M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

83
Mədəniyyət.AZ / 9 • 2016
bədiiləşdirməsidir. Baş-
qa sözlə, onun fırça-
ya aldığı ən müxtəlif 
motivlərin bədii tutu-
munda əksər mənzərəçi 
rəssamların yaradıcılığın-
da rast gəlinməyən bədii 
xüsusiyyət – ilk baxışda 
sezilməyən gözəllik qay-
naqlarını üzə çıxarmaq 
və duyğulandırıcı bədii 
şərhlə təqdimat bacarığı 
nəzərə çarpmaqdadır. Bu 
mənada demək olar ki, 
əgər Azərbaycan təbiətinin 
görkəmli tərənnümçüsü 
Səttar Bəhlulzadə adi 
motivləri obraza çevirmək sahəsində nə qədər əvəzsizdirsə, Əyyub 
Hüseynov da belə adiliklərdə “gizlənən” rəng çalarları məcmusunu 
üzə çıxarmağın ustasıdır. Əyyub Hüseynovun təhsilsonrası – Nax-
çıvan teatrında çalışdığı vaxtlarda işlədiyi “Gölməçə” (1946) tablo-
sunda vurğuladığımız məziyyətlərin ilk işartılarını görmək müm-
kündür. Adından da məlum olduğu kimi, kompozisiyanı ön planda 
gölməçənin bir hissəsi və onun sahilində qərarlaşan müxtəlif ağac-
lar təşkil edir. Əgər ağaclararası sahələrin günəşlə işıqlandırılan 
cəlbediciliyini nəzərə almasaq, onda demək olar ki, şaquli kompozi-
siyanın – kətanın rəng qatında duyulası bir ahəngdarlıq mövcuddur. 
Rəssam bu rəng uyarlığını, heç şübhəsiz, suyun və ağacların rəng 
çalarları arasındakı yaxınlığın hesabına əldə edə bilmişdir. Yaşıllığın 
arxa plandakı tünd siluetini qarşıdakı yarpaqları işıqlı ağac üçün 
fon-yerlik seçən rəssam bu hissəni oynaq yaxı improvizələri ilə 
həll edərək dinamikliyi suyun yumşaq tonda işlənmiş səthinə qarşı 
qoyaraq ümumi nəticədə motivin cəlbedici tutum almasına nail ol-
muşdur. 
Əyyub Hüseynovun bir il sonra çəkdiyi “Moskva ətrafı”nın (1947) 
həm ölçü, həm də motiv baxımından “Gölməçə”yə oxşarlığı danıl-
mazdır. Hər iki əsərin rəng həllində ovqatyaradıcı uyarlıq duyulur. 
Qabarıq görünən fərq “Moskva ətrafı”nda rus təbiətinə xas ağcaqa-
yın və şam ağacları mənzərəsinin məna-məzmun yüküdür. Günəşli 
havaya gözəllik bəxş edən şam ağaclarının qarşıdakı ağcaqayın 
üçün fon-yerlik rolu daşıyan ümumiləşdirilmiş siuletində və ön 
plandakı gölməçənin üzərində ucalan sıralanmış iri ağacların isti-
liyi duyulan örtüyündə cəlbedici bədii xüsusiyyətləri görmək elə də 
çətin deyil. Əsərin rəng həllindəki “ikiləşmə” – su səthinin yumşaq, 
ağacların isə ekspressiv yaxılarla ifadəsi sonucda kompozisiyanın 
ümumi görüntüsünə oynaqlıq bəxş etməklə mənzərənin təsirliliyini 
şərtləndirir (2, səh. 16)
Rəssamın 1950-ci ildə çəkdiyi kiçikölçülü “Göl kənarında” 
əsərində yuxarıdakı əsərlərlə səsləşən motiv yaxınlığı varsa da, 
bütünlükdə onların fərqli bədii-estetik tutuma malik olduqlarını 
qeyd etməliyik. Üfüqi kompozisiyada yaşayış evlərinin qonşuluğun-
da və gölün kənarında qərarlaşan yaşıllığı toranlıqda görüntüləyən 
rəssam günəşin şəfəqləri altında isti çalarlar alan ağacların rəng 
keçidlərinin yaratdığı ritmli təzadın estetik dəyər ehtivasına nail olub. 
Toranlığın mövcudluğunu və təsirini həm havada, həm də ağacların 
yaşıl örtüyündə və suyun səthində hiss etdirən müəllif bununla da 
mənzərənin ovqat daşıyıcılığını əldə etmişdir. Elə kompozisiyanı üç 
paralel hissəyə bölən hava-ağac və su səthi arasındakı isti rənglərin 
yaxınlığı da buna xidmət göstərir...
Əgər “Gölməçə”, “Moskva ətrafı” və “Göl kənarında” 
mənzərələrində rəssamı su ilə onu əhatələyən yaşıllığın arasında-
kı rəng vəhdəti cəlb etmişdisə, “Etüd” (1950) lövhəsində onun üçün 
diqqətçəkən bədii məqam azman ağacların gövdələrinin yaratdığı 
gözoxşayan ritmdir. Doğrudan da, sıxlığı duyulan meşənin zirvəsi 
görünməyən ağaclarının rəngdən-rəngə düşən səthinin yaratdığı 
oynaqlıqda duyğulandırıcı estetik dəyərlər qabarıqdır. Ön plandakı 
ağac gövdələrinin işıqlı tutumu və uzaqlaşmaları ilə həm də dərinlik 
təəssüratı yaradan arxadakı ağacların “kölgələnmiş” təsviri arasın-
dakı təzadın əmələ gətirdiyi bədii təqdimatda gözoxşayan məqamlar 
kifayət qədərdir. Tünd qəhvəyi-yaşıl rəng çalarlarının bəyaz rəngin 
gah güclənən, gah da azalan keçidlərində müəllifin nümayiş etdirdiyi 
sənətkarlıq adi meşə motivinin yaddaqalanlığını şərtləndirmişdir...
Əyyub Hüseynovun çəkdiyi təbiət motivlərində fəsillərin müxtəlif-
liyi ilə yanaşı, onların hər birinin daşıdığı bədii-este tik məziy  yət   lə-
rin  ov qat yaradıcı  gücünü  görmək mümkündür. Bu məna da  rəssa-
mın bir çox lövhələrinin, o cümlədən “Mənzərə” (1953) əsərinin 
adını çəkmək olar. Şaquli kompozisiyada da o, yenidən bizi əvvəlki 
mənzərələrində müşahidə etdiyimiz göl və ağaclar motivi ilə qarşı-
laşdırıb. Bu dəfə ilin payız fəslində baş verən təbiət dəyişikliklərini 
görüntüyə gətirən Əyyub Hüseynov, qızılı libasa bürünmüş ağacların 
və onların suya əksi düşən təsvirini bir araya gətirməklə dinamikliyi 
kifayət qədər qabarıq duyulan mənzərəyə canlılıq qazandırıb. Əsər 
ölçü etibarilə o qədər böyük olmasa (23x27 sm) da, rəssamın bu 
kiçik çərçivə daxilində duyulası yaxı improvizələri ilə həsəddoğurucu 
ustalıq nümayiş etdirdiyini vurğulamaq lazımdır. Yeri gəlmişkən 
deyək ki, rəssamın həm yuxarıda haqqında söz açdığımız, həm də 
bundan sonra söz açacağımız mənzərələrinin əksəriyyəti iriölçülü 


84
Mədəniyyət.AZ / 9 • 2016
deyil. Etiraf edək ki, bunu iri formatlı mənzərələrdə gerçəkləşdirmək 
bir o qədər çətinlik törətmirsə, əksinə, kiçikölçülü əsərlərdə yaxı 
manerasının genişliyini, bununla yanaşı, kompozisiyanın təsirliliyinə 
nail olmaq heç də asan yaradıcılıq vəzifəsi sayılmaz. Qənaətimizcə, 
mənzərə əsərlərində onun kiçik kətan səthinə bu cür yanaşmasında 
rəssamın həmyerlisi Bəhruz bəy Kəngərli yaradıcılığı ilə anım yara-
dacaq oxşar cəhətlər çoxdur. Məlumdur ki, B.Kəngərli kiçik formatlı 
əsərlərdə ifadə və yaxı genişliyi nümayişində bənzərsiz idi. 
Rəssamın “Bağda yol” (1954) tablosunun ölçü baxımından (70x90 
sm) əvvəlkilərdən fərqlənməsi, heç şübhəsiz, onun bədii şərhinə – 
ifadə “dil”inə də təsir göstərib. Əsərin süjetini iri ağaclardan ibarət 
bağ və onun içərisindən keçib uzanan ensiz yol təşkil edir. Şaquli 
kompozisiyanın sağ hissəsini tutan azman ağacların zirvəsi bulud-
lara dəyən görkəmi ilk növbədə gövdələrinin və yarpaqlı budaqları-
nın nisbətən dəqiqliklə işlənməsi ilə diqqət çəkir. Səhər havasının 
yaratdığı ilıq aura, uzaqda görünən dağlar, ağacların qonşuluğunda 
qərarlaşan kimsəsiz skamya və bağda hökm sürən lal sakitlik zərif-
isti rənglərlə ifadə ilə əsərə lirik ovqat bağışlayır, rəssamın bu janrın 
təsir imkanlarını artıra bilmək potensialını əks etdirir. 
II Dünya savaşından sonra Azərbaycan mənzərə janrında ən 
çox rast gəlinən motivin Göygölün təsviri olduğu danılmazdır. 
1950–60-cı illərdə Azərbaycan təbiətinin əsrarəngiz guşələrindən 
sayılan Göygölə bədii münasibət göstərənlər sırasında S.Şərifzadə, 
V.Səmədova, T.Tağıyev, S.Bəhlulzadə, B.Mirzəzadə, S.Haqverdiyev, 
H.Əliyev və digər neçə-neçə rəssamın adını çəkmək mümkün-
dür. Belə çoxsaylı müraciətlərin çatışmayan cəhəti, heç şübhəsiz, 
müəllifl ərin gözəllik qaynaqları sayagəlməz olan məkanın təsviri 
üçün ənənəviləşən motiv tapmaları idi. Başqa sözlə desək, əsərlərin 
müəllifl əri müxtəlif olsalar da, onlarda məkana baxış oxşar idi. San-
ki hamısı gölə eyni rakursdan göz qoymuşdu. Bu münasibətlərin 
içərisində ən seçiləni S.Bəhlulzadənin “Kəpəzin göz yaşları” və 
“Gəncə gölü” əsərləridir. Amma bu mənzərələr bir qədər sonra ya-
radılacaqdı. Əllinci illərdə isə Əyyub Hüseynovun çəkdiyi “Göygöl” 
əsəri obyektə bir qədər fərqli baxışı özündə əks etdirirdi. O, gölün 
təsvirində bir çoxları kimi Kəpəzi və hökumət nümayəndələri üçün 
nəzərdə tutulan tikilini bir araya gətirməkdən vaz keçərək zirvənin 
ətəyindəki nisbətən kiçik dağları və onların suda əksini kompozisiya 
üçün əsas motiv seçmişdi. Üfüqi kompozisiyada səhərçağının dağla-
rın səthində və suların sinəsində yaratdığı ürəkaçan mənzərədə hifz 
olunan gözəllik qaynaqlarına bədii tutum verən rəssam bütünlükdə 
məşhur coğrafi məkanın adına layiq təsvirini yaratmağa nail olub. 
Əsərin mavi-zümrüdü rəng çalarlarından yaranan duyğulandırıcı 
koloritində müəllif təxəyyülündən qaynaqlanan məqamlar olduğun-
dan bütünlükdə mənzərə qürurverici mənəvi qaynaq kimi qarşılanır 
(3, səh. 12)
“Çox vaxt yaddaqalan sənət əsərinin yaranmasını rəssamın 
gördüklərindən heyrətlənməsi şərtləndirir” deyənlər yanılmır-
lar. Əyyub Hüseynovun mənzərə yaradıcılığında heyrətdən yara-
nan əsərlər kifayət qədərdir. Onun 1961-ci ildə çəkdiyi “Qədim tut 
ağacı” lövhəsi belə sənət nümunələrindəndir. Bilavasitə müəllif 
müşahidələrinin nəticəsi olan şaquli kompozisiyada kənd evinin 
yanında ucalan iri tut ağacı təsvirlənib. Müəllif günəş şüaları altın-
da müxtəlif çalara bələnən yarpaqların dinamik yaxılarla işlənmiş 
tutumunda “gizlənən” estetik işartıları üzə çıxarmaqla adilikdə də 
gözəllik qaynaqlarının mövcudluğunu əyaniləşdirib. Qədim tut ağa-
cının ətraf mühitlə əlaqəsinə yaxı improvizələri və rəng keçidləri ilə 
nail olan rəssam bununla həm də kətan səthinin oynaqlığını əldə 
edib. 
“Payız” (1966) lövhəsi bütün mənalarda rəssamın həm “Qədim tut 
ağacı”ndan, həm də əvvəlki illərdə yaratdığı mənzərələrindən bütün 
mənalarda fərqlənir. Tablo ilk növbədə təsvir obyektinə fərqli – yeni 
baxışı ilə başqalarından seçilir. Daha dəqiq desək, burada rəssam 
onu cəlb edən mənzərəyə fraqment – yarımçıq baxış sərgiləyib. Sıx 
ağacların baş-başa verdiyi meşədə müəllifi onun keçilməzliyindən 
daha çox, kiçik bir hissəsində yaşanan qəribə təbiət hadisəsi cəlb 
edir. Məkana daha uzaqdan baxış zamanı bəlkə də bu qədər cəlbedici 
və cəzbedici görünməyəcək meşə örtüynün 
güclü günəş şüaları altında “qaynar qazan”a 
çevrilməsinə arifanə göz qoyan rəssam 
orada cəmləşən isti-soyuq rəng çalarları 
məcmusunu təsirli estetik qaynağa çevirə 
bilmişdir. Əsərin digər yaddaqalan bədii-
texniki məziyyəti isə Əyyub Hüseynovun 
kətan səthindəki rəng qatını iri-geniş və oy-
naq yaxılarla gerçəkləşdirməsidir. Əslində, 
bunu o vaxtadək kifayət qədər professio-
nallaşan və bədii-texniki təcrübə toplayan 
müəllifin dəstxətinin yeni ifadə məziyyətləri 
ilə zənginləşməsinin başlanğıcı saymaq 
mümkündür. Şaquli kompozisiyanın sol 
tərəfini uzunluğu yarımçıq göstərilmiş 
iri ağacın gövdəsinin və budağının tünd 
rənglərlə çəkilmiş ifadəli silueti, onun arxa-
sındakı geniş hissəni isə bir qədər uzaqda 
qərarlaşan ağacların payız libasına bələnmiş 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə