M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

85
Mədəniyyət.AZ / 9 • 2016
görüntüsü təşkil edir. Qəhvəyi-moruğu çalarlı tünd gövdə ilə xəzələ 
çevrilməyə hazırlaşan və “yarpaq ömrü”nə əlvida deyən ağac ör-
tüyünün işıqlı rənglərinin qarşıdurmasından yaranan mənzərənin 
cəlbediciliyi və duyğulandırıcılığı çox yaddaqalandır. Öz-özlüyündə 
daha çox isti və işıqlı, başqa sözlə desək, major rənglərdən yaranan 
arxa planda nümayiş etdirilən yaxı ustalığı, onların xaotikliyindən 
yaranan ritmin oynaqlığı gözoxşayandır. Müəllifin kətanın yuxarı 
və aşağı hissələrini azacıq tünd çalara bələməsi mərkəzi hissənin 
cəlbdiciliyini daha da gücləndirib. 
1967-ci ildə yaradılmış “Çay kənarında” tablosunda da məkanın 
geniş yaxı improvizələri ilə təsvirə çevrilməsinin müşahidəsi müm-
kündür. Ön planda kiçik çayı, bir qədər arxada isə ümumi tutumunda 
payızın nəfəsi hiss olunan ağacları bir araya gətirən rəssam, yaxı 
dinamikliyi ilə mənzərəyə duyulası oynaqlıq bəxş edə bilmişdir. 
Ağaclarla çayı rənglərin nisbətən tünd çalarlarına bələyən müəllif, 
bununla da orta hissədəki kiçik ev təsvirli məkanın cəlbediciliyinə 
nail olub. Bu dəfə də icra manerasında tədriclə qazandığı fərdi tex-
niki imkanlarını göstərən Əyyub Hüseynov, yaxıların tez-tez dəyişən 
istiqaməti ilə məkanın duyulanlığını və detalların faktura fərqliliyini 
hiss etdirir. Rəng yığcamlığı ilə seçilən ümumi koloritdə qabarıq isti 
çalarların yaratdığı ovqat da cəlbedicidir. 
Torpağı daşıdığı əvəzsiz dəyərlərinə görə əzizləməkdən usan-
mayan Əyyub Hüseynov bunu 1967-ci ildə ərsəyə gətirdiyi daha 
bir əsərində – “Qədim qoz ağacı” tablosunda ifadə etmişdir. Kənd 
həyətlərinin birində torpağın dərinliklərindən şirələnən azman ağa-
cın zamanın axarında “üryanlaşmış” kökləri rəssamın diqqətini cəlb 
etmiş və o bu cəlbedici və təsirli təbiət görüntüsünə bədii görkəm 
vermişdir. Arxadakı ağacların payız ömrünü yaşayan qoz ağacı 
üçün fon-yerlik rolu oynaması da sezilir. Belə ki, məqsəd əzəməti 
ilə göz oxşayan qoz ağacının təbiətlə “mübarizəsi”nin yaratdığı 
duyğulandırıcı mənzərəni olduğu kimi tamaşaçıya çatdırmaqdır. 
Mənzərənin duyğusallığını şərtləndirən səbəblərdən biri torpağın 
üzərində “üryanlığı”nı sərgiləməklə cəlbediciliyinin birmənalı olma-
sını ətrafına nümayiş etdirməsidirsə, digər səbəb qoz ağacının istiliyi 
adi gözlə belə görünən saralmış yarpaqlarının onu əhatələyən ya-
şıllığın arasında dominanta çevrilməsidir. Arxadakı ağacların yarpaq 
örtüyünün arasından süzülən və yerdəki otluqları işıq selinə bələyən 
işığın və ön plandakı torpağın payız ovqatlı görkəmi arasında qoz 
ağacının tünd-qəhvəyi rəngli gövdəsinin qabarıq görünməsi, yəqin 
ki, rəssamın qarşısına qoyduğu yaradıcı vəzifələrdən olub və o bunu 
uğurla yerinə yetirib (4, səh. 7)
Rəssamın “Dağ mənzərəsi” (1967) əsərində də onun 
gördüklərindən heyrətlənmək bacarığının yaddaqalan kompozisi-
yada ifadəsini görürük. Sıldırım uca qayaların arası ilə sürətlə axıb 
gedən çayın və bu ecazkar mənzərəni tamamlayan başıqarlı dağ-
ların birlikdə yaratdığı görüntüyə verilən bədii tutumda Əyyub Hü-
seynovun doğma yurdun təbiətinə bələdçiliyi və məhəbbəti duyulur. 
Çılpaq qayaların rənglər məcmusundan “boylanan” və təbiətlə 
mübarizədə sərtləşməkdə davam edən görkəmi ilə çayboyu uzanan 
relsli yolu arxada qoyub tuneldə itməkdə olan qatarın bizi, xüsusil 
arifl əri zamanın axarında nisgilli keçmişə qaytardığı anlaşılan olsa 
da, rəssamın təqdimatında gözoxşayan mənzərə bunu unutduracaq 
tutumdadır. Uzaq-yaxın keçmişdən yurdun şimallı-cənublu olması-
na şahidlik edən Araz çayının ətrafının qabarıq görünən sərtliyindəki 
romantik tutumu incəliklə duyan fırça ustası əzəməti duyulan-ruh-
landırıcı bir lövhə yarada bilmişdir. Mənzərənin sərtliyini oynaq yaxı-
lar və pastoz rəng qatı ilə tamaşaçıya çatdıran müəllif eyni zamanda 
rənglərin güclə duyulacaq çalar dəyişkənliyi ilə tablonun romantik 
tutum almasını şərtləndirmişdir.
85
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. Həsənzadə C. Əyyub Hüseynov. 2006.
2. Əliyev Z. Dünyaya gerçəkçi baxışın poetikası: //Kaspi. 2016. – 27 avqust. – S. 16.
3. Elnur Hüseynov. Tarixin rəngləri. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun yaradıcılığında milli-tarixi tematika. Mədəniyyət. – 2014.– 
15 oktyabr. – S. 12.
4. Telman Ağaoğlu. Təsviri sənət zirvəsində. Azərbaycan.–2009.–21 aprel.–S. 7.
Summary
Artistic heritage of Ayyub Huseynov is rich in most genres and 
in this diversity the landscape genre occupies special place in all 
senses. Diversity of seasons, in addition to its aesthetic qualities 
the power of creative mood is visible even to naked eyes in each 
nature motives taken by artist in diff erent years. In this sense, 
many artworks by the artist, including the “Panorama”, “Mountain 
landscape”, “On the bank of river”, “Autumn” can be mentioned.
Key words: painting, landscape, composition, coloring, artist.
Резюме
Пейзаж в творчестве заслуженного деятеля искусств Эйюба Гусей-
нова. Хотя Эйюб Гусейнов и обращался к различным жанрам в соб-
ственном художественном наследии, но, несмотря на разнообра-
зие пейзаж занимал особое место в его творчестве. В созданных 
художником в разные годы природных мотивах наряду с разноо-
бразием сезонов, можно увидеть преимущество художественно-
эстетического настроения творческой силы . В этом смысле можно 
назвать многие работы художника, в том числе такие произведе-
ния как “Пейзаж”, “Горный пейзаж”, “На берегу реки”, “Осень”.
Ключевые слова: живопись, пейзаж, композиция, колорит, ху-
дожник.


86
Mədəniyyət.AZ / 9 • 2016
M
ədəniyyət ərəb sözüdür. Ərəb dilində mədinə(tun) “şəhər” 
deməkdir. Deməli, mədəniyyət şəhərə mənsubluğu bil-
dirir (bu mənada sivilizasiya anlayışına daha yaxındır). 
Bədəvi ərəblərin həyatı ilkin təbiətlərinə yaxın xamlıqla, qabalıqla 
əhatələndiyindən şəhərdə yaşayanlar incələnmiş, səliqəyə salınmış 
hesab olunurdu. Buradan da həmin həyat tərzinə ad vermək üçün 
“mədinə” sözü ortaya çıxdı. Oxşar anlayış Hindistanda “drahma”, 
Çində “yen”, qədim yunanlarda “texne” şəklində formalaşıb. Avropa 
dillərində və Türkiyədə mədəniyyəti bildirmək üçün “kultura” (türk 
deyimində “kültür) işlədilir (3, s.165). Azərbaycanda isə hələ orta 
əsrlərdə Nəsirəddin Tusi bu termindən “icma” kimi bəhrələnirdi. 
Tusi cəmiyyətin yaranma səbəblərini təhlil edərək yazırdı: “Dünya-
nın nizamı, məişətin nizamı əməklə başa gəldiyindən, insan növü 
isə əməksiz yaşaya bilmədiyindən əmək köməksiz, kömək isə ic-
timasız ola bilməz. Deməli, insan növü öz təbiəti ilə ictimaya möh-
tacdır”. Tusi “icma” sözü əvəzinə ərəbcə “şəhər” mənasını verən 
“mədəniyyət” sözünü işlədərkən “Mədinə”ni coğrafi anlayış kimi 
sırf “yer” mənasında deyil, ictimai münasibətlərdə olan insan icmalı 
kimi başa düşməyi tövsiyə edirdi (4, s.126). Göründüyü kimi, ayrı-
ayrı dillərdə müxtəlif cür olan terminin necə səslənməsi mübahisə 
doğurur. Xüsusilə də mədəniyyətin konseptual anlamda deyil, 
dar çərçivədə təqdimatı (bilərəkdən, qərəzli) bu sahənin fədakar 
tədqiqatçılarını narahat etməyə bilməz. Məsələ haqqında kulturoloq 
F.Məmmədov yazır: “Mədəniyyət anlamına elmi yanaşma kulturolo-
giyanın Azərbaycan ali təhsil və elmi müəssisələrində istifadə olunan 
kateqorial-anlam aparatının təkmilləşməsini tələb edir. Azərbaycan 
dilində mənəvi mədəniyyətin birtərəfl i təqdim edilməsi uzunmüddətli 
tarixi dövr ərzində cəmiyyətin praktik həyatında və dövlətin mədəni 
siyasətində milli mədəniyyət üçün strateji əhəmiyyət daşıyan intel-
lektual mədəniyyəti diqqətdən kənarda qoyurdu. Bu, “mədəniyyət”in 
“incəsənət”lə eyniləşdirilməsinə səbəb olurdu. Azərbaycan xalqının 
sosial-mədəni kodu isə incəsənət, folklor, etika, mədəni ənənələr 
və mədəni irsin inkişafına istiqamətlənmişdi. Zamanın tələbləri 
və inkişaf etmiş dövlətlərin təcrübəsini öyrənərək bu gün dövlət 
mədəni siyasətinin bir nömrəli prioritetini intellektual mədəniyyət 
səviyyəsinə qaldırmaqla bu ənənəni kökündən dəyişdirmək vacib-
dir” (6, s. 399-400).
Bütövlükdə isə “mədəniyyət” anlayışının mövzunu tam əhatə 
etmədiyi hərtərəfl i təhlillərdən məlumdur. Baxmayaraq ki həm 
danışıq dilimizdə, həm də rəsmi strukturlarda “mədəniyyət” anla-
yışı işlədilir. Araşdırmalar göstərir ki, məhz 
“kulturologiya”dan beynəlxaq termin şəklində 
istifadə daha məqsədəmüvafiqdir.
Kulturologiyani etimoloji cəhətdən aqro 
termin kimi ilk dəfə eramızdan əvvəl Mark 
Porse Katon “De aqre kultura” əsərində işlədib. 
Daha sonra e.ə. 45-cu ildə Mark Tulli Siseron 
“Tuskulan söhbətləri” əsərində kultivasiya-
nı insana şamil etdi. Belə ki, kultivasiya tək 
torpağın becərilməsi kimi yox, insan beyni-
nin, düşüncənin, təfəkkürün kultivasiyası, 
becərilməsi, münbitləşdirilməsi, ən üstün 
olanın dərki və həyata keçirilməsi kimi qəbul 
olundu. Mark Tulli Siseron: “Azad insan quldan 
onunla fərqlənir ki, düşünməyi bacarır” – deyir-
di. Beləliklə, “düşüncə mədəniyyəti fəlsəfədir” 
tezisi formalaşdı. Birinci, mədəniyyət yarandı 
Namiq Abbas,
AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi,
kulturologiya üzrə fəlsəfə doktoru
Kulturologiya və mədəniyyət
anlayışlarının terminoloji şərhi
Bədəvi ərəblər


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə