M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

89
Mədəniyyət.AZ / 9 • 2016
S
ənətşünaslıq elmində rəngkarlıq sahəsinin əsas janrların-
dan biri sayılan natürmort, fransız termini olub tərcümədə 
“nature morte” – “cansız təbiət”, “ölü təbiət” anlamını 
ifadə edir. Bu janrda təsviri sənətin əsasən rəngkarlıq sahəsində 
vahid mühitdə qrup halında yerləşdirilən cansız predmetlərin (ev 
müxəlləfatı, meyvə və tərəvəzlər, vurulmuş ov heyvanları və quş-
larının, müxtəlif fəaliyyət sahələrinin atributları və s.) təsvir olunur. 
Müstəqil janr kimi XVI əsrin əvvəllərində İtaliyada yaranmış, XVI 
əsrin sonu –  XVII əsrin əvvəllərində Avropanın digər şəhərlərində də 
yayılmışdır. Ölkəmizdə XX əsrin əvvəllərində yaranmağa başlayıb. İlk 
nümunələrinə Azərbaycan professional rəssamlıq sənətinin banisi 
Bəhruz Kəngərlinin yaradıcılığında rast gəlimək olar (1, səh. 167).
Natürmort janrının yaddaqalan nümunələrinə xalq rəssamları, 
S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev, T.Nərimanbəyov  B.Mirzəzadə, 
A.Cəfərov və başqalarının yaradıcılığında da rast gəlinir. Rus rəssamı 
Petrov Vodkin qeyd edirdi ki, “natürmort rəssamın natura ilə ciddi 
söhbətidir” (2, səh. 61). Doğrudan da, əşya və predmetləri dərindən 
dərk etmədən və onlara könüldən bağlanmadan diqqətçəkən natür-
mort əsərləri yaratmaq olmaz. Əməkdar rəssam İsmayıl Məmmədov 
da natürmort janrında bir çox cəlbedici və bədii təsir gücünə ma-
lik sənət nümunələri yaradıb. Ümumiyyətlə götürdükdə incəsənət, 
xüsusən təsviri incəsənət, yəni rəssamlıq sənəti bədii zövqün inki-
şafı, insanı əhatə edən mühitin daha gözəl və baxımlı, eləcə də in-
sanın bədii-estetik tələblərinin təmini istiqamətində zaman-zaman 
bəşər övladı tərəfindən təkmilləşdirilərək bu günə qədər gəlib çı-
xıb. Təsviri sənətin natürmort janrında yaradılmış əsərlər bilavasitə 
bu tələblərdən irəli gəlir və məqsədə tam mənası ilə cavab verir. 
Yəni əgər süjetli tabloda hər hansı mövzunun rəssamın daxili 
istəyi və ya sifarişi ilə bədiiləşdirmə məsələsi sual doğurursa, na-
türmort janrında yaradılmış əsər nümunəsində belə yanaşmalara 
artıq ehtiyac qalmır. Yəni natümort janrında yaradılmış əsərlərdə 
rəssamın səmimiyyətinin və daxili yaradıcılıq azadlığının süjetli və 
portret janrlarında yaradılmış əsərlərdən daha çox olduğunu asan-
lıqla duymaq mümkündür. Tarixi etibarilə natürmortun müstəqil 
janr kimi gec yarandığının və bunun bilavasitə yuxarıda sadalanan 
prinsiplərdən irəli gəldiyini də unutmaq olmaz. Həmçinin müstəqil 
janr kimi süjetli tablo və mənzərə janrlarından törədiyini də vurğula-
maq lazımdır. Belə ki, ayrı-ayrı dünya və Azərbaycan rəssamlarının 
yaradıcılıq nümunələrində natürmort janrının xüsusiyyətləri bu və ya 
digər şəkildə öz əksini tapıb. Xalq rəssamı, Azərbaycanın rəssamlıq 
sənətinin əfsanəvi fırça ustası, təkraredilməz dəstxətə və yaradıcılıq 
üslubuna malik S.Bəhlulzadənin “Abşeron bəzəkləri” (1961), “Xalqı-
mızın yazı” (1969), “Nağıl diyarı”, “Azərbaycan nağılı” (1973), SSRİ 
xalq rəssamı T.Nərimanbəyovun “Göyçay bağlarında” və eləcə də 
digər rəssamların mənzərə və süjetli tablolarında natürmort janrının 
elementlərinə rast gəlinir. Bu istiqamətin İ.Məmmədovun yaradı-
cılığında da əks olunduğunun şahidiyik. “İşdə nahar” (kətan, yağlı 
Əsəd Quliyev,
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, 
Azərbaycan Rəssamlar İttifaqının üzvü. 
E-mail: asadquliyev@gmail.com 
Əməkdar rəssam İsmayıl Məmmədovun
yaradıcılığında natürmort janrı 


90
Mədəniyyət.AZ / 9 • 2016
boya, 200х150, 1984-cü il) adlı əsərdə rəssam işdə nahar fasiləsi 
vaxtı fəhlələrin istirahətlərini təsvir edib. Kompozisiyada ön planda 
çəkmələrini çıxardaraq önünə qoymuş, qolları ilə dizlərini qucaqla-
yan və çöhrəsini qollarının üzərinə qoyan, nəzərləri uzaqlara dikilmiş 
dərinmənalı və qayğılı baxışları olduqca qüvvətli bədii təsir gücünə 
malik qadın təsvir edilib. Qızğın iş prossesini göstərmək üçün 
rəssam iş zamanı istifadə edilmiş əşyaları obraza xələl gətirmədən 
yerləşdirə bilib. Arxa planda təsvir olunmuş, bir əli divara, digər əli 
çənəsinə söykəli vəziyyyətdə, divardan asılmış radionu təəcüblü ba-
xışlarla dinləyən xanımın ifadəli çöhrəsindən “intizar”, “çaşqınlıq” du-
yulur. Rəssam bu tabloda nəzərəçarpacaq dərəcədə obrazların fərdi 
xarakterik xüsusiyyətlərini və anatomik üz cizgilərini real əks etdir-
mişdir. Əsərdə natürmort janrının elementləri elə ustalıqla təsvir 
olunub ki, əsərin ümumi harmoniyasını daha da qüvvətləndirir.
 “Zəncirotular” (kətan, yağlı boya, 52x34, 1976-cı il) adlı natür-
mort əsərində rəssam, adından da duyulduğu kimi, şəff af şüşə 
qabın içərisində zəncirotu bitkisi dəstəsini bir qədər stilizə edilmiş 
şəkildə və yaradıcı rəssam təxəyyülü ilə canlandırıb. Fonun həndəsi 
kəsişməli hissələr şəklində əksi baxımlılığını daha da artırır və kom-
pozisiyada ritmiklik yaradır. Əsərin kolorit həllində qızılı-sarı və boz 
rəngin yumşaq keçidlərindən istifadə olunub. 
 “Sevimli fincan ilə natürmort”da (kətan, yağlı boya, 44x44, 1979) 
masa üzərində yerləşdirilmiş, hər gün istifadə etdiyi sevimli fin-
canının əhatəsində qarğıdalı, siqaret və kibrit qutularını, həmçinin 
emalatxanasında işlətdiyi xarrat alətini (kəlbətin və mıxcalar) kətan 
üzərində təsvir edib. Rəssam burada maraqlı baxış nöqtəsi seçərək 
(təsviri sənətdə bu cür perspektiv həll qartal baxışı adlandırılır, obyekt 
və ya predmetlər yuxarıdan aşağıya baxış prinsipi 
ilə düzülür) əşyaların real ölçüsündən bir qədər iri 
formada təsvirinə çalışıb. Fikrimizcə, rəssam bu 
əsərində adi nəzərlərdən kənar əşyalarla, əhatə 
olunduğu gündəlik həyat qayğılarının tamaşaçı 
tərəfindən duyulması təəssüratını bədii biçimdə 
göstərmək istəyib və məqsədinə nail ola bilib. 
Tablonun kolorit həllində daha çox qəhvəyi rəngin 
yumşaq keçidlərinə üstünlük verilib.
İmpressionizm cərəyanının nümayəndəsi, 
məşhur fransız rəssamı Edqar Deqa yazırdı: 
“Gündəlik məişət predmetlərini elə təsvir etmək 
lazımdır ki, onlara tamaşa etdikdə sahibinin 
həyatı hiss olunsun” (3, səh. 44). İ.Məmmədovun 
“Emalatxanada” (kətan, yağlı boya, 93х58, 1979-
cu il) adlı natürmortu daha çox diqqəti cəlb edir. 
Rəssam emalatxanasının görüntüsünü – nizam-
sız düzülüşlü müxtəlif əlvan rəngli qabları ema-
latxanada yerləşən ayrı-ayrı tabloların fonunda 
yüksək bədii zövqlə təsvir edə bilib. Əsər maraqlı 
kompozisiya qurluşuna və zəngin kolorit həllinə 
malikdir. Fikrimizcə, rəssam özünün yaradıcılıq 
palitrasının rəng bolluğunu təcəssüm etdirmək 
istəmişdir. Əsərin kolorit həlli qırmızı, narıncı, 
göy, mavi və s. rəng çalarları ilə zəngindir. 
 “Çöl çiçəkləri” natürmortunda çöllərdə yabanı 
şəkildə bitən və çox zaman insanların diqqətinə düşməyən çiçəklərə 
yaradıcılıq sevgisi göstərərək onları xüsusi şövqlə təsvir etmişdir. 
Tabloda şəff af şüşə qabda, incə zövqlə təbiət qoynundan toplan-
mış tər çiçək dəstəsinin təsvirləri insanda xoş duyğular yaradır. Gül 
dəstələrinin ətrafa yayılmış kölgəli görüntüsü əsərin baxımlılığını 
daha da artırır. Sarı, qırmızı, bənövşəyi çiçəklərin tər görüntüləri 
rəssam tərəfindən məxsusi ustalıqla işlənib. 
İ.Məmmədovun 1983-cü ildə çəkdiyi iki natürmortun qarşılıqlı 
surətdə bədii təhlil xüsusiyyətlərini araşdırsaq, rəssamın obyektə və 
predmetə yaradıcı yanaşmasının nə qədər fərqli və özünəməxsus 
şəkildə dəyişikliklərlə müşayiət olunduğunu duya bilərik. “Heyva 
ağacının budağı” (kətan, yağlı boya, 44х44, 1983-cü il) və “Nar bu-
dağı” (kətan, yağlı boya, 56х43, 1983-cü il) adlandırdığı iki müstəqil 
əsər arasında işlənilmə və rəssam təxəyyülünün əksi baxımından 
fərqli xüsusiyyətlər diqqəti çəkir. Rəssam birinci əsəri roman-
tik biçimdə, ikincini isə realistik üslubda işləmişdir. Əgər birincidə 
rəssamın obyektdən aldığı yaradıcı ilham təbini daxili yaşantılarından 
keçirməklə, obyekti uzunmüddətli müşahidələri nəticəsində gəldiyi 
qənaəti təəssüratlar şəklində verməyə çalışmışsa, ikinci əsərdə tam 
əksinə, obyekti həssas yaradıcı müşahidələri əsasında öyrənərək 
realistik şəkildə və obyektin ümumi harmoniyasına, təbii gözəlliyinə 
xələl gətirmədən təsvir etməyi qarşısına məqsəd qoymuşdur. “Hey-
va ağacının budağı” stilizə edilmiş, dekorativ planda və bir qədər də 
mistikaya yaxın tərzdə, “Nar budağı” isə daha çox realistik formada 
və dəqiq işlənilmə xüsusiyyətləri ilə fırçaya alınmışdır. Birinci əsərin 
kolorit həllində bir qədər şərtiliyə üstünlük verilmişsə, ikinci əsərdə 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə