M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

81
Mədəniyyət.AZ / 9 • 2016
müəyyən yiyəlik halda, üçüncü növ təyini söz birləşmələrinin isə 
müəyyən yiyəlik halda olması ilə bağlıdır.
Bu növ birləşmələrin tərəfl əri müxtəlif nitq hissələri ilə ifadələnə 
bilir: isimlər, substantivləşmiş sifətlər, saylar, feli sifətlər, məsdərlər, 
əvəzliklər; məsələn: cavanların arzusu, qapının dəstəyi, gülənin üzü, 
oxumağın nəticəsi, mənim kitabım və s. Nümunələrdə birinci tərəfl ər 
substantivləşmiş sifət, isim, feili sifət, məsdər, əvəzliklə, “uşaqların 
biri, gülməyin faydası, otaqların hündürü” və s. nümunələrdə isə 
ikinci tərəf say, isim, sifətlə ifadə olunmuşdur.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl 
əri şəxsə və 
kəmiyyətə görə uzlaşır; məsələn: sizin kitabınız, mənim çantam və 
s. Lakin üçüncü şəxsin cəmində kəmiyyətə görə uzlaşmaya da bilir; 
məsələn: uşaqların də  əri, quşların səsi, adamların beşi və s.
Birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə olunan üçüncü növ təyini 
söz birləşmələrinin ikinci tərəfində birinci və ikinci şəxsin cəminin 
uzlaşması zamanı bəzən norma pozuntusu baş verir; məsələn: “si-
zin kitabınız” əvəzinə bəzən “sizin kitab”, “bizim kitabımız” əvəzinə isə 
“bizim kitab” deyirik. Bu hadisə, əsasən, danışıqda və bədii əsərlərdə 
özünü göstərir və getdikcə yazıya da sirayət edir. Dildə həmişə yün-
güllüyü, sadəliyi əsas götürdükdə belə dəyişmələr normal sayıla 
bilər. Fikrimizcə, bu oxşarlığı ikinci növ təyini söz birləşmələri ilə də 
müqayisə etmək olar. Yəni ikinci növ təyini söz birləşmələrinin bi-
rinci tərəfi qeyri-müəyyən halda olduğundan mücərrədlik, ümumilik 
xüsusiyyəti daşıyırsa, üçüncü növ təyini söz birləşmələri də şəxsə və 
kəmiyyətə görə uzlaşma olmadan ifadə edildikdə müəyyən dərəcədə 
ümumilik, mücərrədlik xüsusiyyəti yaranır. Diqqət etdikdə hər iki növ 
təyini birləşmələr də isimlərlə bağlı olur. “Dağ havası”, “bizim ev” 
nümunələrində bunu görə bilirik. Belə ki, birinci nümunənin birinci 
və ikinci nümunənin ikinci tərəfi isimlə işlənmişdir.
N.Qazıyeva “Azərbaycan ədəbi dili normalarının formalaşmasın-
da dialektlərin rolu” kitabında dialektlərdə, danışıq dilində üçüncü 
növ təyini söz birləşmələrində sintaktik norma pozuntularının olma-
sını göstərmiş və fikrini aşağıdakı nümunələrlə əsaslandırmışdır: 
“rəhmətlik oğlu – rəhmətliyin oğlu, məktəblilər həyatında – 
məktəblilərin həyatında” (6, s. 121). Nümunələrdən də göründüyü 
kimi, norma pozuntuları şifahi nitqdə və dialektlərdə baş verir. Lakin 
bu pozuntu intonasiya hesabına o qədər də nəzərə çarpmır.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl əri həm eyni zaman-
da, həm də ayrılıqda cəmlənə bilir; məsələn: uşağın kitabları – uşaq-
ların kitabları və s. Üçüncü növ təyini söz birləşmələrinin arasına söz 
girə bilir. Bu əlavələr birinci tərəfə deyil, ikinci tərəfə aid olub onun 
izahına xidmət edir; məsələn: qızın gözəlliyi – qızın gözqamaşdıran 
gözəlliyi və s.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl əri aralarında-
kı əlaqələrlə birlikdə cümlənin bir üzvü kimi çıxış edərək müxtəlif 
cümlə üzvü vəzifəsində işlənə bilir; məsələn: “kitabın qalınlığı 
səni qorxutmasın”, “də  ərin birinci səhifəsini yazma” və s. Verilən 
nümunələrin birincisində üçüncü növ təyini söz birləşməsi cümlənin 
mübtədası, ikinci nümunədə isə tamamlıq yerində çıxış etmişdir.
81
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, ADU, 1959
2. Müasir Azərbaycan dili. Sintaksis. IV hissə. Bakı, Şərq-Qərb, 2007
3. G.Abdullayeva. Müasir Azərbaycan dili. Bakı, Elm və təhsil, 2013
4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990
5. Q.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Nurlan, 2000
6. N.Qazıyeva. Azərbaycan ədəbi dilinin formalaşmasında dialektlərin rolu. Bakı, Təhsil, 2003
7. Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, 1966
Summary
In the article, information about word combinations and the 
syntactical rules between their components are given. Moreover, 
the similarities and diff erences between the word combinations 
and word, sentence has been depicted. Detailed information abo-
ut the syntactic rules in the history of our linguistic has been pre-
sented. Additionally, taking into account the fact that language 
is literary language is always ongoing development, constantly 
using of this issues and being on agenda could be necessary.
Key words: syntactical norm, syntactical relation, the first kind 
defining word combination, the second kind defining word com-
bination, the third kind defining word combination.
Резюме
В статье дается информация о синтактических нормах, имеющихся 
между словосочетаниями и их компонентами. В том числе пока-
заны сходства и различия, имеющиеся между словосочетаниями 
и словами, предложениями. В истории языковедения нашли свое 
отражение огромное количество сведений о синтактических нор-
мах словосочетаний. Наряду с этим, с учетом постоянного развития 
сложного языка и литературного языка, важно постоянное приме-
нение и оставление в повестке дня этих вопросов.
Ключевые слова: синтактическая норма, синтактическая связь, 
определительные словосочетания первого вида, определитель-
ные словосочетания второго вида, определительные словосочета-
ния третьего вида.


82
Mədəniyyət.AZ / 9 • 2016
Ə
məkdar incəsənət xadimi Əyyub Hüseynovun bədii irsində 
əksər janrlar yer alsa da, bu rəngarənglikdə mənzərə 
xüsusi yer tutur. Həmin zənginlikdə bədii keyfiyyətin 
özünəməxsus bədii-estetik dəyər daşıması da göz önündədir. 
Rəssamın mənzərələri həm də coğrafiyasının genişliyinə görə diqqət 
çəkir. Belə ki, müəllifin mənzərə janrlı əsərlərində göz açdığı Naxçı-
vanla yanaşı, sonralar fəaliyyət göstərdiyi Bakının, respublikamızın 
rayonlarının (Şamaxı, Kəlbəcər, Gəncə, eləcə də vaxtaşırı yaradıcılıq 
ezamiyyətlərində olduğu xarici ölkələrin (İtaliya, Rumıniya, Avstriya, 
Çexoslovakiya, Macarıstan, Gürcüstan, Rusiya və s.) şəhər və təbiət 
motivləri yer tutur. 
Qeyd etmək lazımdır ki, doğma yurdun gözəlliyini özündə əks 
etdirən mənzərələrin insanların estetik tərbiyəsində və vətənpərvərlik 
ruhunun yüksəlməsində aşkar rolunu dəyərləndirən Əyyub Hüsey-
novun bu janrda çəkdiyi əsərlərdə yüksək sənətkarlıq nümunəsi 
sərgilədiyi qabarıq görünməkdədir. Onun əsərlərini bədii tutumuna 
və obyektə özünəməxsus və yeni baxışına görə Azərbaycan mənzərə 
janrına layiqli töhfə saymaq olar. 
Qənaətimizcə, o özündən bir qədər yaşlı olan həmkarı Səttar 
Bəhlulzadənin (1909–1974) mənzərəyə olan münasibətində 
müşahidələrinə – obyektə daha yaradıcı yanaşmanın bu jan-
rı əvvəlkilərdən fərqli bir mövqeyə çıxara biləcəyinə inandığından 
çox tezliklə, 1930–40-cı illərdə ərsəyə gətirdiyi əsərlərdəki bədii 
şərhdən uzaqlaşmağa başladı. Əslində, bu, yaxşı hal idi ki, əvvəlcə 
S.Bəhlulzadə, sonra isə Ə.Hüseynov mənzərə janrının qarşısında du-
ran yeni vəzifələri dərindən başa düşüb Azərbaycan rəssamlığında 
kölgədə qalan bu sahəni öncüllər sırasına çıxarmağa nail oldular. II 
Dünya savaşından sonra təsviri sənətimizdə yaradılan bir çox süjetli 
tablolara onların təsirini gücləndirəcək mənzərə elementinin daxil 
edilməsi də bu janrın əhəmiyyətinin gücləndiyini təsdiqləyən fakt-
dır. M.Abdullayev, T.Salahov və digərlərinin süjetli kompozisiyalarını 
məhz vurğuladığımız tutumlu mənzərələrsiz təsəvvürə gətirmək
sadəcə, çətindir (1, səh. 8)
Əyyub Hüseynov yaradıcılığının bir xüsusiyyəti də bəzi motivlər 
istisna olmaqla, əsasən, gəzib gördüyü yerlərdə rastlaşdığı və çox-
larına cəlbedici-ekzotik görünməyən təbiət və şəhər təsvirlərini 
Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun 
yaradıcılığında mənzərə janrı
Elnur Hüseynov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı
E-mail: elnur65@rambler.ru


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə