M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

87
Mədəniyyət.AZ / 9 • 2016
(homo-sapiens, 40 000 il əvvəl), sonra isə təkamül prosesi homo-
sapiens-dən müdriklərə qədər inkişaf yolu keçdi və nəhayət, 2500–
3000 il əvvəl müdriklik elmi sayılan fəlsəfə, daha sonra isə digər 
elmlər meydana gəldi. F.Nitsşe: “Fəlsəfə mədəniyyətin düşünən 
beynidir” – deyirdi.
Kulturoloq mədəni insan hazırlayır. Həmin işi digər elmlər də 
həyata keçirir. Ancaq kulturologiyanın əsas predmeti insan, təbiət 
və cəmiyyətdir. Cəmiyyətin sosiallaşması, tolerantlıq, humanizm 
və s. ideyalara kulturoloji biliklərlə yiyələnmək olar. Qədim Cin fi-
losofu Lao-tszı: “İncəsənət su kimidir, hara çökəkdirsə, axıb oranı 
doldurur” – deyirdi (3, s. 197). Cəmiyyətdə əmələ gələn nöqsanlara 
qarşı ilk reaksiyanı incəsənət verir. Əyər cəmiyyətdə vətənpərvərlik 
hissləri zəifl əmişsə, vətənə aid əsərlər yazılmırsa, laqeydlik, meş-
şanlıq, əxlaqsızlıq hökm sürürsə, bunlara qarşı incəsənət bütün 
növləri ilə haray çəkir və cəmiyyətin sosial terapiyası rolunu oyna-
yır. Alman filosofu İ.Kant insanları “istək və borc” çarpışmasında 
“istəyin” arxasınca yox, “borc” (vətən, əxlaq, insanlıq borcu) tərəfə 
istiqamətlənməyə çağırırdı. Onun sələfi Hegel isə bu tələbin ancaq 
incəsənət vasitəsilə mümkünləşəcəyini iddia edirdi: “İncəsənət – in-
san tərəfindən mütləq ideyanın bilavasitə ifadəsidir”. Hegelə görə, 
yalnız istedadlı və dahi insanlar mütləq ideyanı görüb ifadə edə 
bilərlər, buna görə də onlar incəsənətin yaradıcılarıdır (9, s. 118). Te-
atr, kino, bədii əsərlər sənətin dili ilə insanları safl aşdırır, tərbiyə edir. 
Yaxşı ifa olunan musiqi, aktyorun ifasındakı şeir, rejissor təxəyyülü 
ən güclü ordunun belə görə bilmədiyi işi məharətlə həyata keçirir. 
Ziqmund Freyd ilkin istəklərin şüuraltına sıxışdırılmasını və bununla 
da insanlarda nevroz yaradan yasaları, qadağaları (nəzərə alsaq ki, 
mədəniyyət yasalardan, qadağalardan başlayır) elə onun özü ilə – 
məhz mədəniyyətin, incəsənətin gücü ilə, sublimasiya (əvəzləmək) 
yolu ilə aradan qaldırmaqda görürdü. Mədəni təsisatlar: kinoteatrlar, 
idman zalları, teatr salonları, kitabxanalar, muzeylər, istirahət parkla-
rı, əyləncə mərkəzləri sublimasiya məkanlarıdır. İnsanlar bir ay, bir il 
mədəni təsisatlardan bəhrələnməsə ölməz, 
ancaq kobudlaşar, aqressivləşər, nizam 
pozular, idarəetmə çətinləşər. Bəşəriyyətin 
məhvinə yönələn böyük gücə malik silah-
ların düyməsi basıla bilər. Müxtəlif nəzəri 
və praktik tədbirlər: konfranslar, sərgilər, 
ədəbi-bədii gecələr, mədəni-kütləvi 
tədbirlər, disputlar, bayram şənlikləri və s. 
insanların mənəvi tələbatlarını ödəyir. İri 
holdinqlər, şirkətlər, zavod və fabrikdə ça-
lışanlar maddi nemətlərin istehsalı zamanı 
itirdikləri enerjini kulturoloqların müxtəlif 
mədəni tədbirləri vasitəsilə bərpa edir, 
özündə sağlam ruh, sağlam təfəkkür və 
stimulverici təsir eff ekti yaradır. Professor 
S.Xəlilov yazır: “İnsanı düşündürən (məntiqi 
yolla) sənətdən-intellektual poeziyadan, 
rasionalist nəsrdən, tapmaca rəsmlərdən 
daha çox həmin problemlərin emosional 
həllini verən, insanların biliyini artırmaq 
deyil, hisslərini hərəkətə gətirmək, tərbiyə 
etmək vəzifəsini qarşıya qoyan incəsənətə – əsl incəsənətə bu gün 
daha böyük ehtiyac vardır (2, s. 275).
Mədəniyyətin məqsədi insanların xoşbətliyidir. Mədəniyyət in-
sanları müdrikləşdirir. Lakin mədəniyyətə, fəlsəfəyə qarşı zaman-
zaman hücumlar, biganəliklər olmuşdur. E.ə. imperator Neron 
fəlsəfəni yasaqlamış və öz müəllimini edam etdirmişdi. Nəticədə 
13 il müddətində imperiyası dağıldı. Mədəniyyət insanlara xoşbəxt 
olmaq modelini verir. Ona görə də “həyat elmi” adlandırılır (I, s. 271).
İnsan çətin vəziyyətə düşəndə iki ünvana üz tutur. Birinci, dinə, Al-
laha, ikinci isə müdriklərə, filosofl ara. “Sən Allah, mədəni ol!” – hər 
birimizin qeyri-ixtiyari işlətdiyimiz ifadədir. Bir anlıq mədəniyyətsiz 
məkan və ya hər hansı insanla birgəliyimizi təsəvvür etmək belə 
çoz dözülməzdir. Mədəniyyət cəmiyyətdə keşikçi rolunu oynayır. 
Keşikçi yuxulamışsa, cəmiyyətdə cinayətkarlıq artır, nizam pozulur, 
arxasınca böhranlar, kataklizmlər gəlir. Mədəniyyətə qarşı biganəlik 
ruhsuzlaşma, mənəviyyatsızlaşma kimi fəsadlar törədir. Məşhur 
parapsixoloq Lazarev deyirdi: “Bəşəriyyət üçün təhlükə olan atom 
silahının olması deyil, cəmiyyətin ruhsuzlaşması, mənəviyyatın 
deqredasiyasıdır”. Kataklizmlər, böhranlar mədəniyyətin olmadığı 
yerlərdə baş verir. İntihara cəhd, aqresiya, özünəqapanma, insanın 
tənhalığı, baxımsızlığı, həyatın mənasızlığı və bu kimi problemlər 
mədəniyyətin böhranı zamanı üzə çıxır. Xüsusilə də son zamanlar 
ailə-məişət zəminindəki qətllərin, iqtisadi çətinliklərin burulğanında-
kı intihar cəhdlərinin artması göz qabağındadır. Mədəniyyətin etalon 
və paradiqmaları əsasında cəmiyyət yaşayır. Müdriklik alimlikdən 
üstündür. Elm hər şey demək deyil. “Elm və sənət qoşa qanaddır” 
(Xudu Məmmədov). Elmi xeyirxah məqsədlərə yönəldən müdriklik, 
mənəviyyat, düşüncədir – kultivasiyadır.
Yunan alimi Pifaqor deyirdi: “Cəmiyyəti nizamda saxlayan ən 
böyük qüvvə əxlaq və dindir”. Əxlaq və din mənəvi dəyərlərimizdir. 
Mənəvi dəyərlərimizin tədrisi, təbliği və tədqiqi kulturoloqların araş-
Mədinə


88
Mədəniyyət.AZ / 9 • 2016
dırdığı əsas məsələlərdəndir. Əgər cəmiyyəti əxlaq qanunları ilə 
idarə etmək mümkün olsaydı, bəşəriyyət böyük bir təkamül, sıçrayış 
əldə edərdi. Kulturologiyanın da məqsədi budur. O tərəqqiyə, sıçrayı-
şa, kamilliyə məhz kulturologiyanın inkişafı ilə nail ola bilərik.
Yunan filosofu Sokrat təbiət elmlərindənsə, fəzilət (ləyaqət, əxlaq) 
elminə daha çox dəyər verirdi. Fizika sahəsində maddi aləmin ya-
ranma səbəbini bilməsək də, özümüzün kim olduğumuzu bilməliyik. 
(Özünü dərk et!) Fəzilətli yaşamağımız lazımdır, çünki fəzilətli ya-
radılmışıq. Fəzilət bizim vücudumuzda, quruluşumuzda gizlidir. 
Bu, əldə edə biləcəyimiz tək bilikdir. Müzakirə (düşünüş, kultiva-
siya) olmayan yerdə heç bir fəlsəfə, yeni fikir yaranmaz. Təhsil, ilk 
anda var-dövlət verməz, ancaq insan zehinində olan gizli toxum-
ları oyandırar, böyüdər, inkişaf etdirər (7, s. 22). İqtisadi, maddi 
yüksəlişimizin təməlində mənəvi kamilliyimiz, ideyalarımız dayanır. 
Mənəviyyatımızı, dəyərlərimizi, fəzilətli olmağımızı öyrədən elm isə 
kulturologiyadır. Ona görə də kulturologiyanın cəmiyyətdəki sosial 
terapiya rolu nəzərə alınmalı, inkişafına çalışılmalı, bu işdə xüsusilə 
baza təhsilli kadrlardan istifadə edilməlidir. Müasir kulturoloq – in-
san, cəmiyyət və dövlət haqqında elmi biliklərin sintezatorudur (6, 
s. 367). Kulturoloji biliklər fəlsəfəni, tarixi, ədəbiyyati kulturoloqlar 
üçün əlçatan etsə də, peşəkarların daxili təvazökarlığı və altruiz-
mi öz sözünü deyir. Kulturoloqların pasportu sayılan humanizm, 
təvazökarlıq, altruizm, tolerantlıq həm də Azərbaycan multikul-
turalizmini formalaşdıran keyfiyyətlərdir. Fəxr edərək ağızdolusu 
danışdığımız tolerantlıq və multikulturalizm ənənəsinin kökündə 
kulturoloji biliklər və bu sahə üzrə fəaliyyət göstərən elm və təhsil 
ocaqları durur. Ona görə də sözügedən istiqamətdə fəaliyyət 
göstərən təşkilatların fəaliyyəti genişləndirilməli, kulturoloq ixtisaslı 
kadrların hazırlanması və onlardan təyinatı üzrə istifadəyə xüsusi 
diqqət yetirilməlidir. Həmin elmi, pedaqoji müəssisə və təşkilatların 
hər bir əməkdaşı birinci növbədə mədəniyyətə aid ilkin biliklərə 
sahiblənməli, xüsusilə kulturologiya və mədəniyyət anlayışlarının 
hansının terminoloji baxımdan işlədilməsi aydınlaşdırmalı, tərifini, 
predmetini, funksiyalarını, etimologiyasını bilməli və bundan son-
ra müəyyən söz haqqına yiyələnə və ümumi işimizin xeyirinə po-
lemikalarda iştirak edə bilərlər. Çox təəssüf ki, kulturologiya üzrə 
nəzəri bilikləri yuxarıda sadalanan səviyyədə belə olmayan bəzi 
kadrlar var ki, onlar da müəyyən vəzifə və elmi şuralarda ixtiyar 
sahibləridir. Belə təqdirdə, təbii ki, konyunktura və diletantlıq ixtisa-
sını sevənlər həqiqi kadrlar üçün amansız maneəyə çevrilir, həyat 
şərtlərinin mürəkkəbliyi də bu cür reallıqları loyallaşdırır. Nəticədə 
elmimiz itirir və yunan filosofu Epiktetin – “Heç vaxt cahillər qar-
şısında özünü filosof adlandırma – əgər cahillər fəlsəfi məsələlər 
haqqında söz açırsa, susmağa üstünlük ver. Cahillərlə müdriklik 
qaydalarını müzakirə etmə, lakin həmin qaydaları mükəmməl qav-
ramısansa, öz hərəkətinlə göstər” (8, s. 58) – nəsihəti ilə razılaşmaq 
məcburiyyətində qalırıq. Baza təhsilli həqiqi kulturoloqlar onsuz da 
başqa universitetlərdə işləmək üçün iddialı deyillər, buna can at-
mırlar. Onlar taleyini bitirdikləri universitetə bağlayıb sevdikləri işi 
davam etdirmək və qazandıqları uğurları ilə sevinmək, yaşamaq və 
yaratmaq istəyirlər. Bu şərəfl i işdə onlara dözüm, iradə, səbir, dile-
tantlara isə mütaliə və kulturologiyanın konseptual anlamını arzu-
layırıq!
88
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. A.Şükürov. “Kulturologiya”. Adiloğlu nəşriyyatı, Bakı – 2003.
2. S.Xəlilov. “Mənəviyyat fəlsəfəsi”.  Azərbaycan Universiteti, Bakı – 2007.
3. N.Mehdi, D.Mehdi. “Fəlsəfə tarixində fəlsəfə”. Qanun nəşriyyatı, Bakı – 2005.
4. N.Abbas, R.Həsənov. “Nəsirəddin Tusinin müdriklik fəlsəfəsi”. ADMİU nəşriyyatı, Bakı – 2013.
5. F.İsmaylov. “Klassik psixoanalizin əsasları”. Bakı – 2003.
6. F.Məmmədov. “Kulturologiya”. Çıraq nəşriyyatı, Bakı – 2008.
7. N.Abbas. “O.Hançerlioğlu. Düşüncə tarixi” (tərcümə) ADMİU nəşriyyatı, Bakı – 2014.
8. Y.Rüstəmov. “Fəlsəfənin əsasları”. Dərslik, Bakı –  2004
9. Z.Bağırov. “Fəlsəfə sxemlərdə” Elm nəşriyyatı, Bakı – 2009.
Summary
In the article, actual problems of culture and culturological de-
velopment are considered, right understanding and solution of 
which, by the scheme of the author, opens a way to the compre-
hension of truth, achievement of stable human development and 
growth of people’s life quality, increase of international aff airs 
culture, harmonization of cultures and civilizations in the West 
and in the East.
Key words: cultural human, wisdom, culture, virtue, moral, va-
lues.
Резюме
В статье даются сведения об этимологии понятия культуры и 
культурологии . О культурологии даются сведения и толкования, 
именно поэтому ее желателно исползовать в разговорной речи. 
Ведуюшую рол в преподовании культурологии играет Азербайд-
жанский Государственный Университет Культуры и Искуств. Для 
формирования общего уровня человека культурология имеет ре-
шаюшую рол.
Ключевые слова: культурный человек, мудрость, культура, честь, 
мораль, ценности.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə