M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   10   ...   48

16
Mədəniyyət.AZ / 9 • 2016
“Əziz müəllimlər
əziz dostlar! Bu gün 
çox unud 
ul 
maz, 
əlamət dar  bir  gündür. 
Haqqım da 
deyilən 
yüksək fikirlərə görə 
cənab Solovyova 
təşəkkürü mü  bildiri-
rəm. Universitet-
də qalıb işləmək 
məsələsi nə 
gəldik-
də isə deməliyəm 
ki, əlbəttə, bunu 
çox istər 
dim. Çün-
ki mənim inkişa-
fım üçün, elmimin, 
təhsilimin artma-
sından ötrü dəyərli 
təklifdir. Amma xal-
qım bu saat şirin 
yuxudadır, səfalət 
girdabında boğulur. 
Mənim kimi adam vəziyyəti görüb onlardan qıraqda qala bilməz. İndiki 
zəmanədə elmsiz, təhsilsiz yaşamaq mümkün deyil. Məncə, xalqıma 
orada daha çox xeyrim dəyər...”
Moskva Universitetinin buraxılış gecəsində çıxışını xatırladığımız 
məzun hər şeydən öncə böyük vətənpərvər, doğma torpaq və millət 
təəssübkeşi, yorulmaz maarifçi, Azərbaycanımızın fəxarətli övladı idi. 
Şamaxı gimnaziyasını gümüş medalla bitirdiyindən belə bir nüfuzlu ali 
təhsil ocağının fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul edilmişdi. 
Yekunda isə yazdığı diplom işi elmi şurada yüksək dəyərləndirilərək 
çap üçün məsləhət bilinmişdi. Fakültə dekanı Davıdovun təşəbbüsü ilə 
rəhbərlik həmin vaxta qədər görünməyən bir qərar imzaladı: “Torpaqşü-
naslıq elmində tətbiq etdiyi yeni hesablamalara və xüsusi araşdırmala-
rının əhəmiyyətinə görə” diplom işinin müəllifinə elmlər namizədi alim-
lik dərəcəsi verildi. Lakin nəinki Moskva Darülfünunda qalıb işləmək, 
elmi tədqiqatlarını davam etdirmək təklifindən boyun qaçırdı, bu audito-
riyada rastlaşdığı ilk məhəbbətinə – universitet rektoru, məşhur tarixçi 
alim Sergey Mixayloviç Solovyovun onu dəlicəsinə sevən qızı Veranın 
aşkar münasibətinə də soyuqqanlı yanaşdı. Və deməli, həmin izdivacın 
reallaşdıracağı rahat həyat, zəngin gələcək, mühüm perspektivlərə də 
arxa çevirərək “könlünün sevgili məhbubuna” – Vətəninə, doğma el-
ulusuna, əziz valideynlərinin yanına qayıtdı. Hər şeydən öncə ona görə 
ki: “Mütləq, mütləq burada məktəb açmaq lazımdır. Biz buna nail olma-
lıyıq. Belə ağıllı, çevik, mehriban uşaqların göz görə-görə kor olmasına 
dözə bilmərik. Hər bir uşağın təhsili növbəti mərhələlərdə yüzlərlə yeni 
uşaqların savadlılığı deməkdir. Beləcə, hər on ildən sonra minlərlə in-
sanın savadlanması tezliklə ölkədə savadsızlığın kökünü kəsər. Əgər 
kəndlərdə dördsinifl i məktəb açılarsa...”
Ancaq regionda nələrlə qarşılaşacağından, rüşvətxor çar 
məmurlarının, süründürməçi bürokratik aparatın avam kəndlilərin ba-
şına hansı oyunları açdığını, sadə xalqı necə soyub-taladıqlarını 1865-
ci ildə Tifl isdə – təyinat aldığı “Mejevaya palata”da çalışarkən gördü. 
Yerlərə səfər edərək məzlumların dərd-səriylə maraqlandı, neçə-neçə 
məhkəmə prosesində sadə kütlələrin haqqını qoruyaraq əllərindən alı-
nan torpaqların geri qaytarılmasına nail oldu... Lakin tezliklə bu ədalət 
carçısının, sağlam dünyagörüşlü, demokratik fikirli gəncin fəaliyyətinin 
əks-sədası hər yana yayıldı, məmurlar əndişələnməyə, ehtiyatlanma-
ğa başladılar. Nəticədə dayısı Fərəc bəy “ipə-sapa yatmaz bacıoğlu ilə 
fərdi söhbət aparmaq üçün” Tifl is general-qubernatorluğuna çağırıldı... 
Azərbaycanı canından da artıq sevən və xalqın azadlığı, maarifl ənməsi, 
tərəqqisi yolunda heç nədən çəkinməyən 24 yaşlı gənc, hər halda, özünə 
görə doğmalarının əzab çəkməsinə də razı ola bilməzdi. Ona görə də 
xeyli vaxtdır ki, fikrən qətiləşdirdiyi qərarı açıqlamaq məcburiyyətində 
qaldı: “Gedəcəyəm, dayı, mütləq gedəcəyəm!” Amma bu, el-oba 
dərdindən uzaqlaşmaq, qayğılardan bezikmək, təhdidlərdən qorxu 
zəminində vətəni qoyub getmək deyildi, məqsəd – çirkaba bulaşmış və 
insanı təzyiq altında saxlayan dövlət qulluğundan biryolluq imtina və 
mübarizə taktikasını dəyişmək idi. Beləcə, cərəyan edən proseslər onu 
yavaş-yavaş “Əkinçi”yə doğru aparırdı...
Əziz oxucu! Bir neçə cümlədə sizlərə təqdim etməyə çalışdığımız, 
ancaq cild-cild kitablara sığmaz şərəfl i ömrün və əməllərin sahibini, 
yəqin ki, tanıdınız. Bəli, söhbət xalqımızın unudulmaz oğlu, tərəqqipərvər 
şəxsiyyət, ziyası ilə cəhalət zülmətini yaran insan, XIX əsrdə yaşayıb-ya-
ratmış dahi mütəfəkkir və maarifçi, Azərbaycan milli mətbuatının banisi 
Həsən bəy Məlikovdan gedir. Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-pub-
lisist Sona xanım Vəliyeva isə əsl ziyalı cəfakeşliyi göstərərək hərtərəfl i 
araşdırma aparmaqla Zərdabinin həyatına, məqamına, fəaliyyətinə bö-
yük bir əsər həsr edib və “İşığa gedən yol” romanı haqlı olaraq Ali Media 
Mükafatının birinci dərəcəsinə layiq bilinib.
Sentyabrın 23-də Respublika Milli Kitabxanası nəzdindəki “Açıq 
kitabxana”da əsərin təqdimatı və imza törəni keçirilib. Müəllif oxucu-
“İşığa gedən yol”da
“Zərdabinin ömür yolunu araşdıranda zərrə qədər yorulmadım. 
Çünki o, ilahi missiyalı adam idi, ideyaları isə yazarlara Tanrı ötürür”...

əz
iz
ç
ço

ə
l
am
H
a
q
y

ü
ks

ə
na

əşə

ə
m
d
ə
m

s
d
ə
k
i

ço
o

k
i

m

ə
hs
s

nd
t

kl
i


yu
xu
gird
M i
ki i d
i
ti ö ü
b
l d
d


17
Mədəniyyət.AZ / 9 • 2016
larla yaxından ünsiyyət qurdu və kitabı imzalayaraq onlara hədiyyə 
edib. Tədbirin davamında – Milli Kitabxananın konfrans zalında baş 
tutan müzakirədə səslənən fikirlərdə Sona xanımın çəkdiyi zəhmət bir 
daha həqiqi qiymətini alıb: “İşığa gedən yol” təkcə Həsən bəy Zərdabi 
haqqında roman deyil, həm də XIX əsr və XX əsrin ilk illəri ictimai, si-
yasi, mənəvi kontekstində Azərbaycan gerçəklikləri barədə tarixi-bədii 
əsərdir. Burada tarixi həqiqətlərin heç biri təhrifə məruz qalmır. Müəllif 
XIX əsr Azərbaycanının tarixi həqiqətləri fonunda böyük bir şəxsiyyətin 
mükəmməl obrazını yaratmağa can atıb və buna kifayət qədər müvəff əq 
ola bilib”. 
Daha sonra bildirilib ki, Həsən bəy Zərdabi haqqında 
müxtəlif əsərlər yazılıb. “İşığa gedən yol”da isə dahi 
mütəfəkkirin doğulduğu gündən məzara getdiyi günə 
qədər ömür yolu zərgər dəqiqliyi ilə araşdırılaraq bədii 
şəkildə oxuculara təqdim edilir. Yazıçı bu romanla milli 
mətbuatımızın banisinə heykəl ucaldıb. Həsən bəy 
Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, 
Əhməd Ağaoğlu kimi şəxsiyyətlər haqqında nə qədər çox 
yazılarsa, insanlar da onları həmişə yad edər, gənc nəsillər 
onları yaxından tanıyar. 
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev böyük bir tarixi 
əsərin ərsəyə gəldiyini xatırladaraq ədəbi mühitin belə romana ehti-
yacını vurğulayıb: “Həsən bəy Zərdabinin 65 illik ömrünün hər anının 
qələmə alındığı sanballı bir əsər yox idi. Bu roman Azərbaycan mətbuatı 
və maarifçilik tarixində, milli ədəbiyyatımızda böyük rol oynayacaq. 
Həm də o tarixi dövrü öyrənənlər üçün gözəl mənbədir. Əsərdə ailə 
münasibətlərinə, şəxsiyyətlərin yaşadığı dövrə dəqiqliklə nəzər salınıb”. 
“Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Həsən bəy 
Zərdabi 20-ci əsr Azərbaycan tarixinin inkişafında mühüm rol oynayıb-
lar. Xalqımız, həyatında müstəsna mövqeyə malik insanlar haqqında 
geniş məlumata malik olmalıdır. Bu baxımdan “İşığa gedən yol” ro-
manı çox dəyərlidir. Belə şəxsiyyət haqqında ilk dəfədir ki, əhatəli və 
mükəmməl əsər ərsəyə gəlib. Tarixi roman yazmaq böyük əmək tələb 
edir. Sona Vəliyeva bu yükə çiyin verdi və ortaya dəyərli bir kitab qoy-
du. Roman Azərbaycan jurnalistikasına və ədəbiyyatına əsl töhfədir”, – 
deyə Mətbuat Şurasının sədri Əfl atun Amaşov bildirib.
Müəyyən bölümlərdə müəllifin öz məhrəm fikirlərini, düşün cələrini 
Zərdabinin adından verdiyini bildirən, üstündən 150 il keçməsinə baxma-
yaraq hələ də çox şeyin dəyişmədiyini təəssüfl ə qeyd edən yazıçı-publi-
sist Elmira Axundova ali məqam sahiblərindən yazmağa hər kəsin haqq 
etmədiyini söyləyib: “Gərək yazanla barəsində yazılan arasında mənəvi 
yüksəklik bərabər olsun. Bu mənada Sona xanımın həyat və fəaliyyəti 
ilə Zərdabi arasında müəyyən paralellər var”. Müəllifin 10-a yaxın tarixi 
şəxsiyyətdən bəhs etdiyini, o dövrlərin mühiti, tarixi şəxsiyyətləri, ədəbi 
məclisləri haqqında oxucuya geniş məlumat verdiyini və deməli, həm 
də ensiklopedik əhəmiyyətini vurğulayan E.Axundova romanın rus və 
ingilis dillərində çapı təklifini irəli sürdü. 
Tənqidçi Əsəd Cahangir “İşığa gedən yol”u istedadlı bir yazıçı-
nın yazdığı tarixi roman deyil, tarixə bələd tədqiqatçının əsəri” kimi 
dəyərləndirib: “Tarixi romançılığın yaranması həmişə çətin olub. Bu 
əsər təkcə haradan gəldiyimizi yox, həm də hara getdiyimizi və nələrə 
söykəndiyimizi göstərir”. O, S.Vəliyevanın tarixi şəxsiyyət haqqın-
da ilk tarixi roman yazdığını qeyd edərək müəllifin qadın yazar kimi 
Azərbaycanın fikir tarixində qalacağını bildirdi: “Məncə, ən gözəl bədii 
əsər yazıçının Allahla, vicdanla olan söhbətidir. Sona Vəliyeva Allahı və 
vicdanı olan yazıçıdır”.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Bakı Dövlət Universite-
tinin professoru Cahangir Məmmədli, Xalq şairi Sabir Rüstəmxanlı, 
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, akademik Teymur 
Kərimli, yazıçı Yunus Oğuz, Əməkdar jurnalist Flora Xəlilzadə, AYB 
katibi Rəşad Məcid, publisist Akif Əli və başqa qonaqlar da kitab və 
ümumilikdə müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşdülər. 
Sonda çıxış edən Sona xanım Vəliyeva “İşığa gedən yol” roma-
nının tələbəlik həyatının keçdiyi, elm məbədi olan Milli Kitabxanada 
təqdimatından fərəh duyduğunu açıqlayaraq qonaqlara təşəkkürünü 
bildirdi və niyə məhz Həsən bəy Zərdabi haqqında yazmasına aydınlıq 
gətirdi: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə 
bilirdim ki, onların birinin övladıyam və qarşılarında mənəvi borcum var. 
Həsən bəyin həyatı, yaradıcılığı hər zaman diqqətimi çəkib. Düşünürəm 
ki, o dövrdə yaşayanların hər birinə övladlıq, vətəndaş, soydaş borcu-
muz var. Zərdabinin ömür yolunu araşdıranda zərrə qədər yorulmadım. 
Çünki o, ilahi missiyalı adam idi, ideyaları isə yazarlara Tanrı ötürür”.
Qurban Cəbrayıl


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə