M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   40   41   42   43   44   45   46   47   48

93
Mədəniyyət.AZ / 9 • 2016
Q
ədim tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan 
təsviri sənətinin XX əsrdə baş tutan inkişafına özünəməxsus 
töhfələr verən sənətkarlardan biri də görkəmli qrafika us-
tası, əməkdar rəssam Ələkbər Rzaquliyevdir (1903  – 1974). 
İxtisas təhsilini Bakıda və Moskvada alan Ə.Rzaquliyev ömrü-
nün çox hissəsini həbsxana və sürgünlərdə keçirsə də, yaratdığı 
“Köhnə Bakı” (1960–1966) linoqravürlər silsiləsi ilə sənət tarixində 
ölməzlik qazanıb. Qədim şəhərin milli memarlıq abidələrinə, xalqı-
mızın qədim adət-ənənələrinə, çoxkoloritli tutumu ilə seçilən köhnə 
Bakı tiplərinə yaradıcılığında geniş yer ayıran rəssam eyni zamanda 
özündə sevgi motivlərini əks etdirən lirik ruhlu səhnələrin də böyük 
ustasıdır.
Ə.Rzaquliyevin bir növ tanınma nişanına çevrilən “Köhnə Bakı” 
silsiləsində sevgi motivlərinə yer ayırması həm silsilənin mövzu 
rəngarəngliyinin artırılmasına, həm də yaradıcı potensialının üzə 
çıxarılmasına xidmət edir. “Hacı bulvarda” (1963 və 1965), “Quyu 
yanında görüş” (1965), “Qonşunun məhəbbəti” (1965), “Arvad, gəl 
barışaq” (1970), “Qoçu İçərişəhərdə” (1970), “Çərkəz oğlu Əli” (1972) 
və s. əsərlərində müəllif ağ-qara cizgilərin işığında çoxqatlı insan 
yaşantılarına yaddaqalan “bədii güzgü” tuta bilib. Bu kompozisiyala-
rın yaddaqalanlığı həm onlar üçün maraqlı süjetlərin seçilməsindən, 
həm də obrazların daşıdıqları hiss-duyğuların ifadəsi üçün cəlbedici 
bədii vasitələrin tapılmasından irəli gəlir. 
Ə.Rzaquliyevin yaratdığı sevgi səhnələri təsvirləri yüngül istehza, 
xeyirxah yumorla doludur, yaratdığı qəhrəmanların hər birinə qarşı 
kövrək rəğbət hissi duyulmaqdadır. Rəssamın müxtəlif illərdə (1963 
və 1965) ərsəyə gətirdiyi “Hacı bulvarda” əsəri bu mənada maraq 
doğuran əsərlərdəndir. Sözügedən hər iki əsərdə Avropasayağı ge-
yinmiş qadınla hacı obrazında müsəlman kişi tipi təsvir edilmişdir. 
Kompozisiya cəhətdən oxşarlıq təşkil edən hər iki əsər fiqurların 
yerdəyişməsi (qadının ön və ya arxa planda verilməsi) ilə bir-birindən 
fərqlənir. 1965-ci ilə aid qrafik təsvirdə rəssam əsərin adını aşağı sol 
küncdə (əski əlifba ilə “Hacı bulvarda”) yazmışdır. Bir əlində müştük, 
digərində isə təsbeh tutan şux qamətli “hacı” ona doğru yönəlmiş 
nazənin qadına sanki öz məğrurluğunu nümayiş etdirir. Başında pa-
nama olan əli yelpikli qadın isə “hacı”ya yönəli naz-qəmzəli baxışları 
ilə kompozisiyaya xüsusi lirik-romantik ovqat bəxş edir.
 Rəssamın sevgi ruhlu əsərlərində yüksək bədii sənətkarlıq, bədii 
şərhin lirik və poetik-romantik qatlarında “gizlənən” zəngin bədii-
texniki məziyyətlər açıq-aydın görünməkdədir. Həmin linoqravürlər 
ilk növbədə duyğulandırıcı sevgi lirikasının bəzilərinə bədii ifadə 
imkanları məhdud görünə biləcək ağ-qara cizgilərin axıcı ritmi 
və ahəngdarlığı ilə üzə çıxarılmasına görə diqqət çəkir. Buna mi-
sal olaraq “Quyu yanında görüş” (1965) və “Qonşunun məhəbbəti” 
Aslan Xəlilov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı
E-mail: aslan_ashiq@mail.ru
Ələkbər Rzaquliyev yaradıcılığında
       
sevgi 
lirikası
“Hacı bulvarda”. 1965.


94
Mədəniyyət.AZ / 9 • 2016
(1965) əsərlərini göstərmək mümkündür. Linoqravürlərdə rəssam 
sanki bilərəkdən sevgililəri ətrafdakılardan təcrid edərək təkbətək – 
ikilikdə saxlayır. Bu da müəllifin iki nəfər arasında yaşananların daha 
qabarıq və cəlbedici təqdimatı istəyindən qaynaqlar. Belə obrazların 
bəzən qapalı və statik verilməsində “gizlənən” məqsəd də ilk sevgi 
etirafl arının insanı hansı gözlənilməz vəziyyətlərə salmasının təbii və 
inandırıcı bədii ifadəsinə nail olmaqdır. 
“Quyu yanında görüş” (1965) əsərinin məna-məzmun tutumu bizə 
Azərbaycan gerçəkliyində geniş yayılmış “bulaq başı” əhvalatlarını 
xatırladır.  Zamanında kənd cavanlarının ən “təhlükəsiz” görüş yeri sa-
yılan bulaq başının çoxlarının bəxtini açdığına rəğmən, Ə.Rzaquliyev 
oxşar motivi Abşeronda müşahidə etməklə bədiiləşdirməyə qərar 
verib. Əli ipdə, gözü milli geyimi ilə diqqət çəkən xanımda olan 
gəncin quyudan su çıxartmaqla yanaşı, öz niyyətini quyu başına 
gəlmiş gözaltısına çatdırması səhnəsi rəssam tərəfdən çox maraqlı 
kompozisiya həllini tapmışdır.
Cizgilərin ağ-qaralığından yaranan və motivin cəlbediciliyinə 
xidmət edən bədii təzadın yaşanan lirik ovqatı qabartması kifayət 
qədər görünəndir. Obrazların quyunun taxta örtüyünün yaratdığı 
kvadrat və yerə düzülmüş su səhəngləri ilə əhatələnməsi ilə diqqət 
mərkəzinə düşən təsvirlərində rəssamın yaşananlara rəğbəti duyul-
maqdadır.
Qeyd edək ki, rəssam bu mövzuya müxtəlif illərdə fərqli bədii 
yanaşmalarla müraciət edib. Daha çox fərq ön planda verilən su 
səhənglərinin dekorativ bəzəyindədir. Belə ki, 1965-ci ilə aid əsərdə 
üzəri həndəsi və nəbati ornamentlə bəzədilmiş və yarıdan təsvir 
olunmuş su səhəngləri özünün zəngin dekorativ bəzəyi ilə seçilirsə, 
digər – 1965 və 1966-cı illərdə yaradılmış eyni mövzulu əsərlərdə su 
səhəngləri tam formada verilsə də, bədii tərtibatı sadəliyi ilə diqqət 
çəkir. Hər iki əsərdə təsvir olunmuş üç səhəngdən biri isə tamamilə 
üzəri dekorsuz verilib. Lakin buna baxmayaraq 1965 və 1966-cı 
illərdə yaradılan hər iki linoqravürün kompozisiyası əvvəlki variant-
dan fərqli olaraq daha bütövdür. 
Ümumiyyətlə, oxşar motivli əsərlərində detal və atri-
but dəyişiklikləri etmək Ə.Rzaquliyevin yaradıcılığına xas olan 
cəhətlərdəndir. Bu da ilk növbədə mövzu üzərində axtarışlar 
aparmasından, kompozisiya üçün daha uğurlu bədii həll tapmaq 
istəyindən xəbər verir. “Qonşunun məhəbbəti” (1965) əsərində də bu 
xüsusiyyəti müşahidə edirik.
Belə ki, sözügedən mövzuda eyni forma-biçimdə yaradılmış 
kompozisiyalara diqqətlə baxsaq, oğlanın əlində olan gül təsvirində 
və fonu təşkil edən hasarın relyefinin təqdimatında bunu açıq-aydın 
görmək mümkündür.
Rəssamın “Qonşunun məhəbbəti” adlı linoqravürü onun yad-
daqalan kompozisiyaya malik əsərlərindəndir. Bağda yetişmiş 
üzümlə dolu hörmə səbətin yanında dayanmış xoş görünüşlü gənc 
azərbaycanlı qız ağır daşlardan hörülmüş hasardan boylanan və ona 
laqeyd olmayan qonşunun nəvazişli sözlərini naz-qəmzə ilə dinləyir. 
Qonşu utancaq şəkildə bığlarını burur və məhəbbət rəmzi gülü qıza 
uzadır. Sağ tərəfdə – ağacın qara siluetli təsviri altında müjdə soraq-
lı, göz-gözə dayanmış iki bəyaz göyərçin təsvirinin kompozisiyaya 
daxil edilməsi də rəssam tərəfindən məqsədli şəkildə, bilavasitə 
baş tutan görüşün uğurlu sonluğuna işarə kimi düşünülüb. Hasar-
dan baxan gəncin havanın işıqlı, qızın isə daşların dekorativ biçimli 
tünd fonunda təqdimatı da məntiqli bədii tapıntıdır, bilavasitə motivin 
cəlbediciliyinə xidmət edir.
“Qoçu İçərişəhərdə” (1970) əsəri də rəssamın “Köhnə Bakı” 
silsiləsinə daxil olan sevgi motivli əsərlərindəndir. İkifiqurlu kompo-
zisiyadan ibarət əsərdə bir əlini cibinə qoymuş qoçunun digər əli ilə 
çadraya bürünmüş qadına gül uzatması təsvir edilib.
Kişi fiqurunun uğurlu seçilmiş pozası və geyimi sözün əsl 
mənasında səciyyəvi olmaqla “qoçu” tipinə çox məharətlə uyğunlaş-
dırılıb. Ə.Rzaquliyevin əksər lövhələri kimi, bu əsərin ironik, yumorlu 
və lirikliyi sənətşünasların da diqqətindən yayınmamışdır: “İncə liriz-
mi ilə səciyyələnən bu əsərlər olduqca emosional və pozitiv, bəzən 
isə yumorla doludur” (2, 36)
Ə.Rzaquliyevin ilk baxışdan tamaşaçıya lirik əhvali-ruhiyyə bəxş 
edən əsərlərindən biri də “Köhnə Bakı” silsiləsindən “Arvad, gəl 
barışaq” (1970) linoqravürüdür. Lirik və romantik ovqata bələnmiş 
kompozisiyanın mərkəzində dekorativ xalçanın üzərində əyləşən, 
bir-birinə sarılmış gənc ailə təsvir edilmişdir. Xanımının qəlbini 
qırmış kişi onu bağrına basmaqla əməlindən peşmanlığını və ba-
rışmaq istəyini göstərir. Sənətkarlıq baxımından yüksək dərəcədə 
həllini tapmış linoqravürdə rəssam mövzunun aydın oxunaqlığı-
nın öhdəsindən ustalıqla gələ bilib. Demək olar ki, rəssam bütün 
əsərlərində qrafika sənətinə xas dekorativlik və ifadəli siluet kimi 
bədii-texniki xüsusiyyətlərdən məharətlə istifadə ilə sənətkarlıq ba-
carığını göstərə bilmişdir. 
“Quyu yanında görüş”. 1965.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə