M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

18
Mədəniyyət.AZ / 9 • 2016
“Üç məkan” II Şəki Beynəlxalq Teatr 
Festivalının möcüzələri
Teatr sənətinin yaşı həyatın, insan yaşamının özü qədər qədimdir. 
Bu “zərif bədheybət” (A.Blok) haqqında çeşid-çeşid hikmətli 
sözlər, sərrast fikirlər mövcuddur. M.K.Atatürk onu “əqlin aynası”, 
V.Mayakovski “aynadan daha artıq olan böyüdücü şüşə, A.Gertsen 
“həyat məsələlərinin həllindən ötrü ali instansiya”, F.Şiller “qəlbimizin 
dumanlı şəkildə duyduqlarını yüksək səs və parlaq obrazlarla təqdim 
edən qüvvə” adlandırıb. Və bütün by epitetlər “teatr” adlı möcüzəyə 
çox yaraşır. Bu möcüzənin paradı baş tutanda – festival keçiriləndə, 
başqa sözlə, bütün sadalanan və sadalanmayan epitetlərin bayramı 
təşkil ediləndə isə möcüzənin təsir qüvvəsi genişlənir, möcüzələr 
çoxalır.
7 ölkənin 3 səhnəsi 
Eynilə sentyabrın 15-dən 24-dək davam edən “Üç məkan” II Şəki 
Beynəlxalq Teatr Festivalı kimi. Mədəniyyət və Turizm Nazirliyi, Şəki 
şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 
iki ildən bir baş tutan festivalımız, deyəsən, doğrudan da, möcüzə 
səciyyəsini bütünlüklə doğrultmaq əzmindədir. Elə təkcə onu qeyd 
etmək yetərlidir ki, 2014-cü ilin sentyabr ayında Şəkidə keçiril-
miş I festivalda yerli teatrlardan başqa, cəmi 2 əcnəbi teatr –  
B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı və Q.Musrepov adına 
Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı iştirak edirdisə 
və bu, beynəlxalq statuslu festival üçün çox az idisə, budəfəki fes-
tivalın coğrafiyası daha geniş idi və bu, teatralları sevindirməyə 
bilməzdi. Beləliklə, bu il hər cəhətdən cazibədar Şəki torpağında 
Azərbaycan teatrları ilə yanaşı, bir neçə ölkənin teatr “karnavalı”nın 
iştirakçısı olduq. Bunlar Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və 
TEATRAL ŞəKI
TEATR



19
Mədəniyyət.AZ / 9 • 2016
Birləşmiş Ərəb Əmirlikləri idi. Və “festival” anlamının, teatr sənətinin 
əhatə dairəsinin, təsir qüvvəsinin məkanları məzmunlaşdırmaq 
missiyasını doğruldaraq festivalın üç məkanda – Şəki, Mingəçevir 
və Bakıda  bərqərar olması nəzərdə tutulmuşdu. Təəssüf ki, üçüncü 
məkanı – Bakının Musiqili Teatrının səhnəsini məzmunlaşdırmaq 
alınmadı; ayın 20-si axşam məlum oldu ki, Bakıda – Musiqili Teatr-
da Elçinin “Şekspir” pyesi əsasında Məlahət Abbasovanın hazırladı-
ğı eyniadlı tamaşa ilə sentyabrın 22-23-ü tarixlərində çıxış etməsi 
nəzərdə tutulan İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının truppa-
sı Türkiyədəki siyasi vəziyyət ucbatından səfərə çıxa bilməyəcək. 
Ümumiyyətlə isə festivalın proqramına Akademik Milli Dram Te-
atrının “Ölülər”, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Te-
atrının “Yeddi gözəl” (Mingəçevir), A.Şaiq adına Azərbaycan Dövlət 
Kukla Teatrının “Zəng”, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının 
“Vaqif”, Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” (Mingəçevir), 
S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının “Ev yiyəsi və qonaq”, 
N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrının “Sevilya 
bərbəri”, Ukraynanın “Gözəl güllər” teatrının “Piy”, Moskvanın “Triks-
ter” teatrının “Bədən üzvləri”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli 
Dubay Teatrı”nın “Mirvari günlər”, İran İslam Respublikasının “Neğab 
Teatrı”nın “Kütləvi xoşbəxtlik” (Mingəçevir) və İstanbul Böyükşəhər 
Bələdiyyəsi Teatrının “Şekspir” (Bakı) səhnə əsərləri daxil idi. 
* * *
“İl ərzində bir neçə beynəlxalq statuslu mədəniyyət tədbirinə 
ev sahibliyi edən Şəkinin ictimai həyatında beynəlxalq teatr festi-
valının ayrıca yeri var”. Bu fikri tədbirin açılış mərasimindən öncə 
S.Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən brifinqdə Şəki 
şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov səsləndirdi və 2705 
yaşlı Şəki şəhərinin təkrarsız təbiəti ilə birgə özünəxas mədəniyyət 
ənənələrinin ölkənin strateji dayanıqlığına öz töhfəsini layiqincə verə 
bilmək imkanı yaradıldığına görə Mədəniyyət və Turizm Nazirliyinə 
dərin təşəkkürünü ifadə etdi. Nazir müavini Ədalət Vəliyev nazir 
Əbülfəs Qarayevin ən xoş arzularını çatdırdı. Şəki Beynəlxalq Teatr 
Festivalının artıq ikinci dəfə baş tutmasını Şəki şəhər rəhbərliyinin 
və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüs, müzakirə və 
səylərinin nəticəsi olduğunu, festival proqramının tərtibatına heç bir 
məhdudiyyət qoyulmadığını vurğuladı. 
Festivalın milli teatrın, milli dramaturgiyanın 
yaranmasında əvəzsiz xidmətlər göstərmiş Mirzə Fətəli 
Axundzadənin vətənində, illər sonra isə SSRİ kimi böyük 
dövlətin teatr məkanında müstəsna yeri olan və bu gün də 
həmin ənənəni layiqincə davam etdirən Şəki şəhərində 
keçirilməsinin məqsədəuyğunluğu vurğulandı.
 Hər iki natiq Şəki Beynəlxalq Teatr Festivalının uzunömürlü ola-
cağını söylədi. Moskvalı teatrşünas, teatra aid bir neçə mətbu or-
qanının məsul şəxsi, Rusiya Federasiyasının Əməkdar mədəniyyət 
işçisi Valentina Fyodorova və Səudiyyə Ərəbistanından təşrif buyur-
muş teatr rəhbəri İbrahim Əssirinin də iştirak etdiyi mətbuat konf-
ransının yekununda E.Usubov bu cür yüksək səviyyəli mədəniyyət 
tədbirlərinin keçirilməsi və ümumiyyətlə, mədəni dəyərlərimizin qo-
runmasına görə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun 
prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. 
Brifinqdən sonra qonaqlar və iştirakçılar ümummilli lider Heydər 
Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
“Ölülər”i bir daha diriltmək cəhdi
Nəhayət, ərəfə sevinci, rəsmi hissə əhvalı arxada qaldı. Teatr 
bayramı anları ilə dolub-daşmaq məqamı gəlib yetişdi. 
Haşiyə. Burda bir məqama toxunmadan keçə bilmirəm. 
Festivalın elə ilk günü təsadüfən tanış olduğum, peşəsi, 
fəaliyyət dairəsi teatr sənətindən çox-çox uzaq gənc bir 
xanımla söhbətimiz şəkililərin teatra məhəbbətinin içdən 
gəldiyinə, yeni nəslin heç də bütün nümayəndələrinin əyləncə, 
boş vaxt keçirmək maraqlarının düşünməkdən azad edən 
vərdişlərdən ibarət olmadığına, bunun kütləvi hal almadığına 
bariz sübut idi. 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə