Lakin 
Üzeyir Hacıbəyli “Dəmirçi Gavə” operasını yazmaq fikrindən daşınır. 
M.S.Ordubadi bu hadisəni belə təsvir edir: “…Üzeyirlə bir neçə gün 
oturduq, lakin heç bir iş görmədik, nədənsə Üzeyir çox tərəddüdlü 
görünürdü. Nəhayət, o öz qəlbini açıb dedi:
– ...Dəmirçi Gavə”nin librettosu üzərində çox zəhmət çəkdin, 
mən də az zəhmət çəkməmişəm. Ancaq mən fikrimi dəyişmişəm. 
Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri qurban etməyin də eybi 
yoxdur. “Dəmirçi Gavə” operasının əvəzinə elə bir əsər yaratmalıyıq 
ki, onunla xalqımızın varlığına qəhrəmanlıq ruhu aşılamaq mümkün 
olsun.  
Biz sükuta daldıq. Sükut bir çay içmək və papiros çəkmək qədər 
davam etdi. Nəhayət, mən ona sual verdim:
– Nə etmək istəyirsən?
– “Koroğlu” dastanı əsasında bir opera yazmaq xəyalındayam. 
Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar 
içərisində itib getmişdir. Koroğlu kimi səbatlı üsyançını orta əsrlərə 
məxsus bir çapğın və eşqbaz təki qələmə verirlər. Buna görə də Ko-
roğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada 
aydınlaşdırmalıyıq…”(2).
Yuxarıda qeyd olunan dialoqu nəzərdən keçirdikdə müəllifin Ko-
roğlu obrazında Azərbaycan xalqının yadelli işğalçılara qarşı daim 
amansız mübariz simvolikasını təqdim etmək istəyi görünür. Həmin 
fikri gücləndirmək üçün akademik Məmməd Arif Dadaşzadənin “Ko-
roğlu” dastanı adlı məqaləsində oxuyuruq: “…Koroğlu azadlığı sevir, 
köləliyə nifrət edir… Xalq maraqları uğrunda mübarizə aparan Ko-
roğlu obrazında Azərbaycan xalqının ən yaxşı xasiyyətləri təcəssüm 
etdirilmişdir: mərdanəlik, qəhrəmanlıq, zalımlara qarşı nifrət, azad-
lıq sevgisi, hazırcavablıq, müdriklik və şairlik, sənətikarlıq Koroğlu-
nun əsas xüsusiyyətləridir…”(3).
Əsərin libretto müəllifl iyinə bu dəfə M.S.Ordubadi ilə yanaşı, 
Heydər İsmayılov da cəlb edilir. 1932-ci il avqustun 11 və 12-si 
tarixlərində onlarla müqavilə bağlanır. Operanın üzərində iş prosesi 
müəllifl ər tərəfindən çoxsaylı yaradıcı müzakirə və mübahisələrlə 
zəngin olub. M.S.Ordubadi bunlardan birini belə xatırlayır: “...Böyük 
mübahisəyə səbəb olan səhnələrdən birisi də “Çənlibel” səhnəsi 
idi. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli 
bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzəbəyi 
töyləçiliyə (mehtərliyə) qəbulunu yersiz hesab edirdim. Lakin Qıratı 
oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə 
göstərilən qəhrəmanların sadə ürəkli olmalarından misallar gətirib 
dedi: – Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarak-
terdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı 
olduğundan başqa cürə göstərməyimiz mümkün deyil” (4).
Üzeyir bəyin irəli sürdüyü fikri akademik Məmməd Arif Dadaşzadə 
“Koroğlu” dastanı məqaləsində bir daha təsdiqləyir: “…Belə qüvvət, 
cəsarət və igidlik sahibi olan Koroğlu eyni zamanda sadə, təvazökar
şəfqətli, həssas və diqqətlidir…” (5).
Üzeyir Hacıbəyli opera üzərində işi ilə yanaşı, yaradıcısı olduğu 
Azərbaycan Dövlət Konservatoriyasında elmi-pedaqoji fəaliyyətlə 
məşğul idi. Onun tələbələrindən biri, sonralar görkəmli dirijor, 
Əməkdar incəsənət xadimi Əşrəf Həsənov xatırlayır: “…“Koroğlu” 
operası mən tələbə olduğum illərdə gözümün qabağında yaran-
mışdır. Mən o zaman Üzeyir bəyin sinfində Azərbaycan xalq mu-
siqisinin əsasları və harmoniya dərslərini öyrənirdim. Hörmətli 
müəllimimizdə gözəl bir xasiyyət vardı. Təzə hər nə əsər yazmış 
olsaydı, sinfindəki yuxarı kurs tələbələrinə çalar və onların fikrini 
öyrənərdi. Heç yadımdan çıxmaz. Bir gün dərsə gətirdiyi bir əsəri 
barədə o belə dedi: bu, “Koroğlu” operasından Həsən xanın ariyası-
dır. Qulaq asın, görün xoşunuza gəlirmi. Beləliklə, biz tələbələr Ko-
roğlunun, Nigarın ariyalarını və başqa musiqi nömrələrini hələ ope-
ra səhnəyə qoyulmamış əzbərdən bilirdik…” (6). Nəhayət, bəstəkar 
əsəri bitirərək 1936-cı ildə partituranı Opera və Balet Teatırına 
təhvil verir. 
Operanın quruluşcu rejissoru, Xalq artisti İsmayıl 
Hidayətzadə musiqi fakturasına hopmuş milli üslub xüsusiyyətləri 
ilə zəngin əsərə uyğun səhnə təcəssümünün təqdiminə nail olur. O 
yazır: “…“Koroğlu” operasının quruluşu qəhrəmani romantizm prin-
sipi olmalıdır. Quruluşda romantik çılğınlığı, ruh yüksəkliyini saxla-
maqla hərəkətlərin olduqca gözəl, çevik, kütləvi səhnələri, xüsusilə 
xalqın iştirakı ilə zəngin məqamları olduqca bədii bir surətdə qurul-
malıdır… Biz bu tamaşada düşünən, çırpınan, sevən, gülən, iztirab 
çəkən və mübarizə aparan həqiqi mübarizləri göstərməyə çalışıca-
ğıq. Bununla da tamaşaçını həyəcana gətirə bilən, ona ruh yüksəkliyi 
verə bilən yüksək keyfiyyətli xalq tamaşası göstərməliyik” (7).
 
Əsərin səhnə tərtibatı və obrazların geyim eskizlərinin 
müəllifl əri rəssamlar Rüstəm Mustafayev və Qəzənfər Xalıqov-
dur. Hər iki sənətkar Azərbaycan teatr-dekorasiya sənətinin ilk 
nümayəndələrindən olmaqla realistik təsviri sənəti milli koloritlə 
sıx bağlayaraq “Koroğlu” operasının səhnə həllində bariz nümayiş 
etdiriblər. Tamaşanın dekorasiya və geyimlərinin hazırlıq prosesində 
XIV–XVII əsr Azərbaycan tarixi və etnoqrafik məlumatlar, həmin 
dövrün arxitektura abidələrinin xüsusiyyətləri dərindən öyrənilir. 
R.Mustafayevin və Q.Xalıqovun operanın bədii tərtibatı haqqında döv-
ri mətbuatda yer alan fikirlərindən: “…Operanın musiqisi Azərbaycan 
musiqi folkloru üzərində əsaslandığı kimi tamaşanın səhnə qurulu-
şu da xalq ustalarımızın gözəl təsviri sənətinə əsaslanmışdır… I və III 
pərdələr biz Çənlibelin sərt təbiətini göstərmişik. II və IV pərdələrdə 
isə feodal istehkamlarının arxitekturası və quruluşu haqqında tama-
şaçıya müəyyən təsəvvürlər verir… Obrazların səhnə geyimi dövrün 
əsl məişətinə maksimal dərəcədə uyğun olmaq prinsipi ilə verilmiş-
dir” (8).
Əsərin 1937-ci il aprelin 30-da baş tutan premyerası Azərbaycan 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə