M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   ...   48

12
Mədəniyyət.AZ / 9 • 2016
ƏDƏBİYYAT

A
d günü və yubileylər. Atam Qabilin təbirincə 
desək, 60 yaşınacan yubileyi gərək on ildən 
bir keçirəsən. 80 yaşacan isə beş ildən bir. 
80 yaşdan sonra isə hər gün. Çünki yaşa-
nılan hər gün qənimət sayılır və ad gününə bərabərdir. 
Əlbəttə ki, bu deyilənlərdə həqiqətlə bərabər, incə yumor 
da var. Əslində necə olub? Yadıma gələn son 40 ildə baş 
verənləri qısa şəkildə sizinlə bölüşmək istəyirəm. 
Atamın həyatında ad günləri çox olub. Yubileyi isə cəmi 
iki dəfə. Biri sağlığında – 70 yaşında, o biri isə ölümündən 
sonra, bu il – Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi 
90 illik yubiley. Birini özü gördü, o birini isə biz ailəsi. İndi 
deyəcəksiniz ki, özü rəhmətə getsə də, bu, Qabilin xatirəsinə 
dövlət səviyyəsində göstərilən hörmət və ehtiram idi. Amma 
atam bu məsələni hələ sağlığında başqa cür izah edirdi. 90 
illik yubileyə yazımın sonunda xüsüsi şərh verəcəyəm.
Ağlım kəsəni atam ad günlərini hər il keçirib. Özü də təkcə 
bir gün – avqustun 12-də qeyd etmirdi. On-on beş gün çəkirdi. 
Dayılarım da avqust ayı başlayanda zarafatla deyərdilər ki, bəs 
Azərbaycanda Qabil günləri başlandı. Avqust yayın cırhacır ayı 
olduğu üçün ad gününü mənzildə keçmirdi. Pirşağı, ya da La-
hıc sahilləri bu ad günlərinə şahidlik edərdi. Deyilən sağlıqlarda 
Xəzər sahillərinin, ləpədöyənin şərəfinə badə ayrıca qaldırılardı. 
Hər dəfə də qonaqları müxtəlif olardı. Bir gün dayılarım, o biri gün 
dostları, bir gün qonşular, o biri gün... Amma bu ad günlərindən 
ilk yadda qalanı 50 illik yubileyi oldu. O ərəfədə – aprelin 28-də 
Azərbaycan SSR Dövlət mükafatına layiq görüldü. Avqustun 12-də 
isə Ali Sovetin Fəxri Fərmanına. Mükafat aldığı üçün orden növbəti 
illərə qaldı. 1986-cı ildə isə 60 illik yubileyi çətin dövrə düşdü. 
Nəhayət, 70 illik yubiley. 
Prezident Heydər Əliyev atamı “Şöhrət” ordeniylə təltif 
etdi. Ona təbrik məktubu ünvanladı. Təntənəli yubiley 
isə 1997-ci il yanvarın 6-da keçirildi. O tədbirdən sosial 
şəbəkələrdə “Heydər Əliyevlə şair Qabilin zarafatları” 
adı altında yerləşdirdiyim videonu, yəqin ki, hamınız 
görmüsünüz. Amma 70 yaş tamam olduğu gün baş 
verənlər lentə alınmasa da, sonradan qələmə almışam:
“Atamın 70 yaşı tamam olurdu. Evdə gözəl bir ziyafət 
təşkil etmişdik. Balaca 16 kvadratmetrlik otaqda iki 
stol – 15 nəfərlik bir süfrə açmışdıq. Qonaqlara qulluğu 
mən və həyat yoldaşım boynumuza götürmüşdük. 
Yeməklərin hazırlanması isə anamla atamın dayısı qızı 
Mənzərin boynuna idi. İlk gələn, səhər saat 11-də Xalq 
şairi Nəbi Xəzri oldu.
O bizim ailə üçün təkcə qələm dostu deyil, atamın uşaqlıq dostu, 
yaşıdı, qonşumuz idi. Ədəbi yaradıcılıq yollarında inamla addımlaya-
raq zirvəyə qədər ucalmışdılar. Eyni gündə – 1944-cü il aprelin 4-də 
ədəbiyyata qədəm basmışdılar. 1996-cı ildə isə o nəsildən Bəxtiyar 
Vahabzadə ilə birlikdə üçü qalmışdı.
 Nəbi əmi “Gedirəm, tələsirəm. Gəldim ki, birinci mən səni təbrik 
QABİLLİ və
QABİLSİZ
YUBİLEYLƏR


13
Mədəniyyət.AZ / 9 • 2016
edim. Axır ki, gəlib mənə çatdın” və digər xoş sözlər deyərək dəhlizdə 
dayanıb içəri keçmək istəmirdi. Atam isə “mən ölüm, keç oturaq, bir 
boğazımızı yaşlayaq, 70 ildə bir dəfə olur belə şey, hara gedirsən?” 
– deyərək, axır ki, Nəbi əmini süfrə arxasına oturtdu. Beləcə, atamın 
yubiley mərasimi səhər saat 11-də açıq elan olundu.
“Yox, içmirəm. Həkim qoymur. Xəstəyəm” – deyərək göz qaytaran 
Nəbi əmi atamın “bəlkə, pivə? Yaxşı “Bavariya” pivəsi var” sözündən 
sonra “Qabil, sənin sağlığına bir bakal pivə içərəm” – deyib çay 
süfrəsinin yığışdırılmasına razılıq verdi. Bir pivə oldu iki, sonra üç... 
və bir-birini əvəz edən digər dadlı təamlar. Bir azdan Nəbi Xəzrinin, 
o cümlədən atamın şeirlərinə gözəl nəğmələr bəstələmiş Emin Sa-
bitoğlu da gəldi. O da yeyib-içən adam idi. Saat 3-ə 4-ə – qonaqların 
gəldiyi vaxta artıq üç böyük sənətkar “hazır vəziyyətdə” idi. 
Elə bu vaxt qapı döyüldü. Dəvətli qonaqlar sırasında olan Yazıçı-
lar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca, şair Fikrət Sadıq 
və başqaları atamla qucaqlaşıb öpüşdülər. Təbrik edib hədiyyələrini 
çatdırdılar. Beləcə, atamın şərəfinə təşkil olunmuş məclis qızışdı. 
Sağlıqlar bir-birini əvəzlədi. Təbii ki, mən də canla-başla qonaqların 
qulluğunda idim. Söz demək növbəsi Fikrət Sadığa çatdı.
 Fikrət Sadıq indi olduğu kimi, onda da Yazıçılar Birliyində işləyirdi. 
O və şair-qəzəlxan Balasadıq atamın daimi həmpiyalələrindən sayı-
lırdılar. Atam onları çox istəyir, zarafatyana “şuriklər”, Fikrət Sadığı 
isə həm də adının və təxəllüsünün baş hərfinə əsasən ixtisarla “Ef-
Es” çağırırdı. Məsələn, anam zəng edib soruşanda ki, “Qabil, harda-
san?”. Qısa cavab verirdi: “Şurikləyəm”. Anam da ah çəkərək “ay-
dındır” – deyirdi. Yəni ki, artıq “Qabil, içmə” və ya “az iç” əlavələrinə 
ehtiyac yoxdur, gecikib. Fikrət Sadıq həmçinin “Ədəbiyyat qəzeti”ndə 
Yazıçılar Birliyinin adından gedən yubiley təbriklərinin müəllifiydi.
Xülasə, Fikrət Sadıq sağlığa başladı. Bir-iki xoş sözdən son-
ra “mən Yazıçılar Birliyi adından Qabil üçün “Ədəbiyyat qəzeti”nə 
təbrik sözü yazanda” demişdi ki, Nəbi əmi əlini bərkdən stola 
çırpdı.
– Nəəə... o təbriki, Fikrət, sən yazmısan?
– Hə.
– Mən də elə bilirəm ki, Anar və digərlərinin işidir. Demə, 
Fikrət, sən yazıbmışsan.
– Bəli, burda nə var ki... təkcə Qabilçün yox. Hamıyçün təbrik 
sözlərini mən yazıram.
– Necə yəni “burda nə var”? Mənim 70 illiyim olanda 
“Ədəbiyyat qəzeti” verdi ki, “Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri Nəbi Xəzri”. Qabillə Bəxtiyarın 70 
illiyində isə yazıblar ki, “Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndəsi Qabil, Bəxtiyar Vahabzadə” Necə olur ki, 
mən “görkəmli nümayəndələrdən biri” oluram, onlar isə 
“görkəmli nümayəndəsi”?
– Nəbi, axı nə fərqi var 
e… – deyə söhbətə Anar 
qarışdı.
– Fərqi yoxdusa, onda 
məni də onlar kimi yazay-
dınız da.
Nəbi əmi həqiqətən 
də bərk əsəbiləşmişdi. 
Məclisi tərk etmək 
istəyirdi. Bir tərəfdən isə 
sevinirdi. İki ildən sonra 
bu işlərin başında duran, 
iş icraçısını, “təxribatçı”nı 
üzə çıxarmışdı. Üzə çı-
xarmamışdı e..., demə, 
səhərdən onunla üzbəüz 
oturub qədəh-qədəhə vu-
rurmuş.
Mən də mat-məəttəl 
durub tamaşa edirdim. Bir 
anlıq “O olmasın, bu olsun” 
filmində Məşədi İbadın nişan 
səhnəsi yadıma düşdü. “Mənə 
meymun deməyin az deyil, 
hələ bir əl də uzadırsan?”. Yəni 
ki, “Fikrət Sadıq, mənə “biri” deməyin bəs deyil, hələ üzbəüz 
oturub rumka rumkaya da vurursan?”
Bir yandan atam, o biri yandan isə Emin Sabitoğlu Nəbi əmini 
sakitləşdirə bilmirdilər. Ayağa durub getmək istəyirdi. Ev darıs-
qal olduğundan çıxa bilmirdi. Bir tərəfdən pianino, o biri tərəfdən 
isə Emin Sabitoğlunun ayağa durub yol verməməsi ona məclisi 
tərk etməyə mane olurdu. Birdən Emin Sabitoğlu 180 dərəcə geri 
çevrildi. Pianonun qapağın qaldıraraq həzin bir musiqi ifa edə-edə 
oxumağa başladı:
Ulu öndərdən növbəti yubiley təbriki


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə