M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

77
Mədəniyyət.AZ / 9 • 2016
mədəniyyəti tarixində ən yaddaqalan hadisəyə çevrilir. Arxiv sənədləri 
içərisndə 30-cu illər mətbuatında dövrün görkəmli şəxsiyyətlərinin 
opera haqqında yüksək fikiləri öz əksini tapıb. Bunlar içərisində Ab-
bas Mirzə Şərifzadə, Səməd Vurğun, Mirzə İbrahimov, Hüseynqulu 
Sarabski və başqa xadimlərin fikirlərini qeyd edə bilərik. 
1938-ci il aprelın əvvəllərində Moskvada Azərbaycan incəsənəti 
günlərinin dekadasında “Koroğlu” operasının nümayişi paytaxt 
mətbuatında ən çox təhlil olunan mədəniyyət hadisəsinə çevri-
lir. Moskvanın aparıcı mədəniyyət, elm və incəsənət xadimlərinin 
mətbuat səhifələrində verdikləri rəylər və söylənilən fikirlər maraq-
lıdır. Bunların bir neçəsini nəzərinizə çatdırmaq istərdik.
Sankt-Peterburq Konservatoriyasın professoru Yevgeni Maksi-
moviç Braudo: “...“Koroğlu” operasının partiturası son illərdə yazıl-
miş ən möhtəşəm partituralardan biridir. “Koroğlu” musiqisinin pa-
fosunu ancaq böyük rus bəstəkarı Qlinkanın musiqisi ilə müqayisə 
etmək olar...” (9).
Əməkdar incəsənət xadimi Yelena Fabianovna Qnesina: “...Əsl 
xalq musiqisinin Avropa musiqi incəsənətinin (başlıca olaraq Verdi-
nin opera üslubu) nailiyyətləri ilə sintezləşdirilməsi, sübhəsiz, böyük 
əhəmiyyətə malik olan bir əsərin yaradılması ilə nəticələnmişdir...” 
(10)
Moskva Konservatoriyasının professoru, musiqişünas Geor-
gi Xubov: “…Operanın uğurunda əsas məqamlardan biri bəstəkar 
tərəfindən əsərin partiturasına milli musiqi alətləri tar, kamança, 
zurna, balabanın məharətlə daxil edilməsidir. Ü.Hacıbəyovun bu 
orijinal yaradıcı tapıntısı opera janrının yeni ifadə vasitələrinın üzə 
çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir...” (11)
Beləliklə, biz görkəmli musiqişünas alim Elmira xanım Abasova-
nın muzeyimizin arxivində yer alan sənədlərinin kiçik bir hissəsindən 
istifadə etməklə Ü.Hacıbəylinin yaradıcılığının şah əsəri “Koroğlu” 
operası haqqında müəyyən məlumatları sizlərlə bölüşməyə çalış-
dıq. İlk premyeradan bu günümüzə qədər istər Azərbaycan, istərsə 
də ölkəmizin hüdudlarından kənarda müxtəlif səhnələrdə nüma-
yiş olunan bu əsər musiqi mədəniyyətimizin ayrılmaz hissəsinə 
çevrilmışdir. Sonda Ü.Hacıbəylinin tələbəsi, zəmanəmizin böyük 
bəstəkarı Qara Qarayevin “Azərbaycan xalqının böyük bəstəkarı” 
adlı məqaləsindəki fikirlərini bölüşmək istərdik: “...Əsərlərindəki 
melodik xalq musiqisi ilə üzvi surətdə bağlı olmaq, musiqi dilinin 
klassik aydınlığı və sadəliyi, dövrün tələblərini düzgün dərk etmək 
və bu tələblərə bacarıqla cavab vermək sahəsində Ü.Hacıbəyli yara-
dicılığı dinləyicilər tərəfindən hörmətlə qarşılandı. Onun dərin realist 
məzmun və mütərəqqi ideyalarla zəngin yaradıcılığı xalqın səmimi 
məhəbbətini qazanaraq onun sərvəti oldu...” (12).
77
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. “Bakinski raboçi” qəzeti, 1938-ci il, 16 mart
2. “Böyük sənətkar barəsindəki xatiratım” məqaləsi (“Bəstəkarın xatirəsi...” kitabından, Bakı – 1976).
3. “Ədəbiyyat” qəzeti, 1938-ci il, 5 aprel
4. “Böyük sənətkar barəsindəki xatiratım” məqaləsi (“Bəstəkarın xatirəsi..” kitabından, Bakı – 1976).
5. “Ədəbiyyat” qəzeti, 1938-ci il, 5 aprel
6. “Koroğlu” operasının yaranması barəsində xatirə (“Bəstəkarın xatirəsi..” kitabından, Bakı – 1976).
7. “Ədəbiyyat” qəzeti, 1938-ci il, 5 aprel
8. “Ədəbiyyat” qəzeti 1938-ci il, 5 aprel (“Dekorasiya və kostyumlar” məqaləsi)
9. “Kommunist” qəzeti, 1938-ci il, 6 aprel
10. “Kommunist” qəzeti, 1938-ci il 6 aprel
11. “İzvestiya” qəzeti, 1938-ci il 16 aprel
12. “Ədəbiyyat və incəsənət” qəzeti, 1953-cü il, 21 noyabr 
Summary
Recently, the collections of the State Museum of Musical Culture 
of Azerbaijan have been enriched with vast archive of the outs-
tanding representative of Azerbaijani musicology, 
Honoured art worker, rector of the Azerbaijan State Conservato-
ire in 1977 - 1992, professor Elmira Abasova (1932-2009). Her 
archive has been gi  ed to the museum by her daughter,  Kamina 
Mammadova, Ph.D. The central part of the archive is occupied 
with the materials related to Uzeir Hajibeyli studies, the focus of 
Elmira Abasova’s research. The article presents some facts of 
U.Hajibeyli’s work on the opera Koroglu, his masterpiece, thro-
ugh the prism of the archival documents. 
Key words: museum, archive, Uzeyir Hajibeyli, Elmira Abasova, 
Koroglu.
Резюме
С каждым годом коллекции Государственного музея музыкальной 
культуры Азербайджана пополняется новыми архивными мате-
риалами. Одним из последних приобретений является большой 
и разнообразный архив известного ученого – музыковеда, Заслу-
женный деятель искусств, профессора Эльмиры ханум Абасовой 
(1932-2009). Среди документов данного архива центральное место 
занимают многочисленные материалы, посвященные творчеству 
Узеира Гаджибейли. Предлагаемая статья основываясь на мате-
риалах архива знакомит с важными историческими фактами, ка-
сающимися создания оперы “Кероглы”.
Ключевые слова: музей, архив, Узеир Гаджибейли, Эльмира Аба-
сова, Кероглы.


78
Mədəniyyət.AZ / 9 • 2016
Söz birləşmələrinin norma problemlərindən söhbət açılır-
sa, burada sintaktik əlaqələrə xüsusi diqqət verilməlidir. Çün-
ki söz birləşmələri ancaq iki və yaxud ikidən artıq sözlərin yanaşı 
işlənməsi demək deyil. Əgər belə olsaydı, söz birləşmələri meyda-
na gəlməz, nitqdə anlaşılmazlıq, mənasızlıq yaranardı. Q.Kazımov 
söz birləşmələrini məna və sintaktik cəhətdən izah edərkən həmin 
xüsusiyyətlərin hər ikisinin eyni dərəcədə əsas götürülməsinə xüsusi 
diqqət yetirir: “Dilimizdə “mavi göylər” birləşməsi təbii səslənir, ona 
görə ki asılı tərəf (mavi sözü) əsas tərəfl ə (göylər sözü ilə) qram-
matik cəhətdən bağlı olduğu kimi, tərəfl ər arasında real semantik 
əlaqə də vardır. Mavi sözü göylərin rəngini düzgün əks etdirir. Lakin, 
məsələn, mavi günəş birləşməsi işlətmirik, çünki mavi sözü günəş 
parlaqlığını əks etdirə bilmir, günəşin öz təyinləri var” (5, s. 25). Söz 
birləşmələri sintaktik və məna əlaqələrinin köməyi ilə əmələ gəlir. 
Həmçinin sözlər arasında məna əlaqəsi olsa belə, yenə də bu, söz 
birləşmələrinin təşkili üçün kifayət deyil. Bununla yanaşı, yenə də 
sintaktik əlaqələrin mövcudluğu mütləqdir.
Deməli, söz birləşmələri iki və daha artıq sözün məna və sin-
taktik cəhətdən əlaqələnməsi nəticəsində yaranır. Məna əlaqəsi 
sözlərin birləşərkən düzgün, anlaşıqlı olmasını yaradırsa, sintaktik 
əlaqələr söz birləşmələrinin qrammatik cəhətdən müəyyən norma-
ya salınmasını təmin edir ki, nəticədə qrammatik tələblərə görə söz 
birləşmələrinin sintaktik normaları meydana gəlir.
Söz birləşmələri arasında sintaktik əlaqələr özünü üç formada 
göstərir: uzlaşma əlaqəsi, idarə əlaqəsi və yanaşma əlaqəsi.
Uzlaşma əlaqəsi şəxsə və kəmiyyətə görə olur. Burada özünə 
tabe edən söz hansı şəxsdədirsə, ona tabe olan sözün də həmin 
şəxsə aidliyini tələb edir; məsələn: mən şagirdəm, siz kitabxana-
çısınız, biz kitabxanaçıyıq və s. Həmçinin uzlaşma əlaqəsi zamanı 
kəmiyyətə görə də uzlaşma baş verir. Tabe edən tərəfin tək və ya 
cəmdə işlənməsindən asılı olaraq tabe olan tərəf də həmin kəmiyyət 
göstəricisi daşıyır; məsələn: mən müəlliməm, biz güclüyük, siz şa-
girdsiniz, onlar şagirddirlər və s.
Azərbaycan dilində şəxsə görə uzlaşma mütləq mövcudiyyət da-
şıyır. Kəmiyyətə görə uzlaşma isə müəyyən hallarda olmaya da bilər; 
məsələn: kitabların cildi, uşaqların də  əri, ağacların yarpağı və s.
İdarə əlaqəsi. Bu əlaqədə əsas vəzifə tabe olan söz tabe edən 
sözün tələbi ilə ismin hallarına uyğun olaraq işlənməsidir. Tabe 
edən söz ismin hansı halını tələb edirsə, tabe söz də o halda olur; 
məsələn: evdən gəlmək, kitabı oxuyan, dərsdə oturmaq, kitabın üzü 
və s. Bu növ söz birləşmələrində idarəçiliyə əməl olunmaması sin-
 Elvin Səmədov,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı
E-mail: esmes_tx@list.ru
Söz birləşməsi səviyyəsində
norma məsələləri


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə