M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   40   41   42   43   44   45   46   47   48

91
Mədəniyyət.AZ / 9 • 2016
bunun tam əksi hiss olunur.
Rəssam “Narla natürmort” (kətan, yağlı boya, 46х46, 1984-cü 
il) tablosunda xüsusi olaraq əzilmiş formalı qəzetlərin fonunda 
kəsilmiş nar meyvəsinin təsvirini yaradıb. Sanki narın təbii quruluşu 
ilə, yaratdığı süni mühit arasındakı qarşılıqlı əlaqəni və bu mühitdən 
doğan bədii gözəlliyi tamaşaçısına göstərməyə çalışıb. Qeyd etmək 
lazımdır ki, Azərbaycan mifik təfəkküründə və folklor sənətində nar 
meyvəsinin xüsusi yeri var. İslam dünyasında da müqəddəs meyvə 
kimi qəbul edilir və cənnətdən göndərilənlər sırasında vurğulanır. 
Xatırlatmaq yerinə düşər ki, nar meyvəsinin və nar ağacının təsvirləri 
təsviri sənət aləmində İ.Məmmədovdan əvvəl xalq rəssamları 
S.Bəhlulzadə və T.Nərimanbəyovun yaradıcılığında öz əksini tapıb.
“Piti küpü” (kətan, yağlı boya, 40x56, 2008-ci il, Nyu-York) 
adlı əsərində milli mətbəximizin ləziz yemək növlərindən olan 
piti bişirilməsi üçün xüsusi olaraq hazırlanmş küp qabı və qabın 
əhatəsində “min bir dərdin dərmanı” sayılan sarımsaq, göy soğan 
dəstəsi və yenə də məxsusi zövqlə isti qazanların götürülməsi və 
onun üzərinə qoyulması üçün hazırlanmış əşyaları maraqlı kompo-
zisiya şəklində təsvir edib. İ.Məmmədov bu natürmort nümunəsində 
milli məişət ənənələrimizin cəlbedici və yaddaqalan cəhətlərini 
ustalıqla göstərə bilib. Əsərin kolorit həllində qəhvəyi, tünd-göy, 
bənövşəyi rəng çalarlarından istfadə olunub.
 “Qapaq altında xurma” (kətan, yağlı boya, 40x56, 1994-cü 
il) adlı natürmortda rəssam yenə də stul üzərində milli xalçaçı-
lıq məktəbimizin nümunəsi olan örtükdə yerləşdirilmiş nəbati 
ornamentli göy kaşı nimçə və şəff af şüşə qapağın altında xur-
ma meyvəsinin incə estetik zövqlə bədii görüntülərini yaradıb. 
Predmetlərin vahid kompozisiyada harmonik şəkildə vəhdətdə 
verilməsi və kolorit həllində isti rəng keçidlərindən istifadə əsərin 
bədii təsir gücünü daha da qüvvətləndirir.
İ.Məmmədovun “Meyvələr” (kətan, yağlı boya, 40x56, 1994-cü 
il) natürmortu dəqiq işlənilmə və predmetlərin fakturasının pro-
fessional dərəcədə əks etdirilməsi baxımından olduqca göz ox-
şayır. Rəssam tərəfindən bədii zövqlə yerləşdirilmiş meyvələrin 
özünəməxsus təbii görünüşü və rəng qamması ilə ətraf mühitlə 
harmonik ritmdə səsləşməsi seyrçidə olduqca xoş duyğular yaradır. 
Rəssam burada hər bir meyvəyə məxsus (alma, heyva, nar, xurma) 
spesifik təbii rəng çalarını son dərəcə ustalıqla verə bilib. Yuxarıda 
sadalanan xüsusiyyətləri rəssamın “Altı heyva, bir nar” (kətan, yağlı 
boya, 40x56, 2008-ci il, NY) və “Dörd alma, bir nar” (kətan, yağlı boya, 
40x56, 2008-ci il, NY) adlı natürmortlarına da şamil etmək olar. 
İ.Məmmədovun “On ikilər” (kətan, yağlı boya, 50x570, 2008-ci 
il, NY) adlı natürmortu maraqlı kompozisiya qurluşuna malikdir. 
Rəssam on iki ədəd fincanın bədii təsvirini görüntüyə gətirib. Hər bir 
fincanın üzərəində “Kitabi-Dədə Qorqud” dastanından götürülmüş 
obrazların əksi diqqəti çəkir. Göründüyü kimi, rəssam burada sanki 
milliliklə müasirliyin sintezinə, vəhdətinə çalışıb. Dastan obrazları-
nın fincan üzərindəki bədii təsvirləri və beləliklə də gündəlik həyatda 
milli elementlərin tətbiqi məsələsi təqdirəlayiq təşəbbüsdür və ar-
zulanandır.
İ.Məmmədov Nyu-York şəhərində yaşadığı illərdə yaratdığı sənət 
nümunələrində Azərbaycan mədəniyyətini, milli məişət ənənələrini, 
folklor elementlərini yaradıcı şəkildə və rəssam təxəyyülündən 
süzməklə göstərməyə çalışıb. Belə bir meqapolislə ünsiyyət 
rəssamın yaradıcılıq potensialını, bədii müqayisələr və təhlillər 
aparmaq imkanlarını genişləndirib. Eyni zamanda ABŞ-ın məşhur 
muzeylərində zəngin kolleksiyalarla tanış olub, nadir ekspozisiya-
ların fotolarını çəkərək ölkəmizin bədii sənət ocaqlarına bağışlayıb. 
Rəssamın “Yapon çaynikləri” (kətan, yağlı boya, 40x56, 2008-ci 
il, NY) natürmortu, adından da duyulduğu kimi, yapon mədəniyyəti 
nümunələrinə həsr olunub. Məlumdur ki, yapon çay mədəniyyəti 
bütün dünyada məşhurdur. Kompozisiyada bir neçə çaynikin bədii 
biçimdə və realistik formada təsviri verilib. Əsərin kolorit həllində 
mavi, boz, qəhvəyi rəng keçidlərindən istifadə edilib. 
İ.Məmmədov yaradıcılığında natürmort janrının xüsusi çəkiyə 
malikliyi artıq vurğulandı. Yəni rəssam istər rəngkarlıq, istərsə də 
qrafika sahəsində bir çox yaddaqalan natürmort əsərləri yaradıb. Bu 
istək, təbii ki, rəssamın təbiətə, canlı aləmdə baş verən gözəlliklərə 
və təbii dəyişikliklərə humanist sevgisindən və yaradıcı istəyindən 
irəli gəlmişdir. Əksər əsərlərində əsasən meyvə (alma, nar, heyva, 
xurma və s.) təsvirləri yer tutur. Yəni rəssamın natürmortlarında 
güllərə müraciət bir qədər azlıqdadır. Fikrimizcə, bu, formaya xüsusi 
rəğbət hissi ilə əlaqələndirilə bilər. Meyvələrin özünəməxsus təbii 


92
Mədəniyyət.AZ / 9 • 2016
quruluşları, spesifik faktura və rəng qammaları rəssamın xüsusi 
diqqətini və marağını cəlb edib desək, yanılmarıq.
 “Lampa ilə natürmort” (kətan, yağlı boya, 40x56, 2008-ci il, NY) 
və “Quru ağac budağı ilə natürmort” (kətan, yağlı boya, 70x50, 2008-
ci il, NY) əsərlərində İ.Məmmədov birincidə lampa və dibçəkdəki 
gül bitkilərinin təsvirini bədii-lirik biçimli formada, ikincidə isə quru 
ağac budağı ilə qırmızı və yaşıl almaların dəqqəti cəlb edən formada 
təsvirlərini yaradıb. Hər iki əsərin fon həllində bir qədər stilizə edil-
miş nəbati motivli naxış elementlərindən bəhrələnib. Rəng həllinə 
gəldikdə isə birinci tabloda açıq, ikinci tabloda isə tünd rəng çalarla-
rına üstünlük verilib. 
Vurğulamaq lazımdır ki, rəngkarlıq sahəsindən başqa, rəssam 
qrafika sahəsində də diqqətçəkən natürmort nümunələri yaradıb. 
Qrafık natürmortları da maraqlı kompozisiya quruluşu, güclü bədii 
obrazlı ifadə qüvvəsi və zəngin rəssam təxəyyülünün bədii tapıntı-
ları ilə zəngindir. Həmin əsərlər Nyu-York qrafik silsiləsinə daxildir. 
Ondan artıq olan belə əsərlərin texnikası kağızda tuşla işlənilmiş, 
ölçüləri isə 50x36, 36x50 sm-dir. Bunlara misal kimi “Meyvələr”, 
“Xurma budağı”, “Uçan atla buğda”, “Hadisə”, “Quru ağacın budağı”, 
“Lampa ilə natürmort” və başqalarının adlarını qeyd etmək olar. 
Əgər İ.Məmmədov yaradıcılığında natürmort janrında işlənmiş 
əsərlərin dövrlər üzrə müqayisəli təhlilini aparsaq, bir neçə fərqli 
və ya oxşar əlamətləri görə bilərik. Rəssam 70–80-ci illərdə işlədiyi 
natürmortlarda daha çox forma-biçim xüsusiyyətləri, obyektin ümü-
mi planda əksolunma cəhətləri və s. xüsusiyyətlərin təsvirinə çalı-
şırdırsa, 1990–2000-ci illərdə yaratdığı əsərlərdə isə obyektin milli 
mədəniyyət nümunələri ilə əlaqələndirmə xüsusiyyəti qabardılıb, 
natürmort əsərinin bəzən tam milli məişət əşyaları və ya folklor 
elementlərinin obyektlə vəhdət şəklində təsviri prinsipləri qüvvətli 
yaradıcılıq əzmi ilə əks olunmağa başlanılıb. Həmçinin bu illərdə 
yaradılmış natürmort nümunələrində rəssamın yaradıcılıq manera-
sının, kolorit həllinin dəyişikliyi də tam aydınlığı ilə müşahidə olunur. 
Həmin tendensiyanın digər cəhətdən rəssamın xarici ölkələrə ya-
radıcılıq səfərləri nəticəsində mədəniyyətlərarası oxşar və ya fərqli 
cəhərlər arasında apardığı yaradıcılıq müqayisələri nəticəsində mey-
dana gəldiyini söyləmək olar. Bu fikrimizi əyani şəkildə təsdiqləmək 
istəsək, rəssamın Nyu-York şəhərində yaşadığı illərdə yaratmış ol-
duğu natürmortlara nəzər yetirməklə bunu görə bilərik. Rəssamın 
bu dövrlərdə çəkdiyi nümunələrin əksərinin kompozisiyası ya milli 
mədəniyyət nümunələrimizin hansısa atributları, ya da tam şəkildə 
milli məişət əşyalarının timsalında qurulduğunu görə bilərik. Eyni 
zamanda sırf hansısa ölkə mədəniyyətinin xüsusiyyətlərini yara-
dıcı rəssam təxəyyülü ilə əks etdirdiyi natürmort nümunələri də 
az deyil. Yəni sadalanan xüsusiyyətləri onunla izah etmək olar ki, 
İ.Məmmədov daşıdığı mədəniyyət dünyasının ülvi elementləri ilə 
dünya mədəniyyətinin mütərəqqi ünsürlərini qovuşdurmağa və 
bədii-estetik zövq qaynağına çevrilmiş sənət əsərləri vasitəsilə ta-
maşaçıya təqdimata çalışıb. 
İ.Məmmədovun yaradıcılığında natürmort janrı əsərlərinin geniş 
şəkildə bədii-texniki işlənilmə xüsusiyyətlərini araşdırdıqdan sonra 
belə qənaətə gəlinir ki, rəssam incə duyma qabiliyyəti və zəngin 
rəssam təxəyyülü ilə ətrafda mövcud olan və baş verən ən incə 
mətləbləri duyaraq, müşahidə edərək yüksək bədii-estetik zövq 
mənbəyi olan natürmort əsərlərində təcəssüm etdirmişdir. Həmin 
əsərlər bədii işlənmə və texniki ifadə vasitələrinin mükəmməlliyi ilə 
diqqəti çəkir. Azərbaycan təsviri sənət tarixində natürmort janrının 
inkişaf xüsusiyyətləri kontekstində İ.Məmmədov yaradıcılığının mü-
hüm rol oynadığını və çoxsaylı natürmort əsərlərinin yaddaqalanlığı 
ilə seçildiyini vurğulamaq yerinə düşər.
92
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. “Azərbaycan Sovet Ensiklopediyası” . VII cild. Bakı – 1983.
2. Çingiz Fərzəliyev. “Natürmort janrı haqqında”. Bakı – 2003. 
3. Yenə də həmin
Summary
In this article, the works by Honoured artist of the Azerbaijan Re-
public Ismayil Mammadov have been analysed. A special interest 
was focused on the still lives, their artistic, aesthetic and techni-
cal peculiarities which were throughly researched. In 1970s and 
1980s, the artist tried to show the formal peculiarities and the 
objects as a whole in his still life. In 1990s and 2000s, the national 
cultural features were put in the forefront and the folkloric ele-
ments along with domestic objects were o  en represented. Also, 
the still lives of the last decade demonstrate the various creative 
manners of the artist and his rich feeling of colour.
Key words: modern Azerbaijani painting, stylistic analysis, still 
life, composition, colour, genre.
Резюме
В статье подвергнуты анализу произведения Заслуженного ху-
дожника Азербайджанской республики Исмаила Мамедова, в 
частности – работы в жанре натюрморта. Были тщательно изучены 
их художественно-эстетические и технические особенности. Если 
в 1970-80-х годах художник в своих натюрмортах стремился по-
казывать формальные особенности предметов, их отображение в 
целом, то в 1990-х и 2000-х годах на первый план стали выдви-
гаться национальные культурные особенности предметного мира, 
зачастую с использованием фольклорных элементов и предметов 
быта. Также натюрморты последнего десятилетия демонстрируют 
различные творческие манеры художника и его богатое чувство 
цвета.
Ключевые слова: современная азербайджанская живопись, сти-
листический анализ, натюрморт, композиция, колорит, жанровая 
живопись.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə